Məhkəmə qərarları › İş №2(004)-55/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-55/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-55/2024 16.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, İddiaçı Cavabdehnə ("xxxx" MTK) qarşı “yaşayış sahəsi üçün artıq alınmış vəsaitin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə ("xxxx" MTK) qarşı “yaşayış sahəsi üçün artıq alınmış vəsaitin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə 103 nömrəli evin 29 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 103, M7, m5) daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışındakı faktiki sahəsi ilə xx.xx.2020-ci il tarixli müqavilədə göstərilmiş sahə arasındakı ölçü fərqinə görə artıq ödənilmiş 29.711,78 manat, kredit faizinə görə ödənilmiş 1.724 manat, cavabdehə xidmət haqqı kimi artıq ödənilmiş 320 manat olmaqla, cəmi 31.755,78 manat pulun və ödənilmiş 186 manat dövlət rüsumunun Cavabdeh MTK-dan ("xxxx" MTK) tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-2836/2023 nömrəli qərardadı və xx.xx.2023-cü il tarixli e-2(004)-2836/2023 nömrəli əlavə qərardadı ilə ilə İddiaçı Cavabdehnə qarşı “yaşayış sahəsi üçün artıq alınmış vəsaitin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə məhkəmə mühəndis-texniki (inşaat) ekspertizası təyin edilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən X2 tam mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə 103 nömrəli evin 29 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 103, M7, m5) faktiki ümumi sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələbləri nəzərə alınmaqla nə qədər təşkil edir?

2. "xxxx" MTK (hazırkı Cavabdeh MTK) ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli GH-A 1/002354 saylı müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə 103 nömrəli evin 3 otaqlı 29 nömrəli mənzilinin ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan nə qədər təşkil edir?

3. Mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxil edilməklə ümumi sahəsi nə qədərdir?

4. Mənzilin ümumi sahəsi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli GH-A 1/002354 saylı müqavilənin tələblərinə uyğundurmu? Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspertizanın rəyi alınanadək mülki iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5111 nömrəli ekspert rəyi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-2836/2023 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh MTK ("xxxx" MTK) ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli alqısatqı (podrat) müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh "xxxx" MTK Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə ünvanda inşa etdiyi "xxxx" çoxmənzilli yaşayış kompleksində blok 1, mərtəbə 7, brut sahəsi (mənzilin tikilən brut sahəsi) 147,50 kv.metr olmaqla, net sahəsi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunan ümumi sahə) 137,38 kv.metr olan, 3 otaqdan ibarət 29 nömrəli mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürüb. Müqavilənin 3.1-ci bəndinə görə tərəflər mənzilin ümumi dəyəri 190.000 manat olmaqla, mənzilin brut sahəsi üzrə hər kv.metr üçün 1.288 manat, net sahəsi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunan ümumi sahə) üçün isə 1.383,23 manat olması barədə razılığa gəlmişlər. İddiaçı mənzilini özəlləşdirərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2023-cü il tarixli çıxarış almışdır. xx.xx.2023-cü il tarixli çıxarışda İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə 103 nömrəli evin 29 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 103, M7, m5) ümumi sahəsi 115,90 kv.metr göstərilmişdir. Göründüyü kimi, mənzilin net sahəsinin (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunan ümumi sahənin) 137,38 kv.metr olacağına dair öhdəlik götürmüş cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, mənzilin sahəsini iddiaçıya 21,48 kv.metr az təhvil vermişdir. Bu isə mənzilə görə iddiaçının cavabdehə 29.711,78 manat artıq ödəniş etməsi ilə nəticələnmişdir. 137,38 - 115,90 = 21,48 kv.metr. 21,48 x 1383,23 = 29.711,78 manat artıq ödənilmişdir. Bu barədə iddiaçı cavabdehə bildirmiş və artıq ödənilmiş vəsaitin geri qaytarılmasını tələb etmişdir. Lakin cavabdeh iddiaçının tələbinə əhəmiyyət verməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirməmiş, iddiaçıya satdığı mənzilin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdakı faktiki sahəsi ilə müqavilədə göstərilmiş sahə arasındakı ölçü fərqinə görə artıq aldığı 29.711,78 manat pulu iddiaçıya geri qaytarmamışdır. Bundan başqa, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli xidmət müqaviləsinə və həmin müqaviləyə 2 saylı əlavəyə əsasən mübahisəli mənzilin hər kv.metrinə, o cümlədən 21,48 kv.metr sahəyə görə iddiaçı 0,75 manat xidmət haqqı ödəmişdir. Cavabdehin iddiaçıya mənzili müqavilədə göstəriləndən 21,48 kv.metr az sahə təhvil verdiyini nəzərə alsaq, həmin sahəyə görə iddiaçının artıq ödədiyi 320 manat vəsait də (0,75 manat x 21,48 kv.metr x 20 ay = 320 manat) cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. Qeyd olunan mənzilin alınması üçün İddiaçı "xxxx" ASC-dən illik 10% faizlə 150.000 manat kredit almışdır. Həmin krediti vaxtından əvvəl ödədiyi üçün iddiaçı 9 ay ərzində cəmi 11.026 manat faiz ödəmişdir. Cavabdeh iddiaçıya 137,38 kv.metr əvəzinə 115,90 kv.metr, yəni müqavilə üzrə üzərinə götürdüyü öhdəlikdən 15,64% az sahə təhvil vermişdir. Hesab edir ki, iddiaçının banka ödədiyi faizin 15,64% hissəsi, yəni 1.724 manatı da cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Ekspertizanın rəyi ilə bir daha təsdiq edilir ki, cavabdeh iddiaçıya mənzilin sahəsini düzgün verməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh MTK-nın ("xxxx" MTK) nümayəndəsi və vəkili Vəkil4 məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiqinə dair xx.xx.2024-cü il tarixli ərizəni təqdim edərək izahatında bildirdi ki, Cavabdeh MTK ("xxxx" MTK) ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli alqısatqı (podrat) müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MTK Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə ünvanda inşa etdiyi "xxxx" çoxmənzilli yaşayış kompleksində blok 1, mərtəbə 7, brut sahəsi (mənzilin tikilən brut sahəsi) 147,50 kv.metr olmaqla, net sahəsi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunan ümumi sahə) 137,38 kv.metr olan, 3 otaqdan ibarət 29 nömrəli mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə görə tərəflər mənzilin ümumi dəyəri 190.000 manat olmaqla, mənzilin brut sahəsi üzrə hər kv.metr üçün 1.288 manat, net sahəsi üçün isə 1.383,23 manat olması barədə razılığa gəlmişlər. İddiaçı mənzilin pay haqqını tam olaraq Cavabdeh MTK-ya ödəmişdir, Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə təhviltəslim aktı imzalanmış və buna əsasən mənzil İddiaçı təhvil vermişdir. Mənzilin ölçüləri müqavilənin şərtlərinə uyğun olaraq müqavilədə göstərilən ölçülərə uyğun olaraq iddiaçıya təhvil verilmişdir. İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli çıxarışda Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054cü məhəllə 103 nömrəli evin 29 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 103, M7, m5) ümumi sahəsi 115,90 kv.metr göstərilməsi, cavabdehin müqavilə öhdəliyini yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. Çünki, xx.xx.2023-cü il tarixli çıxarışda mənzilin sahəsi hesablanarkən balkon (28,3 kv.m x 0,3=8,5 kv.m) əmsal tətbiq edilməklə yazılıb, faktiki ölçüləri isə mənzilin texniki pasportuna uyğun hesablanmışdır. Həmçinin onu da qeyd edir ki, tərəflər arasında müqavilə xx.xx.2020-ci il tarixdə bağlanmış və xx.xx.2020-ci il tarixli təhvil təslim aktına əsasən mənzil təmir edilməsi üçün iddiaçıya təhvil verilmişdir. İddiaçı xx.xx.2020-ci ildə mənzili təhvil alarkən mənzilin sahəsi ilə bağlı pretenziya bildirməmişdir. Bir illik iddia müddətini buraxdıqdan sonra xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddia müddətinin keçməsi iddianın rədd edilməsi üçün əsasdır. Mülki Məcəllənin 776.1-ci maddəsi ilə nəzərdə tutulmuş bir illik iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3811/2023 saylı qərarında məhkəmə tərkibi oxşar iş üzrə iddia müddətinin tətbiqinə dair hüquqi mövqeyini bildirmişdir. Məhkəmənin gəldiyi nəticəyə əsasən iddia müddəti çxarışın alındığı tarixdən deyil, mənzilin təhvil verildiyi tarixdən Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən 1 illik müddət hesablanmalıdır. Odur ki, iddia müddətinin keçməsi ilə əlaqədar iddia müddətinin tətbiq edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin və vəkillərinin izahatlarını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri və mühəndis-texniki (inşaat) ekspertizasının rəyini, cavabdeh Güvenli-Servis Management” MTK-nın ("xxxx" MTK) nümayəndəsi və vəkili Vəkil4 tərəfindən elektron kabinet vasitəsilə təqdim edilmiş iddia müddətinin tətbiqinə dair xx.xx.2024-cü il tarixli ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia müddəti keçdiyinə görə iddia rədd edilməlidir. Belə ki, tərəflərin izahatlarından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edilir ki, Cavabdeh MTK ("xxxx" MTK) ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli alqı-satqı (podrat) müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh "xxxx" MTK Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə ünvanda inşa etdiyi "xxxx" çoxmənzilli yaşayış kompleksində blok 1, mərtəbə 7, brut sahəsi (mənzilin tikilən brut sahəsi) 147,50 kv.metr olmaqla, net sahəsi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunan ümumi sahə) 137,38 kv.metr olan, 3 otaqdan ibarət 29 nömrəli mənzili iddiaçı X3 təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə görə tərəflər mənzilin ümumi dəyəri 190.000 manat olmaqla, mənzilin brut sahəsi üzrə hər kv.metr üçün 1.288 manat, net sahəsi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunan ümumi sahə) üçün isə 1.383,23 manat olması barədə razılığa gəlmişlər. Müqaviləyə əlavə edilmiş eskiz layihədə mənzilin sahəsi (net sahəsi) 137,38 kv.metr və ya (mənzilin tikilən brut sahəsi) 147,50 kv.metr göstərilmişdir. X4 müqavilə üzrə öhdəliyini yerinə yetirmiş və mənzilin dəyəri tam olaraq Cavabdeh MTK-ya ödəmişdir. Cavabdeh MTK-da müqavilə öhdəliyini yerinə yetirmiş və mənzili təmir etməsi üçün xx.xx.2020-ci il tarixdə təhvil-təslim aktına əsasən X3 təhvil vermişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 59.4. Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. 59.5. Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İddiaçı X4 mənzilini özəlləşdirərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2023-cü il tarixli çıxarış almışdır. ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən X2 mülkiyyətinə verilmiş Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə 103 nömrəli evin 29 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 103, M7, m5), ümumi sahəsinin 115,9 kv.metr olduğu göstərilmişdir. ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********81-05301-093093 reyestr nömrəli texniki pasportda X2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə 103 nömrəli evin 29 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 103, M7, m5), ümumi sahəsinin 115,90 kv.metr, yaşayış sahəsinin 65,3 kv.m, 3 yaşayış otağından ibarət olduğu göstərilmişdir. Mənzilin balkonunun sahəsi hesablanarkən əmsal tətbiq edilmiş və 28,3 kv.m x 0,3 = 8,5 kv.m göstərilməklə, mənzilin ümumi sahəsinin 115,9 kv.m olduğu qeyd edilmişdir. Balkonun sahəsi hesablanarkən əmsal tətbiq edilmədikdə, ümumi sahə 135,7 kv.m olduğu görünür. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********938600 nömrəli və xx.xx.2022-ci il tarixli **********597000 nömrəli çıxarışlardan müəyyən edilir ki, "xxxx" MTK xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (VÖEN **********), sonradan adı dəyişdirilərək "xxxx" MTK olmuş, daha sonra isə "xxxx" MTK-nın adı dəyişdirilərək Cavabdeh MTK olmuşdur. Hüquqi ünvanı AZ1065, Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllədir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2- 10/5111 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən Bakı şəhəri Yasamal rayonu, Tbilisi prospekti 1054-cü məhəllə 103 nömrəli evin 29 nömrəli mənzilin (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 103, M7, m5) ümümi sahəsi 115.9 kv.m, faktiki sahəsi (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 135,7 kv.m, həmin mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanlarının sahəsi, habelə yardımçı sahələr də daxil edilməklə ümumi sahəsi 147,5 kv.m təşkil edir. Göstərilənləri nəzərə alaraq mənzilin ümumi sahəsinin 115,9 kv.m təşkil etdiyini, həmin mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 135,7 kv.m təşkil etdiyini nəzərə alaraq, mənzilin ümumi sahəsinin tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli GH-A 1/0022354 saqylı müqavilənin tələblərinə (Brut sahə: 147,5 kv.m, net sahə 137,36 kv.m) uyğun olmadığı müəyyən edilmişdir. Cavabdeh MTK-nin nümayəndəsi və vəkili Vəkil4 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Mənzilin təmir məqsədilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından müəyyən edilir ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllədə inşa edilən ümumi sahəsi 147,5 kv.metr olan 3 otaqlı 29 nömrəli mənzil (2-ci maddədə qeyd olunan lavazimatla birlikdə) təmir işlərinin aparılması üçün xx.xx.2020-ci il tarixdə "xxxx" MTK tərəfindən sifarişçi İddiaçı təhvil verilmişdir. X4 mənzil təmir etmək üçün sahibliyə və istifadəsinə qəbul etmiş, mənzili qəbul edərkən onun ölçülərinin və sahəsinin müqavilədə göstərilən sahəyə uyğun olmadığına dair "xxxx" MTK-ya hər hansı bir irad bildirməmiş və aktda bu barədə öz qeydini yazmamışdır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu biləbilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcburedir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin nümayəndəsinin dəlili əsaslıdır. Çünki, Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə 103 nömrəli evin 29 nömrəli mənzili xx.xx.2020-ci il tarixdə Cavabdeh MTK ("xxxx" MTK) tərəfindən İddiaçı təhvil verilmişdir. İddiaçı isə “yaşayış sahəsi üçün artıq alınmış vəsaitin geri qaytarılması” tələbinə dair iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Yəni, İddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün mənzili ilkin qeydiyyatdan keçirərək çıxarış aldığı xx.xx.2023-cü il tarixi deyil, məhz mənzilin ona təhvil verildiyi gün, yəni xx.xx.2020-ci ildir. Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində irəli sürə bilər. Hazırkı halda İddiaçı icranın qüsuru barəsində tələbi işi (mənzili) qəbul etdiyi gündən, yəni xx.xx.2020-ci il tarixdən bir il ərzində irəli sürə bilərdi. Göründüyü kimi İddiaçı bir illik iddia müddəti ötürməklə xx.xx.2023-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim etmişdir. Odur ki, iddia müddəti keçdiyinə görə iddia rədd edilməlidir. Ödənilmiş 186 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci 100 manat pul Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Çünki, məhkəmətikinti texniki ekspertizası cavabdehin nümayəndəsinin vəsatəti əsasında keçirilmişdir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdehnə ("xxxx" MTK) qarşı “İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə 103 nömrəli evin 29 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 103, M7, m5) daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışındakı faktiki sahəsi ilə xx.xx.2020-ci il tarixli müqavilədə göstərilmiş sahə arasındakı ölçü fərqinə görə artıq ödənilmiş 29.711,78 manat, kredit faizinə görə ödənilmiş 1.724 manat, cavabdehə xidmət haqqı kimi artıq ödənilmiş 320 manat olmaqla, cəmi 31.755,78 manat pulun və ödənilmiş 186 manat dövlət rüsumunun Cavabdeh MTK-dan ("xxxx" MTK) tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiası, iddia müddəti keçdiyinə görə rədd edilsin. Ödənilmiş 186 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci 100 (yüz) manat pul Cavabdeh MTK-dan ("xxxx" MTK) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar