Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5491/2020 23.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən 54 gün əmək məzuniyyətinə və artıq iş saatlarına görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə təqdim edərək, son bir ildə orta aylıq əmək haqqı 679 manat, artıq iş saatlarına görə əmək haqqı 7833 manat olmaqla, cəmi 8512 manat hesablanmış məbləğin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinə etiraz təqdim edərək iddaçının əvvəllər işlədiyi müəssisəyə ərizə ilə müraciət edərək məzuniyyət hüququndan lazımi qaydada istifadə etdiyindən iddia tələbinin əsassız hesab olunaraq rədd edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh MMC etiraza əlavə təqdim edərək bildirir ki, iddiaçının məhkəməyə təqdim etdiyi guya elektron yazışmaları əks etdirən və intizam tabelini əks etdirən sənəd surətləri Cavabdeh MMC-yə aid deyil. Belə ki, Cavabdeh MMC-nin elektron poçt arxivində qeyd olunan yazışmalar mövcud deyil. Cavabdeh MMC-nin bütün ofis və mağazalarında işə gediş-gəlişin uçotu nəzarət kameraları ilə həyata keçirilir. Qeyd olunan surətlərin haradan və hansı yolla əldə olunması onlara məlum deyil. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, Cavabdeh MMC-də kredit mütəxəssisi işlədiyi dövrdə iş saatı 10:00 dan 20:00-a kimi şirkət tərəfindən qoyulmuşdur. Buna uyğun olaraq əlavə iş saatlarına uyğun ödəniş edilməmişdir. Məzuniyyət günləri düzgün hesablanmamışdır, həftəlik iş saatı 60 saat olub. Əmək müqaviləsində 40 saat olmasına baxmayaraq 20 saat əlavə işləməyi tələb olunub. Artıq iş saatları 2 (iki) qat hesablanmalıdır. Son haqq hesabın olunmasında əmək müqaviləsinə əməl olunmalıdır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək cavabdeh məzuniyyət hüququndan dəfələrlə istifadə etdiyindən iddia tələbinin əsassız hesab edilərək rədd edilməsini xahiş etmişdir. İddiaçının təqdim etdiyi sübutlar qanunvericiliyə uyğun əldə olunmayıb. Əmrlər qanunsuz ola bilməz, məzuniyyət əmrlə olur. Məzuniyyət pulunun odənilməsi barədə sübutlar və bank çıxarışları vardır. Heç kim iddiaçını iş saatlarından artıq işə cəlb etməmişdir. Eyni zamanda Cavabdeh MMC iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edərək, hazırki iddia tələbinə dair iddia müddətini tətbiq edərək bir illik iddia müddətini aşan hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 289/K saylı, xx.xx.2017-ci il tarixli əmək müqaviləsində müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdən əmək funksiyalarını icra etməyə başlamışdır. İş materiallarında olan Cavabdeh MMC-nin xx xxxxxx 2018-ci il tarixli, 66M saylı, xx xxxxxx 2018-ci il tarixli, 137/M saylı, xx xxx 2018-ci il tarixli, 540/M saylı, xx xxxx 2018-ci il tarixli, 674/M saylı, xx xxxx 2018-ci il tarixli, 720/M saylı, xx xxxxxxx 2018-ci il tarixli, 1315/M saylı, xx xxx 2019cu il tarixli, 660/M saylı, xx xxx 2019-cu il tarixli, 762/M saylı, xx xxxx 2019-cu il tarixli, 895/M saylı xx xxxxxx 2019-cu il tarixli, 1853/M saylı, xx xxxxxx 2019-cu il tarixli, 1943/M saylı əmrlərindən müəyyən olunur ki, İddiaçı məzuniyyət pulu hesablanmaqla 2018-2019-cu təqvim illərində məzuniyyət verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx xxxx 2020-ci il tarixli, 586/K saylı əmrin surətinə əsasən İddiaçı ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsi 68-ci maddəsinin “b” bəndinə əsasən son iş günü xx.xx.2020-ci il hesab edilməklə xitam verilmiş, 2020-ci il üçün yeddi, 2020-ci il iyun və 2021-ci il iyun üçün üç gün məzuniyyət günü hesablanmaqla son haqq-hesab ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı 54 gün əvəzi ödənilməmiş məzuniyyət günlərinin haqqının ödənilməsini tələb etsə də iş materialları ilə iddiaçının 2018-2019-cu illərdə əmək məzuniyyətindən istifadə etməklə ona müavinətin ödənildiyi, eyni zamanda əmək müqaviləsinə xitam verilərkən istifadə olunmamış məzuniyyət günlərinə görə haqqı ödənildiyi sübut olunur. İddiaçı iş saatlarından artıq işə cəlb olunduğunu bildirir, lakin iş materialları ilə iddiaçının iş saatlarından artıq qeyri-könüllü olaraq işə cəlb olunması sübut olunmur. Əmək Məcələsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı 54 gün əmək məzuniyyətlərinə və artıq iş saatlarına görə əmək haqqının hesablanaraq ona ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-5491/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5491/2020
23.11.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver