Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1187/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Tələt oğlu cavabdehlər İsrafilovaRailə Səddər qızı, Quba Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisi və DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 Tələt oğlu cavabdehlər İsrafilovaRailə Səddər qızı, Quba Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisi və DƏDRX-ni n 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1640/2024 nömrəli iş üzrə 26 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Quba rayon Notariat kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən X2 Aydın Abdul oğlu, X18 və X15 DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1,552 ha olan torpaq sahəsini Cavabdeh3 bağışlamışlar. 2. xx.xx.2015-ci il tarixdən qeyd edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququ İsrafilovaRailə Səddər qızının adına qeydiyyata alınmışdır.
3. Quba Rayon Məhkəməsində 2(027)-2025/2016 nömrəli mülki işin araşdırması zamanı təyin edilmiş ekspertiza rəyinə əsasən Cavabdeh3 mülkiyyətində olan 1.552 ha torpaq sahəsinin koordinatları İddiaçı1 və İddiaçı2 dövlət aktı əsasında məxsus olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmüşdür.
4. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-433/2021 saylı qərarı ilə İddiaçı1 və İddiaçı2 Tələd oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı X5 və onun ailə üzvlərinin adına verilmiş JN0062 (KOD ********) dövlət aktının 62 C konturunda edilmiş dəyişiklik nəzərə alınmadan daşınmaz əmlakın dövlət reyestrində X5, X7, X6, Cavabdeh3 Səddar qızının və X8 adına qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (RX seriya nömrəsi 0673182) ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinin üzərinə qoyulmuşdur və qərar qanuni qüvvəyə minmişdir.
5. Həmin məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, Quba rayonun Aqrar İslahat Komissiyasının 29 mart 1997-ci il tarixli 03 nömrəli qərarı əsasında X9, Cavabdeh3, X11, X10 və X12 ümumi sahəsi 3.29 ha torpaq sahəsi ayrılmış və JN-0062 kod 30310018 olan dövlət aktı verilmişdir. Həmin JN-006 2 kod 30310018 olan dövlət aktına sahəsi 15521 kv.m göstərilmiş 62 C saylı plan cizgi sənədi, sahəsi 6373.42 kv.m göstərilmiş 0062 saylı plan cizgi sənədi və sahəsi 10956 kv.m göstərilmiş 62 A saylı plan cizgi sənədi əlavə edilmişdir. “Avift” kəndli fermer təsərrüfatı payçıları Aqrar İslahat Komissiyasına müraciət edərək, torpaq sahələrinin xəritələr üzrə paylanmamasını bildirməklə yenidən bölgü aparılmasını tələb etmişlər. Payçıların müraciəti nəzərə alınaraq Quba rayon Səməd Vurğun adına X20 Komissiyasının 26 noyabr 1999-cu il tarixli 14 nömrəli qərarı əsasında “Avift” kəndli fermer təsərrüfatının üzvlərinin mülkiyyətinə veriləcək torpaq sahələrinin sxemi müəyyən edilmiş və müvafiq dəyişikliyin edilməsi barədə Quba rayon Səməd Vurğun adına X20 Komissiyasının qərarının Quba rayon Aqrar İs lahat Komissiyası tərəfindən təsdiq edilməsi xahiş edilmişdir. Quba rayonunun Vəl-Vələ kəndi ərazisində paylanmış və torpaq sahələrinə dair verilmiş JN 0082, 0084, 0081, 0083, 0076, 0062, 0065, 0067, 0069, 0068 və 0066 saylı dövlət aktları 24 avqust 2000-ci ildə 22 saylı qaimə əsasında Dövlət Torpaq Komitəsinə təhvil verilmiş və Dövlət Torpaq Komitəsi tərəfindən kompüter mərkəzində müvafiq dəyişikliklər edilmişdir. X15 və onun ailə üzvlərinə yeni verilmiş JN 0062 kod:30310018 olan dövlət aktında ayrılmış torpaq sahəsinin ölçüsü 3,05 hektar göstərilmiş və həmin dövlət aktına əlavə edilmiş sahəsi 13098.75 kv.m göstərilmiş 62C saylı plan cizgi sənədi və sahəsi 17400 kv.m göstərilmiş 0062 saylı plan cizgi sənədi ayrılmışdır. Göründüyü kimi, dəyişiklik əsasında verilmiş yeni dövlət aktında X9 i lkin ayrılmış 3,29 ha torpaq sahəsindən az ölçüdə torpaq sahəsi qeydə alınmasına baxmayaraq, sahəsi 3,29 ha göstərilmiş ilkin dövlət aktı əsasında torpaq sahəsinin 1,732942 ha hissəsi X1, qalan 1,552 ha torpaq sahəsi üzərində bağışlama əsasında Cavabdeh3 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və çıxarış verilmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, elektron baza məlumatları əsasında X5, X7 adına verilmiş ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 1,5521 ha torpaq sahəsinin koordinatları həmin çıxarışın verilməsinə əsas olmuş X5 və onun ailə üzvlərinin adına olan JN-0062 kod 30310018 dövlət aktının 62C konturunun Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC-nin elektron baza məlumatlar ında 1,31 ha kimi qeydə alınmış torpaq sahəsinin koordinatlarına uyğun deyildir. Çıxarışda göstərilən torpaq sahəsinin koordinatları dövlət aktı əsasında iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 Tələt oğlu cavabdehlər İsrafilovaRailə Səddər qızı, Quba Regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisi və DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon kontoru tərəfindən xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2015-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. İddia tələbi işin faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ailəsi ilə birlikdə anası Hüseynova Mafizənin adına olan mülkiyyət hüququna dair JN 0065 nömrəli Dövlət Aktına və qardaşı İddiaçı2 Tələt oğlunun adına olan mülkiyyət hüququna dair JN 0067 nömrəli Dövlət Aktına çıxarış çıxarılması üçün 2016-cı ilin aprel ayında Quba DƏDRX-nə ərizə ilə müraciət etmişlər. Lakin 07 may 2016-cı il tarixdə DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsi onlara məktubla cavab verərək JN0065 və JN0067 nömrəli Dövlət Aktları əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsində imtina etdiyini bildirmişdir. Belə ki, JN0065 və JN0067 nömrəli Dövlət Aktlarında gös tərilən torpaq sahəsinə digər şəxsin, İsrafılova Railənin adına xx.xx.2015-ci il tarixdə ******* nömrəli çıxarış verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının 12-ci səhifəsinin 2-ci abzasında (7-ci sətr) məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin X4 tam mülkiyyət hüququ ilə keçməsinə əsas 25 iyun 2015-ci il tarixli bağışlama müqaviləsi olduğundan, qeyd olunan bağışlama müqaviləsinə hüquqi qiymət veolrmədən X3 adına verilmiş RX seriyalı ******* saylı çıxarışa hüquqi mövqe bildirmək yolverilməzdir. Qeyd olunan bağışlama müqaviləsi mülki hüquq xarakterli olduğundan həmin müqaviləyə mülki mühakimə icraatı qaydasında hüquqi qiymət verilməlidir. Ona görə də məhkəmə hesab etmişdir ki, məhkəmənin hazırkı qərarı ilə Railə İsrafılovanın adına m ülkiyyət hüququ ilə qeydə alınmış RX seriyalı ******* saylı çıxarışın inzibati icraat qaydasında ləğv edilməsi mümkün deyil. O, məhkəmə qərarlarına əsaslanaraq 20 fevral 2024-cü il tarixdə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət edərək öz səhvləri nəticəsində Cavabdeh3 adına verilmiş qeyri-qanuni RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2024-cü il tarixdə ona cavab olaraq bildirmişdir ki, Cavabdeh3 adına 1.5521 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən Dövlət Reyestrindən **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Beləliklə də, Cavabdeh3 və digərlərinin adına verilmiş ******* saylı çıxarış ın Sumqayıt İnzibati Məhkəməsinin qərarı ilə ləğv edildiyindən, onun əsasında bağlanmış bağışlama müqaviləsi və yeni ******* saylı çıxarış etibarsız sayılmaqla ləğv edilməlidir.
8. Cavabdeh İsrafilovaRailə Səddər qızı iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, Aqrar islahatla əlaqədar püşk atma ilə onlara verilmiş torpaq sahəsini iddiaçılar istifadə edir. Torpağa dair adlarına çıxarışları vardır, lakin iddiaçılar istifadə edirlər.
9. Quba Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(027)1073/2024 saylı, 3 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddia təmin edilmiş, Quba rayon Notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə781 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilərək onun əsasın da Cavabdeh3 adına verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış ləğv edilmişdir.
10. Birinci instansiya məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-433/2021 saylı qərarında müəyyən edilən və tərəflər üçün məcburi qüvvəyə malik olan faktiki hallara istinad edərək, hesab etmişdir ki, bağışlama müqaviləsi etibarsızdır və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1, 149.2, 152.1, 337.1, 337.2, 337.3, 337.4, 347.1, 347.2.3-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 77.1, 80 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiy a instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi hüquq normalarının tələbləri pozulmuş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamışdır. Quba rayon Notariat Kontorunda bağlanmış reyestrdə 4-Ə-781 nömrə ilə qeyd edilmiş, xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən X17, X14, X18 və X15 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş, seriya nömrəsi RX 0673182, reyestr nömrəsi **********02, qe ydiyyat nömrəsi ********** olan çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1,552 ha olan torpaq sahəsini Cavabdeh3 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixdə verilən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Vəl-vələ kəndində yerləşən 1,552 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İsrafilovaRailə Səddər qızının adına daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1640/2024 nömrəli mülki iş üzrə 26 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və Almaz Süleymanova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarından aydın olmuşdur ki, hədiyyə verənlərin mülkiyyət üzərində sərəncam vermək hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində X5, X7, X6, Cavabdeh3 Səddar qızının və X8 adına qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə riayət edilməmişdir. Həmin çıxarış isə hazırkı iş üzrə mübahisələndirilən müqavilənin bağlanmasına əsas olmuşdur.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən müqavilənin tərəfləri hədiyyə verilən torpaq sahəsinin onlara məxsus olmamasını və adlarına aparılmış reyestrdəki qeydin qeyri-dəqiqliyini əvvəlcədən bildik lərindən, adı çəkilən müqavilə mülki qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır.
17. Kollegiya hesab etmişdir ki, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq sübutları Mülki Prosessual Məcəllənin tələblərinə əsasən düzgün qiymətləndirmişdir.
18. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab etmişdir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1073/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki M əcəllənin 337.1,337.2,337.3,337.4,337.5,666.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh3 (Vəkil ) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edilməsi və işin yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəlləsinin 141.1, 152.1, 152.2, 157.1, 157.4-ci maddələrinə, MPM-in 14.1, 14.2, 88, 217-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
25. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə hə yata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
26. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
27. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
28. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkə mənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırm ası kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh3 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilənlər olduğundan apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
42. Belə ki, tərəflərin iştirak etdikləri inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, bağışlama müqaviləsində hədiyyə verən kimi çıxış edən şəxslərin bağışlanan əmlaka dair mülkiyyət hüquqlarını təsdiq edən reyestr qeydinin qeyri-dəqiq olduğu müəyyən edilib və həmin reyestr qeydinə əsasən verilmiş çıxarış ləğv edilmişdir. Belə olan halda, həmin qeyd əsasında bağlanmış bağışlama müqaviləsi də hədiyyə verənlərin özlərinə məxsus əmlak barədə deyil, başqa şəxsə məxsus əmlak barədə sərəncam verdikləri əsası ilə Mülki Məcəllənin 337.1-ci maddəsinin tələblərinə görə etibarsız əqd hesab olunur.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hall ara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2024-cü il tarixli 2(105)-1640/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.