Məhkəmə qərarları › İş №2(004)-5469/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5469/2023

19.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5469/2023 19.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Dost iş Mərkəzinə, X1 Xidmətinə və SOCAR-ın “Qaz İxrac” idarəsinin X2 Kəmərləri sahəsinə qarşı “işə bərpa və məcburi iş buraxılmasına görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Dost iş Mərkəzinə, X1 Xidmətinə və SOCAR-ın “Qaz İxrac” idarəsinin X2 Kəmərləri sahəsinə qarşı “işə bərpa və məcburi iş buraxılmasına görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Dost iş Mərkəzinin onu işdən azad etməsinin qanunsuz və əsassız olduğundan əmək müqaviləsinin xitamının ləğv olunması, işə bərpa olunmasını və məcburi iş buraxmaya görə əmək haqqının verilməsi və mediasiya təşkilatına ödənilmiş 55 manat dövlət rüsumun tutularaq ona ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsi 2(004)-4934/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Dost iş Mərkəzinə, X1 Xidmətinə və SOCAR-ın “Qaz İxrac” idarəsinin X2 Kəmərləri sahəsinə qarşı “işə bərpa və məcburi iş buraxılmasına görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən icraata qəbul edilmədən geri qaytarılmışdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddiaçı tərəfindən iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən, ona heç bir dəyişiklik edilmədən, yəni cavabdehlərin hər birinə ünvanlanan tələb aydın şəkildə göstərilmədən, işdən çıxarılmasına dair əmr iddiaə ərizəsinə əlavə edilmədən yenidən məhkəməyə müraciət edilmişdir. Odur ki, iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 151.1, 152, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Dost iş Mərkəzinə, X1 Xidmətinə və SOCAR-ın “Qaz İxrac” idarəsinin X2 Kəmərləri sahəsinə qarşı “işə bərpa və məcburi iş buraxılmasına görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar