Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5517/2020 30.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 və üçüncü şəxs Cavabdeh2nə qarşı iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və üçüncü şəxs Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Cavabdeh1 "Lexus-RX 300" markalı ** FU *** dövlət nömrə nişanlı avtomobili İddiaçı qaytarmadığına görə avtomobilin dəyərinin satılan tarixə olan pul məzənnəsinə və məbləğə pul formasında Cavabdeh1 27000 manat pul məbləğinin alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyilsə hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1304/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2013-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək, 2001-ci il buraxılışlı “Lexus-RX 300” markalı ** FU *** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh1 alınaraq İddiaçı qaytarılması, qarşılıqlı iddianın təmin edilməməsi, bununla belə İddiaçı 600 manat pulun tutularaq Cavabdeh1 verilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun qarşılıqlı iddianın qismən təmin edilməməsi hissəsində ləğv edilərək qarşılıqlı iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3927/2013 saylı iş üzrə xx xxxxxxx 2013-cü il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilərək həmin hissədə də qarşılıqlı iddia qismən təmin olunması, İddiaçı cəmi (dövlət rüsumunun məbləği ilə birlikdə) 5247,50 manat, X1 isə 8711 manat məbləğində pulun tutularaq Cavabdeh1 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, hazırki iddia ərizəsi artıq qanuni qüvvəsini almış qətnamənin icra üsulunun dəyişdirilməsi barədə iddia ərizəsidir. Lakin bu ərizə iddia icraatı qaydasında deyil məhkəmə qətnamə və qərarlarının icrası qaydasında (təqdimat formasında) baxılmalıdır. Yuxarıda göstərilənləri və MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh1 və üçüncü şəxs Cavabdeh2nə qarşı “qətnamənin icra üsulunun dəyişdirilməsi” haqqında iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya məhkəmə qətnamə və qərarlarının icrası qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-5517/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5517/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver