Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5478/2025 04.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 43 nömrəli Şəhər Poliklinikasına qarşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 43 nömrəli Şəhər Poliklinikasına qarşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Bakı Baş Səhiyyə X25 şəxs” 43 nömrəli şəhər poliklinikasının Baş Həkiminin 18-1-1-68/3-1-730/2025 nömrəli, xx.xx.2025-ci il tarixli “Əmr”-i hüquqi cəhətdən əsassız olduğundan ləğv edilməsi, onunla bağlanmış 8 nömrəli xx.xx.2015-ci il tarixli müddətsiz əmək müqaviləsinin bərpa olunması, yaş həddi ilə əlaqədar olaraq əmək müqaviləsinin müddətinin 1 (bir) ilədək uzadılması tələbinə dair iddiasının təmin edilməsi, 61 (altmış bir) manat mediasiya xərcinin cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdən “Əlillərin əməyə cəlb olunmasına dəstək verməsi haqqında Dövlət Proqramına” uyğun olaraq göndərişlə və kvota hüququ ilə “Bakı baş Səhiyyə Mərkəzi” X29 43 nömrəli şəhər poliklinikasında (VÖEN-**********) mühafizəçi vəzifəsində çalışmışdır. Çalışdığı son 10 il ərzində barəsində heç bir intizam və inzibati qaydada cəza tədbiri olmamışdır. Daima üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmiş, müəssisəsinin və həmkarlar təşkilatının bütün ictimai-siyasi həyatında, keçirilən bütün sosial-iqtisadi, mədəni-kütləvi tədbirlərdə aktiv və fəal iştirak etmişdir. İİ qrup müddətsiz əlildir, aztəminatlı gözdən əlil ailəsi statusuna malik olan imtiyazlı ailə olaraq dövlət tərəfindən verilən müvəqqəti sığınacaqda 9 nəfərlik ailə tərkibi ilə birlikdə məskunlaşmışlar, ailənin işləyən, maaş alan üzvü təkcə odur. “Bakı Baş Səhiyyə Mərkəzi “X23 43 nömrəli şəhər Poliklinikasının Baş Həkiminin 18-1-1-68/3-1-730/2025 nömrəli xx.xx.2025-ci il tarixli müvafiq “Əmir”inə əsasən əsassız olaraq onunla bağlanmış xx.xx.2015-ci il tarixli müddətsiz əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, mövcud “əmr” səhvdir, saxtadır və hüquqi cəhətdən əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.1. maddəsi yalnız yaş həddinin 65 yaş olduğunu bildirir. Onunla bağlanan xx.xx.2015-ci il tarixli müddətsiz əmək müqaviləsinin bitmə tarixi qüvvədə olan Qanunverciliyin tələblərinə görə 23 iyul 2029-cu ilə qədərdir. Belə olan təqdirdə 18-1-1-68/3-1-730/2025 №li, xx.xx.2025-ci il tarixli müvafiq “Əmr” üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “B” yarım bəndi əsas hesab edilə bilməz. İşəgötürən unudur ki, yaş həddi 65 tamam olduqdan sonra xx.xx.2015-ci il tarixli əmək müqaviləsi 2 dəfə, hər dəfə 6 ay müddətinə olmaqla xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək, 2-ci dəfə isə xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilədək müddətə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi bağlanmışdır. Halbuki qanunvericilikdə 6 ay müddət nəzərdə tutulmayıb, 65 yaşdan sonra hər dəfə işəgötürənlə işçisinin birgə razılığına əsasən 70 yaşınadək ildə bir dəfə 1 il müddətinə əmək müqaviləsi bağlanır. 2025-ci ilin yanvar ayının 21-də ona məlum oldu ki, işəgötürənin əmək müqaviləsinin müddətini təkrar artırmaq fikri yoxdur və mənə məlumat vemədən müddətin başa çatması maddəsilə onu işdən azad edəcəkdir. Ona həmin vaxtda Əmək Müfəttişiyinə rəsmi müraciət etdikdə məlum oldu ki, işəgötürən ona müddətin başa çatacağı ilə əlaqədar olaraq bir həftə əvvəl, yəni 2025-ci il yanvarın 17-də rəsmi bildiriş göndərmədiyinə görə əmək müqaviləsinin müddəti öz-özünə 1 (bir) il müddətinədək uzadılmışdır. Bu işində o, xx.xx.2025-ci ilədək çalışmışdır. Başa düşmək olmur ki, eyni müəssisədə 1956-cı il təvəllüdlü Həkim-terapevt Ələkbərova Həqiqət, 1959-cu il təvəllüdlü baş həkim Quliyeva Ramella, 1959-cu il təvəllüdlü Həkim-terapevt Musayeva Zoya, 1959-cu il təvəllüdlü Həkim kardioloq Xələfova Şəhla, 1959-cu il təvəllüdlü X30 Zakir və digərləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.2-ci maddəsi, o cümlədən, o, 1959-cu il təvəllüdlü mühafizəsi 2-ci qrup əlil İddiaçı çalışırlar. Yalnız onu müddətsiz əmək müqaviləsinə saxta yolla dəyişiklik edilməklə müddət xx.xx.2025-ci il tarixinədək saxtalaşdırmaqla 9 il 6 ay 17 gün müddətinə endirilir. Hesab edir ki, bu əməl cinayət əməlidir, işəgötürənin işçi üzərində zor tətbiqi və zorakılığı kimi qiymətləndirilməlidir, eyni zamanda işçinin etibarından sui-istifadə etmə, xəbərdarlıqsız, aldatma yolu ilə və heç bir maarifləndirmə aparılmadan işəgötürənin əlil ailəsinə, Qanunlarımıza dövlətimizə, Vətənimizə xəyanətdir. Ə.M-nin 10-1.2-ci maddəsilə çalışan həkimlərin qazancı aylıq 5000 manatla, baş həkimin aylıq qazancı 10 min manatla, Baş direktorun aylıq qazancı yüz min manatlarla, onun əmək haqqı 450 manatla ölçüldüyü halda belə idarəçiliyə nə ad vermək olar. Tələb edir ki, Ə.M.-nin 10-1.2-ci maddəsilə çalışan bütün işçilərin şəxsi işçiləri və aidiyyəti sənədləri məhkəməyə təqdim olunsun, “BBSM” PHŞ-nin, 43 №-li poliklinika rəhbərliyinin cinayət əməlləri ifşa olunmaqla barələrində aidiyyəti üzrə inzibati qaydada ölçü götürülməsi məsələsinə baxılsın. İşəgötürən bu əməliylə saxtakarlığa yol verməklə ona həm maddi həm də mənəvi ziyan vurmuşdur. Belə ki, o, fəqərə sütunundan onun fəsadlarından əziyyət çəkir, cərrahiyyə yalnız respublika xaricində mümkündür. Bu 10 min manatdan artıq vəsait deməkdir. İldə 4 dəfə özəl klinikalarda kurs - müalicə alır, dərman preparatları ilə birlikdə hər kurs-müalicənin xərci 600-700 AZN arası dəyişir, bir neçə banka kredit ödəyir, ailədə ondan savayı xəstələr və əlillər vardır, qızı da boşanaraq 3 azyaşlı övladlarıyla onun himayəsindədir və aliment almır, cari ilin may ayından payaxtın dövlət və özəl tibb mərkəzlərində aldığı müalicə və müayinələrin sənədlərini, bank sənədlərini iddia ərizəsinə əlavə edir. 18-1-1-68/3-1-730/2025 N2-İİ, xx.xx.2025-ci il tarixli mövcud əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasında Əlillərin hüquqları haqqında Qanunun və İnsan Haqları və Hüquqları haqqında mövcud olan Beynəlxalq Konvensiyaların tələblərinə ziddir. Hazırda eyni müəssisədə onunla yanaşı 1956-cı il təvəllüdlü həkim-terapevt Ələkbərova Həqiqət, 1959-cu il təvəllüdlü Baş həkim Quliyeva Ramella, 1959-cu il təvəllüdlü həkim-terapevt Musayeva Zoya, 1959-cu il təvəllüdlü həkim-kardioloq Xələfova Şəhla, 1959-cu il təvəllüdlü həkim-cərrah Cəfərov Zakir və digərləri maneəsiz müddətli əmək müqaviləsilə çalışırlar, ən gənci odur, ali təhsilli fəhlədir, ondan başqa heç kimin heç bir imtiyazı yoxdur, yalnız baş həkim əməkdar həkimdir? Nə üçün bu şəxslərin kifayət qədər əmək haqları, pensiyaları bonusları yüksək olduğu halda kifayət qədər zəhmətsiz gəlirə malik olduqları halda, həkim-terapevt bolluğu və mühafizəsi qıtlığı, çatışmazlığı yaşandığı halda yalnız imkanlı şəxslərə üstünlük verilir, imkansızlar, əlillər, az maaşla yaşayanlara zülm olunur, istismar olunur, iş saatları mənimsənilir, pulları yeyilir sonda da yalnız fəhlənin əmək müqaviləsinə xitam verilərək saxta “əmr”lə işdən çıxarılır. 10 ildir ki, ona 3 nəfərin işini gördürürlər. Hər gün növbəyə çıxmaq hansı Qanunda yazılıbdır? Hazırda 67-70 yaş arası işçilər maneəsiz çalışırlar. Yalnız onu qurbanlıq sifariş veriblər. Halbuki eyni müəssisədə bir neçə nəfər Ə.M-nin 10- 1.2-ci maddəsi ilə çalışırlar, ayrıseçkilik nə üçündür?! “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, 18-1-1-68/3-1-730/2025 nömrəli “ƏMR”-in ləğvi və işə bərpa tələbinə dair cavabdehə “TƏBİB” PHŞ BBSM PHŞ-nə və 43 №li poliklinika rəhbərliyinə bildirişlər göndərilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən boyun qaçırmışdır, müvafiq “ƏMR”-in ləğvi və işə bərpa tələbinə etiraz etmişdir, göndərilən məktub hüquqi cəhətdən əsassızdır. (İMS)-nın arayışı əlavə olunmuşdur: № MŞB/8/2025-01788, Tarix: xx.xx.2025-ci il. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən olduğu yer üzrə xx.xx.2025-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə Azərbaycan Respublikasının TƏBİB PHŞ, Bakı Baş Səhiyyə Mərkəzi PHŞ, 43 nömrəli Şəhər Poliklinikasına qarşı Əmək Müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdi. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4874/2025 saylı, xx.xx.2025-ci il tarixli (X5) qərardadı ilə iddia ərizəsi ona əlavə sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. Müvafiq Qərardad iddia ərizəsinə əlavə edilmişdir (iş № 2(010)- 4874/2025, xx.xx.2025). Məhkəmə prosesinin gedişində İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa edilməsi və xx.xx.2025-ci il tarixdən buraxılmış müddət üçün hesablanmış əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ, Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin nümayəndəsi X10 məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edərək, iddiaçı tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulan 1 (bir) aylıq iddia müddətinin ötürüldüyünü bildirmiş, iddia tələbinə iddia müddətinin tətbiq edilərək tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia müddətinin ötürülməsini üzrlü hesab edilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, 43 saylı Poliknikadan işdən çıxarılması ilə bağlı xx.xx.2025-ci il tarixli əmrin ləğvi və işə bərpa tələbinə dair, ilk növbədə Bakı Şəhər İnzibati Məhkəməsinə müraciət etmiş, onlar tərəfindən geri qaytarıldığından ardınca 8 saylı mediayasiyaya, ardınca Suraxanı rayon məhkəməsinə müraciət etmiş, iddiası geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixdə isə Bakı şəhəri Yasamal Rayon məhkəməsində iddia ərizəsi ilə müraciət etmişdir. Hesab edir ki, həm inzibati məhkəmədə, həm də mediasiyada məsələyə baxılıbsa, müddəti ötürülmüş hesab etmək olmaz. Zəruri sənədləri əlavə etmişdir. Eyni zamanda Əmək Müfəttişliyinə də müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ona məzuniyyət verilməmişdi. Hətta haqqı ödənilməyən məzuniyyət də verməmişdilər. Əlilliyi fəqərə sütunu ilə bağlıdır. Uşaq vaxtı qəzaya düşmüşdür. 9 nəfərlə birlikdə sosial binada yaşayır. ailədə ondan savayı xəstələr və əlillər vardır, qızı da boşanaraq 3 azyaşlı övladlarıyla onun himayəsindədir və aliment almır. Hesab edir ki, əmr əsassızdır. Əlillərin müqaviləsinə xitam verilə bilməz. O, reabilitasiya mərkəzinndə qeydiyyatdadır. Onun əvəzinə 2 nəfəri işə götürüblər. Hesab edir ki, iddia müddətinin ötürülməsi üzrlü hesab olunmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ, Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçı çalışmanın yaş həddinə çatmışdır. 65 yaşına çatmış işçinin müəssisədə çalışma müddəti 1 ildən çox olmayaraq uzadıla bilər. Həmçinin iddiaçı 1 aylıq iddia müddətini ötürmüşdür. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış 28 nömrəli, xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən, işçi 1.0 ştat vahidi ilə gözətçi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. Müqavilənin 4.1-ci maddəsinə əsasən, işçiyə hər ay 109 manat məbləğində əmək haqqı ödənilir. ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki: 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 208 nömrəli, xx.xx.2015-ci il tarixli əmrinə əsasən, İddiaçı 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına əmək müqaviləsi əsasında gözətçi vəzifəsinə qəbul edilmişdir. 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 621 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinə əsasən, ştat cədvəlinin yenidən təsdiq edilməsi ilə əlaqədar olaraq gözətçi vəzifəsinin “mühafizəçi” adlandırılmışdır. “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 160 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinə əsasən, Cavabdeh2 PHŞ-nin PHŞ-6/3-1-334/2023 nömrəli və “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin PHŞ-6-1/3-1-200/2023 nömrəli əmrlərinə əsasən, 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanası 43 nömrəli Şəhər Poliknikası adlandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Səbail 10 saylı Zona Tibbi Sosial Eskpert Komissiyasının 125617 nömrəli arayışından görünür ki, X11 görməsinə görə xx.xx.2011-ci il tarixdən müddətsiz birinci dərəcəli əlillik statusu verilmiş, kənar şəxsin qulluğuna ehtiyacı olması qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Eskpert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, X18 Əlin və barmağın (barmaqların) anadangəlmə olmaması, Əlin İİ.İİİ, İV barmaqların aplaziyası, V barmağın içə deformasiyası, Əlin anadangəlmə deformasiyası, Fiziki aktivliyin kəskin məhdudlaşmasına səbəb olmuş sağ əlin anadangəlmə deformasiyası, Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin mahdudlaşması, Fiziki aktivliyin sərbəst yerdəyişmə, özünə xidmət, sosial məişət formalarının kəskin şəkildə mahdudlaşması diaqnozu qoyulmuş, ona xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək sağlamlıq imkanları məhdud uşaq statusu verilmişdir. Bakı şəhər Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinun 160 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 301 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X9 2449 nömrəli Sərəncama əsasən Ramana Sosial Binasında 160 №li MKİS-nin ərazisində yerləşən Tural Əskərli küçəsində yerləşən 20 nömrəli binanın 21 saylı mənzilində oğulları X1, X12 və X13 ilə qeydiyyatsız yaşayır,. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Eskpert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə onurğanın döş və bel fəqərələrinin İV dərəcəli kifoskoliozu T.Ç-İİ d. NSD-hipertonik tip diaqnozu qoyulmuş və müddətsiz ikinci dərəcəli əlillik statusu verilmiş, yüngül işlərdə işləyə bilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Cavabdeh2 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun əmək müqaviləsinin uzadılması haqqında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından xx.xx.2024-cü il tarixli 5/R/1974 nömrəli məktubla Cavabdeh2 publik hüquqi şəxsə (TƏBİB) daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. Müraciəti ilə bağlı bildirilmişdir ki, yaş həddi ilə bağlı çalışma müddətinin uzadılması məsələsinə baxılması üçün çalışdığı tibb müəssisəsinin rəhbərliyinə müraciət etməsi tövsiyə olunur. Qeyd edilmişdir ki, tibb işçilərinin yaş həddi ilə əlaqədar əmək müqavilələrinin uzadılması məsələsi tibb müəssisələrinin rəhbərləri tərəfindən qanunvericiliyə uyğun şəkildə tənzimlənir. Azərbaycan Respublikası Cavabdeh2 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun işə qəbul haqqında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından xx.xx.2024-cü il tarixli 1-1-23/2-R-550-062/2024 nömrəli müşayiət məktubu ilə daxil olmuş müraciətinə Cavabdeh2 publik hüquqi şəxsdə (TƏBİB) aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, müraciətində qeyd edilən məsələlərlə əlaqədar çalışmaq istədiyi tibb müəssisəsinə müraciət edə bilər. Müvafiq vakansiya olduğu təqdirdə, müraciəti tibb müəssisəsinin rəhbərliyi tərəfindən dəyərləndirilə bilər. Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Əmək müqaviləsinin müddətinin uzadılmasında köməklik göstərilməsinə dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) Ünvanladığı müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10- 1.1-ci maddəsinin tələblərinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Odur ki, məsələ ilə əlaqədar işlədiyi müəssisənin rəhbərliyinə müraciət edə bilər. Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən "Bakı Baş Səhiyyə Mərkəzi" PHŞ-nə və İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İkinci dərəcə əlilliyi olan İddiaçı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət edərək, xx.xx.2015-ci il tarixli göndəriş əsasında 43 nömrəli Şəhər Poliklinikasında kvota üzrə mühafizəçi vəzifəsinə tayin edildiyini, onunla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılması ilə əlaqədar aidiyyəti üzrə müraciətlərinin nəticəsiz qaldığını bildirmiş, maddi vəziyyətinin çətin, himayəsində isə xəstə və əlilliyi olan ailə üzvlərinin olması, ailəsinin maddi ehtiyaclarını qarşılaya bilməməsi, həmçinin işlədiyi müddətdə intizam məsuliyyətinə cəlb edilməməsi, əmək kollektivi tərəfindən müsbət xarakterizə edilməsi nəzərə alınaraq, əmək müqaviləsi müddətinin uzadılmasında köməklik göstərilməsini xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı əmək müqaviləsi müddətinin uzadılmasında yardımçı olunması və nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Cavabdeh2 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun əmək müqaviləsinin uzadılması haqqında Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyidən xx.xx.2024-cü il tarixli 11-10/2-R-2231-1-3122/2024 nömrəli müşayiət məktubu ilə daxil olmuş müraciətinə Cavabdeh2 publik hüquqi şəxsdə (TƏBİB) aidiyyəti üzrə baxılmışdır. Müraciəti ilə bağlı bildirilmişdir ki, çalışma müddətinin uzadılması məsələsinə baxılması və uyğun olduğu təqdirdə dəyərləndirilməsi məqsədilə TƏBİB-ə göndərilməsi üçün çalışdığı tibb müəssisəsinə müraciət etməsi tövsiyə olunur. Nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Kredit Bürosu MMC-dən xx.xx.2024-cü il tarixli SF9/23 nömrəli çıxarışdan görünür ki, İddiaçı aktiv 5 kreditlər üzrə cəmi ödənilməmiş 2261,47 manat kredit borcu vardır. Azərbaycan Respublikası Cavabdeh2 "Bakı Baş Səhiyyə Mərkəzi" X33 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun “Bakı Baş Səhiyyə Mərkəzi” X29ə ünvanlandığı 24 may 2024-cü il tarixli 18-1/2-İ-3301/2-1- 12068/2024 nömrəli müraciətinə tərəflərindən aidiyyəti üzrə baxılmışdır. İddiaçı İİ qrup əlil və aztəminatlı ailə başçısı olduğunu nəzərə alaraq müqavilə müddətinin çalışmanın yaş həddinə çatdığı gündən etibarən 6 ay müddətinə uzadılmasının təmin edilməsi ilə bağlı 43 nömrəli Şəhər Poliklinikasına müvafiq məktub göndərilmişdir. 43 nömrəli Şəhər Poliknikası (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış 08 nömrəli, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən, işçi 1.0 ştat vahidi ilə mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli-xx.xx.2025-ci il tarixinədək bağlanmışdır. Müqavilənin 4.1-ci maddəsinə əsasən, işçiyə hər ay 479 manat məbləğində əmək haqqı ödənilir. Azərbaycan Respublikası Cavabdeh2 "Bakı Baş Səhiyyə Mərkəzi" X33 43 Nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 164 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də 43 nömrəli Şəhər Poliklinikasının təsərrüfat bölməsində xx.xx.2015-ci il tarixdən hal-hazırki tarixədək mühafizəçi vəzifəsində işləyir. X20 Həmkarlar İttifaqları Respublika Komitəsinə təqdim etmək üçün verilmişdir. Azərbaycan Respublikası Cavabdeh2 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun çalışma müddətinin uzadılması haqqında xx.xx.2024-cü il tarixli Cavabdeh2 publik hüquqi şəxsə (TƏBİB) daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışmanın yaş həddinə çatmış işçilərin əmək müqavilələrinin müddətinin uzadılması qüvvədə olan qanunvericiliyin tələblərinə və müvafiq tibb müəssisəsinin kadr potensialına uyğun olaraq tənzimlənir. Nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən İddiaçı Qədir oğluna ünvalanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1-ci maddəsinin müddəalarına əsasən "Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir." Həmin Məcəllənin 79-cu maddəsinin tələblərinə görə işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində İşçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Nəzərinə çatdırılmışdır ki, 79-cu maddənin 2-ci və 3-cü hissələrinin tələblərinə əsasən həmin maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi (müəssisə ləğv edildikdə) və 73-cü maddəsi (Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) ilə xitam verilən hallara şamil edilmir. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Göstərilənlərlə yanaşı məlumat üçün bildirilmişdir ki, ərizələrində qeyd etdiyi kimi uzunmüddətli əmək stajını, nöqsansız əmək fəaliyyətini, ailə və maddi vəziyyətini nəzərə alaraq, onunla bağlanmış əmək müqaviləsi müddətinin uzadılması ilə bağlı işlədiyi müəssisənin rəhbərliyinə tərəflərindən müraciət ediləcəkdir. Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən 43 nömrəli Şəhər Poliklinikasına ünvalanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 43 nömrəli Şəhər Poliklinikasının təsərrüfat bölməsində xx.xx.2015-ci il tarixindən etibarən bugünədək mühafizəçi vəzifəsində çalışan İddiaçı 24 və 26 dekabr 2024-cü il tarixli ərizələrlə müvafiq olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə müraciət etmişdir. Həmin ərizələrdə İddiaçı onunla bağlanmış əmək müqaviləsinin müddətinin 1 (bir) il uzadılması barədə müvafiq qurumlar qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Yuxarıda göstərilənlərdən, həmçinin AHİK-ə və ASİHİRK-ə ünvanladığı ərizələrdə qeyd etdiyi kimi uzunmüddətli əmək stajını, nöqsansız əmək fəaliyyətini, ailə və maddi vəziyyətini nəzərə alaraq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin məqbul hesab etdiyiniz müddətə uzadılması məsələsinə baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Cavabdeh2 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, onun çalışma müddətinin uzadılması haqqında Azərbaycan Respublikasının Birinci vitseprezidetinin Katibliyindən xx.xx.2024-cü il tarixli 3/R/691/1 nömrəli məktubla daxil olmuş müraciətinə Cavabdeh2 publik hüquqi şəxsdə (TƏBİB) aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, dövlət müəssisələrdə çalışmanın yaş həddi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsi ilə müəyyən olunmuşdur. Həmçinin TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışmanın yaş həddinə çatmış işçilərin çalışma müddətinin uzadılması qüvvədə olan qanunvericiliyin tələblərinə və müvafiq tibb müəssisəsinin kadr potensialına uyğun olaraq tənzimlənir. Nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Cavabdeh2 Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 43 nömrəli Şəhər Poliklinikası tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "Bakı Baş Səhiyyə Mərkəzi” X29 43 nömrəli Şəhər Poliklinikasının rəhbərliyi İddiaçı şikayəti ilə bağlı məktuba cavab olaraq bildirilmişdir ki, İddiaçı müəssisələrində xx.xx.2015-ci il tarixdən mühafizəçi vəzifəsində çalışır. 2024-cü ilin iyul ayında 65 yaşının tamam olması ilə əlaqədar ailə vəziyyətini, əlilliyini, nöqsansız əmək fəaliyyətini nəzərə alaraq onunla 6 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdı. Müddətli əmək müqaviləsinin müddəti 2025-ci ilin yanvar ayının 23-də bitmiş, həmin müddətdə İddiaçı müvəqqəti əmək qabiliyyətinin itirilməsi ilə bağlı xəstəlik vərəqəsində olduğu üçün, müddətli əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdən daha ay - xx.xx.2025-ci il tarixinədək uzadılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, bundan əvvəl eyni məzmunlu müraciəti ilə bağlı X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-5/2-R-13699/2025 nömrəli məktubla cavablandırılmışdır. Bir daha bildirilmişdir ki, müraciəti ilə əlaqədar ətraflı izahat verilməsi məqsədi ilə ünvanına (Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Yeni Yaşayış kompleksi Tural Əsgərli küçəsi bina 20 mənzil 21) xx.xx.2025-ci il tarixli 3-17-5/2- R-3717/2025 nömrəli məktub göndərilmişdir. Müraciətində və xx.xx.2025-ci il tarixində 3 saylı Bakı DOST Mərkəzində verdiyi izahatında çalışmanın yaş həddinə çatması ilə əlaqədar “Bakı Baş Səhiyyə Mərkəzi” X23 işəgötürəni ilə bağladığı xx.xx.2015-ci il tarixli əmək müqaviləsinin müddətinin uzadılmasına köməklik göstərilməsini qeyd etmişdir. Nəzərinizə çatdırılmışdır ki, “Bakı Baş Səhiyyə Mərkəzi” pubiik hüquqi şəxsinə və məlumat üçün Cavabdeh2nə tərəflərindən xx.xx.2025-ci il tarixli 3-17-5/2-3716/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-17-5/2-R-14493/2/2025 nömrəli məktub göndərilmiş və ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Sorğularına əsasən “Bakı Baş Səhiyyə Mərkəzi” X33 tərəfindən X14 Xidmətinin Bakı şəhər idarəsinə daxil olmuş məktubda onun xx.xx.2015-ci il tarixindən "mühafizəçi" vəzifəsində işlədiyi, 2024-cü ilin iyul ayında çalışmanın yaş həddinə çatması ilə əlaqədar ailə vəziyyəti, əlilliyi, nöqsansız əmək fəaliyyəti nəzərə alınaraq onunla müddətli əmək müqaviləsinin bağlanıldığı, müddətli əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixində bitdiyi, lakin həmin tarixdə ona “əmək qabiliyyətinin olmaması vərəqəsi”nin açıldığı, bu səbəbdən onunla müəssisənin işəgötürəni arasında bağlanılmış müddətli əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixli 18-1-1-68/3-1-120/2025 nömrəli əmrlə xx.xx.2025-ci il tarixinədək uzadıldığı qeyd edilmişdir. Müraciəti ilə əlaqədar tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilərkən onunla “Bakı Baş Səhiyyə Mərkəzi” X23 işəgötürəni arasında xx.xx.2015-ci il tarixli əmək müqaviləsinin qüvvədə olduğu məlum olmuşdur. Müraciətində qeyd etdiyi məsələnin həlli ilə əlaqədar onun məhkəməyə müraciət etmək hüququ vardır. "xxxx" ASC-nin Sabunçu filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli PL000094417 nömrəli istehlak kredit müqaviləsinə əlavə №1-dən görünür ki, İddiaçı 36 ay müddətinə illik 23.9 % dərəcəsi ilə hər ay 129,30 manat ödəmək şərtilə 3300 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən X14 xidmətinə ünvalanmış xx.xx.2025-ci il tarixli teleqramdan görünür ki, o, 43 saylı Şəhər Poliknikasında kvota hüquququ əsasında 2-ci qrup ömürlük əlil, imtiyazlı gözdən əlil ailəsi statusu ilə 9 nəfərlik sığınacaqda yaşayan ailənin işləyən tək üzvüdür. Yaş həddi ilə əlaqədar əmək hüquqlarının müəssisə rəhbərliyi TƏBİB və Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən pozulmuşdur. Məsələsinin araşdırılıb ona kömək edilməsini xahiş etmişdir. 46 nömrəli Şəhər Poliklinikası tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli Sığortaolunanın xəstəlik vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək əmək funksiyasının icrasından azad edilmişdir. İşə başlama tarixi xx.xx.2025-ci il qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsi tərəfindən 43 nömrəli Şəhər Poliklinikasına ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaş X3 43 nömrəli Şəhər Poliklinikasında əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə daxil olmuş müraciətinə Xidmətin Bakı şəhər idarəsində baxılır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyala keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq İşəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb elmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada İnzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində X14 Xidmətinin Bakı şəhər idarəsinə təqdim edilməsi xahiş olunmuşdur. Tələb olunan sənədlərin siyahısı: 1. Əmək müqaviləsinin surəti, 2. Vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu. Azərbaycan Respublikası Cavabdeh2 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, onun əmək münasibətləri haqqında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından xx.xx.2025-ci il tarixli 1123/2R26/3224/3/2025 nömrəli məktubla daxil olmuş müraciətinə Cavabdeh2 publik hüquqi şəxsdə (TƏBİB) aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, TƏBİBin tabeliyində olan tibb müəssisələrində çalışmanın yaş həddinə çatmış işçilərin əmək müqavilələrinin müddətinin uzadılması qüvvədə olan qanunvericiliyin tələblərinə və müvafiq tibb müəssisəsinin kadr potensialına uyğun olaraq tənzimlənir. Həmçinin müraciətində qeyd etdiyi digər məsələ ilə bağlı bildiririlmişdir ki, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi ilə bağlı ziddiyətli məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisəsi predmeti hesab olunduğundan bilavasitə məhkəmələr tərəfindən baxılır. Məcəllənin 292-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, işçi fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Cavabdeh2 Bakı Baş Səhiyyə Mərkəzi PHŞ tərəfindən 43 nömrəli Şəhər Poliklinikasına ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 43 nömrəli Şəhər Poliklinikasının 4 iyul 2025-ci il tarixli 18-1-1-68/2-327/2025 nömrəli məktubuna "Bakı Baş Səhiyyə Mərkəzi" X29də aidiyyəti üzrə baxılmışdır. Müraciətə cavab olaraq bildirilmişdir ki, 43 nömrəli Şəhər Poliklinikasında mühafizəçi vəzifəsində çalışan X2 çalışma müddətinin uzadılması məqsədəmüvafiq hesab edilmir. xx.xx.2025-ci il tarixli məlumatlandırma vərəqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-303-cü maddələrində nəzərdə tutulmuş fərdi əmək mübahisələri, həmin mübahisələrin həll edilməsi üçün məhkəməyə müraciət etmə ilə bağlı hüquq və vəzifələri, o cümlədən iddia müddətləri və mediasiya xidmətindən yararlanmaq imkanı və hüquqları izah edilmişdir. İddiaçı məlumatlandırma vərəqəsini imzalamışdır. Azərbaycan Respublikası Cavabdeh2 Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 43 nömrəli Şəhər Poliklinikasının 22 iyul 2025-ci il tarixli 18-1-1-68/3-1-730/2025 nömrəli əmrinə əsasən, 43 nömrəli Şəhər Poliklinikasının təsərrüfat bölməsinin mühafizəçisi İddiaçı Azərbaycan Respublikasının Ərnək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin "b" yarımbəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2025-ci il tarixindən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış xx.xx.2015-ci il tarixli Əmək Müqaviləsinə xitam verilməsi, işçiyə xx.xx.2016 – xx.xx.2017-ci iş ili üzrə 21 təqvim gunü, xx.xx.2017- xx.xx.2018-ci iş ili üzrə 21 təqvim günü, xx.xx.2018 – xx.xx.2019-cu iş ili üzrə 21 təqvim günü, xx.xx.2020-2021-ci iş ili üzrə 21 təqvim günü, 07.07 2022xx.xx.2023-cü iş ili üzrə 42 təqvim günü. xx.xx.2024-xx.xx.2025-ci iş ili üzrə 42 təqvim günü, xx.xx.2025 - xx.xx.2026-ci iş ili üzrə -1 təqvim günü, cəmi 169 təqvim günü əsas əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi əmr edilmişdir. Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/8/2025-01788 nömrəli İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdehlər ilkin mediasiya sessiyasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. İlkin mediasiya üçün müraciət xx.xx.2025-ci il tarixində edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4874/2025, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X28 şəxs Bakı Baş Səhiyyə X25 Şəxs 43 nömrəli şəhər Poliklinikasına qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmış, iddiaçıya izah edilmişdir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən ümumi qaydada aidiyyət qaydalarına riayət etməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, həmin iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17- 5/2-R-8/330/2025 nömrəli məktubdan görünür ki, onun 43 nömrəli Şəhər Poliklinikasında əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə daxil olmuş müraciətə Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciəti ilə əlaqədar tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən onunla 43 nömrəli Şəhər Poliklinikasının işəgötürəni arasında bağlanılmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müd müddətinin qurtarması) əsasən xitam verildiyi məlum olmuşdur. Müraciəti ilə əlaqədar o, araşdırmaya 3 saylı Bakı DOST Mərkəzinə izahatını təqdim etmişdir. Eyni zamanda müraciətində qeyd olunan məsələlərin ətraflı araşdırılması məqsədilə 43 nömrəli Şəhər Poliklinikasının ünvanına xx.xx.2025-ci il tarixli 3-17-5/2-80628/2025 nömrəli məktubla müraciət olunaraq ona aid olan sənədlərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, müəssisə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə müvafiq olaraq inzibati xəta məsuliyyətinin nəzərdə tutulduğu barədə məlumatlandırılmışdır. Məlumat üçün bildirilmişdir ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" xx.xx.2015-ci il tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2026-cı il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Nəzərinizə çatdırılmışdır ki, 43 nömrəli Şəhər Poliklinikası tərəfindən ona aid sənədlər təqdim edildiyi və ya sənədlərin təqdim edilməməsi ilə bağlı inzibati xəta tərkibi yarandığı və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanıldığı halda, nəticəsi barədə ona əlavə məlumat veriləcəkdir. Müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14868/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, İddiaçı cavabdeh 43 nömrəli Şəhər Poliklinikasına qarşı iddia tələbinə dair inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, həmin iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ümumi səbəbdən ikinci dərəcəli əlilliyi olan şəxs İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qeydiyyatdadır və mütəmadi olaraq zəruri reabilitasiya vasitələri ilə təmin olunur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2.3-cü maddəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 10-1.1-ci maddəsinə əsasən, Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2-ci maddəsinə əsasən, Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. 12.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə daxildir. 16-cı maddəsinə əsasən, Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, onları insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad etmək qadağandır. İşəgötürən işçinin insanın immunçatışmazlığı virusuna yoluxması barədə məlumata malik olduqda bu məlumatı açıqlamamalıdır. Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina etmək və ya əmək müqaviləsinə xitam vermək (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallar istisna olmaqla) yolverilməzdir. Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.2-ci maddəsinə əsasən, Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45.3-cü maddəsinə əsasən, Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinə əsasən, Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmirtikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 68-ci məddənin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi ilə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. 70-ci maddəsinin e) bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əsası ilə ləğv edilə bilər. 71.3-cü maddəsinə əsasən, İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 73.1-ci maddəsinə əsasən, Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 76.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 83-cü maddəsinin 1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarında qeyd olunur ki: “... əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.” Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış 28 nömrəli, xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən, işçi 1.0 ştat vahidi ilə gözətçi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 208 nömrəli, xx.xx.2015-ci il tarixli əmrinə əsasən, İddiaçı 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına əmək müqaviləsi əsasında gözətçi vəzifəsinə qəbul edilmişdir. 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 621 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinə əsasən, ştat cədvəlinin yenidən təsdiq edilməsi ilə əlaqədar olaraq gözətçi vəzifəsinin “mühafizəçi” adlandırılmışdır.“Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 160 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinə əsasən, Cavabdeh2 PHŞ-nin PHŞ-6/3-1-334/2023 nömrəli və “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin PHŞ-6-1/3-1-200/2023 nömrəli əmrlərinə əsasən, 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanası 43 nömrəli Şəhər Poliknikası adlandırılmışdır. 43 nömrəli Şəhər Poliknikası (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış 08 nömrəli, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən, işçi 1.0 ştat vahidi ilə mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətlixx.xx.2025-ci il tarixinədək bağlanmışdır. Azərbaycan Respublikası Cavabdeh2 Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 43 nömrəli Şəhər Poliklinikası tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilmişdir ki, İddiaçı 2024-cü ilin iyul ayında 65 yaşının tamam olması ilə əlaqədar ailə vəziyyətini, əlilliyini, nöqsansız əmək fəaliyyətini nəzərə alaraq onunla 6 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsinin müddəti 2025-ci ilin yanvar ayının 23-də bitmiş, həmin müddətdə İddiaçı müvəqqəti əmək qabiliyyətinin itirilməsi ilə bağlı xəstəlik vərəqəsi təqdim etdiyi üçün, müddətli əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdən daha ay - xx.xx.2025-ci il tarixinədək uzadılmışdır. Azərbaycan Respublikası Cavabdeh2 Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 43 nömrəli Şəhər Poliklinikasının 22 iyul 2025-ci il tarixli 18-1-1-68/3-1-730/2025 nömrəli əmrinə əsasən, 43 nömrəli Şəhər Poliklinikasının təsərrüfat bölməsinin mühafizəçisi İddiaçı Azərbaycan Respublikasının Ərnək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin "b" yarımbəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2025-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış xx.xx.2015-ci il tarixli Əmək Müqaviləsinə xitam verilmişdir. Cavabdeh Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ, Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edərək, iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı isə məhkəməyə iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi barədə ərizə ünvanlayaraq, iddia müddətinin ötürülməmiş hesab edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin mahiyyəti üzrə araşdırmaya başlamazdan və əsaslılığına qiymət verməzdən əvvəl, cavabdeh tərəfindən tətbiqi xahiş olunan iddia müddətinin ötürülməsinin üzrlü olub-olmaması məsələsinə hüquqi qiymət verilməsi zəruridir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı X8 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixində müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə görə, işə bərpa tələbi ilə məhkəməyə müraciət üçün müddət 1 aydır. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin təqdim olunduğu xx.xx.2025-ci il tarixdən sonra qanunla müəyyən edilmiş hüquq müdafiə vasitələrindən istifadə etməkdə fasiləsiz fəallıq göstərmişdir. İddiaçı ilkin olaraq xx.xx.2025-ci il tarixində inzibati qaydada işə xitam verilməsi əmrinin ləğv edilməsi üçün müraciət etmişdir. Baxmayaraq ki, xx.xx.2025-ci il tarixdə məhkəmə tərəfindən icraata xitam vermişdir, bu, iddiaçının hüquqlarının müdafiəsi üçün ilk addımı atdığını və müddət daxilində (təxminən 1 aya yaxın müddətdə) prosesə başladığını göstərir. İddiaçı xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyası üçün müraciət etmişdir. Mediasiyaya müraciət həm qanuni tələbdir, həm də onun mübahisəni sülh yolu ilə həll etmək cəhdidir. Cavabdehlərin sessiyada iştirak etməməsi nəticəsində İMS-də iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixdə arayış verilmişdir. İddiaçının xx.xx.2025-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinə müraciəti aidiyyət qaydalarına riayət edilməməsi səbəbindən geri qaytarılmışdır. Bu hal, işçinin öz iradəsindən asılı olmayan bir haldır. İddiaçının yuxarıda sadalanan bütün hallarda davamlı olaraq vətəndaşların hüquqlarını müdafiə edən müxtəlif dövlət orqanlarına (Prezident Administrasiyası, Ombudsman, Əmək Müfəttişliyi) və məhkəmə instansiyalarına müraciət etməsi onun hüquqlarını bərpa etmək üçün vicdanlı və qərəzsiz cəhdlərini sübut edir. Məhkəmə qeyd edir ki, əmək mübahisələri, xüsusən də işə bərpa tələbləri üzrə mübahisələr, işçinin sosial müdafiəsini təmin edən bir kateqoriyadır. İddiaçı İİ qrup müddətsiz əlil olmaqla, aztəminatlı, himayəsində xəstə və əlil ailə üzvləri olan şəxsdir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia müddəti ötürülməsi üzrlü səbəblərdən baş vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 133.1-ci maddəsinə əsasən, Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.4-cü maddəsinə əsasən, Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə müraciət üçün buraxdığı iddia müddəti üzrlü hesab edilməli və tələbin mahiyyəti üzrə araşdırılmasına başlanılmalıdır. Məhkəmə iddia tələbini əsaslı hesab edərək, qeyd edir ki, Cavabdeh işçinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin "b" yarımbəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verib. Lakin işçinin xx.xx.2015-ci il tarixli 28 nömrəli əmək müqaviləsi müddətsiz bağlanmışdır. İşəgötürənin 65 yaşa çatdıqdan sonra xx.xx.2024-cü ildən etibarən işçi ilə 6 aylıq müddətə bağlanmış əmək müqavilələri ƏM-nin 10-1.2-ci maddəsinin tələblərinə tam uyğun gəlmir, çünki həmin maddə əmək müqaviləsinin müddətinin hər dəfə 1 ildən çox olmayaraq müddətə uzadılmasını nəzərdə tutur. İşəgötürən isə işçi ilə 6 ay müddətinə müqavilə bağlamış və sonuncu dəfə müddətli müqavilənin müddətinin qurtarması əsas götürərək əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli əmrlə xitam vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin maddənin 2-ci hissəsinə əsasən, Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Həmin maddənin 3-cü hissəsinə əsasən, Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işin hallarından göründüyü kimi iddiaçı ikinci dərəcəli müddətsiz əlildir və reabilitasiya mərkəzində qeydiyyatdadır (xx.xx.2025-ci il tarixli arayışa əsasən). Əmək Məcəlləsinə əsasən, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən (müəssisənin ləğv edilməsi istisna olmaqla) ləğv edilməsinə yol verilmir. İddiaçı aztəminatlı gözdən əlil ailəsi statusuna malik 9 nəfərlik ailənin yeganə çalışan üzvüdür. Himayəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş ailə üzvü (oğlu) və üç uşağı ilə birlikdə onunla yaşayan qızı, həmçinin birinci dərəcəli görmə əlili olan arvadı var. Cavabdeh iddiaya etiraz etsə də, etirazını əsaslandıran halları və sübutları təqdim edə bilməmiş, yalnız iddia müddətinin ötürülməsini əsas gətirərək iddianın rədd edilməsini xahiş etmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi haqqında əmri ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə hesablanmış əmək haqqı cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 43 nömrəli Şəhər Poliklinikasından tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 60 (altmış) manat mediasiya xərci cavabdeh Yasamal rayon İcra Hakimiyyətindən tutularaq iddiaçı X22 ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Azərbaycan Respublikası Cavabdeh2 Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 43 nömrəli Şəhər Poliklinikasının İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında 22 iyul 2025-ci il tarixli 18-1- 1-68/3-1-730/2025 nömrəli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Cavabdeh2 Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 43 nömrəli Şəhər Poliklinikasında əvvəlki vəzifəsinə bərpa edilməli, xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə hesablanmış əmək haqqı cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 43 nömrəli Şəhər Poliklinikasından tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin əvəzi cavabdeh Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ-nin 43 nömrəli Şəhər Poliklinikasından tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Cavabdeh2 Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 43 nömrəli Şəhər Poliklinikasının İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında 22 iyul 2025ci il tarixli 18-1- 1-68/3-1-730/2025 nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Cavabdeh2 Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 43 nömrəli Şəhər Poliklinikasında əvvəlki vəzifəsinə bərpa edilsin. xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə hesablanmış əmək haqqı cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 43 nömrəli Şəhər Poliklinikasından tutularaq iddiaçıya ödənilsin. Ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin əvəzi cavabdeh Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ-nin 43 nömrəli Şəhər Poliklinikasından tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-5478/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5478/2025
04.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver