Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-55/2021 05.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi zərər tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh axırıncıya məxsus Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə (A.Ağayev) küçəsi, 58 və 54/60 saylı ünvanlarda yerləşən evin 1/6 hissəsinə dair alqı-satqı müqaviləsinin bağlanması üçün ödənilmiş vəsaitdən borclu qaldığı 13.000 manat, evin bərpasına və təmirinə sərf edilmiş 32.787 manat vəsaitin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 45.817 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh evlərin alqı-satqısı ilə məşğul olan makler Ələsgər Ağayevin vasitəsi ilə 2016-ci ilin avqust ayının əvəllərindən tanımışdır. Belə ki, 2016-cı ilin avqust ayının əvəllərində özünə Sovetski deyilən ərazidə münasib ucuz ev axtarırdı. Bu məqsədlə makler Ələsgər Ağayevə müraciət etdiyində o, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi (keçmiş K.Kazımzadə) küçəsi, 58 və 54/60 saylı evin paylı sahiblərindən biri Cavabdeh özünə məxsus iki otaqlı evi satdığını bildirmiş və o, həmin evə baxdıqda evin yarı-sökük, yaşayışa yararsız vəziyyətdə, güclü təmirə və bərpaya ehtiyacı olan ev olduğunu görmüşdür. Lakin cavabdeh evini 23.000 manata satdığını bildirdikdə o, həmin qiymətə evi alıb evin bərpa və təmir işlərini hissə-hissə edərək evi yaşayışa yararlı vəziyyətə sala biləcəyinə inanaraq cavabdehlə xx.xx.2016-cı il tarixdə beh müqaviləsini bağlayıb ona aralarında razılaşdıqları məbləğdən 1000 (min) manat beh olaraq vermişdir. Cavabdeh isə qısa müddətdə evin çıxarışının əslini, forma 1 və 2 saylı arayışları və evin digər paylı mülkiyyətçilərinin razılıq ərizələrini ona təqdim edərək evdə qeydiyyatda olan oğlu Türkiyə Respublikasında təhsil aldığını, onun razılığı olmadan notariusun alqı-satqı müqaviləsini təsdiq etmədiyini və oğlu 2016-cı ilin noyabr ayında Türkiyədən Bakıya gayıtdıqda aralarında alqı-satqı müqaviləsini rəsmiləşdirəcəyini bildirdi. Lakin bu razılaşmadan iki gün sonra, yəni xx.xx.2016-cı il tarixdə, cavabdeh ona müraciət edərək banka kredit borcu olduğunu, bank əməkdaşlarının ondan kredit borcunu tələb etdiklərini, möhlət istəsə də vermədiklərini, evi borcu bağlamaq üçün satdığını, evin alqı-satqısı üçün razılaşdıqları puldan 20.000 manat ona verdiyi halda o, baş etibarnamə verəcəyini və aralarında razılaşdıqları tikilini ona təhvil verəcəyini, həmin tikilidə bərpa və təmir işlərini başlaya biləcəyini söylədi. Cavabdehin çıxılmaz vəziyyətdə olduğunu düşünərək onun təklifini qəbul etmiş və cavabdeh həmin gün "20 Yanvar" metro stansiyasının yaxınlığında yerləşən 14 saylı DNK-da ona baş etibarnamə verdikdən sonra ona razılaşdıqları evin dəyəri olan puldan 20.000 manat pulu ona vermiş və qalan 3000 manatı da o, alqı-satqı müqaviləsini rəsmiləşdirdiyi zaman ala biləcəyini bildirmişdir. O vaxtdan da dəyərini ödəməklə aldığı, tam yaşayışa yararsız vəziyyətdə olan evin tikinti, bərpa və təmir işlərinə başlamış və bu işlərin görülməsinə, cəmi 32.787 manat vəsait sərf etməklə aldığı evi tam təmirli və yaşayışa yararlı vəziyyətə salmış, ikinci mərtəbəsində əlavə tikili inşa və təmir etməklə özünə məxsus avadanlıqları həmin evə yerləşdirmişdir. Bu müddət ərzində, yeni 2016-cı ilin noyabr ayında cavabdeh oğlu Türkiyyədən gələ bilmədiyini, 2017-ci ilin yanvar ayında gəlmək istədiyini, lakin pulu olmadığından gələ bilmədiyini, evin ödənilməmiş dəyərindən ona 1000 manat ödəməyə razı olduğu halda o, həmin pulu oğluna göndərəcəyini və oğlu da Bakıya gələ biləcəyini söylədi. Lakin cavabdehə istədiyi 1000 manat pulu versə də onun oğlu Bakıya gəlməmiş, bununla bağlı cavabdehə narazılığını bildirdiyində o, ödənilməmiş qalan 1000 manatı da ona verməyi xahiş etmiş, bu dəfə həmin pulla Türkiyəyə gədib oğlunu gətirəcəyini söyləmişdir. Çıxılmaz vəziyyətdə qaldığından cavabdehə ondan istədiyi 1000 manatı versə də yənə heç bir nəticəsi olmamış və artıq cavabdehin hərəkətlərindən şübhələnməyə başlamış və sonuncu dəfə xx.xx.2017-ci il tarixdə cavabdehə müraciət etdiyində onu aldatdığını, evi ona vermək istəmədiyini bildirdikdən sonra cavabdehin ona qarşı etdiyi dələduzluq hərəkətləri barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görülməsi üçün müvafiq polis orqanlarına müraciət etmişdir. Bununla əlaqədar cavabdeh Yasamal RPİ-nin istintaq şöbəsində verdiyi ifadəsində ondan ev satmaq adı ilə cəmi 20.000 manat pul aldığını etiraf etmiş, guya ona 3000 manat borclu qaldığından onunla alqı-satqı müqaviləsi bağlamadığını bildirmişdir. Bu əsasla da Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis leytinantı Əlibala Hacıyevin xx.xx.2017-ci il tarixli qərarı ilə mübahisənin mülki xarakter daşıdığını əsas götürməklə iş üzrə cinayət işinin bağlanması rədd edilmişdir. Qeyd edilmiş qərarla müəyyən edilmiş hallardan başqa həqiqətən də cavabdehə evin alqısatqı müqaviləsinin bağlanması üçün 23.000 manat, evin bərpasına və təmirinə 32.787 manat vəsaiti sərf etməsi, onunla bağlanmış beh müqaviləsi, cavabdehin öz adından yazdığı ərizəsi, tikinti materiallarına ödənilmiş qəbzlər və evin fotoşəlilləri ilə subuta yetirilir. Buna baxmayaraq cavabdeh ona təhvil verdiyi evin çıxarışını itirdiyini bəhanə edərək reyestr xidməti idarəsindən çıxarışın dublikatını alması faktı ona məlum olduqda o, Yasamal rayon məhkəməsində ona qarşı dəyərini faktiki ödəməklə aldığı evə dair cavabdehin adına evin 1/6 hissəsinə verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair iddia qaldırmış, cavabdehlə aralarında alqı-satqı müqaviləsinin rəsmi bağlanmaması faktı əsas götürülməklə, Yasamal rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-6960/2017 saylı qətnaməsi ilə həmin iddia təmin edilməmişdir. Göründüyü kimi cavabdeh banka olan kredit borcunu bağlamaq məqsədi ilə onu aldadaraq özünə məxsus evin 1/6 hissəsini satmaq adı ilə 23.000 manat pulumu alaraq mənimsəmiş və faktiki ona satdığı yaşayışa yararsız vəziyyətdə olan tikilini tam təmir etdirməklə küllü miqdarda vəsaiti həmin evin tikintisinə, bərpasına və təmirinə sərf etdirməklə ona külli miqdarda ziyan vurmuşdur. Hazırda artıq 3 ilə yaxın müddətdir ki, müxtəlif bəhanələrlə cavabdeh ona vurduğu ziyanı qaytarmaqdan boyun qaçırır. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən etiraf edərək, iddiaçıya 13000 manat borcu olduğunu, lakin təmirin ondan xəbərsiz aparıldığına görə təmir xərclərinin ondan tutulmasına razı olmadığını bildirdi. Cavabdeh ərizə təqdim edərək İddiaçı 13000 manat borcu qaldığını, lakin onun icazəsi olmadan edilən özbaşına təmirə 2500 manat xərcin çəkildiyini etiraf etmiş, iddiaçıya 13000 manat borcunun qaldığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə (A.Ağayev) küçəsi, 58 və 54/60 saylı ünvanlarda yerləşən evdə elektrik işlərini gördüyünü və İddiaçı tərəfindən ona gördüyü işlərə görə 500 manat əmək haqqı verildiyini, şahid X8 ifadəsində həmin ünvanda təmir-tikinti işlərini gördüyünü və həmin işlərə görə ona E. Quliyev-Qafqazlı tərəfindən 5000 manat əmək haqqı verildiyini, şahid X9 həmin evdə 2 ay müddətində günü 20 manat olmaqla fəhlə işlədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, İddiaçı uzun müddətdir ki, tanıyır. Onlar təxminən 10 ilə yaxın qonşu olmuşlar. İddiaçı ona münasib qiymətə ev axtardığını bildirdikdə, o, həmin vaxt Cavabdeh məxsus evi göstərmiş və Elçinlə həmin evə baxmağa getmişlər. Daha sonra evin sahibi ilə görüşmüş və qarşılıqlı razılıq əsasında evi alaraq, təmirə başlamışlar. Ev özü çox pis vəziyyətdə idi, evi tam sökərək hətta əlavə ikinci mərtəbə də tikmişlər. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə (A.Ağayev) küçəsi, 58 və 54/60 saylı fərdi yaşayış evinin 1/6 hissəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi cavabdehin adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən təsdiq edilərək reyestrdə 7E-12615 nömrə ilə qeydə alınmış xx.xx.2016-cı il tarixli ərizənin surətindən görünür ki,cavabdeh həmin fərdi yaşayış evinin özünə məxsus 1/6 hissəsinə görə iddiaçıdan 20000 manatı qəbul etmişdir. Daşınmaz əmlakın alqı-satqısı üzrə xx xxxxxx 2016-cı il tarixli beh müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh Bakı şəhəri, A.Ağayev küçəsi, 58 ünvanda yerləşən 2 otaqlı mənzilin alqı-satqısını 23.000 manata razılaşmış, İddiaçı tərəfindən 1000 manat beh Cavabdeh ödənilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, cavabdehin borcun etirafı barədə ərizəsi ilə onun İddiaçı evin dəyəri olaraq aldığı 23000 manat məbləğindən 13.000 manat borcu qaldığı tam təsdiqini tapır. İddiaçının yaşayış evinin təmir və bərpasına çəkdiyi xərclərlə bağlı məhkəmə qeyd edir ki, evin təmirdən əvvəlki vəziyyəti barədə hər hansı sübut məhkəməyə və ya ekspertə təqdim edilmədiyi üçün yaşayış evində təmir işlərinə hansı məbləğdə vəsait xərcləndiyini müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq, şahid ifadələri ilə Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, 58 və 54/60 ünvanında yerləşən yaşayış evində təmir işlərinin aparıldığı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 10/2410 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, 58 və 54/60 ünvanında yerləşən yaşayış evinin daxilində olan tikililərin konstruktiv elementləri üzərində qüsuların (divar kağızının qopması və bir hissəsinin olmadığını, tavanın üzərində müxtəlif çatların olduğunu, boya və şpatlyovka qatının qabarması, döşəmənin taxtalarının bir-birindən aralı vəziyyətdə) olduğunu nəzərə alaraq tədqiq olunan yaşayış evində təmir işlərinin aparıb-aparılmadığını dəqiqliklə müəyyən etmək mümkün olmamamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə (A.Ağayev) küçəsi, 58 və 54/60 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində əlavə tikililər tikildiyindən və mövcud fərdi yaşayış evi xx.xx.2009-cu il tarixli, 11/2073 inventar nömrəli texniki pasporta uyğun olmadığına görə cavabdehə məxsus evin harada yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə iclasında ekspertin rəyini aydınlaşdırmaq və tamamlamaq üçün ekspertə suallar verilmiş, mənzilin yaşamaq üçün yararsız vəziyyətdə olduğu, təmirə ehtiyacı olduğu, bir sıra təmir işlərinin aparıldığı, lakin tamamlanmadığı müəyyən edilmişdir. Odur ki, məhkəmə yaşayış evinin təmirinə və bərpasına xərclənmiş məbləği müəyyən edərkən şahid ifadələrini nəzərə alır və hesab edir ki, iddiaçının tələbi həmin hissədə qismən təmin edilməli, 6700 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 4,50 manat məbləğində hissəsi cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən xx xxxxxx 2020-ci il tarixli, 10/2410 saylı məhkəmə ekspertizasının dəyərinin (100 manat) 85 manatı İddiaçı, 15 manatı Cavabdeh tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, 58 və 54/60 ünvanında yerləşən evin alqı-satqısı üçün 13.000 (on üç min) manat, evin bərpasına və təmirinə sərf edilmiş 6700 (altı min yeddi yüz) manat vəsait və ödənilmiş 4,50 (dörd manat əlli qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. 100 (yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyərinin 85 manatı (səksən beş) İddiaçı, 15 (on beş) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-55/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-55/2021
05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver