Məhkəmə qərarları › İş №2(006)-1757/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1757/2025

23.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1757/2025 23.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilk iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1, ilk iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil1, tərcüməçi X7 iştirakları ilə, ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (Bakı şəhəri 9 saylı Notariat Ofisi, X24, X18 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «miras payının bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, öhdəliyin icrası» tələbinə dair ilk iddiası və qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı şəhəri 9 saylı Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «miras payının bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, öhdəliyin icrası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 6 mənzil və ünvan 8şayış sahəsindən ona çatası payı bacısı Cavabdeh2 bağışlamasına dair 06 noyabr 2024-cü il tarixli və 07 noyabr 2024-cü il tarixli miras payın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi; Cavabdeh1 atası X5 miras qalmış əmlaklardan (ünvan 6 mənzil; ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, ünvan 2erləşən qeyriyaşayış sahəsi, Sumqayıt şəhəri Novxanı bağ massivi 4965 ünvanda yerləşən torpaq sahəsi; ** LM *** dövlət qeydiyyat nişanlı «QAZ-3110-101» markalı nəqliyyat vasitəsindən özünə çatası paydan 25 % payının əmisi kimi ona bağışlamaq və hər bir yuxarıda göstərilən əmlaklara dair bağışlama müqaviləsi rəsmiləşdirmək, onun mülkiyyətinə vermək öhdəliyi icra olunmaqla həmin əmlaklar üzərində (xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsindən irəli gələn) mülkiyyət hüquqlarının təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində Cavabdeh1 ilə onun arasında xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2mış miras əmlaklara dair öhdəlik müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2mış miras əmlaklar aşağıda göstərilənlərdən ibarətdir: - ünvan 6 mənzil; ünvan 8şayış sahəsi; ünvan 2erləşən qeyri-yaşayş sahəsi; Sumqayıt şəhəri Novxanı bağ massivi 4965 ünvanda yerləşən torpaq sahəsi; ** LM *** dölət qeydiyyat nişanlı «QAZ-3110-101» markalı nəqliyyat vasitəsi. Qeyd edilən xx.xx.2021-ci il tarixli «öhdəlik müqaviləsi»nə əsasən Cavabdeh1 atası X8 miras qalmış əmlaklarından ona çatası paydan 25 % payını ona - əmisi İddiaçı bağışlamağı və hər bir yuxarıda göstərilən əmlaklara dair bağışlama müqaviləsini rəsmiləşdirməyi, İddiaçı mülkiyyətinə verilməsini öz öhdəsinə götürmüşdür. Belə ki, həmin müqavilənin 3-cü bəndində qeyd olunmuşdur ki, «mən Cavabdeh1 atam - X8 miras qalmış əmlakılardan mənə çatası paydan 25 % payımı əmim İddiaçı bağışlamağı və hər bir yuxarıda göstərilən əmlaklara dair bağışlama müqaviləsi rəsmiləşdirməyi, İddiaçı mülkiyyətinə verilməsini öz öhdəmə götürürəm.» Bu öhdəliyin yaranmasına səbəb isə ünvan 6 mənzil, ünvan 8şayış sahəsi və ünvan 2erləşən qeyri-yaşayış sahəsinin X8 adına rəsmiləşdirilməsinə baxmayaraq, həmin əmlakların atasından qalması, hər bir ailə üzvlərinə məxsus olması və bu barədə hamının məlumatlı olmasıdır. Lakin, Cavabdeh1 «öhdəlik müqaviləsi» üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, o, öhdəlikləri yerinə yetirməmək məqsədi ilə miras qalmış ünvan 6 mənzil və ünvan 8şayış sahəsindən ona çatası payı bacısı Cavabdeh2 bağışlamışdır. Bildirmək istəyir ki, 06 noyabr 2024-cü il tarixli və 07 noyabr 2024-cü il tarixli miras payın bağışlanması müqavilələrinin mövcud olması səbəbindən cavabdehə əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Cavabdeh1 ünvan 6 mənzil və ünvan 8şayış sahəsindən ona çatası payı bacısı Cavabdeh2 bağışlamasına dair 06 noyabr 2024-cü il tarixli və 07 noyabr 2024-cü il tarixli miras payın bağışlanması müqavilələri etibarsız hesab edilməli və Cavabdeh1 atası X5 miras qalmış əmlaklardan (ünvan 6 mənzil; ünvan 8şayış sahəsi; ünvan 2erləşən qeyri-yaşayış sahəsi; Sumqayıt şəhəri Novxanı bağ massivi 4965 ünvanda yerləşən torpaq sahəsi; ** LM *** dövlət qeydiyyat nişanlı, «QAZ-3110-101» markalı nəqliyyat vasitəsi) özünə çatası paydan 25 % payını əmisi kimi ona bağışlamaq və hər bir yuxarıda göstərilən əmlaklara dair bağışlama müqaviləsi rəsmiləşdirmək, onun mülkiyyətinə vermək öhdəliyi icra olunmaqla həmin əmlaklar üzərində (xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsindən irəli gələn) mülkiyyət hüquqları təsdiq olunmalıdır. Belə ki, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmçinin hesab edir ki, 9 saylı notariat ofisində xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsinin notariat reyestrində qeyd edilməsinə, nömrə verilməsinə və notariusun işində saxlanmasına, cavabdeh tərəfin qeyd olunan əmlaklar üzrə qarşısında öhdəliyinin açıq-aşkar olmasına baxmayaraq, həmin notariat ofisində 06 noyabr 2024-cü il tarixli və 07 noyabr 2024-cü il tarixli miras payın bağışlanması müqavilələri kimi notariat hərəkətinin aparılması tam qanunsuzdur və buna görə də ləğv olunmalıdır. İlk iddia üzrə Cavabdeh1 İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış xx.xx.2021ci il tarixli öhdəlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, mərhum atası Marik Yaqubovun böyük qızıdır. X3 ilə atası X25 xx.xx.1987-ci ildə rəsmi olaraq nikaha daxil olmuşlar. Həmin nikahdan onların 2 qız övladı dünyaya gəlmişdir: o və bacısı Cavabdeh2. Atasının vəfatından sonra 9 saylı notariat ofisinə müraciət edərək vərəsəlik işi açdırmışdır. Bu zaman müəyyən olmuşdur ki, atasının ondan və bacısından başqa digər vərəsələri də vardır. Vərəsəlik işi açılandan qarşılıqlı iddia üzrə cavabdeh Elxan Yaqubov müxtəlif səbəblər gətirərək atasından miras qalmış əmlaka dair iddialar irəli sürmüş və onu və bacısını aldatmağa çalışmışdır. Onun və bacısının Azərbaycan dilini bilməməsindən istifadə edərək, miras kütləsindəki onun payından pay almağa nail olmaq üçün onunla xx.xx.2021-ci il tarixdə öhdəlik müqaviləsi bağlamağa sövq etmişdir. Ancaq bu zaman qarşılıqlı iddia üzrə cavabdehin planı heç də tam olaraq yerinə yetirilməmişdir. Belə ki, müqaviləni təsdiq edən notarius onu sığortalamaq üçün müqavilənin 4-cü bəndində qeyd etmişdir ki, Elxan Yaqubov onu məhkəməyə verməyəcəyinə dair öhdəlik də götürmüşdür. Ancaq EMS-də olan çıxarışlara əsasən müəyyən edilir ki, 2021-ci ildə öhdəlik müqaviləsi imzalandıqdan sonra Elxan Yaqubov onu və ailə üzvlərini dəfələrlə məhkəməyə vermiş, barələrində müxtəlif iddialar qaldırmışdır. Hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehin bu müqavilə bağlandığı andan niyyəti ona məxsus miras kütləsindəki payını onu aldatmaq yolu ilə ələ keçirmək və bundan sonra digər vərəsələrə qarşı da oxşar hərəkətlər edərək bütün əmlaka sahiblənmək olmuşdur. Artıq bu hal onu deməyə kifayət edir ki, qarşılıqlı iddia üzrə cavabdeh müqavilə öhdəliklərini icra etmədiyi halda onun öz öhdəliklərini icra etməməsinə istinad etməsi tam qanunsuzdur. Tərəflərin iştirakı və izahatları: İlk iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 qarşılıqlı iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, cavabdeh Zeynəb Yaqubova qarşılıqlı iddianı belə əsaslandırmışdır ki, guya İddiaçı onun atası olan qardaşı Marikin ölümündən sonra müxtəlif səbəblər gətirərək atasından miras qalmış əmlaka dair iddialar irəli sürmüş və onu və bacısını aldatmağa çalışmış, onun və bacısının Azərbaycan dilini bilməməsindən istifadə edərək, miras kütləsindəki onun payından pay almağa nail olmaq üçün onunla xx.xx.2021-ci il tarixdə öhdəlik müqaviləsi bağlamağa sövq etmiş, lakin, müqaviləni təsdiq edən notarius müqavilənin 4-cü bəndində qeyd etmişdir ki, iddiaçı onu məhkəməyə verməyəcəyinə dair öhdəlik də götürməyinə baxmayaraq, 2021-ci ildə öhdəlik müqaviləsi imzalandıqdan sonra cavabdeh Zeynəb Yaqubovanı və ailə üzvlərini dəfələrlə məhkəməyə vermiş, barələrində müxtəlif iddialar qaldırmışdır. Cavabdeh Zeynəb Yaqubova hesab edir ki, bu müqavilə bağlandığı andan niyyəti ona məxsus miras kütləsindəki payını onu aldatmaq yolu ilə ələ keçirmək və bundan sonra digər vərəsələrə qarşı da oxşar hərəkətlər edərək bütün əmlaka sahiblənmək olmuşdur və iddiaçı müqavilə öhdəliklərini icra etmədiyi halda onun öz öhdəliklərini icra etməməyinə istinad etməsi tam qanunsuzdur. Əvvəla, qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci tarixli öhdəlik müqaviləsinin 4-cü bəndindən göründüyü kimi, iddiaçı qardaşı X2mış miras əmlaklardan onun qızı Cavabdeh1 ona çatası paydan iddiaçıya bağışlayacağı 25 faiz payı qəbul etməyi, mülkiyyətinə rəsmiləşdirməyi və yuxarıda göstərilən əmlaklara dair bağışlama müqaviləsi bağlamağı öz öhdəsinə götürür, eyni zamanda mübahisələndirməməyi və məhkəməyə müraciət etməməyi öz öhdəsinə götürür. Cavabdeh Zeynəb Yaqubova iddiaçının öz üzərinə götürdüyü öhdəliyin guya pozulmasına istinad edərək, tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini xahiş edir, halbuki iddiaçı müqavilənin 3-cü bəndində qeyd edilən şərtlərin – «X13, atam X9 miras qalmış əmlaklardan mənə çatan paydan 25 faiz payımı əmim İddiaçı bağışlamağı və hər bir yuxarıda göstərilən əmlaklara dair bağışlama müqaviləsi rəsmiləşdirməyi, İddiaçı mülkiyyətinə verilməsini öz öhdəmə götürürəm» – icra edildiyi təqdirdə bu məsələ ilə bağlı məhkəməyə müraciət etməməyi öz üzərinə öhdəlik kimi götürmüşdür. Bütün digər hallarda iddiaçının belə öhdəliyin üzərinə götürməsi məntiqə də uyğun deyil. Eyni zamanda, qeyd edilməlidir ki, qarşılıqlı iddiada həm müqavilənin ləğvi, həm də etibarsızlığı üçün əsas ola bilən qanunvericilikdə nəzərdə tutulan hallar göstərilsə də, Mülki Məcəllənin 339.1-ci maddəsinə istinad edilməklə (hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd)) tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi xahiş edilmişdir. Halbuki, iddiaçı tərəfindən müqavilənin şərtinin guya icra etməməsi müqavilənin etibarsızlığı yox, ləğvi üçün əsas ola bilərdi. Bundan əlavə, xx.xx.2021-ci il tarixli müqavilədən göründüyü kimi, Zeynəb Yaqubova onun Azərbaycan dilinin bilməməsindən istifadə edib, atasından qalmış miras əmlakın ələ keçirmək məqsədi ilə iddiaçının onun aldadılmasında ittiham edir, lakin müqaviləni azərbaycan dilində öz xətti ilə imzalamışdır. Bununla yanaşı qarşılıqlı iddianın verilməsində qarşılıqlı iddiaçı iddia müddətini də ötürmüşdür, çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, Zeynəb Yaqubova müqaviləni onun bağlanmasından üç ildən artıq müddət sonra mübahisələndirərək, qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş və iddia müddətinin ötürülməsi ilə bağlı hər hansı üzürlü səbəb məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdehin nümayəndəsi (vəkil) Vəkil1 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 9 saylı Notariat Ofisi məhkəməyə xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025ci il tarixli məktublarla müraciət edərək, mülki işə nümayəndənin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən məktubları nəzərə alaraq mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 9 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X24 və X18 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və X10 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(006)- 4693/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı (X19, X24, X20, Cavabdeh2, Cavabdeh1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “vərəsəlik işinin dayandırılması və miras payının müəyyən edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli e-2(001)- 308/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X21, X15, Cavabdeh2, X6, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 12 saylı notariat ofisinə, Bakı şəhəri 9 saylı notariat ofisinə qarşı “İddiaçılə X22 arasında bağlanmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 32,6 kv.m olan daşınmaz əmlaka (qeyriyaşayış sahəsinə) dair 22 yanvar 2015-ci il tarixli 4Ə-48 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı X8 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli,********** nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli e-2(006)- 2030/2023 saylı qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, X21, X1i nümayəndəsi X12 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «payın müəyyən edilməsi və s.» tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Nizami küçəsi 51-53 və Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 77 ünvanda yerləşən əmlaklar üzrə iddiaçının payının müəyyən edilməsi (hər əmlak üzrə 50 %), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi (hal-hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ********** nömrəli, xx.xx.2018-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, yeni çıxarışların verilməsi və çıxarışlarda iddiaçının 50 % payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş; İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbinin «yeni çıxarışların verilməsi və çıxarışlarda iddiaçının 50 % payının müəyyən edilməsi» hissəsində iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli e-2(006)- 2030/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, X21, X1i nümayəndəsi X12 və «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X26 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «payın müəyyən edilməsi və s.» tələbinə dair iddiası təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2024-cü il tarixli e-2(060)-3014/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X20, Cavabdeh1, Cavabdeh2, X23, X24 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri Novxanı bağ massivi 4965 ünvanda yerləşən torpaq sahəsi üzrə onun 50 % payının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin Sumqayıt şəhəri Ərazi İdarəsi (hal-hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi) tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, yeni çıxarışın verilməsi və çıxarışda iddiaçının 50 % payının müəyyən edilməsinə dair iddia tələbi rədd edilmişdir. xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2erləşən qeyri-yaşayış sahəsi (1-ci mərtəbə, ümumi sahəsi 32,6 m2) xüsusi mülkiyyət hüququ üzrə X8 adına tam pay üzrə daşınmaz əmlakın dövlət reyestrində 135 saylı reyestr kitabının 12615 saylı vərəqində qeydiyyata alınmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli 2V-430 reyestr nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh1 və X16 atası X5 miras qalan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 37,7 m2 olan mənzildən ¼ hissədə irs almalıdır. Eyni tarixli miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 atası X5 miras qalan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 37,7 m2 olan mənzildən ¼ hissədə miras payını Cavabdeh2 bağışlamışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli 2V-431 reyestr nömrəli şəhadətnamədən görünür ki, X24 və X18 atası X5 miras qalan ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 54,7 m2 olan qeyri-yaşayış sahəsindən ¼ hissədə irs almalıdır. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli 2V-435 reyestr nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh1 və X16 atası X5 miras qalan ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 54,7 m2 olan qeyri-yaşayış sahəsindən ¼ hissədə irs almalıdır. Eyni tarixli miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 atası X5 miras qalan ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 54,7 m2 olan qeyri-yaşayış sahəsindən ¼ hissədə miras payını Cavabdeh2 bağışlamışdır. xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlaklarla bağlı öhdəlik müqaviləsi bağlanmış, Cavabdeh1 atası X5 miras qalmış əmlaklardan (ünvan 6 ünvanında yerləşən mənzil; ünvan 8şayış sahəsi; ünvan 2erləşən qeyri-yaşayış sahəsi; Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4965 ünvanında yerləşən torpaq sahəsi və **-LM-*** dövlət qeydiyyat nişanlı “QAZ-3110-101 minik” markalı nəqliyyat vasitəsi) ona çatası paydan 25% payını əmisi İddiaçı bağışlamağı və hər bir yuxarıda göstərilən əmlaka dair bağışlama müqaviləsi rəsmiləşdirməyi, İddiaçı mülkiyyətinə verilməsini öz öhdəsinə götürdüyünü qeyd etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 10 ünvanında yerləşən qeyriyaşayış sahəsi ilkin olaraq “Qalaktika” firmasının adına 11772 nömrəli xx.xx.1998-ci il tarixli şəhadətnaməyə əsasən qeydiyyata alınmışdır. Bakı şəhəri 12 saylı NK-nın 4Ə-02- 397 reyestr nömrəli xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən X4 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 12 saylı NK-nın 4Ə-48 reyestr nömrəli xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinin imzalanması ilə həmin qeyri-yaşayış sahəsi X8 mülkiyyətinə verilmişdir. ünvan 11 ünvanında yerləşən qeyriyaşayış sahəsi ilkin olaraq “Qalaktika” firmasının adına 7353 qeydiyyat nömrəli xx.xx.1997-ci il tarixli şəhadətnaməyə əsasən qeydiyyata alınmışdır. Bakı şəhəri 12 saylı NK-nın 4Ə-547 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin ünvan X14 adına qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış sahəsi Bakı şəhəri 12 saylı NK-nın 4Ə-619 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən X8 mülkiyyətinə verilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, ilk iddia üzrə iddiaçı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. «ASAN ödəniş» sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə aparılmış ödəniş barədə məlumatlardan görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasındsn asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on ildir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 391-ci maddəsinə əsasən tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar, habelə «Daşınar əmlakın yüklülüyü haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar) Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Mübahisə predmetinin (ilk və qarşılıqlı iddialar üzrə) müxtəlifliyini nəzərə alan məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddiaların dəlilləri nəzərə alınmaqla hər iki iddia tələbi ayrı-ayrılıqda araşdırılaraq hüquqi qiymət verilməli, yəni ilk öncə iddia tələbləri ilə bağlı sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra iddia tələblərinin maddi hüquq normasının dispozisiya şərtlərinə uyğun qiymətləndirilməsi aparılmalıdır. İddia tələblərinin bu qaydada qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, ilk və qarşılıqlı iddiaların dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarında qeyd edilir ki, «işdə qarşılıqlı iddia verildikdə, qətnamənin əsaslandırıcı hissəsində həm ilk, həm də qarşılıqlı iddia ayrıayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir». Odur ki, məhkəmə hazırki mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı ardıcıllıqla aparılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin faktiki hallarına əsasən ilk iddia üzrə İddiaçı və mərhum qardaşı -miras qoyan M.Yakubov arasında işgüzar münasibətlərin olması istisna edilməsə də, İddiaçı onun qardaşının mülkiyyətində olmaqla adına rəsmiləşdirilmiş əmlaklarda bu və ya digər qaydada payının olmasına iddia edərək qardaşı vəfat etdikdən sonra bir sıra məhkəmə mübahisələri qaldırmaqla hüquqlarının tanınmasını tələb etmişdir. İşin faktiki hallarından bəlli olduğu kimi Elxan Yaqubov qardaşının mülkiyyətində olmuş əmlaklarda payının, habelə miras payının tanınması, qardaşı ilə arasında daha əvvəlki illərdə bağışlama müqaviləsinin etibarsızlığı tələblərini irəli sürmüşdür. Lakin, bütün bunlara baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən İddiaçı həmin əmlaklar üzərində hüquqları tanınmamışdır. Eyni zamanda İddiaçı qardaşı ilə arasında olan qohumluq və ya işgüzar münasibətlərdən çıxış edərək qardaşının vərəsəsi olan Cavabdeh1 ilə sonuncunun atasından miras qalmış əmlakı vərəsə kimi qəbul etdikdən sonra İddiaçı bağışlayacağı barədə öhdəlik müqaviləsi bağlamışlar. Cavabdeh1 üzərinə belə bir birtərəfli öhdəlik götürməsi ehtimal ki, İddiaçı Cavabdeh1 atası ilə olan qohumluq və işgüzar münasibətlərini nəzərə alaraq razılaşmasından irəli gəlir. Halbuki İddiaçı həmin əmlarlara haqqı və hüquqi çatmış olsa idi, mərhum miras qoyan sağlığında ikən bu məsələni həll edə, yəni Elxanın payını ona ayırıb ona verə bilər, habelə ölümündən sonra bu məsələnin həllini vəsiyyətnaməsində ifadə etmiş olardı. Habelə İddiaçı özü mərhum qardaşı Marik Yakubovun sağlığında ona qarşı belə bir tələblə çıxış edərdi. Müəyyən edilən hal odur ki, İddiaçı mərhum qardaşına məxsus əmlaklara hüquq əldə etmək üçün Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixdə öhdəlik müqaviləsi bağlamağa nail olmuşdur. Cavabdeh1 əmisinə münasibətdə belə bir öhdəlik götürməsinin heç bir hüquqi və həqiqi əsası müəyyən edilmir. Üstəlik qanunvericiliyin də aydın şəkildə müəyyən etdiyi kimi şəxsin gələcək əmlakını digər şəxsə verməsi barədə öhdəsinə götürdüyü müqavilə etibarsızdır.Odur ki, məhkəmə qarşılıqlı iddia tələbini əsaslı hesab edir. Məhkəmə “Jura novit curia” prinsipindən çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının dəlilləri onun əmisi tərəfindən aldadılmasından, habelə dil biliklərinin zəif olmasından irəli gələrək hüquqi əsaslandırmanı bu istiqamətdə aparmasından asılı olmayaraq tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsi Mülki Məcəllənin 391-ci maddəsinin dispozisiya şərtləri baxımından belə etibarsız hesab olunan əqddir. Məhkəmə qarşılıqlı iddia tələbinə qarşı iddia müddətinin tətbiq edilməsi barədə ilk iddia üzrə iddiaçının ərizəsi ilə bağlı qeyd edir ki, ilk iddia üzrə iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsinə münasibətdə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsini və əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən 1 il ərzində irəli sürülə bilər əsası ilə Cavabdeh1 həmin tələbi 3 ildən sonra irəli sürdüyü üçün qarşılıqlı iddianın bu əsasla rədd edilməsini xahiş etmişdir. Məhkəmə ilk iddia üzrə iddiaçının bu dəlili ilə bağlı bildirir ki, Mülki Məcəllənin 354.1ci maddəsində nəzərdə tutulmuş iddia müddəti maddi hüquq normasının dispozisiya şərtlərində də göstərildiyi kimi məhz əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddianın onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilməsini nəzərdə tutur. Bu isə əsassız varlanma halında icra edilmişlərin mübahisələndirilməsinə və əvəzedilən əşyalara münasibətdə tətbiqi nəzərdə tutan qaydadır. Hazırda isə Cavabdeh1 tələbi bütövlükdə öhdəlik müqaviləsinin etibarsızlığından ibarətdir ki, həmin müqavilə əsasında bu və ya digər şəxsin faktiki varlanması baş verməmişdir. Odur ki, hazırki halda qarşılıqlı iddia tələbinə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinin tətbiqi barədə ərizə əsassızdır. Həmçinin nəzərə alınmalıdır ki, ilk iddia üzrə iddiaçı özü də xx.xx.2021-ci il tarixli müqavilə üzrə öhdəliyin icrasını tələb etməkdədir. Beləliklə məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, qarşılıqlı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda təmin edilməsi qənaətinə gəlinən qarşılıqlı iddia ilk iddianın təmin edilməsini tam aradan qaldırdığından, ilk iddia əsaslı hesab edilə və təmin oluna bilməz. Belə ki, ilk iddia tələbi üzrə iddiaçı Cavabdeh1 tərəfindən miras payın bağışlanması barədə müqavilələrin etibarsız hesab edilməsini və xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsinin icra edilməsini tələb etmişdir ki, Cavabdeh1 tərəfindən miras əmlakların qəbul edilməsinə dair vərəsəlik işi üzrə sənədlərdən müəyyən edilmişdir ki, mərhum miras qoyan Marik Yakubovun vərəsələri miras əmlakı qanunla müəyyən edilmiş qayda qəbul etmişlər. Hazırda ilk iddia üzrə iddiaçının dəlili Cavabdeh1 ilk iddia üzrə iddiaçı ilə xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsini imzalayaraq miras əmlakı qəbul etdikdən sonra ona çatası paydan əmisinə bağışlamasına dair öhdəlik götürməsi səbəbindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrin etibarsız sayılmasından ibarətdir ki, məhkəmə qarşılıqlı iddia tələbi üzrə məhz xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsini əsassız hesab etdiyindən həmin müqavilənin mövcudluğu əsası ilə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli miras payın bağışlanması müqavilələrinin əsassızlığını qəbul etmir. Bir daha qeyd olunmalıdır ki, qarşılıqlı iddia tələbi ilk iddianın təmin edilməsini tam aradan qaldırdığından ilk iddia əsassız hesab edilməklə rədd edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (Bakı şəhəri 9 saylı Notariat Ofisi, X24, X18 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «miras payının bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, öhdəliyin icrası» tələbinə dair ilk iddiası rədd edilməli, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilməli; Cavabdeh1 İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilməli, Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış xx.xx.2021ci il tarixli öhdəlik müqaviləsi etibarsız hesab edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (Bakı şəhəri 9 saylı Notariat Ofisi, X24, X18 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «miras payının bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, öhdəliyin icrası» tələbinə dair ilk iddiası təmin edilməsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsi etibarsız hesab edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar