Məhkəmə qərarları › İş №2(103)-4983/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4983/2025

05.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4983/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (Bakı şəhəri 9 saylı notariat ofisi, X29, X23 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ilkin iddia ərizəsi, İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə (açar sözlər: miras əmlakdakı payın bağışlanmasının vəd olunmasına və miras əmlakda payın bağışlanmasına dair müqavilələrin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, Tərcüməçi X5 qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (Bakı şəhəri 9 saylı notariat ofisi, X29, X23 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “miras payının bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, öhdəliyin icrası” tələbinə dair ilkin iddiası və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1757/2025 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(006)- 4693/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı notariat ofisinə qarşı (X24, X29, X25, Cavabdeh2, Cavabdeh1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “vərəsəlik işinin dayandırılması və miras payının müəyyən edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli e-2(001)- 308/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X26, X16, Cavabdeh2, X9, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 12 saylı notariat ofisinə, Bakı şəhəri 9 saylı notariat ofisinə qarşı “İddiaçılə X27 arasında bağlanmış ünvan 15 yerləşən ümumi sahəsi 32,6 kv.m olan daşınmaz əmlaka (qeyri-yaşayış sahəsinə) dair 22 yanvar 2015-ci il tarixli 4Ə-48 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı X11 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli,********** nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli e-2(006)- 2030/2023 saylı qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, X26, X1i nümayəndəsi X13 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «payın müəyyən edilməsi və s.» tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Nizami küçəsi 51-53 və Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 77 ünvanda yerləşən əmlaklar üzrə iddiaçının payının müəyyən edilməsi (hər əmlak üzrə 50%), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi (hal-hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ********** nömrəli, xx.xx.2018-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, yeni çıxarışların verilməsi və çıxarışlarda iddiaçının 50% payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş; İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbinin «yeni çıxarışların verilməsi və çıxarışlarda iddiaçının 50% payının müəyyən edilməsi» hissəsində iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli e-2(006)- 2030/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, X26, X1i nümayəndəsi X13 və «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «payın müəyyən edilməsi və s.» tələbinə dair iddiası təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2024-cü il tarixli e-2(060)-3014/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X25, Cavabdeh1, Cavabdeh2, X28, X29 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri Novxanı bağ massivi 4965 ünvanda yerləşən torpaq sahəsi üzrə onun 50% payının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin Sumqayıt şəhəri Ərazi İdarəsi (hal-hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi) tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, yeni çıxarışın verilməsi və çıxarışda iddiaçının 50% payının müəyyən edilməsinə dair iddia tələbi rədd edilmişdir. xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5erləşən qeyri-yaşayış sahəsi (1-ci mərtəbə, ümumi sahəsi 32,6 m2 ) xüsusi mülkiyyət hüququ üzrə X11 adına tam pay üzrə daşınmaz əmlakın dövlət reyestrində 135 saylı reyestr kitabının 12615 saylı vərəqində qeydiyyata alınmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli 2V-430 reyestr nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh1 və X17 atası X10 miras qalan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 37,7 m2 olan mənzildən hər biri ¼ hissədə irs almalıdır. xx.xx.2024-cü il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 atası X10 miras qalan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 37,7 m2 olan mənzildə olan ¼ hissədə miras payını Cavabdeh2 bağışlamışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli 2V-431 reyestr nömrəli şəhadətnamədən görünür ki, X29 və X23 atası X10 miras qalan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 54,7 m2 olan qeyri-yaşayış sahəsindən hər biri ¼ hissədə irs almalıdır. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli 2V-435 reyestr nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh1 və X17 atası X10 miras qalan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 54,7 m2 olan qeyri-yaşayış sahəsindən hər biri ¼ hissədə irs almalıdır. xx.xx.2024-cü il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 atası X10 miras qalan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 54,7 m2 olan qeyriyaşayış sahəsində olan ¼ hissədə miras payını Cavabdeh2 bağışlamışdır. xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə vəfat etmiş X10 miras qalmış əmlaklarla bağlı öhdəlik müqaviləsi bağlanmış, Cavabdeh1 atası X10 miras qalmış əmlaklardan (ünvan 2 ünvanında yerləşən mənzil; ünvan 4şayış sahəsi; ünvan 5erləşən qeyri-yaşayış sahəsi; Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4965 ünvanında yerləşən torpaq sahəsi və **-LM- *** dövlət qeydiyyat nişanlı “QAZ-3110-101 minik” markalı nəqliyyat vasitəsi) ona çatası paydan 25% payını əmisi İddiaçı bağışlamağı və hər bir yuxarıda göstərilən əmlaka dair bağışlama müqaviləsi rəsmiləşdirməyi, İddiaçı mülkiyyətinə verilməyi öz öhdəsinə götürmüşdür. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 2\4 hissədə payına dair mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə, X18 1\4 hissədə, X12 1\4 hissədə payına dair mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu Nizami küçəsi 53 saylı evə dair Cavabdeh2 2\4 hissədə payına dair mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə, X18 1\4 hissədə, X12 1\4 hissədə payına dair mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilkin olaraq “Qalaktika” firmasının adına 11772 nömrəli xx.xx.1998-ci il tarixli şəhadətnaməyə əsasən qeydiyyata alınmışdır. Bakı şəhəri 12 saylı NK-nın 4Ə-02-397 reyestr nömrəli xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən X8 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 12 saylı NK-nın 4Ə-48 reyestr nömrəli xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinin imzalanması ilə həmin qeyri-yaşayış sahəsi X11 mülkiyyətinə verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilkin olaraq “Qalaktika” firmasının adına 7353 qeydiyyat nömrəli xx.xx.1997-ci il tarixli şəhadətnaməyə əsasən qeydiyyata alınmışdır. Bakı şəhəri 12 saylı NK-nın 4Ə-547 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin ünvan X18 adına qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış sahəsi Bakı şəhəri 12 saylı NK-nın 4Ə-619 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən X11 mülkiyyətinə verilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, ilk iddia üzrə iddiaçı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. «ASAN ödəniş» sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə aparılmış ödəniş barədə məlumatlardan görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı şəhəri 9 saylı notariat ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «miras payının bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, öhdəliyin icrası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 2 mənzil və ünvan 4şayış sahəsindən ona çatası payı bacısı Cavabdeh2 bağışlamasına dair 06 noyabr 2024-cü il tarixli və 07 noyabr 2024-cü il tarixli miras payın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi; Cavabdeh1 atası X10 miras qalmış əmlaklardan (ünvan 2 mənzil; ünvan 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, ünvan 5erləşən qeyriyaşayış sahəsi, Sumqayıt şəhəri Novxanı bağ massivi 4965 ünvanda yerləşən torpaq sahəsi; ** LM *** dövlət qeydiyyat nişanlı «QAZ3110-101» markalı nəqliyyat vasitəsindən özünə çatası paydan 25% payının əmisi kimi ona bağışlamaq və hər bir yuxarıda göstərilən əmlaklara dair bağışlama müqaviləsi rəsmiləşdirmək, onun mülkiyyətinə vermək öhdəliyi icra olunmaqla həmin əmlaklar üzərində (xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsindən irəli gələn) mülkiyyət hüquqlarının təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində Cavabdeh1 ilə onun arasında xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2mış miras əmlaklara dair öhdəlik müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2mış miras əmlaklar aşağıda göstərilənlərdən ibarətdir: - ünvan 2 mənzil; ünvan 4şayış sahəsi; ünvan 5erləşən qeyri-yaşayş sahəsi; Sumqayıt şəhəri Novxanı bağ massivi 4965 ünvanda yerləşən torpaq sahəsi; ** LM *** dölət qeydiyyat nişanlı «QAZ-3110-101» markalı nəqliyyat vasitəsi. Qeyd edilən xx.xx.2021-ci il tarixli «öhdəlik müqaviləsi»nə əsasən Cavabdeh1 atası X11 miras qalmış əmlaklarından ona çatası paydan 25 % payını ona - əmisi İddiaçı bağışlamağı və hər bir yuxarıda göstərilən əmlaklara dair bağışlama müqaviləsini rəsmiləşdirməyi, İddiaçı mülkiyyətinə verilməyi öz öhdəsinə götürmüşdür. Belə ki, həmin müqavilənin 3-cü bəndində qeyd olunmuşdur ki, «mən Cavabdeh1 atam - X11 miras qalmış əmlakılardan mənə çatası paydan 25% payımı əmim İddiaçı bağışlamağı və hər bir yuxarıda göstərilən əmlaklara dair bağışlama müqaviləsi rəsmiləşdirməyi, İddiaçı mülkiyyətinə verilməsini öz öhdəmə götürürəm.» Bu öhdəliyin yaranmasına səbəb isə ünvan 2 mənzil, ünvan 4şayış sahəsi və ünvan 5erləşən qeyriyaşayış sahəsinin X11 adına rəsmiləşdirilməsinə baxmayaraq, həmin əmlakların atasından qalması, hər bir ailə üzvlərinə məxsus olması və bu barədə hamının məlumatlı olmasıdır. Lakin, Cavabdeh1 «öhdəlik müqaviləsi» üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, o, öhdəlikləri yerinə yetirməmək məqsədi ilə miras qalmış ünvan 2 mənzil və ünvan 4şayış sahəsindən ona çatası payı bacısı Cavabdeh2 bağışlamışdır. Bildirmək istəyir ki, 06 noyabr 2024-cü il tarixli və 07 noyabr 2024-cü il tarixli miras payın bağışlanması müqavilələrinin mövcud olması səbəbindən cavabdehə əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Cavabdeh1 ünvan 2 mənzil və ünvan 4şayış sahəsindən ona çatası payı bacısı Cavabdeh2 bağışlamasına dair 06 noyabr 2024-cü il tarixli və 07 noyabr 2024-cü il tarixli miras payın bağışlanması müqavilələri etibarsız hesab edilməli və Cavabdeh1 atası X10 miras qalmış əmlaklardan (ünvan 2 mənzil; ünvan 4şayış sahəsi; ünvan 5erləşən qeyri-yaşayış sahəsi; Sumqayıt şəhəri Novxanı bağ massivi 4965 ünvanda yerləşən torpaq sahəsi; ** LM *** dövlət qeydiyyat nişanlı, «QAZ- 3110-101» markalı nəqliyyat vasitəsi) özünə çatası paydan 25% payını əmisi kimi ona bağışlamaq və hər bir yuxarıda göstərilən əmlaklara dair bağışlama müqaviləsi rəsmiləşdirmək, onun mülkiyyətinə vermək öhdəliyi icra olunmaqla həmin əmlaklar üzərində (xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsindən irəli gələn) mülkiyyət hüquqları təsdiq olunmalıdır. Belə ki, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmçinin hesab edir ki, 9 saylı notariat ofisində xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsinin notariat reyestrində qeyd edilməsinə, nömrə verilməsinə və notariusun işində saxlanmasına, cavabdeh tərəfin qeyd olunan əmlaklar üzrə qarşısında öhdəliyinin açıq-aşkar olmasına baxmayaraq, həmin notariat ofisində 06 noyabr 2024-cü il tarixli və 07 noyabr 2024-cü il tarixli miras payın bağışlanması müqavilələri kimi notariat hərəkətinin aparılması tam qanunsuzdur və buna görə də ləğv olunmalıdır. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırmışdır ki, o, mərhum atası Marik Yaqubovun böyük qızıdır. X3 ilə atası X30 xx.xx.1987-ci ildə rəsmi olaraq nikaha daxil olmuşlar. Həmin nikahdan onların 2 qız övladı dünyaya gəlmişdir: o və bacısı Cavabdeh2. Atasının vəfatından sonra 9 saylı notariat ofisinə müraciət edərək vərəsəlik işi açdırmışdır. Bu zaman müəyyən olmuşdur ki, atasının ondan və bacısından başqa digər vərəsələri də vardır. Vərəsəlik işi açılandan qarşılıqlı iddia üzrə cavabdeh Elxan Yaqubov müxtəlif səbəblər gətirərək atasından miras qalmış əmlaka dair iddialar irəli sürmüş və onu və bacısını aldatmağa çalışmışdır. Onun və bacısının Azərbaycan dilini bilməməsindən istifadə edərək, miras kütləsindəki onun payından pay almağa nail olmaq üçün onunla xx.xx.2021-ci il tarixdə öhdəlik müqaviləsi bağlamağa sövq etmişdir. Ancaq bu zaman qarşılıqlı iddia üzrə cavabdehin planı heç də tam olaraq yerinə yetirilməmişdir. Belə ki, müqaviləni təsdiq edən notarius onu sığortalamaq üçün müqavilənin 4-cü bəndində qeyd etmişdir ki, Elxan Yaqubov onu məhkəməyə verməyəcəyinə dair öhdəlik də götürmüşdür. Ancaq EMS-də olan çıxarışlara əsasən müəyyən edilir ki, 2021-ci ildə öhdəlik müqaviləsi imzalandıqdan sonra Elxan Yaqubov onu və ailə üzvlərini dəfələrlə məhkəməyə vermiş, barələrində müxtəlif iddialar qaldırmışdır. Hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehin bu müqavilə bağlandığı andan niyyəti ona məxsus miras kütləsindəki payını onu aldatmaq yolu ilə ələ keçirmək və bundan sonra digər vərəsələrə qarşı da oxşar hərəkətlər edərək bütün əmlaka sahiblənmək olmuşdur. Artıq bu hal onu deməyə kifayət edir ki, qarşılıqlı iddia üzrə cavabdeh müqavilə öhdəliklərini icra etmədiyi halda onun öz öhdəliklərini icra etməməsinə istinad etməsi tam qanunsuzdur. İlk iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 qarşılıqlı iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, cavabdeh Zeynəb Yaqubova qarşılıqlı iddianı belə əsaslandırmışdır ki, guya İddiaçı onun atası olan qardaşı Marikin ölümündən sonra müxtəlif səbəblər gətirərək atasından miras qalmış əmlaka dair iddialar irəli sürmüş, onu və bacısını aldatmağa çalışmış, onun və bacısının azərbaycan dilini bilməməsindən istifadə edərək, miras kütləsindəki onun payından pay almağa nail olmaq üçün onunla xx.xx.2021-ci il tarixdə öhdəlik müqaviləsi bağlamağa sövq etmiş, lakin, müqaviləni təsdiq edən notarius müqavilənin 4-cü bəndində qeyd etmişdir ki, iddiaçı onu məhkəməyə verməyəcəyinə dair öhdəlik də götürməyinə baxmayaraq, 2021-ci ildə öhdəlik müqaviləsi imzalandıqdan sonra cavabdeh Zeynəb Yaqubovanı və ailə üzvlərini dəfələrlə məhkəməyə vermiş, barələrində müxtəlif iddialar qaldırmışdır. Cavabdeh Zeynəb Yaqubova hesab edir ki, bu müqavilə bağlandığı andan niyyəti ona məxsus miras kütləsindəki payını onu aldatmaq yolu ilə ələ keçirmək və bundan sonra digər vərəsələrə qarşı da oxşar hərəkətlər edərək bütün əmlaka sahiblənmək olmuşdur və iddiaçı müqavilə öhdəliklərini icra etmədiyi halda onun öz öhdəliklərini icra etməməyinə istinad etməsi tam qanunsuzdur. Əvvəla, qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci tarixli öhdəlik müqaviləsinin 4-cü bəndindən göründüyü kimi, iddiaçı qardaşı X2mış miras əmlaklardan onun qızı Cavabdeh1 ona çatası paydan iddiaçıya bağışlayacağı 25 faiz payı qəbul etməyi, mülkiyyətinə rəsmiləşdirməyi və yuxarıda göstərilən əmlaklara dair bağışlama müqaviləsi bağlamağı öz öhdəsinə götürür, eyni zamanda mübahisələndirməməyi və məhkəməyə müraciət etməməyi öz öhdəsinə götürür. Cavabdeh Zeynəb Yaqubova iddiaçının öz üzərinə götürdüyü öhdəliyin guya pozulmasına istinad edərək, tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini xahiş edir, halbuki iddiaçı müqavilənin 3-cü bəndində qeyd edilən şərtlərin – «X19, atam X14 miras qalmış əmlaklardan mənə çatan paydan 25 faiz payımı əmim İddiaçı bağışlamağı və hər bir yuxarıda göstərilən əmlaklara dair bağışlama müqaviləsi rəsmiləşdirməyi, İddiaçı mülkiyyətinə verilməsini öz öhdəmə götürürəm» – icra edildiyi təqdirdə bu məsələ ilə bağlı məhkəməyə müraciət etməməyi öz üzərinə öhdəlik kimi götürmüşdür. Bütün digər hallarda iddiaçının belə öhdəliyin üzərinə götürməsi məntiqə də uyğun deyil. Eyni zamanda, qeyd edilməlidir ki, qarşılıqlı iddiada həm müqavilənin ləğvi, həm də etibarsızlığı üçün əsas ola bilən qanunvericilikdə nəzərdə tutulan hallar göstərilsə də, Mülki Məcəllənin 339.1-ci maddəsinə istinad edilməklə (hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd)) tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi xahiş edilmişdir. Halbuki, iddiaçı tərəfindən müqavilənin şərtinin guya icra etməməsi müqavilənin etibarsızlığı yox, ləğvi üçün əsas ola bilərdi. Bundan əlavə, xx.xx.2021-ci il tarixli müqavilədən göründüyü kimi, Zeynəb Yaqubova onun azərbaycan dilinin bilməməsindən istifadə edib, atasından qalmış miras əmlakın ələ keçirmək məqsədi ilə iddiaçının onun aldadılmasında ittiham edir, lakin müqaviləni azərbaycan dilində öz xətti ilə imzalamışdır. Bununla yanaşı qarşılıqlı iddianın verilməsində qarşılıqlı iddiaçı iddia müddətini də ötürmüşdür, çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, Zeynəb Yaqubova müqaviləni onun bağlanmasından üç ildən artıq müddət sonra mübahisələndirərək, qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş və iddia müddətinin ötürülməsi ilə bağlı hər hansı üzürlü səbəb məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdehin nümayəndəsi (vəkil) Vəkil1 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 9 saylı notariat ofisi məhkəməyə xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktublarla müraciət edərək, mülki işə nümayəndənin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən məktubları nəzərə alaraq mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 9 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X29 və X23 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X18 və X15 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1757/2025 saylı qətnaməsi ilə ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (Bakı şəhəri 9 saylı notariat ofisi, X29, X23 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «miras payının bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, öhdəliyin icrası» tələbinə dair ilk iddiasının təmin edilməməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun ilk iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsinin etibarsız hesab edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmetinin (ilk və qarşılıqlı iddialar üzrə) müxtəlifliyini nəzərə alan məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddiaların dəlilləri nəzərə alınmaqla hər iki iddia tələbi ayrı-ayrılıqda araşdırılaraq hüquqi qiymət verilməli, yəni ilk öncə iddia tələbləri ilə bağlı sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra iddia tələblərinin maddi hüquq normasının dispozisiya şərtlərinə uyğun qiymətləndirilməsi aparılmalıdır. İddia tələblərinin bu qaydada qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, ilk və qarşılıqlı iddiaların dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. İşin faktiki hallarına əsasən ilk iddia üzrə İddiaçı və mərhum qardaşı miras qoyan M.Yakubov arasında işgüzar münasibətlərin olması istisna edilməsə də, İddiaçı onun qardaşının mülkiyyətində olmaqla adına rəsmiləşdirilmiş əmlaklarda bu və ya digər qaydada payının olmasına iddia edərək qardaşı vəfat etdikdən sonra bir sıra məhkəmə mübahisələri qaldırmaqla hüquqlarının tanınmasını tələb etmişdir. İşin faktiki hallarından bəlli olduğu kimi Elxan Yaqubov qardaşının mülkiyyətində olmuş əmlaklarda payının, habelə miras payının tanınması, qardaşı ilə arasında daha əvvəlki illərdə bağışlama müqaviləsinin etibarsızlığı tələblərini irəli sürmüşdür. Lakin, bütün bunlara baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən İddiaçı həmin əmlaklar üzərində hüquqları tanınmamışdır. Eyni zamanda İddiaçı qardaşı ilə arasında olan qohumluq və ya işgüzar münasibətlərdən çıxış edərək qardaşının vərəsəsi olan Cavabdeh1 ilə sonuncunun atasından miras qalmış əmlakı vərəsə kimi qəbul etdikdən sonra İddiaçı bağışlayacağı barədə öhdəlik müqaviləsi bağlamışlar. Cavabdeh1 üzərinə belə bir birtərəfli öhdəlik götürməsi ehtimal ki, İddiaçı Cavabdeh1 atası ilə olan qohumluq və işgüzar münasibətlərini nəzərə alaraq razılaşmasından irəli gəlir. Halbuki İddiaçı həmin əmlaklara haqqı və hüquqi çatmış olsa idi, mərhum miras qoyan sağlığında ikən bu məsələni həll edə, yəni Elxanın payını ayırıb ona verə bilər, habelə ölümündən sonra bu məsələnin həllini vəsiyyətnaməsində ifadə etmiş olardı. Habelə İddiaçı özü mərhum qardaşı Marik Yakubovun sağlığında ona qarşı belə bir tələblə çıxış edərdi. Müəyyən edilən hal odur ki, İddiaçı mərhum qardaşına məxsus əmlaklara hüquq əldə etmək üçün Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixdə öhdəlik müqaviləsi bağlamağa nail olmuşdur. Cavabdeh1 əmisinə münasibətdə belə bir öhdəlik götürməsinin heç bir hüquqi və həqiqi əsası müəyyən edilmir. Üstəlik qanunvericiliyin də aydın şəkildə müəyyən etdiyi kimi şəxsin gələcək əmlakını digər şəxsə verməsi barədə öhdəsinə götürdüyü müqavilə etibarsızdır. Odur ki, məhkəmə qarşılıqlı iddia tələbini əsaslı hesab edir. Məhkəmə “Jura novit curia” prinsipindən çıxış edərək qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının dəlilləri onun əmisi tərəfindən aldadılmasından, habelə dil biliklərinin zəif olmasından irəli gələrək hüquqi əsaslandırmanı bu istiqamətdə aparmasından asılı olmayaraq tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsi Mülki Məcəllənin 391-ci maddəsinin dispozisiya şərtləri baxımından belə etibarsız hesab olunan əqddir. Məhkəmə qarşılıqlı iddia tələbinə qarşı iddia müddətinin tətbiq edilməsi barədə ilk iddia üzrə iddiaçının ərizəsi ilə bağlı qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsinə münasibətdə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsini və əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən 1 il ərzində irəli sürülə bilər əsası ilə Cavabdeh1 həmin tələbi 3 ildən sonra irəli sürdüyü üçün qarşılıqlı iddianın bu əsasla rədd edilməsini xahiş etmişdir. Məhkəmə ilk iddia üzrə iddiaçının bu dəlili ilə bağlı bildirir ki, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti maddi hüquq normasının dispozisiya şərtlərində də göstərildiyi kimi məhz əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddianın onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilməsini nəzərdə tutur. Bu isə əsassız varlanma halında icra edilmişlərin mübahisələndirilməsinə və əvəzedilən əşyalara münasibətdə tətbiqi nəzərdə tutan qaydadır. Hazırda isə Cavabdeh1 tələbi bütövlükdə öhdəlik müqaviləsinin etibarsızlığından ibarətdir ki, həmin müqavilə əsasında bu və ya digər şəxsin faktiki varlanması baş verməmişdir. Odur ki, hazırki halda qarşılıqlı iddia tələbinə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinin tətbiqi barədə ərizə əsassızdır. Həmçinin nəzərə alınmalıdır ki, ilk iddia üzrə iddiaçı özü də xx.xx.2021-ci il tarixli müqavilə üzrə öhdəliyin icrasını tələb etməkdədir. Beləliklə məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, qarşılıqlı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə ilk iddia tələbi ilə bağlı qeyd etmişdir ki, təmin edilməsi qənaətinə gəlinən qarşılıqlı iddia ilk iddianın təmin edilməsini tam aradan qaldırdığından, ilk iddia əsaslı hesab edilə və təmin oluna bilməz. Belə ki, ilk iddia tələbi üzrə iddiaçı Cavabdeh1 tərəfindən miras payın bağışlanması barədə müqavilələrin etibarsız hesab edilməsini və xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsinin icra edilməsini tələb etmişdir ki, Cavabdeh1 tərəfindən miras əmlakların qəbul edilməsinə dair vərəsəlik işi üzrə sənədlərdən müəyyən edilmişdir ki, mərhum miras qoyan Marik Yakubovun vərəsələri miras əmlakı qanunla müəyyən edilmiş qayda qəbul etmişlər. Hazırda ilk iddia üzrə iddiaçının dəlili Cavabdeh1 ilk iddia üzrə iddiaçı ilə xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsini imzalayaraq miras əmlakı qəbul etdikdən sonra ona çatası paydan əmisinə bağışlamasına dair öhdəlik götürməsi səbəbindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrin etibarsız sayılmasından ibarətdir ki, məhkəmə qarşılıqlı iddia tələbi üzrə məhz xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsini əsassız hesab etdiyindən həmin müqavilənin mövcudluğu əsası ilə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli miras payın bağışlanması müqavilələrinin əsassızlığını qəbul etmir. Bir daha qeyd olunmalıdır ki, qarşılıqlı iddia tələbi ilk iddianın təmin edilməsini tam aradan qaldırdığından ilk iddia əsassız hesab edilməklə rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 6.2, 16.1, 324.4, 324.5, 337.1, 337.2, 337.3, 337.4, 354.1, 354.2, 372.1, 373.1, 373.2, 375.2, 377.2, 391-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 217.3, 217.4, 218.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarına, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1757/2025 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(006)-1757/2025 saylı qətnaməsi ilə ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (Bakı şəhəri 9 saylı notariat ofisi, X29, X23 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) miras payının bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, öhdəliyin icrası tələbinə dair ilk iddiası rədd edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsi etibarsız hesab edilmişdir. Aşağıdakı hallara və hüquqi əsaslara görə hesab edir ki, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir, birinci instansiya məhkəməsi qətnamə çıxararkən işə düzgün hüquqi qiymət verməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi hüquqi və faktiki əsaslardan kənar qəbul edilmiş, təqdim edilmiş sənədlər və hüquqi mövqe düzgün qiymətləndirilməmiş, məhkəmə tərəfindən iş üzrə əhəmiyyətli olan bütün hallar yetərincə araşdırılmamışdır. Tərəflər arasında bağlanmış öhdəlik müqaviləsinə qiymət verərkən, məhkəmə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsini 391-ci maddəsinə əsasən tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar, habelə «Daşınar əmlakın yüklülüyü haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir, odur ki, qarşılıqlı iddia üzrə iddiaçının dəlilləri onun əmisi tərəfindən aldadılmasından, habelə dil biliklərinin zəif olmasından irəli gələrək hüquqi əsaslandırmanı bu istiqamətdə aparmasından asılı olmayaraq tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsi Mülki Məcəllənin 391-ci maddəsinin dispozisiya şərtləri baxımından belə etibarsız hesab olunan əqddir. Hesab edir ki, müqavilə ilə gələcək əmlak barədə sərəncam verilməsi üçün başlıca tələb həmin əmlakın konkret müəyyən olunmasıdır. Məhz bu nöqteyi nəzərdən Mülki Məcəllənin 391-ci maddəsi şəxsin bütün gələcək əmlakı, yəni mülkiyyətində olması naməlum olan əmlakı barəsində bağladığı müqaviləni etibarsız hesab etmişdir. Mülki Məcəllənin 391-ci maddəsi şəxsin gələcək əmlakının ayrı-ayrı predmetləri barədə müqavilənin bağlanılmasını mümkün hesab edir. Bu müddəa da şəxsin gələcək əmlakının elə predmetlərini nəzərdə tutur ki, onlar da müəyyən olur, yəni müqavilənin predmetini konkret olaraq hansı əmlak təşkil etdiyi məlum olur. Bütün gələcək əmlak barədə bağlanılan müqavilələrin etibarsız sayılmasının başqa səbəbi bağlanılan müqavilədə həmin əmlakların dəqiq təsvirin verilməsinin mümkün olmaması ilə bağlıdır. Hazırki işdə Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış xx.xx.2021ci il tarixli öhdəlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə vəfat etmiş X10 miras qalmış əmlaklarla bağlı öhdəlik müqaviləsi bağlanmış, Cavabdeh1 atası X10 miras qalmış əmlaklardan (ünvan 11 ünvanında yerləşən mənzil; ünvan 12-yaşayış sahəsi; ünvan 13 yerləşən qeyri-yaşayış sahəsi; Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4965 ünvanında yerləşən torpaq sahəsi və **-LM-*** dövlət qeydiyyat nişanlı “QAZ-3110-101 minik” markalı nəqliyyat vasitəsi) ona çatası paydan 25% payını əmisi İddiaçı bağışlamağı və hər bir yuxarıda göstərilən əmlaka dair bağışlama müqaviləsi rəsmiləşdirməyi, İddiaçı mülkiyyətinə verilməsini öz öhdəsinə götürdüyünü qeyd etmişdir. Hesab edir ki, bağışlanması öhdəliyi götürülən əmlak dəqiq və bəlli olduğuna görə məhkəmə tərəfindən həmin müqavilənin Mülki Məcəllənin 391-ci maddəsinin dispozisiya şərtləri baxımından etibarsız hesab edilməsi əsassızdır. Hesab edir ki, məhkəmə Cavabdeh1 əmisinə münasibətdə vərəsə olduğu miras əmlakın mülkiyyətinə verilməsi barədə öhdəlik götürməsinin heç bir hüquqi və həqiqi əsasının müəyyən edilməməsi barədə səhv və iş üzrə tədqiq edilmiş sübütlarla təsdiq edilməyən nəticəyə gəlmişdir, çünki bu öhdəliyin yaranmasına səbəb o olmuşdur ki, ünvan 11, mənzil, ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış və ünvan 15 yerləşən qeyri-yaşayış sahələrinin X11 adına rəsmiləşdirilməsinə baxmayaraq, həmin əmlaklar İddiaçı atasından qalmışdır, onlar ailənin hər bir üzvünə məxsus olmuş və bu barədə bütün ailə üzvlərinin məlumatı olmuşdur. Bundan əlavə, ilk iddia üzrə cavabdeh Zeynəb Yaqubova iddiaçının öz üzərinə götürdüyü öhdəliyin guya pozulmasına istinad edərək, tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir, halbuki iddiaçı müqavilənin 3-cü bəndində qeyd edilən şərtlərin – “X19, atam X11 miras qalmış əmlaklardan mənə çatan paydan 25 faiz payımı əmim İddiaçı bağışlamağı və hər bir yuxarıda göstərilən əmlaklara dair bağışlama müqaviləsi rəsmiləşdirməyi, İddiaçı mülkiyyətinə verilməsini öz öhdəmə götürürəm” – icra edildiyi təqdirdə bu məsələ ilə bağlı məhkəməyə müraciət etməməyi öz üzərinə öhdəlik kimi götürmüşdür. Bütün digər hallarda iddiaçının belə öhdəliyin üzərinə götürməsi məntiqə də uyğun deyil. Eyni zamanda, qeyd edilməlidir ki, qarşılıqlı iddiada həm müqavilənin ləğvi, həm də etibarsızlığı üçün əsas ola bilən qanunvericilikdə nəzərdə tutulan hallar göstərilsə də, Mülki Məcəllənin 339.1-ci maddəsinə istinad edilməklə (hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd)) tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi xahiş edilmişdir. Halbuki, iddiaçı tərəfindən müqavilənin şərtinin guya icra etməməsi müqavilənin etibarsızlığı yox, ləğvi üçün əsas ola bilərdi. Məhkəmə isə qarşılıqlı iddiada istinad edilməyən, iş materialları ilə təsdiqini tapmayan hallara əsaslanmış və nəticədə tərəflər arasında bağlanmış əqdin əhəmiyyətsiz əqd olması nəticəsinə gələrək səhv qətnamə çıxarmışdır. Bununla yanaşı qarşılıqlı iddianın verilməsində qarşılıqlı iddiaçı iddia müddətini də ötürmüşdür, çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi Zeynəb Yaqubova müqaviləni onun bağlanmasından üç ildən artıq müddət sonra mübahisələndirərək qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş və iddia müddətinin ötürülməsi ilə bağlı hər hansı üzürlü səbəb məhkəməyə təqdim etməmişdir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun qərarında formalaşmış hüquqi mövqeyə əsasən məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Hesab edir ki, bağışlanması öhdəliyi götürülən əmlak dəqiq və bəlli olduğuna görə məhkəmə tərəfindən həmin müqavilənin Mülki Məcəllənin 391-ci maddəsinin dispozisiya şərtləri baxımından etibarsız hesab edilməsi əsassızdır. Hesab edir ki, məhkəmə Cavabdeh1 əmisinə münasibətdə vərəsə olduğu miras əmlakın mülkiyyətinə verilməsi barədə öhdəlik götürməsinin heç bir hüquqi və həqiqi əsasının müəyyən edilməməsi barədə səhv və iş üzrə tədqiq edilmiş sübütlarla təsdiq edilməyən nəticəyə gəlmişdir, çünki bu öhdəliyin yaranmasına səbəb o olmuşdur ki, ünvan 11 mənzil, ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış və ünvan 15 yerləşən qeyri-yaşayış sahələrinin X11 adına rəsmiləşdirilməsinə baxmayaraq həmin əmlaklar İddiaçı atasından qalmışdır, onlar ailənin hər bir üzvünə məxsus olmuş və bu barədə bütün ailə üzvlərinin məlumatı olmuşdur. Bundan əlavə, ilk iddia üzrə cavabdeh Zeynəb Yaqubova iddiaçının öz üzərinə götürdüyü öhdəliyin guya pozulmasına istinad edərək, tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir, halbuki iddiaçı müqavilənin 3-cü bəndində qeyd edilən şərtlərin – “X20, atam X14 miras qalmış əmlaklardan mənə çatan paydan 25 faiz payımı əmim öhdəlik kimi götürmüşdür” Bütün digər hallarda iddiaçının belə öhdəliyi üzərinə götürməsi məntiqə də uyğun deyil. Eyni zamanda qeyd edilməlidir ki, qarşılıqlı iddiada həm müqavilənin ləğvi, həm də etibarsızlığı üçün əsas ola bilən qanunvericilikdə nəzərdə tutulan hallar göstərilsə də, Mülki Məcəllənin 339.1-ci maddəsinə istinad edilməklə (hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd)) tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi xahiş edilmişdir. Halbuki, iddiaçı tərəfindən müqavilənin şərtinin güya icra etməməsi müqavilənin etibarsızlığı yox, ləğvi üçün əsas ola bilərdi. Məhkəmə isə qarşılıqlı iddiada istinad edilməyən, iş materialları ilə təsdiqini tapmayan hallara əsaslanmış və nəticədə tərəflər arasında bağlanmış əqdin əhəmiyyətsiz əqd olması nəticəsinə gələrək səhv qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki hallarına və sübutlara qiymət verilmədən çıxarılmışdır. Apellyasiya məhkəməsi tam səlahiyyətli məhkəmə kimi işin hallarını yenidən araşdırmalı və yeni, qanuni və əsaslı qətnamə çıxarmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini etmişdir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, qardaşı qəfildən vəfat etdikdən sonra yoldaşı tək qalmış, xaricdən qardaşının qızları çağırılıb analarının tək olması bildirilmiş, yas mərasimini yola verdikdən sonra o, vərəsələri yığıb vərəsəlik işinin açılması üçün notariusa müraciət etmişdir. O, cavabdehlərə baxmayaraq ki, rəsmi olaraq qardaşının adınadır, ona və qardaşına məxsus olan iki ünvanın olmasını, həmin ünvanları atalarının ona və qardaşına almasını demişdir. Qardaşı ayın 12-si xəstəxanadan çıxmış, 13-ü axşam saat 22:30-da ona zəng vurub 14-ü səhər işə gəlməsini ona demişdir. Qardaşının onu çağırmasının səbəbini bilmiş, çünki qardaşı artıq işləməyə halı olmadığını ona demişdir. Qardaşı həmin əmlakları onun adına keçirmək istəyirdi. Ayın 14-ü saat 09:30-da həkim ona qardaşının ölümü barədə məlumat vermişdir. O, vərəsələrə izah etdikdən sonra 3 uşaqla bağlı vərəsəlik işi açılmış, 4-cü uşaq həmin vaxt İsraildə olduğundan o, həmin uşağıda gətirtdmişdir. Notarius onun müraciətinə birinci dərəcəli vərəsələr olduğundan imtina vermişdir. Vərəsələrlə məsləhətləşdikdən sonra o, məhkəməyə müraciət etmiş, Zeynab heç bir məhkəmədə ona qarşı olmamış, onunla razılaşdığı üçün məhkəmələrdə iştirak etməmişdir. Qardaşının sağlığında o, özünə məxsus olan qeyri-yaşayış sahəsini qardaşına bağışlamışdır. Çünki onun çox sayda işləri olmuşdur. Həmin vaxt qardaşı həmin sahəni daha yaxşı idarə edə bilirdi, əmlakın qardaşının adında olması məsləhətli idi. Bundan başqa onların arasında etibar olmuşdur. Onlar Zeynabla 25%-lik hissədə razılaşdıqdan sonra, o, notariusa getmiş, notarius ona vərəsələrin mirası qəbul etdiklərini, çıxarışlarını aldıqlarını bildirmişdir. O, Zeynabdan fikrindən dönməsinin səbəbini soruşmuş, sonuncu digər vərəsələr David və Ruslanın paylarının ona bağışlanmasını, bundan sonra öz payını ona bağışlayacağını demişdir. O, sahənin cəmi 32 kv.m. olmasını 16 kv.m. ona verib, 3 kv.m. ondan alacağını soruşmuşdur. Zeynabın həmin sahədən payı 8 kv.m.-dir, onun 25%-i isə 2 kv.m. təşkil edir. 2021-ci ildə öhdəlik müqaviləsi bağlamalarına baxmayaraq 2024-cü ildə Zeynab öz payını bacısına bağışlamışdır. O, notariusdan bunun səbəbini soruşmuş, bunun onun səhvi olmasını, qarşısına çox iş gələməsini demişdir. Notarius 6 aydan sonra müqavilənin bağlanmasının mümkün olmasını dediyindən, həmin gün bağışlama müqaviləsinin bağlanması mümkün olmamışdır. Zeynabın anasının nikahı 1995-ci ildə pozulmuş, Zeynab anasının 50% paya sahib olması üçün nikahın bərpa edilməsinə çalışmışdır. Nikahın bərpa edilməsi ilə bağlı məhkəmələr iki il davam etmişdir. Sonra Zeynabla qardaşları arasında mübahisələr yaranmışdır. Zeynabın anasının nikahını bərpa etdirməsi üçün müraciət etdiyi işlər üzrə əmlaklar üzərinə həbs qoyulduğundan notarius bütün hərəkətləri dayandırmışdır. O, Zeynabın mirası onun iştirakı olmadan qəbul etməyə getməsini, yəni onu aldatdığını bildikdən sonra münasibətləri pozulmuş, Zeynaba hansısa hədə-qorxu edilsəydi dekabr ayının 24-nə kimi Zeynab ona yaxın olmazdı. O, həmin vaxta kimi obyektə gedib-gəlmiş, nəzarət etmiş, Zeynab həmişə onu mehriban qarşılamışdır. Zeynab öz payının 25% əmlakın çıxarışında onun da adının olması üçün bağışlamalı idi. Çünki həmin sahə ona və qardaşına məxsus idi. Dövlətin balansında olan əmlakları o, özəlləşdirmiş, həmin sahəyə vəsait sərf etmişdir. Zeynab ona obyektlərin birindən 2 kv.m., digərindən 3,5 kv.m. sahə verməli idi. Onun buna tərkibə girməsi, nəzarət edə bilməsi üçün ehtiyacı olmuşdur. Onun atasından iki ədəd qeyri-yaşayış sahəsi qalmışdır. Olesyanı vərəsə kimi o, gətirdib özü ilə notariusa aparıb ərizə yazdırmışdır. Zeynab bacısı Olesyaya iki ünvanda yerləşən mənzili bağışlamışdır. Onlardan biri Nizami 71 ünvanında, digəri isə Nizami 51-53 ünvanında yerləşən mənzildir. Yasamal rayonu, ünvan 18lsə də, əslində qeyri-yaşayış sahəsidir. Onun mübahisələndirdiyi də bu bağışlamadakı əmlaklar yəni, Nizami 51-53 və Nizami 77 ünvanında yerləşən əmlaklardır. Onlardan biri, yəni Nizami 51-53 ünvanı Yasamal rayonu ərazisinə, digəri Nizami 77 ünvanı isə Nəsimi rayonuna aiddir. Bağ sahəsi, avtomobil və Nizami 53 ünvanında yerləşən əmlakı Zeynab hələ qəbul etməyib. Çünki onlar üzərində keçmiş məhkəmədən qalan qadağa var. Onlar Nizami 77 ünvanında yerləşən 54 kvadratmetrlik sahədən ibarət qeyri-yaşayış sahəsinə çıxarışı əldə ediblər və bir də Nizami 51-53 ünvanındakı mənzilə çıxarış əldə ediblər, hansı ki, sənəddə mənzil getsə də, o da qeyri-yaşayış sahəsidir. Onun tələbi ancaq Nizami 77 və Nizami 51-53 ünvanındakı qeyriyaşayış sahələrinədir. Öhdəlik müqaviləsinin icrasını istədikdə isə ancaq həmin ünvanları nəzərdə tutmuşdur. Öhdəlik müqaviləsinə notarius bütün əmlakları şablon kimi köçürüb. Amma onun maşınla və Sumqayıt şəhərindəki bağ sahəsi ilə bağlı iddiası yoxdur. Yasamal rayonu, Nizami 51-53 ünvanı Nizami 53 ünvanının arxasıdır. O da bağışlamanın içərisinə daxildir. Yasamal rayonu, Nizami 51-53 ünvanı alındıqdan sonra sahəsi genişləndirilib və arxa tərəfdən qapı açılıb. O, yalnız əmlakın özünü ona görə tələb edir ki, cavabdehlərin əmlakı satıb qaçmaq fikirləri vardır. Ona əmlakların özü lazımdır. Zeynab qardaşı Davidini də məhkəməyə vermişdi. Ona görə də, əmlaklar üzərində həbs var idi. David onun qardaşının qeyri-rəsmi nikahından doğulub. Ona görə Zeynab onlara münasibətdə atalığın mübahisələndirilməsi üçün, onları paylardan məhrum etmək üçün məhkəməyə müraciət etmişdir. Miras ancaq 24 noyabr 2024-cü ildə qəbul edilib. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, tərəflər əmi və qardaşqızıdır. Marik öldükdən sonra onun qızları miras əmlakın qəbulu üçün Bakıya gəliblər. Zeynab xanımın kiməsə, nəyisə bağışlamaq niyyəti olmayıb. Tərəflər arasında çox sayda məhkəmə çəkişmələri olub. Elxan hər dəfə məhkəməyə müraciət edib vərəsələrə qarşı iddialar qaldırır. Özünü həm atasının, həm ölən qardaşının vərəsəsi hesab edir. Sonra da miras açılmış notariat ofisində, yəni 9 saylı notariat ofisində Zeynaba belə bir öhdəlik bağladıb ki, ona düşəcək əmlakın 1/4 hissəsini əmisinə verəcək. Zeynab xanım artıq məhkəmələrdən bezdiyi üçün öhdəliyi qəbul edib. Hətta həmin müqavilədə belə bir bənd də var ki, bir də Elxan heç bir məhkəməyə müraciət etmyəcəkdir. Ancaq bu öhdəlik imzalanandan sonra Elxan yenə çox sayda iddialarla məhkəməyə müraciət etmişdir. Müqailənin adının isə nə üçün bağışlama yox, öhdəlik müqaviləsi adlandırıldığı başa düşülməyən haldır. Bu müqavilə ilkin müqavilə hesab edilib, müddəti isə 1 il olmalıdır. Yəni öhdəlik kimi qoyulmalı idi ki, şəxs 1 il ərzində öhdəliyini yerinə yetirməsə müqaviləyə xitam veriləcək. Elxan və Marikdən başqa bir qardaş da var ki, o Rusiyada yaşayır, Zeynab xanımın dediyinə görə qardaşların atalarından qalan mirası üç qardaş arasında bölünmüşdür. Qalan miras mağazalar olub ki, bunlar uzun illər qızıl alveri ilə məşğul olan nəsil kimi tanınıblar. Sadəcə olaraq Elxan daha çox əmlaka sahib olmaq istədiyindən bu kimi iddialar qaldırıb. Zeynab xanım ailəsindən əl çəkməsi üçün Elxana əmlaklardan pay verəcəyini deyib. David və Ruslanın da əmlakın naturada bölgüsü ilə bağlı Nəsimi Rayon Məhkəməsində iddiası var, məhkəmələrdən bezdikləri üçün deyirlər əmlak ya naturada bölünsün, ya da hərrac vasitəsilə satılsın. Zeynab xanım özü müqavilədə yazıb ki, bir daha məhkəməyə verilməyəcək, amma Elxan yenidən məhkəməyə müraciət edib. Marikin Zeynab, Olesya, Ruslan və David olmaqla dörd vərəsəsi var. Marikin bir nikahı rəsmi olub, digər uşaqlar nikahdan kənar olublar. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, Elxan söz vermişdi ki, daha məhkəməyə müraciət etməyəcək. Amma onları təhdit edirdi ki, əgər o, həmin müqaviləni bağlamasa o, bu prosesləri uzadacaq, ailəni müflis vəziyyətinə gətirib çıxaracağını deyirdi. Hətta onu cibinə narkotik atacağı ilə hədələyirdi. O, Elxanın mirasa daxil olacağına qarantiya verməsəydi guya onu oğurladacaqdı. Ona hər tərəfdən təhditlər gəlirdi. Deyirdi ki, bütün əmlakların özəlləşməsini geri çağıracaqdır. Əgər müqavilə bağlamasaydı kinoteatr yaxınlığındakı mənzillə bağlı Mədəniyyət Nazirliyi ilə birlikdə iddia qaldıracağını deyirdi. O, Azərbayacana yeni gəldiyindən heç nə edə bilməzdi. O, əlil bacısına və anasına baxır, onların necə yaşayacağını fikirləşirdi. Elxan ona banditizmdən, insanları padvallarda saxlamağın mümkünlüyündən danışırdı. Ətrafında dostları olmadığından məlumatı yox idi. Hal-hazırda da Elxan obyektdən oğurluq edib, buna görə onunla bağlı polisə müraciət etmişlər. Elxanın onun atası ilə birgə işləməsi, yaxud onun şəriki olmasına dair heç bir sənəd, sübut yoxdur. Atası qardaşları ilə özü arasında hər şey yarı bölmüşlər. Sadəcə olaraq Elxan bilir ki, qardaşının qızları var, belə qərara gəlib ki, onlardan bacardıqca çox pay götürməyə çalışmaq lazımdır. Elxan deyir ki, 500.000-lik obyektdirsə, onun 100.000-lik hissəsini götürüb onlar İsrailə getsinlər. O, indi də İsraildə yaşayır, bacısı həm İsraildə yaşayır, həm də Bakı şəhərində yaşayır. Onun anası isə burada yaşayıb, sonuncu dəfə 1994-cü ildə istirahət etmək üçün İsraildə olub. Onun atası heç vaxt İsrailə getməyib. Elxan da heç vaxt İsraildə olmayıb. Qardaşlar arasında əmlka bölgüsü olub, bütün obyektlər ortancıl qardaş Çingizə verilib. Onun atası Nizami 63 ünvanında yerləşən obyektdə işləyib. Elxana isə atasından Mərkəzi Univermaqda yer və 900.000 ABŞ dollarında məhsul qalmışdı. Bunlardan da başqa Elxana düşən əmlaklar olub. Öhdəlik barədə müqvailə bağlananadək onlar arasında başqa məhkəmə mübahisələri də olub. Elxan ondan da əvvəl məhkəməyə müraciət etmişdir. Elxan deyirdi ki, razılığa gəlməsə əmlaklar uzun müddət həbsdə qalacaqdır. Hesab edir ki, o, bütün əmlaklarına özü sərəncam verə bilər. Məhkəmədən də bunu təsdiq etməsini xahiş edir. Onun arzusu bacısının ömürboyu təminatlı olamasını bilməkdir. O, sağlamdır, özü qazana bilər. İstəyir ki, bacısının daimi gəliri olsun, ondan və ya başqasından asılı vəziyyətdə qalmasın. Onun Elxanı aldatmaq niyyəti olmayıb, əgər Elxan həqiqətən məhkəmələrə müraciət etməsəydi onun Elxana əmlakın 25%-lik hissəni vermək niyyəti olmuşdur. Ancaq Elxan bundan sonra da məhkəmələrə müraciət etməyi dayandırmamışdır. O, hər dəfə nə vaxt müraciətlərini dayandıracağını soruşanda Elxan onun üzünə gülüb, hələ bu əmlakla da mübahisəsi var, onu da bitirməliyəm deyirdi. Bütün bu mübahisələrin dayandırılması üçün həmin hissəni Elxana verməyə hazır idi. Bu gün onun Elxana mirasın heç bir faizini vermək fikri yoxdur. İlkin iddia üzrə iddiaçı düzgün danışmır. Əmlak onun atasına məxsus olmuşdur. Vergi məsələsi ilə bağlı problemləri olduğuna görə birinci və ikinci mağazalar atasının adına keçirilmişdir. Əmlakı bacısına bağışlamaq niyyətinin olmasına baxmayaraq öhdəlik müqaviləsini ona görə bağlamışdır ki, mənzillə bağlı problemləri olmuşdur. Mənzil ulu nənələrinin adına olmuşdur. İlkin iddia üzrə iddiaçı ona müqaviləni imzalamadığı halda anasının mənzilsiz qalacağını, onun cibinə narkotik atacaqlarını, onu banditizmə aparacaqlarını, türməyə atacaqlarını, oğurlayacaqlarını deyib, təhdit etmişdir. İçərişəhərdə yerləşən obyektə girməsinə Elxan ona icazə verməmiş, girəcəyi halda onu oğurlayacaqlarını bildirmişdir. İsraildən yeni gəldiyindən etibar etdiyi tək adam əmisi olmuşdur. O, 21 apreldə Bakıya gəlmiş, həmin vaxtdan 1 il ərzində o, mütəmadi olaraq bu təhditləri eşitmişdir. Ona edilən təhditlərlə bağlı polisə müraciət etməmiş, çünki əmisi bütün bu hərəkətlərin ona polis tərəfindən ediləcəyini demişdir. Hal-hazırda obyektlərə o, bacısı ilə birlikdə nəzarət edir. İlkin iddia üzrə iddiaçının maşını, mənzili, bağ sahəsi var. X6 babadan qalma yeri və 950.000 ABŞ dolları məbləğində malı var. Onun həyatında hər şey əladır. Olesya getdikdən bir müddət sonra qayıtmışdır. Elxan onu əmlakları etibarnamə əsasında bacısının adına keçirməyə məcbur etmiş, bundan sonra Elxan bacısından istifadə etmək istəmişdir. O, bir az sakitləşdikdən sonra Elxanın təhditlərinin çox da etibarlı olmamasını anlamışdır. Elxan hər gün onu notariusa gedib müqavilə bağlamaq üçün dilə tutmuşdur. O, isə bunu etməmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında ilkin iddia üzrə Cavabdeh2 bacısı Cavabdeh1 izahatını təsdiq edib, əlavə olaraq izahatında Bakı şəhərinə onu bacısının gətirməsini, əlilliyi olduğuna, xəstə olduğuna görə bacısı əmlakları ona bağışlamasını göstərmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə ilk iddia üzrə Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 9 saylı notariat ofisinə, X26, X21 rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Maddə 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: Maddə 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; Maddə 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; Maddə 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1157. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Maddə 1157-1.1. Miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1249. Digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, vərəsəlik şəhadətnaməsi alınanadək mirasa dair sərəncam verə bilməz. Maddə 1292.1. Hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir. Maddə 1292.2. Miras şəriki öz payından olan ayrı-ayrı predmetlərə dair sərəncam verə bilməz. Maddə 1292.3. Miras şəriki öz payına dair sərəncam verərkən digər miras şəriklərinin satın almaqda üstünlük hüququ vardır. Satın almaqda üstünlük hüququ iki ay ərzində həyata keçirilməlidir. Bu hüquq vərəsəlik üzrə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə ilkin iddia rədd, qarşılıqlı iddia təmin edildiyindən, qətnamə apellyasiya şikayətinə əsasən ilikin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə maddi və prosessual hüquq normalarının tətbiq edilməsi zamanı pozuntuya yol verilmiş, bu isə iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, birinci instanisya məhkəməsinin qətnaməsi ləğv edilməli, hazırkı mülki iş üzrə ilkin və qarşılıqlı iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X10 miras qalan miras kütləsinə daxil olan əmlakları, yəni ünvan 2 ünvanında yerləşən mənzili, ünvan 4şayış sahəsini, ünvan 5erləşən qeyri-yaşayış sahəsini, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4965 ünvanında yerləşən torpaq sahəsini və **-LM-*** dövlət qeydiyyat nişanlı “QAZ-3110-101 minik” markalı nəqliyyat vasitəsini miras qoyanın birinci növbəli vərəsələri olan X29, X25, Cavabdeh2, Cavabdeh1 hər biri, hər bir əmlakda 1\4 hissədə pay olmaqla mirasın açıldığı gün qəbul etmişlər. Daha sonra Cavabdeh1 əmisi İddiaçı ilə xx.xx.2021-ci il tarixdə notarial qaydada təsdiq olunmuş öhdəlik müqaviləsi bağlayaraq xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X10 miras qalmış əmlaklarda özünə çatası payından 25%-ni əmisi İddiaçı bağışlamağı, hər bir əmlaka dair bağışlama müqaviləsi rəsmiləşdirməyi, həmin əmlakları İddiaçı mülkiyyətinə verilməyi öz öhdəsinə götürmüşdür. Bundan sonra Cavabdeh1 və X17 ataları X10 miras qalan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 37,7 m2 olan mənzilə və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 54,7 m2 olan qeyri-yaşayış sahəsinə dair xx.xx.2024-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən, Cavabdeh1 atası X10 miras qalan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 37,7 m2 olan mənzildə olan ¼ hissədə olan miras payını, xx.xx.2024-cü il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 54,7 m2 olan qeyri-yaşayış sahəsində olan ¼ hissədə miras payını bacısı Cavabdeh2 bağışlamış, həmin əmlaklara dair Cavabdeh2 2\4 hissədə payına dair mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən qeydiyyata alınmışdır. Tərəflərin iddia tələblərindən müəyyən olunur ki, ilk iddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixli bağışlama müqavilələrini, qarşılıqlı iddia üzrə iddiaçı isə xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsinin etibarsız olmasını iddia edir. Kollegiya qeyd edir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 339.4-cü maddəsinə görə, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, həmin hərəkətlərin üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas olur. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini təmin edərkən tələbin hüquqi əsası olaraq MM-in 391-ci maddəsinə istinad edib Cavabdeh1 özünün gələcək əmlakının bir hissəsini əmisi İddiaçı verməyi öhdəsinə götürən müqavilə bağladığı üçün xx.xx.2021ci il tarixli öhdəlik müqaviləsinin etibarsız olması qənaətinə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu nəticəsi ilə razılaşmayaraq qeyd edir ki, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (MM-in 1145-ci mad). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qəbul edilmiş miras isə onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (MM-in 1255-ci mad). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Hazırkı mülki iş üzrə miras qoyanın xx.xx.2021-ci il tarixdə ölümü ilə açılan mirasa daxil olan əmlaklardakı payının bir hissəsi barədə xx.xx.2021-ci il tarixdə notarial qaydada təsdiq olunmuş öhdəlik müqaviləsi bağlayarkən Cavabdeh1 özünün gələcək əmlakı barədə deyil, digər vərəsələrlə paylı mülkiyyətində olan əmlakdakı payının bir hissəsini bağışlamağı əmisinə vəd etmişdir. Tərəflər bu əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə - əqdin subyekt tərkibinə dair şərtə, əqdin məzmununa dair şərtə, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtə, əqdin formasına dair şərtə əməl etməklə etibarlı əqd bağlamışlar. Kollegiya qeyd edir ki, mülkiyyət hüququnun yaranması yalnız qanunvericilikdə nəzərdə tutulan hüquqi faktın və ya belə faktların məcmusunun olması ilə şərtləndirilir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsi ilə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (Mülki Məcəllənin 389.1-ci mad.). Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 xx.xx.2021-ci il tarixdə notarial qaydada təsdiq olunmuş öhdəlik müqaviləsini əmisinin hədə-qorxusu, əmisi tərəfindən aldadılması, azərbaycan dilini bilməməsi, əmisinin müqavilə şərtinə əməl etməyib ona və digər vərəsələrə qarşı müxtəlif iddialarla məhkəməyə müraciət etməsi səbəbindən etibarsız olmasını hesab etsə də, araşdırma zamanı bu əqdin etibarsız olması qənaətinə gəlinməsi üçün hər hansı bir halın mövcud olması öz təsdiqini tapmamışdır. Tədqiq olunmuş sübutlardan isə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə müqavilə bağlansa da, Cavabdeh1 3 ildən çox vaxt keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etməməklə yanaşı, İddiaçı digər mülki işlərlə bağlı bəzi iddia tələblərini etiraf etməsi barədə (i.v. 54-55) ərizələr təqdim etmişdir. Hazırda isə vəd etdiyi payı əmisinə bağışlamaqdan imtina edir. Kollegiya ilkin iddiaçının mübahisələndirdiyi əqdlərə münasibətdə qeyd edir ki, İddiaçı miras əmlakda olan payın yarısının gələcəkdə bağışlanmasının vəd olunmasını özündə ehtiva edən xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsinə istinad edib Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli miras payın bağışlanmasına dair müqavilələri mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, hər bir miras şərikinin öz miras payına dair sərəncam vermək hüququ vardır. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, Cavabdeh2 ona bağışlanan hədiyyələri qəbul etmiş, qəbul edilmiş hədiyyələrlə bağlı onun əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Kollegiya eyni zamanda qeyd edir ki, Cavabdeh1 İddiaçı qarşısında xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsindən irəli gələn öhdəliklərini icra etməkdən imtina etməsi sonuncuya vurulmuş ziyanı tələb etmək hüququnu verir. Belə ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia ərizəsi üzrə İddiaçı mülki hüquq pozuntusu nəticəsində ona vurulmuş ziyanı tələb etmək hüququndan istifadə edə bilməsi izah olunsa da, o, əslində hüquqi marağının mirasa daxil olan qeyri-yaşayış sahələrində olan payının müəyyən edilməsindən ibarət olmasını, cavabdehlərin isə bu əmlakları satıb ölkəni tərk etmək niyyətlərinin olmasını bildirib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İstinad olunanlara əsasən, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib kollegiya ilkin və qarşılıqlı iddia tələblərinin tam həcmdə rədd edilməsi qənaətinə gəlir. Kollegiya ilkin iddiaçının qarşılıqlı iddia tələbinə iddia müddətinin təbiqinə dair ərizəsinə münasibət bildirib qeyd edir ki, növündən asılı olmayaraq, əqdin etibarsızlığını iddia edən tərəf bunu sübut etməli olduğundan, bu hal sübuta yetirilmədikdə, yəni məhkəmə işdəki sübutlar əsasında əqdin etibarsızlığını təsbit etmədikdə Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan müddətlərin müzakirə və tətbiq edilməsinə hüquqi əsas yaranmır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1757/2025 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilərək ilkin və qarşılıqlı iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar