Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3545/2025 13.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin girov müqaviləsi hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-326/2025 nömrəli 15 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin girov müqaviləsi hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 52 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2021-ci il tarixli AN-1 N: ******* saylı Daşınmaz Əmlakın Alğı-Satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin Girov müqaviləsi hesab edilməsi, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski küçəsi, ev 68, 19 saylı mənzilinə dair Cavabdeh1 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-326/2025 nömrəli 15 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında eyni xarakterli mübahisə ilə bağlı iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı məhkəmə işi mövcuddur və həmin məhkəmə icraatı davam edir. Bu səbəbdən ədalət mühakiməsinin tez, düzgün, səmərəli və keyfiyyətli həyata keçirilməsini təmin etmək məqsədi ilə, eləcə də prosessual qənaət prinsipinin tələblərinə uyğun olaraq hər iki işdə mübahisə predmeti və tərəflər eyni olduğundan onlar bir icraatda birləşdirilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirir. Apellyasiya şikayətinə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada iddiaçılar və digər cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxılarkən məlum olmuşdur ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1366/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin digər hakimi Məhəmməd Rüstəmlinin icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim (məhkəmə) həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, həmin mülki işləri birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki iş əlaqəli olan iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair 2(103)-311/2025 nömrəli mülki işlə bir icraatda baxılması məqsədi ilə həmin işə birləşdirilməsi üçün göndərilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 257, 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin girov müqaviləsi hesab edilməsi” tələbinə dair 2(103)-3545/2025 nömrəli mülki iş, onunla əlaqəli olan iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbi üzrə 2(103)-311/2025 nömrəli mülki işlə bir icraatda baxılması məqsədi ilə həmin işə birləşdirilməsi üçün göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3545/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3545/2025
13.08.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver