Məhkəmə qərarları › İş №2(004)-5517/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5517/2023

23.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5517/2023 23.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı X1 cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 MTK, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Lerik rayon dövlət notariat ofisi, Astara rayon dövlət notariat ofisi, Cavabdeh1nə qarşı ümumi birgə mülkiyyətdə olan daşınar və daşınmaz əmlaklara, habelə pul vəsaitlərinə münasibətdə payın müəyyən edilməsi, cehiz əmlakların geri alınması, mənzil-tikinti müqaviləsinin, maliyyə arayışının, ipotekaya qoyulmaya razılıq ərizəsinin, kredit, ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələblərinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı X3 cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 MTK, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Lerik rayon dövlət notariat ofisi, Astara rayon dövlət notariat ofisi, Cavabdeh1nə qarşı ümumi birgə mülkiyyətdə olan daşınar və daşınmaz əmlaklara, habelə pul vəsaitlərinə münasibətdə payın müəyyən edilməsi, cehiz əmlakların geri alınması, mənzil-tikinti müqaviləsinin, maliyyə arayışının, ipotekaya qoyulmaya razılıq ərizəsinin, kredit, ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Mediasiyanın tətbiq dairəsi 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr... Maddə 20. Mediasiya Şurasının funksiyaları 20.1. Mediasiya Şurası aşağıdakı funksiyaları həyata keçirir: 20.1.6. mediasiya prosesi ilə bağlı sənədlərin, o cümlədən protokol və arayışların formalarını hazırlayır və təsdiq edir… İddia ərizəsinə əlavə edilmiş “İlkin mediasiya sessiyasından sonra prosesinin davam etdirilə bilməməsi barədə” arayış X4 Heyətinin 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş forma və məzmunda tərtib edilməmiş və arayışın hansı mübahisə ilə bağlı olması arayışda qeyd olunmamışdır. Hesab edirəm ki, təqdim olunmuş arayış mediasiyaya əməl olunmasına dair sübut kimi qəbul oluna bilməz və tərəflər mübahisənin məhkəməyə qədər həlli qaydasına lazımi qaydada əməl etmədiklərindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya iddia ərizəsinin qaytarılmasının nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmaması izah edilməlidir. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa... 114.2. ...... Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu 5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə… Hesab edirəm ki, iddia ərizəsi qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 372,03 (üç yüz yetmiş iki manat üç qəpik) manat dövlət rüsumu (qəbz: No **********, xx.xx.2023-cü il tarixli ) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı X2 geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş № 2(004)-5517/2023 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı X1 cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 MTK, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Lerik rayon dövlət notariat ofisi, Astara rayon dövlət notariat ofisi, Cavabdeh1nə qarşı ümumi birgə mülkiyyətdə olan daşınar və daşınmaz əmlaklara, habelə pul vəsaitlərinə münasibətdə payın müəyyən edilməsi və müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında Bakı şəhərində məhkəmənin binasında nəzərdən keçirərək iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 14:00-da başladı. Prosessual hərəkət saat 14:20-də başa çatdı. Protokol xx.xx.2023-cü il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar