Məhkəmə qərarları › İş №2(004)-548/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-548/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-548/2022 18.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən təyyarə biletlərinin alınması üçün ödədiyi 2050 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40.50 manat pulun tutularaq ona ödənilməsi baradə qətnamə qəbul edilmisini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin fevral ayında istirahət məqsədilə səyahət etmək üçün Cavabdeh MMC-yə müraciət etmişdir. Həmin şirkətin təsisçisi X4 ilə əlaqə saxlamış və ondan Türkiyə Respublikasına səyahət etmək istədiyimi bildirmişdir. Nümayəndə qeyd edilən ölkəyə səyahət turlarının olduğunu, həmçinin fərdi qaydada da təyyarə bileti və otel təşkil edə biləyəcəyini bildirmişdir. O, Nümayəndə ilk əvvəl mart ayında, daha sonra da iyul ayında həyat yoldaşı ilə səyahət etmək istədiyini bildirmişdir. Bundan sonra Nümayəndə ona həyat yoldaşı ilə birlikdə mart ayında 4 gün üçün təyyarə və otel qiymətləri daxil olmaqla 1250 ABŞ dolları, iyul ayında 9 gün üçün təyyarə və otel qiymətləri etməli olduğunu, həmin qiymətlərə öz şirkətinin xidmət haqqının da daxil olduğunu bildirmişdir. Təxminən 2020-ci ilin fevral ayının əvvəlində o, həmin məbləği Nümayəndə Azərbaycan Respublikası manatı ekvivalentində 5695 manatı nağd şəkildə sürücüsü X6 vasitəsilə göndərmiş və sonuncu onlara təyyarə biletləri almışdır. Belə ki, Nümayəndə mart ayı səyahəti üçün təyyarə biletlərini “Turkish Airlines” şirkətindən, iyul ayı səyahəti üçün isə “Azerbaijan Airlines” şirkətindən almış və həmin biletləri elektron qaydada ona göndərmişdir. Razılaşmalarına əsasən mart ayı səyahətləri 22-26 mart 2020-ci il, iyul ayı səyahətləri 06-15 iyul 2020-ci il tarixləri arasında olmalı idi. 19.03.2020ci il tarixdə COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabinetinin qərarına əsasən ölkədaxili və ölkəxarici səyahətlər qeyri-müəyyən vaxta təxirə salınmışdır. Bununla əlaqəli o, Nümayəndə müraciət edərək artıq səyahətin mümkün olmamasını və pulu qaytarmasını xahiş etmişdir. O, da cavabında ona hələ heç nəyin dəqiq olmadığını, bu məsələ konkretləşəndə lazımi tədbirləri görəcəyini bildirmişdir. Nümayəndə hər hansı bir cavab gəlmədiyini gördükdə 31.05.2020-ci il tarixdə ona elektron poçt vasitəsilə pulunun qaytarılması barədə müraciət etmiş və Nümayəndə ona 31.05.2020-ci il tarixdə “whatsapp” vasitəsilə səs göndərərək hazırda vəziyyətin yaxşı olmadığını, pandemiya ilə əlaqədar işləyə bilmədikləri üçün pulu qaytara bilməyəcəyini və məhkəməyə müraciət edə biləcəyimi bildirmişdir. Bundan başqa Nümayəndə ona ödədiyi məbləği təyyarə bileti və otel rezervasiyası etmək üçün istifadə etdiyini bildirmiş, biletləri və otel rezervasiyalarını ona elektron olaraq göndərmişdir. Bununla əlaqəli olaraq o, otelə (“X11”) elektron poçtla müraciət edərək pulun qaytarılmasını istədikdə, otel cavabında rezervasiya ilə əlaqədar onlara heç bir məbləğdə pul ödənilmədiyini bildirmişdir. Həmçinin qeyd etmək istəyirəm ki, Nümayəndə iyul ayında olacaq səyahəti ilə əlaqəli “X9” oteldə rezervasiya etmiş, lakin həmin otelə də hər hansı bir məbləğin ödənilməsinə dair sənəd təqdim etməmişdir. Nümayəndə onunla dəfələrlə telefonla danışdığımda, “whatsapp” vasitəsilə yazışdıqlarında ona ödədiyim pulu etiraf etmiş, lakin pulu qaytaracağını desə də hazırki vaxta qədər qaytarmamışdır. Bundan sonra o, ərizə ilə Yasamal Rayon məhkəməsinə müraciət etmiş, lakin biletlərdən başqa verdiyi digər pulların sübutu olmadığından işə xitam verilmişdir. Daha sonra, o,ərizə ilə Bakı şəhəri Nəsimi rayonu 21-ci PB-nə müraciət etmiş və ərizəsi əsasında araşdırma aparılaraq 29.03.2021-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Polis X1 iddiaçının ona 2050 manat ödəniş etdiyini və həmin məbləğə avia bilet aldığını, lakin daha sonra avia şirkətlərin ona pulu qaytarmaması səbəbindən ödəyəcəyi pulu geri qaytara bilmədiyini, avia şirkətlər pulları geri qaytardıqda iddiaçının pulunu ödəyəyini bildirmişdir. Lakin, avia şirkətlər bütün tur şirkətlərinə müştərilərin pullarını qaytarmış, lakin Nümayəndə buna baxmayaraq ondan aldığı pulu geri qaytarmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmiş və izahatında bildirmişdir ki, Emilya Həsənova Cavabdeh MMC-nin təsisçisidir. İddiaçı səyahət üçün tur paketinin alınmasına görə Cavabdeh MMC-yə 2050 manat ödəniş etmişdir. Lakin hal-hazırda həmin məbləği geri ödəyə bilmirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə iclasında təqdim edilmiş və iş materiallarında olan sənədləri, cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazını nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin 29.03.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı Cavabdeh MMC-yə ümumilikdə 2050 manat ödəniş etmiş və pulun ödənildiyi avia şirkətlər və otellər tərəfindən səyahətçilərin pullarının qaytarılmaması səbəbindən şirkət tərəfindən müştərilərin pulları qaytarılmamışdır. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin 29.03.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, təhqiqat araşdırması zamanı izahatı alınmış vətəndaş X4 bildirmişdir ki, İddiaçı onun rəhbərlik etdiyi turizm şirkətinə ümumilikdə 2050 manat ödəniş etmiş, pulun ödənildiyi avia şirkətlər və otellər tərəfindən səyahətçilərin pullarının qaytarılmaması səbəbindən şirkət tərəfindən müştərilərin pullarını qaytara bilməmişlər. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC-yə İddiaçı tərəfindən səyahət üçün razılaşdırılmış tur paketinə görə 2050 manat ödəniş edilməsi, Covid-19 ümumdünya pandemiyası səbəbindən əvvəlcədən razılaşdırılmış tarixdə tur paketin baş tutmaması və İddiaçı tərəfindən ödənilmiş pulun ona geri qaytarılmaması işin mübahisəsiz hallarıdır və bu hallar Bakı şəhəri Nəsimi RPİ-nin 29.03.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı, həmçinin məhkəmə iclasında cavabdehin nümayəndəsinin izahatı ilə təsdiq edilir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndinə görə turizm məhsulunun satışı müqavilə əsasında həyata keçirilir. Müqavilə yazılı formada bağlanır və o, Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır. Həmin Qanunun 6-cı maddəsinin 1.4-cü bəndinə görə turist turizm məhsulunun pərakəndə alğı-satqı müqaviləsi şərtlərinin turoperator və ya turaqent tərəfindən yerinə yetirilmədiyi hallarda ona dəymiş maddi və mənəvi zərərlərin əvəzinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilməsini tələb etmək hüququ var Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsaəsn cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin araşdırılması zamanı faktın etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadehin etirafını qəbul edir. Cavabdeh MMC-nin nümayəndəsi X3 MMC-nin iddiaçıya 2050 manat borcunun olduğunu etiraf etdiyindən, iddiaçı cavabdehə göstərilən məbləğdə pul vəsaiti verdiyini sübut etmə vəzifəsindən azaddır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehə aid edilərək, İddiaçı xeyrinə Cavabdeh MMC-dən tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, İddiaçı tərəfindən ödənilmiş 2050 manat pul və ödənilmiş 40.50 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2050 (iki min əlli) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40.50 (qırx manat əlli qəpik) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar