Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1623/2025 30.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızının cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: əqdin etibarsızlığı, ər-arvadın əmlak bölgüsü, iddia müddəti) X15 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızının cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı "bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və ümumi əmlakların bölünməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, e- 2(060)-4475/2024 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 tərəfindən Bakı şəhəri 11 saylı notariat ofisinin 25 aprel 2024-cü il tarixli 4-Ə-313 №-li reystrlə ümumi birgə mülkiyyətlərində olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128.7 kvm. olan mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına Bakı şəhəri 11 saylı notariat ofisinin 25 aprel 2024-cü il tarixli 4-Ə313 №-li reyestrlə bağışlanma müqaviləsi və müqavilə əsasında onun adına daşınmaz əmlakın Dövlət Reystrində qeydiyyat aparılmasının etibarsız hesab edilməsi, Cavabdeh4 ilə nikah dövründə əldə etdikləri ümumi birgə mülkiyyətləri olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128.7 kvm. olan mənzilin ½ hissəsinin, Abşeron rayon Saray qəsəbəsi 24 kv.m-köməkçi sahəsi 18 kvm 1(bir) otaqlı yaşayış evin ½ hissəsinin, Abşeron rayonu Hökməli qəsəbəsində 0.05 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin, Sumqayıt şəhəri, N. Nərimanov küç. 3-cü məhəllə ev 10/7-də yerləşən 12 kvm-lik qeyri-yaşayış sahəsinin ½ hissəsinin müəyyən edilməsi barədə qətnamə və bağışlama müqaviləsi ilə əlaqədar proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətləri olduğundan bu barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh4 ilə evlənib ailə həyatı qurublar. Nikahlarını 17 may 1998-ci ildə rəsmi qeyd etdiriblər. Ər-arvad kimi faktiki oktyabr 2021-ci il tarixinə kimi yaşayıblar. Aralarında yaranmış narazılıqlar nəticəsində nikahlarına 16 fevral 2024-cü il tarixdə xitam verilmişdir. Hal-hazırda nikahın pozulması barədə AZİ N484861 şəhadətnamə xx.xx.2024-cü ildə alınmışdır. Ər-arvad kimi yaşadıqları dövrlərdə Abşeron rayonunda və Sumqayıt şəhərində ümumi vəsaitləri hesabına bir neçə daşınmaz əmlaklar alınmışdır. Nikahlarının pozulması ilə əlaqədar birgə nikah dövrlərində əldə olunmuş əmlaklar bərabər şəkildə bülünməli və payları müəyyən edilməlidir. Bunlardan başqa, cavabdeh nikahlarının xitamı barədə 16 fevral 2024-cü il tarixl Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadını və bununla əlaqədar nikahın pozulması haqqında şəhadətnaməni 24 aprel 2024-cü il tarixdə aldıqdan dərhal sonrakı gün yəni 25 aprel 2024-cü il tarixdə bir neçə şəxslərin köməyi ilə ünvan 2 ünvanında yerləşən 128.7 kvm-lik mənzili tam şəkildə öz doğma qardaşı Cavabdeh1 bağışlamışdır. Cavabdeh4la nikah müddətində Abşeron rayon Saray qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi (24 kvm. köməkçi sahəsi 18 kvm – bir otaqlı), ünvan 3 ünvanında 128.7 kvm sahəsi olan mənzil, xx.xx.2007-ci ildə Abşeron rayonu Hökməli bələdiyyəsinin 64 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 0.05 ha həyətyanı torpaq sahəsi, ünvan 5 ünvanında yerləşən 12 kvm-lik qeyri yaşayış obyekti əldə edilmişdir. Yuxarıda qeyd olunan daşınmaz əmlaklar nikah müddətində əldə olunduğundan həmin əmlaklara dair paylar bərabər hesab edilir. Cavabdeh4 aralarında olan nikah müqaviləsinin pozulması ilə əlaqədar birgə nikah döründə əldə edilmiş əmlakları tam şəkildə əldə etmək məqsədi ilə bir qrup şəxslərlə əlaqəyə girib saxta sənədlər tərtib etdirmiş və notariat vasitəsi ilə bağışlama müqaviləsi ilə ona düşən payını bağışlamaqla uydurma əqd bağlamaqla qanunsuzluğa yol verilmişdir. Ona görə də bağışlama müqaviləsi bağlandığı andan etibarsız hesab edilir (MM-nin 337.4). Ona görə də cavabdehlərin bağladıqları əqd hüquqi nəticələrə səbəb ola bilməz. Əqdin bağlanmasında onun iradə və ifadəsi olmamışdır. Həmçinin bağışlama müqaviləsindən Sumqayıt DƏDK və Reystr Rublik hüquqi şəxsi 2 saylı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli vəkil sorğusuna verdiyi cavabdan sonra xəbərdar olub.
3. Cavabdeh4 nümayəndəsi (vəkil) Vəkil2 iddiaya yazılı etiraz vermişdir. Etirazda göstərilib ki, iddia ərizəsində göstərilənlər bütünlüklə əsassız mülahizələrdən ibarət olmaqla yalnız iddiaçının qərəzli niyyəti ilə yazılmış, eləcə də heç bir hüquqi əsası olmayan uydurma və qanunsuz tələblərdir. İddia ərizəsi həm faktlar nöqteyi-nəzərindən və həm də istinad edilən normalar baxımından əsassızdır. İddiaçının irəli sürdüyü tələblərinin hüquqi əsası olmamaqla yanaşı, iddia ərizəsində göstərdikləri işin faktiki halları ilə düz gəlmir, iddia konkret dəlillərlə təkzib olunur və hər hansı sübutlarla öz təsdiqini tapmır. Belə ki, iddiaçı ərizəsində bildirir ki, guya iddiaçı Cavabdeh4 ilə 17 may 1998-ci ildə rəsmi nikaha girdikdən sonra ərarvad kimi faktiki oktyabr 2021-ci il tarixinə kimi yaşamış, aralarında yaşanmış narazılıqlar nəticəsində nikahlarına 16 fevral 2024-cü il tarixdə xitam verilmişdir. Qeyd edilməlidir ki, iddiaçı Cavabdeh4 ilə xx.xx.1998-ci ildə nikah daxil olub ailə və bu nikah iddiaçının iddia tələbi əsasında xx.xx.2018-ci il tarixdə pozulmuşdur. Göründüyü kimi, tərəflərin nikahına 16 fevral 2024-cü il tarixdə deyil, məhz xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. Nikah pozulandan sonra onlar arasında ailə münasibətləri kəsilmiş, birlikdə yaşamamış və hər hansı birgə təsərrüfat aparmamışlar. Lakin iddiaçı məhkəməni aldatmaq və uydurma mülahizələrinə inandırmaq üçün iddia ərizəsində işin həqiqi hallarını və faktları məqsədli şəkildə gizlətmişdir. Bundan başqa, iddiaçı ərizəsində bildirir ki, guya cavabdeh nikahlarının xitamı barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 fevral 2024-cü il tarixli qərardadını və bununla əlaqədar nikahın pozulması haqqında şəhadətnaməni 24 aprel 2024-cü il tarixdə aldıqdan dərhal sonrakı gün, yəni 25 aprel 2024-cü il tarixdə bir neçə şəxslərin köməyi ilə ünvan 2 ünvanında yerləşən 128.7 kvm-lik mənzili tam şəkildə öz doğma qardaşı Cavabdeh1 bağışlamışdır. Bununla əlaqədar qeyd edilməlidir ki, sözügedən əmlak (ünvan 2 ünvanında yerləşən 128.7 kvm-lik mənzil) sənəd üzərində Cavabdeh4 adında olsa da, onlar bu mənzili birgə nikah dövründə ailə büdcəsi hesabına almamış, alındığı gündən həmin mənzilin əsl sahibi Cavabdeh1 olmuşdur. Belə ki, sözügedən mənzili digər əmlaklarla birlikdə Cavabdeh1 öz vəsaiti hesabına satın aldığına görə əvvəldən ona məxsus olmuşdur. Sadəcə həmin vaxt Cavabdeh1 özü xarici ölkədə yaşadığına görə alqı-satqı işlərinin aparılmasını və aldığı əmlakları həmin vaxt Azərbaycanda yaşayan qardaşı Cavabdeh4 adına müvəqqəti rəsmiləşməsini tapşırmışdır. Eyni zamanda digər əmlakları da qardaşı Cavabdeh1 öz vəsaiti hesabına satın aldığından həmin əmlakların əsl sahibi odur. İşin həqiqi və faktiki halı odur ki, sözügedən əmlakların sənədlərində Cavabdeh4 adı formal olaraq olmuş və hər hansı bir mülkiyyət hüququnun olmasından söhbət gedə bilməz. Bu faktları iddiaçı özü də yaxşı bilir ki, həmin əmlakların onların ailəsinə heç bir aidiyyatı yoxdur və birgə nikah dövründə ailə təsərrüfatı hesabına alınmamışdır. Lakin iddiaçı qərəzli və məqsədli şəkildə bu faktları qəsdən məhkəmədən gizlədərək qanuni şəkildə bağlanmış bağışlanma müqaviləsini şübhə altına salmağa çalışır. Halbuki mənzilin əsl sahibi olan Cavabdeh1 tələbi ilə Cavabdeh4 belə bir sənədləşmənin aparılması üçün müvafiq Notariat kontoruna müraciət etmiş, bunun üçün lazimi olan sənədlərə Bakı şəhəri 11 saylı notariat ofisində baxıldıqdan sonra tam qanuni şəkildə bağışlama müqaviləsi rəsmiləşdirilmiş və sözügedən mənzil əsl sahibinə - yəni Cavabdeh1 geri qaytarmışdır. Bu prosesdə hər hansı qanunsuzluqdan və saxta sənədləşmədən söhbət gedə bilməz. Lakin iddiaçı MMnin 337.4-cü bəndini əsas gətirsə də, belə bir halı sübuta yetirən hər hansı möhtəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eləcə də, əqdin etibarsızlığı üçün vacib olan hər hansı şərt yoxdur və iddiaçının formal mülahizələrinə görə qanuni şəkildə bağlanmış əqd etibarsız hesab edilə bilməz. Mülki qanunvericiliyin tələblərinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutlmuş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Mülki Məcəllənin 334.1-ci maddəsinə əsasən “Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.” Qanun normalarının tələblərindən göründüyü kimi daşınmaz əşyanın bağışlanması haqqında müqavilə yazılı formada bağlanmış və notariat qaydasında təsdiqlənmişdir ki, bu da daşınmaz əşyaların bağışlanması haqqında müqavilənin etibarlı sayılması üçün əsas şərtlərdəndir və olması mütləqdir. Əgər həmin şərtlərə əməl edilməzsə bu zaman müqavilənin etibarlılığını şübhə altına alan hallar ortaya çıxa bilərdi. Hazırkı mübahisə üzrə isə bağışlanma müqaviləsinin etibarlılığını şübhə altına alan heç bir hallar və əsaslar belə yoxdur. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olması vacib şərtlərdəndir ki, hazırki işdə bütün bu şərtlərə və tələblərə Notariat kontoru tərəfindən tam əməl edilməklə həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edilərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli, əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmunununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlayır. İşə əlavə edilmiş notariat işinin materiallarından aydın olur ki, sözügedən bağışlanma müqaviləsi bağlanarkən «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın tələblərinə tam əməl edilmişdir. Göründüyü kimi, iddiaçı öz ərizəsində əqdin etibarsızlığından bəhs edərək guya həmin əmlaklarda payının olmasına dair əsassız mülahizələr irəli sürür. Lakin, işin əslinə baxdıqda məlum olur ki, iddiaçı əsassız varlanmaq niyyəti ilə məhkəməyə yalan məlumatlar verərək ona aid olmayan əmlaka sahiblənməyə çalışır. Bundan başqa, iddiaçı ərizəsində bütün bunlardan guya məlumatsız olduğunu və sonradan xəbər tutduğunu bildirmişdir. Lakin iddiaçı qanunla müəyyən edilmiş müddəti buraxmaqla vaxtında lazim olan hərəkətləri etməmiş və beləcə hazırki tələbləri irəlisürməmişdir. Halbuki, 2018-ci ildə nikahın pozulmasını tələb edən şəxs kimi öz hüquqlarını yaxşı bilirdi. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunvericiliklə tələb olunan iddia müddətini ötürmüşdür. Bu əsasla hazırki işə iddia müddəti tətbiq edilməklə iddiaçının iddia ərizəsi rədd edilməlidir. Ailə Məcəllənin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Qanun normasının tələbindən göründüyü kimi, bu kimi öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 (üç) ildir. Qeyd olunan qanun normasının tələbindən göründüyü kimi iddaçının əmlak tələbinə 3 illik iddia müddəti tətbiq olunduğu halda, iddiaçı 6 il sonra məhkəmədə belə bir iddia tələbi qaldırmışdır. Lakin, göründüyü kimi qeyd olunan tarixdən hesabladıqda, iddiaçı nikah pozulduqdan sonra 3 il müddətində əmlak tələbi ilə bağlı məhkəməyə müraciət etməli olduğu halda, bunu etməmiş, nəticə etibarı ilə qanunvericiliklə müəyyən olunmuş iddia müddətini buraxmışdır. İddia müddətin buraxılması isə mülki qanunvericiliyə görə iddianın rədd olunması ilə nəticələnir. İş materiallarından göründüyü kimi, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə qanunla nəzərdə tutulmuş iddia müddətini ötürməklə müraciət etmişdir. İddiaçı qanunvericiliklə müəyyən olunmuş iddia müddətini buraxmış, buna görə bu tələblə bağlı iddia qaldırmaq üçün hüquqi əsasını itirmişdir.
4. İddiaçı Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh tərəfin etiraz ərizəsi MPM-nin 154-cü maddəsinin tələbinə tam uygun deyildir. Etiraz ərizəsində göstərilən faktlara dair cavabdeh tərəfin heç bir subutu olmadığından ərizəsinə əlavə edə bilməmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı və Cavabdeh4 aralarında nikah xx-xx-2018-ci ildə pozulmuşdur. Halbuki, nikah Azərbaycan Respublikası Ali Məhkəmənin xx-xx-2024-cü il tarixli qərardadına əsasən pozulmuşdur. Etirazda qeyd edilmişdir ki, tərəflərin nikahına xitam verilmiş, yəni onlar arasında nikah pozulduqdan sonra, ailə münasibətləri kəsilmiş və hər hansı təsərrüfatı birgə idarə etməmişdirlər. Halbuki, onların birgə yaşamaları videoaudio görüntü, İsveçin Stokholm şəhərindən Bakıya birgə təyyarə ilə uçmaqla gəlməsi və bir yerdə geri qayıtmalarının təsdiqini tapan təyyarə biletlərinin surətləri və həmçinin 06- 06-2021-ci ildə İddiaçı Cavabdeh4 tərəfindən yaşadıqları evdə döyülüb küçəyə atılması və buna görə də İsveçin Sindesvall şəhərin şəxsi təhlükəsizlik xidmətinin verdiyi sertifikasiyasında öz subutlarını tapır. Etirazda qeyd edilmişdir ki, 40-cı məhəllə, ev 22A, mənzil 39 ünvanında yerləşən ev cavabdehin qardaşı tərəfindən alınmışdır. Halbuki, mənzil Cavabdeh4 formal olaraq məxsus idisə, bəs nə üçün nikahın xitamı barədə sənədlərdə adı qeyd edilmişdir, şəhadətnamə alındıqdan sonra dərhal özgəninkiləşdirilmişdir? Notariat hərəkətlərin aparılması üçün müraciət Notariat əməliyyat aparıldığı vaxtda mənzilin əsl sahibi barədə məlumat verilməməsi göstərir ki, tərəflər başqa əqdi pərdələmək məqsədi əvvəlcədən olmuşdur. Etirazda qeyd edilmişdir ki, iddiaçı qanunsuz varlanmaq üçün əsassız iddia irəli sürmüş və 3 illik iddia müddətini ötürdüyü üçün iddia ərizəsi rədd edilməlidir. Halbuki, cavabdeh bağlanmış əqdi yəni müqavilənin etibarsızlığını özü subut altına alır. Ailə Məcəlləsinin 8-ci maddəsinə əsasən pozulmuş hüququn müdafiəsi üçün ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun 12 mart 2024-cü il tarixli № 1/2024 saylı qərarın 9-3-cü bəndinə əsasən ümumi əmlakın bölünməsi tələbinə dair iddia müddətin axını nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqların pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Nikah dövründə əldə edilmiş əmlaklarla bağlı subutlar may 2024-cü ildə 2 saylı Sumqayıt DƏDRX X23 şəxsi üzrə ərazi idarəsindən və Sumqayıt şəhər polis idarəsinin 4 saylı polis bölməsindən toplanmış iş üçün əhəmiyyət kəsb edən əmlaklar barədə məlumata əsasən hüquqlarının pozulmasını biliblər. Ona görə də iddia müddəti ötürülməmişdir. 1. Nikaha Azərbaycan Respublikası Ali Məhkəmənin xx-xx-2024-cü ildəki qərardadına əsasən xitam verilib 2. Tərəflər xx-xx-2021-ci ilə kimi birgə yaşamışlar. Cavabdeh tərəf iddia müddətin ötürülməsini əsas gətirərək iddianın rədd olunmasını tələb edir. Belə olan halda müəyyən etmək olur ki, cavabdeh iddianı qəbul edir, ancaq iddia müddətin kecməsini əsas hesab edir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi cavabdeh subutları araşdırmalı və onlardan istifadə tərəfin göstərdiyi xüsusat əsasən məhkəmə etməlidir. Cavabdehin nümayəndəsi və vəkili etirazında Azərbaycan Respublikası MPM-nin 154-cü maddəsini rəhbər tutub iddia müddətin ötürüldüyü üçün iddianın rədd edilməsini tələb etməsinə baxmayaraq, xahiş hissəsində iddia tələbinin əsassız və qanunsuz olduğu üçün rədd edilməsini xahiş edir. Cavabdeh tərəfin etirazında iddia tələbinin əsassız və qanunsuz olmasını nə ilə subut edə biləcəyi aydınlaşdırılmalıdır.
5. Şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Vüsalə və Elşəni çoxdan tanıyır, ailəvi yaxın olublar. Elşən 2008- ci il tarixində o, işlədiyi yerdə yəni, "Moskva Univermağı"nda, onun qızıl "polka"sınının yanında qızıl polkası açmışdı. Qızılzinət əşyaları Elşənin özünə məxsus idi. Elşən bir dəfə Sulutəpədə evinin olduğunu demişdi. Saraydakı ev də yəqinki Elşənin idi. Onu da bildirir ki, Elşənin ailəsi ilə münasibətləri olmuş, evlərinə gedib gəlmişdir. Elşən və ailəsi xaricə gedənə qədər tez-tez görüşürdülər. Onlar xaricə getdikdən sonra hərdən bir telefonla danışırdılar. O, bildikləri haqqında düzgün danışır, heç bir yalan məlumat vermir. Bildiyinə görə Elşənin yaşadığı ev özünün olub, Sərxanın adına olmayıb.
6. Şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Elşən onun əmisi oğludur və Vüsalə də Elşənin həyat yoldaşıdır. Elşən və Vüsalə xeyli vaxtdır ki, boşanmışdırlar. Lakin Elşən Vüsalə ilə boşandıqlarını gizlətmişdir. Çünki, Elşən boşandığını həmkəndlilərinin bilməsini istəmirdi. O, Elşəngilin boşandığını Vüsalənin anası vəfat edəndə, təxminən 3-4 il olar ki, öyrənib. Onların boşanma tarixini dəqiq bilmir. Elşən hətta ona bu məsələni uşağından da soruşmamağını tapşırmışdır. Elşənin adına olan hər şey Sərxanın mülküdür. Sərxan Rusiyada yaşayıb və işləmişdir. Sərxan Rusiyadan qazandığı pulların hesabına bütün qohumlarına köməklik edib. Elşən mümkün deyil ki, 500-600 manat maaş almaqla qeyd edilən mülkləri alsın. Hətta, Elşən İsveçə gedəndə o, Elşənə köməklik üçün pul verməyi təklif etmişdi. Elşən İsveçə gəliri olmaması səbəbilə getmişdi. X3 qızıl polkasını da Sərxanın pulu hesabına açmışdı. Bundan başqa Sərxanın göndərdiyi pullar hesabına Elşən evlər alıb. Elşən İsveçdə işləyirdi. Bu yaxınlarda Elşənin işləmədiyini öyrənib. Elşən Sumqayıtda Vüsalə ilə 40 saylı məhəllədəki evdə yaşayırdı. Onu da bildirir ki, Vüsalə ona etibarnamə verməyib.
7. Şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, Elşənin dayısı oğlu Əjdərin arvadıdır. Elşən və Vüsalə 2018-ci il tarixində İsveçdə boşanıblar. Vüsalə və Elşənin hər ikisi ilə əlaqə saxlamış və beləcə boşandıqlarını öyrənmişdir. Vüsalə və Elşən hər ikisi ayrı ayrılıqda Azərbaycana gəlmişdilər. Vüsalə və Elşənin arasında barışıq olmasına dair hər hansı məlumatı yoxdur. Elşənə məxsus olan tək şey mağazadır ki, Elşən onu da Sərxanın hesabına almışdır. O, inanmazdı ki, Vüsalə Sərxanın hesabına alınmış evlərə göz dikər. O, Vüsalə və Elşəni özü İsveçə yola salıb. Elşən və Vüsalə imkansızlıqdan İsveçə getmişdilər. Elşən mağazanı Sərxanın hesabına almışdır. Sərxanın başqa mülklərindən xəbəri yoxdur. Elşən İsveçə gedəndə Əjdərə etibarnamə verib getmişdi. Sonradan isə onun həyat yoldaşı beyin insultu keçirdi.
8. Azərbaycan Respublikasınin İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 Saylı Sumqayıt Ərazi İdarəsinin 01 may 2024-cü il tarixli məktubundan görünür ki, respublika ərazisində mövcud olan arxiv materiallarına əsasən Cavabdeh4 Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi üzərində keçmiş Abşeron rayonu X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş 24 iyul 2003-cü il tarixli 9908 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi ilə tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. ünvan 8 ünvanında yerləşən 26 nömrəli mənzil üzərində keçmiş DTİ və MHQ idarəsinin 3 may 1997-ci il tarixli, 13406 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi ilə Cavabdeh4 tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt ASAN Xidmət mərkəzi notariat kontorunun 24 fevral 2014-cü il tarixli 4Ə-573 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. ünvan 9 ünvanında yerləşən 8 nömrəli mənzil üzərində 31 may 2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh4 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Sumqayıt şəhəri 6 saylı dövlət notariat kontorunun 4 sentyabr 2006-cı il tarixli 4Ə/4- 556 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 21A ünvanında yerləşən 39 nömrəli mənzil üzərində 8 oktyabr 2015-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh4 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Bakı şəhəri 11 saylı notariat ofisinin 25 aprel 2024-cü il tarixli 4Ə-313 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. ünvan 10 ünvanında yerləşən 36 nömrəli mənzil üzərində keçmiş DTİ və MHQ idarəsinin 6 yanvar 2004-cü il tarixli, 30682 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi ilə Cavabdeh4 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Sumqayıt şəhəri 1 saylı dövlət notariat kontorunun 6 mart 2007-ci il tarixli 4Ə-1-140 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Sumqayıt şəhəri, Saray bağlar massivi, B3057 ünvanında yerləşən 0.1144 ha bağ torpaq sahəsi üzərində 2 iyun 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı 1/4 hissə paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Sumqayıt ASAN Xidmət mərkəzinin notariat ofisinin 29 iyul 2021-ci il tarixli 4Ə-1472 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.
9. Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 40-cı mikrorayon, ev 21A, 39 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır.
10. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 60 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.
11. Qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsi 24 kv.mköməkci sahəsi 18 kv.m 1(bir) otaqlı yaşayış evi Cavabdeh4 adına qeydiyyata alınmışdır.
12. AZ-İ 484861 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh4 ilə İddiaçı arasında olan nikah Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən pozulmuşdur və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 127 nömrə ilə qeydə alınmışdır.
13. 25.04.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindn görünür ki, Cavabdeh4 Sumqayıt şəhəri, 40-cı mikrorayon, ev 21A, 39 saylı mənzili Cavabdeh1 bağışlamışdır.
14. AZ-Vİ 467891 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 ilə X8 xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhər Nikah Evində nikaha girərək ailə qurmuşlar və bu nikah 271 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Bayramova soyadı verilmişdir.
15. Abşeron Rayon Bələdiyyəsinin 64 nömrəli, xx.xx.2007-ci il tarixli qərarından görünür ki, həmin qərar ilə Hökməli Bələdiyyə torpaqlarından Cavabdeh4 0.005 ha torpağın satılması və vətəndaşa fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir.
16. xx.xx.2007-ci il tarixli aktdan görünür ki, Abşeron Rayon Bələdiyyəsinin 64 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı ilə Cavabdeh4 ayrılmış 0.005 ha torpaq sahəsi ona təhvil verilmişdir.
17. Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 28 nömrəli qərarından görünür ki, həmin qərar ilə X9 razılığı ilə ona ayrılmış, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 13 noyabr 2003-cü il tarixli 409 saylı sərəncamı ilə Sumqayıt şəhəri, məhəllə 3, N.Nərimanov küçəsində 12.kv.m torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmişdir.
18. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, həmin qərardadla Cavabdeh4 ilə İddiaçı arasında bağlanmış nikahın pozulmasına dair X5 şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı Azərbaycan Respublikasında tanınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
19. Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, e-2(060)- 4475/2024 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən mənzilə dair ünvan 124-cü il tarixli 4-Ə313 №-li bağışlanma müqaviləsi və müqavilə əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmasına dair çıxarışın etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128.7 kvm. olan mənzil və Abşeron rayon Saray qəsəbəsi 24 kv.m-köməkçi sahəsi 18 kv.m 1 otaqlı yaşayış evi üzərində ½ hissədə Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızının, ½ hissədə Cavabdeh4 paylarının müəyyən olunması, birgə nikah dövründə əldə olunmuş Abşeron rayon Hökməli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə Cavabdeh4 satılmış Abşeron rayonu Hökməli qəsəbəsində 0.05 ha həyətyanı torpaq sahəsinə və Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızının adına rəsmiləşdirilmiş Sumqayıt şəhəri, N.Nərimanov küç. 3-cü məhəllə, ev 10/7də yerləşən 12 kv.m-lik qeyri-yaşayış sahəsinə (o cümlədən torpaq sahəsinə) hüquqda iddiaçı Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızının və Cavabdeh4 paylarının bərabər (½ hissədə) müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh4 160 (bir yüz altmış) manat ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin tutularaq iddiaçı Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızına ödənilməsi qət edilmişdir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 225, 329.1, 337.1, 340.1-ci, Ailə Məcəlləsinin 32, 33, 36, 37-ci, “Mediasiya haqqında” Qanunun 35.1, 35.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayəti və onun dəlilləri
21. Cavabdeh4 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4475/2024 nömrəli qətnaməsinin iddianın (qismən) təmin edildiyi hissədə ləğv edilməsi, İddiaçı iddia tələblərinin təmin edildiyi hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə yalan məlumatlar verib bildirmişdir ki, guya “İddiaçı Cavabdeh4 ilə 17 may 1998-ci ildə rəsmi nikaha girdikdən sonra ər-arvad kimi faktiki oktyabr 2021-ci il tarixinə kimi yaşamış, aralarında yaşanmış narazılıqlar nəticəsində nikahlarına 16 fevral 2024-cü il tarixdə xitam verilmişdir.” Halbuki, işin həqiqi və faktiki hallarını məhkəməyə təqdim etməklə iddiaçının bu mülahizlərinin uydurma və yalan olduğunu tam sübuta yetirmişlər. Belə ki, İddiaçı Cavabdeh4 ilə xx.xx.1998-ci ildə nikah daxil olub ailə qurmuş və aralarında olan rəsmi nikahları İddiaçı iddia tələbi əsasında xx.xx.2018-ci il tarixdə pozulmuşdur. Göründüyü kimi aralarında olan nikaha 16 fevral 2024-cü il tarixdə deyil, məhz xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. Nikah pozulandan sonra onlar arasında ailə münasibətləri kəsilmiş, birlikdə yaşamamış və hər hansı birgə təsərrüfat da aparmamışlar. Lakin, göründüyü kimi iddiaçı işə baxan məhkəməni aldatmaq və beləcə uydurma mülahizələrinə inandırmaq üçün işin həqiqi hallarını və faktları məqsədli şəkildə gizlədərək məhkəməyə yalan məlumat verməklə öz hiyləgər oyunlarına alət etməyə çalışmışdır və buna tam nail olmuşdur. Nəticədə işə baxan birinci instansiya Məhkəməsi iddiaçının maddi maraqlarına xidmət edən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Halbuki, İddiaçı məhkəməyə müraciət edərkən qanunvericiliklə tələb olunan iddia müddətini ötürmüşdür: Belə ki, iddia müddətinin tətbiqi ilə bağlı verilmiş ərizədə, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunvericiliklə tələb olunan iddia müddətini ötürdüyünü və bu əsasla qanunvericiliyin tələblərini əsas tutaraq iddia müddəti tətbiq edilməklə iddiaçının iddia ərizəsi rədd edilməsini xahiş etsələr də, nədənsə işə baxan məhkəmə bu halları göz ardı etmiş, işi iddiaçının xeyrinə həll etməkdə maraqlı olmuşdur. Halbuki, İddiaçı məhkəməyə müraciət edərkən qanunvericiliklə tələb olunan iddia müddətini buraxdığına görə Mülki Məcəllənin 372, 375-ci və Ailə Məcəllənin 36.9-cu maddələrinin müddəaları tətbiq edilərək iddiaçının iddia tələbləri məhkəmə tərəfindən rədd edilməli idi. İddiaçı Cavabdeh4 ilə 1998-ci ildə nikaha daxil olub ailə həyatı qurmuşlar. Lakin, bir müddət sonra İddiaçı Cavabdeh4 qarşı nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhz iddiaçının tələbi ilə xx.xx.2018-ci ildə onların rəsmi nikahı məhkəmə qaydasında pozulmuşdur. Nikah pozulandan sonra onlar arasında ər-arvad münasibətləri kəsilmiş, bundan sonra birlikdə yaşamadıqlarına görə hər hansı birgə təsərrüfat da aparmamışlar. İddiaçı 2018-ci ildə nikahın pozulması tələbinə dair iddia qaldırsa da, lakin sonrakı 3 il ərzində əmlak tələbinə dair məhkəmədə hər hansı bir iddia tələbi qaldırmamışdır. Halbuki, İddiaçı həmin vaxt belə bir hüququnun olması barədə məlumatlı olmuş və nikah pozulduqdan sonra 3 il ərzində belə bir tələblə məhkəməyə müraciət etməli idi. Lakin, məlum olduğu kimi xx.xx.2018-ci ildən - xx.xx.2021-ci il tarixədək olan 3 il müddətdə İddiaçı tərəfindən Cavabdeh4 qarşı hər hansı əmlak və ya digər tələblər irəli sürülməmişdir. İddianın əsası olan tərəflər arasındakı rəsmi nikah xx.xx.2018-ci il tarixdə pozulsa da, lakin iddiaçı 2024-cü ilin iyun ayında, yəni həmin nikahın pozulduğu tarixdən 6 il sonra iddia müddətini keçirməklə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir, halbuki Ailə Məcəllənin 36.9-cu maddəsinə əsasən Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur və bu tələb üzrə iddia nikahın pozulduğu gündən 3 il ərzində irəli sürülə bilərdi. Həmçinin, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Belə ki, 2018-ci ildə nikahın pozulmasına dair məhkəməyə iddia verən İddiaçı onun əmlak tələbinə dair iddia müddətinin axımını bilirdi və ya bilməli idi. Lakin, göründüyü kimi nikah pozulduğu tarixdən etibarən, iddiaçı 3 il ərzində iddia tələbi ilə məhkəməyə müraciət etməli olduğu halda, bunu etməmiş, nəticədə qanunvericiliklə müəyyən olunmuş iddia müddətini buraxmışdır. Bu səbədən, iddiaçı qanunvericiliklə müəyyən olunmuş iddia müddətini buraxdığına görə belə bir tələblə iddia qaldırmaq hüququnu çoxdan itirmişdir. Qeyd olunan qanun normasının tələblərinə əsasən, iddaçının hazırki tələbinə 3 illik iddia müddəti tətbiq olunduğu halda, iddiaçının 6 il sonra məhkəmədə belə bir iddia tələbi qaldırması və məhkəmə tərəfindən təmin edilməsi kobud qanun pozuntusu ilə nəticələnmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən iddia müddətin buraxılması isə iddianın rədd olunması ilə nəticələnir. Bundan başqa, iddiaçı öz ərizəsində uydurma mülahizələrə əsaslanaraq, belə bir tələb irəli sürmüşdür ki, guya onunla birgə nikahda olan zaman söügedən əmlakları əldə etmiş və hazırda onlar üzərində onun da payı var. Halbuki, iş üzrə təqdim olunmuş dəlil-sübutlar və şahid ifadələri ilə tam təsdiqini tapmışdır ki, sözügedən əmlakların əsl sahibi olan Cavabdeh1 öz vəsaiti hesabına satın aldığı həmin əmlaklarla onların, eləcədə İddiaçı heç bir hüquqi bağlılığı yoxdur, bununla yanaşı iddiaçının məhkəmədə belə bir iddia tələbləri qaldırmağa sübyektiv hüququ yoxdur və bu tələblər kökündən əsassız və qanunsuzdur. Sözügedən əmlaklar üzərində heç bir haqqı hüququ olmayan iddiaçı hansı haqla məhkəmədə belə bir iddia irəli sürməsinin yalnız bir adı varki o da başqasının əmlakını mənimsəməklə əsassız varlanmaq. Göründüyü kimi iddia ərizəsində göstərilənlər bütünlüklə əsassız mülahizələrdən ibarət olmaqla heç bir hüquqi əsası olmayan uydurma və qanunsuz tələb olsa da, işə baxan birinci instansiya məhkəməsi işi iddiaçının xeyrinə həll etməkdə maraqlı olmuşdur. Halbuki ki, heç bir dəlilsübuta söykənməyən və həqiqiqətə uyğun gəlməyən əsassız və qanunsuz iddia tələbləri elə başından rədd edilməli idi. Həmçinin, iddiaçı məhkəməyə yalan məlumat verib bildirmişdir ki, guya cavabdehlə birgə nikahda olan zaman sözügedən daşınmaz əmlakları əldə etsələr də, lakin o, bu əmlakların olması barədə sonradan, yəni nikah pozulandan 6 il sonra xəbəri olmuşdur. Lakin, məhkəmə iclasında iddiaçıya verdiyi suallara cavab olaraq, həmin əmlakların alınmasından elə ilk gündən xəbəri olduğunu bildirmişdir. Bununla da, iddiaçı işə baxan məhkəməni aldatmaq və beləcə öz hiyləgər planlarına inandırmaq üçün işin həqiqi hallarını və faktları məqsədli şəkildə gizlədərək məhkəməyə yalan məlumat verməklə öz oyunlarına alət etmişdir. Halbuki, iş materiallarına əlavə etdiyi etibarnamədən məlum olur ki, İddiaçı xx.xx.2014-cü il tarixdə bütün əmlaka dair hüquqlar haqqında Cavabdeh1 etibarnamə vermişdir ki, sözügedən əmlakların əsl sahibi olan qardaşı Cavabdeh1 öz əmlakların adına keçirsin. İş materiallarına əlavə edilmiş digər sənəd sübutlardan da tam şəkildə müəyyən olur ki, sözgedən əmlakların kommunal xidmətləri haqqında (işıq, qaz, su sayğaclarının) müqavilələri hamısı Cavabdeh1 adınadır. Belə olan halda sual yaranır ki, əgər həmin əmlaklar ailəyə məxsus olmuşdusa bəs nə üçün kommunal xidmətlər Cavabdeh1 adına sənədləşirdi? Qeyd edir ki, iddiaçı ərizəsində göstərdiyi əmlakların guya onların birgə yaşadıqları və birgə təsərrüfatı nəticəsində alındığını bildirməsi ağ yalandır. Halbuki, sözgedən əmlakların alındığı vaxtlarda o, aylıq maaşa baxan adam olmuş və aylıq maaşdan başqa hər hansı əlavə gəlir də olmamışdır ki, hər hansı ev-əmlak alsın. Məhkəmə iclasında iddiaçıdan həmin əmlakların hansı pulla, nə zaman alındığını soruşan zaman, iddiaçı bu suallardan yayaınaraq konkret cavab verə bilməmişdir. Lakin, qardaşı Sərxana məxsus əmlakların onun adına olmasından sui istifadə edən iddiaçı 6 il sonra belə bir absurd iddia qaldırmaqda əsas məqsədi qardaşı Sərxana məxsus əmlakları ələ keçirməklə mənimsəmək olmuşdur. İddia tələbinin mahiyyətinə baxdığı zaman məlum olur ki, iddiaçı öz yalanlarını pərdələmək məqsədi ilə işə baxan məhkəməni yalnış məlumatlandırmış, bununla bərabər öz uydurma iddiasının təmin olunması üçün hər cür qanunsuz yollara əl ataraq qabaqcadan qurulmuş plan əsasında özünü yazıq, guya hüquqü tapdalanmış şəxs kimi qələmə verib, yalan ifadələri ilə məhkəməni inandırmaqa və bununlada öz məkirli niyyətini həyata keçirməyə çalışmışdır. Halbuki, yalan ifadələrlə məhkəməni aldatmaq və həmin ifadələrdən sübut kimi istifadə edilməsi qanunsuz olmaqla yanaşı həm də, qanun qarşısında məsuliyyət yaradır. Məhkəmə qətnaməsi hüquqla bağlı mubahisəyə baxıldıqdan sonra məhkəmə iclasında muəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ mudafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını mudafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk novbədə, məhz mubahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini mudafiə edən akt kimi çıxış etməlidir. Bundan başqa, iddiaçı məhkəməyə yalan məlumat verib bildirmişdir ki, guya “cavabdeh nikakhlarının xitamı barədə 16 fevral 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadını və bununla əlaqədar nikahın pozulması haqqında şəhadətnaməni 24 aprel 2024-cü il tarixdə aldıqdan dərhal sonrakı gün yəni 25 aprel 2024-cü il tarixdə bir neçə şəxslərin köməyi ilə ünvan 2 ünvanında yerləşən 128.7 kvm-lik mənzili tam şəkildə öz doğma qardaşı Cavabdeh1 bağışlamışdır. Cavabdeh4 aralarında olan nikahın pozulması ilə əlaqədar birgə nikah döründə əldə edilmiş əmlakların tam şəkildə əldə etmək məqsədi ilə bir qrup şəxslərlə əlaqəyə girib saxta sənədlər tərtib etdirmiş və notariat vasitəsi ilə bağışlama müqaviləsi ilə ona üşən payını bağışlamaqla uydurma əqd bağlamaqla qanunsuzluğa yol verilmişdir.” Həmçinin, iddiaçının bu mülahizlərinin tam uydurma və yalan olmasını tərəfindən tam sübuta yetirilmişdir. Sözügedən əmlak (ünvan 13 ünvanında yerləşən 128.7 kvm-lik mənzil) sənəd üzrəində Cavabdeh4 adında olsa da, onlar bu mənzili birgə nikah dövründə ailə büdcəsi hesabına almamış, alındığı gündən həmin mənzilin əsl sahibi Cavabdeh1 olmuşdur. Belə ki, sözügedən mənzli digər əmlaklarla birlikdə Cavabdeh1 öz vəsait hesabına satın aldığına görə əvvəldən ona məxsus olmuşdur. Sadəcə həmin vaxt Cavabdeh1 özü xarici ölkədə yaşadığına görə alqı-satqı işlərinin aparılmasını və aldığı əmlakları həmin vaxt Azərbaycanda yaşayan qardaşı Cavabdeh4 adına müvəqqəti rəsmiləşməsini tapşırmışdır. Eyni zamanda digər əmlakları da qardaşı Cavabdeh1 öz vəsaiti hesabına satın aldığından həmin əmlakların əsl sahibi odur. İşin həqiqi və faktiki halı odur ki, sözügedən əmlakların sənədlərində Cavabdeh4 adı formal olaraq olmuşdur və hər hansı bir mülkiyyət hüququnun olmasından söhbət gedə bilməz. Bu faktları İddiaçı özü də yaxşı bilir ki, həmin əmlakların ailəyə heç bir aidiyyatı yoxdur və birgə nikah dövründə ailə təsərrüfatı hesabına almamışlar. Hətta bununla əlaqədar iddiaçı özü Cavabdeh1 etibarnamə vermişdir ki, söügedən əmlakları əmlakın sahibi öz adına keçirsin. Lakin, iddiaçı qərəzli və məqsədli şəkildə bu faktları məhkəmədən qəsdən gizlədərək özgə əmlakını mənimsəməklə əsassız varlanmağa çalışır. Halbuki, mənzilin əsl sahibi olan Cavabdeh1 tələbi ilə Cavabdeh4 belə bir sənədləşmənin aparılması üçün müvafiq Notariat kontoruna müraciət etmiş, bunun üçün lazimi olan sənədlərə Bakı şəhəri 11 saylı notariat ofisində baxıldıqdan sonra tam qanuni şəkildə bağışlama müqaviləsi rəsmiləşdirilmiş və sözügüdən mənzil əsl sahibinə - yəni Cavabdeh1 geri qaytarmışdır. Bu prosesdə hər hansı qanunsuzluqdan və saxta sənədləşmədən söhbət gedə bilməz. Lakin, iddiaçı MM-nin 337.4-cü bəndini əsas gətirsə də, belə bir halı sübuta yetirən hər hansı möhtəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eləcə də, əqdin etibarsızlığı üçün vacib olan hər hansı şərt yoxdur və iddiaçının formal mülahizələrinə görə qanuni şəkildə bağlanmış əqd etibarsız hesab edilə bilməz.Mülki qanunvericiliyin tələblərinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutlmuş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Azərbaycan Respublikası MM-nin 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.Qanun normalarının tələblərindən göründüyü kimi daşınmaz əşyanın bağışlanması haqqında müqavilə yazılı formada bağlanmış və notariat qaydasında təsdiqlənmişdir ki, bu da daşınmaz əşyaların bağışlanması haqqında müqavilənin etibarlı sayılması üçün əsas şərtlərdəndir və olması mütləqdir. Əgər həmin şərtlərə əməl edilməzsə bu zaman müqavilənin etibarlılığını şübhə altına alan hallar ortaya çıxa bilərdi. Hazırkı mübahisə üzrə isə bağışlanma müqaviləsinin etibarlılığını şübhə altına alan heç bir hallar və əsaslar belə yoxdur. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olması vacib şərtlərdəndir ki, hazırki işdə bütün bu şərtlərə və tələblərə Notariat kontoru tərəfindən tam əməl edilməklə həyata keçirilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edilərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli, əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmunununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlayır. İşə əlavə edilmiş notariat işinin materiallarından aydın olur ki, sözügedən bağışlanma müqaviləsi bağlanarkən «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın tələblərinə tam əməl edilmişdir. Göründüyü kimi, iddiaçı öz ərizəsində əqdin etibarsızlığından bəhs edərək guya həmin əmlaklarda payının olmasına və bağışalma müqaviləsi onun razılığı olmadan bağlanmasına dair əsassız mülahizələr irəli sürmüşdür. Lakin, işin əslinə baxdıqda məlum olur ki, iddiaçı əsassız varlanmaq niyyəti ilə məhkəməyə yalan məlumatlar verərək ona aid olmayan əmlaka mənimsəməyə çalışmış, işə baxan məhkəmə də öz növbəsində qanunçuluq və ədalət prinsiplərini bir kənara qoyub, yalnız formal mülahizələr əsasında iddiaçının maraqlarına xidmət edən və maddi hüquq normalarının pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı öz iddiasını əsaslandırmaq üçün məhkəməyə “sübut” qismində bəzi foto şəkillər, video yazı və digər sənədlər tədim etmişdir. Halbuki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsassız və qeyri-müəyyən olduğundan sübut kimi qiymətləndirilə bilməzdi. Tarixi bəlli olmayan foto şəkillər və video yazı - ilə bağlı bildirir ki, dəfələrlə tələb etməyinə baxmayaraq iddiaçı həmin video və foto şəkillərin nə vaxt, kim tərəfindən, hansı şəraitdə və hansı tarixdə çəkildiyinin dəqiq tarixini göstərə bilməmişdir. Eləcədə, öz iddiasını təsdiq edən möhtəbər sübutları hələ də məhkəməyə təqdim edə bilməmişdir. Ümumiyyətlə, həmin video və foto şəkillərin məhz hansı tarixlərdə çəkildiyi dəqiq məlum olmadığından heç bir halı sübut edə bilməz və sübut kimi də qəbul edilə bilməzdi. Həmçinin, ər-arvad kimi birgə yaşama və birgə təsərrufat aparmaq elə bir haldır ki, bunu hər hansı foto şəkil və ya video yazı ilə bu münasibətlərin movcudluğunu müəyyən etmək çətin və qeyri mümkündür. İşə baxan məhkəmə məhz bu “sübutlarla” birgə yaşayışı müəyyən etməyə çalışmış və nəticədə bu halları aydınlaşdırılmadan tam qanunsuz qərar qəbul etmişdir. Halbuki, məhkəmə özlüyündə həmin video və foto şəkillərin çəkilmə tarixini dəqiq müəyyən edə bilməzdi və bunun üçün mütləq şəkildə ekpertiza təyin etməli olduğu halda məhkəmə tərəfindən heç bir tədbir görülməmişdir. A4 kağızda çap olunmuş həqiqiliyi məlum olmayan “təyyarə bileti” - ilə bağlı bildirirk ki, iddiaçının “təyyarə bileti” kimi təqdim etdiyi A4 kağızda çap edilmiş yazıların həqiqətən təyarrə bileti olduğu, nə vaxt, hansı məqsədlə, hardan alındığı, həqiqətən belə bir səfərin olub-olmaması barədə heç bir sübutedici sənəd yoxdur. Halbuki, istənilən şəxsin belə bir saxta sənədi texniki vasitələrdən istifadə etməklə tərtib edib “təyyarə bileti” kimi təqdim edə bilər və ya online aviabilet satışı ilə məşğul olan şirkətlərin saytlarına daxil olub istənilən şəxs barədə məlumatları yazmaqla belə bir bilet sifarişi formalaşdıra və çap etdikdən sonrada da imtina edə bilər. Lakin, bu o demək deyil ki, belə bir səfər mütləq şəkildə baş tutmuşdur. Eyni zamanda, hətta təyyarə biletinin mövcudluğu ər-arvadın birgə yaşayışını təsdiq etmir, onların bir ailə kimi yaşamasını, birgə təsərrüfat aparmasını və ailə münasibətlərinin davam etdirməsini sübut edə bilməz. Belə olan halda, işə baxan Məhkəmə həmin saxta “təyyarə biletini” sübut kimi qəbul edib və bu tip saxta sübutlar əsasında qərar qəbul etməsi tamamilə qanunsuz olmuşdur. Xarici dövlətdə tərtib edilmiş saxta “Sertifikat” - ilə bağlı bildirirk ki, xarici dövlətdə, xarici dildə tərtib edilmiş “Seritifikat” adlı bu sənədin necə və hansı yolla əldə edildiyi, eyni zamanda onun həqiqiliyi heç kimə məlum deyil. Halbuki, xarici ölkədə bu tip saxta seritifikatlardan istənilən sayda və formada tərtib etdirib əldə etmək olar. Belə bir sənədin həqiqiliyini və rəsmi olub-olmamasını müəyyən etmək üçün mütləq şəkildə onu verən xarici orqana sorğu edilməsi vacib şərtdir. Lakin, tələb olunmasına baxmayaraq məhkəmə bu tələbii təmin etməmişdir. Qeyd edək ki, xarici dildə yazılan hər hansı sertifikatın içındə yazılanları sadəcə tərcümə edilməklə məhkəməyə təqdim edilməsi hələ o sənədin rəsmiliyini və həqiqiliyini təsdiq etmir, eləcədə rəsmi sənəd kimi qəbul edilə bilməz. Bununla yanaşı, hətta həmin sertifikatın içində yazılan bir-birinə ziddiyyətli cümlələr həqiqət olsa belə, bu tərəflərin bir ailə kimi birgə yaşamasını və birgə təsərrüfat aparmasını sübuta yetirmir. Lakin, məhkəmənin bu kimi “saxta sübutlara” əsaslanıb iddiaçının xeyrinə qərar qəbul etməkdə əvvəlcədən maraqlı olmuşdur. Halbuki, iddiaçı ilə cavabdehin birgə nikahında olan iki övladı Bayramov Soltan və Cavabdeh3 uzun illər bu ailənin içində yaşamış və bütün ailə münasibətlərinə hərtərəfli şahid olan yeganə ailə üzvləri olduğu üçün həmin şəxslərin məhkəmədə iştirakı və izahat verməsi təmin edilmiş, hər iki ailə fərdinin ifadəsi ilə İddiaçı uydurduğu yalanlar və təqdim etdiyi “sübutların” saxtalığı aşkar edilməklə, anaları İddiaçı xx.xx.2018-ci il tarixdə ataları Cavabdeh4 rəsmi şəkildə boşandıqdan sonra faktiki olaraq onlar arasında hər hansı ailə münasibətlərinin olmadığı və bir ailə kimi yaşamadıqları sübut olunmuşdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, həmçinin, iş üçün əhəmiyyətli olan faktiki halları düzgün qiymətləndirməmişdir. Halbuki, iddia tələblərinin hüquqi əsası olmamaqla yanaşı, iddiaçı tərəfindən “sübut” kimi təqdim edilənlər işin faktiki halları ilə düz gəlməmiş, konkret dəlillərlə təkzib olunmuş və hər hansı möhtəbər sübutlarla öz təsdiqini tapmamışdır. Həmçinin, boşanmadan sonra hər hansı birgə yaşayış olmadığı halda və iddia müddəti ötürüldüyü halda məhkəmə yalnız iddiaçının zənn və ehtimallarına, yalan ifadələrinə əsaslanıb belə bir qanunsuz nəticəyə gəlmişdir. İddiaçının bölünməsini tələb etdiyi əmlaklar həqiqətən birgə təsərüfüt nəticəsində alınması faktı nə məhkəmə, nə də iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
23. İddiaçı Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
24. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh4 şikayəti tam əsassız, yalan və həqiqətə uygun olmayan heç bir maddi və prosesual hüquq normalara əsaslanmamış şəkildə yazılmışdır. İddiaçı ilə cavabdehin nikahın pozulması formal xarakter daşımışdır. Tərəflər 09 iyun 2021-ci ilə kimi bir mənzildə iki nəfər uşaqları ilə yaşamış və müxtəlif vaxtlarda müxtəlif yerlərə səyahətdə olmuşlar. Bundan əlavə ər-arvad kimi Bakı şəhərinə bir yerdə gəlmiş və mübahisəli mənzildə yaşamışlar. Cavabdeh ərizəsində göstərir ki, iddia müddəti ötürülmüş lakin məhkəmə iddiaçının xeyrinə həll etməkdə maraqlı olmuşdur. Qanunvericiliyə əsasən iddia müddəti ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axını nikah pozulduğu andan deyil, tərəflərin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu gündən hesablanmalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 mart 2024cü il tarixli № 1/2024 qəraraın 93 və 94 bəndi) Ona görə də Sumqayıt 2 saylı DƏDRX-dən sorğuya cavab məktubu və Sumqayıt Asan Xidmət mərkəzindən nikahın 24 aprel 2024-cü il ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx-xx-2024-cü il tarixlərdə əmlakla bağlı hüquqlarınını pozulduğunu bilmişdir. Bundan başqa tərəflər boşanmadan sonra da ümumi əmlaklardan birlikdə istifadə etməyə davam etmiş, həmçinin ümumi əmlaklar barədə məlumatsız olmağın səbəblərindən biri də cavabdeh tərəfindən daşınmaz əmlaklara dair sənədləri özündə saxladığından mübahisəli əmlaka münasibətdə öz hüquqlarını həyata kecirməyə maneələr yaratmışdır. Cavabdeh apelyasiya şikayətini iki əsas səbəbə görə ləğv edilməsini xahiş edir. Birincisi iddia müddətin kecməsinə, ikincisi isə daşınmaz əmlakların hamısının önun qardaşına məxsus olması faktına əsaslanmasını qeyd edir. Əvvəla cavabdeh iddia müddətin ötürülməsinə əsaslanırsa- deməli iddianı tam qəbul edilmiş kimi hesab edir. İkinci əsas səbəbini – bütün daşınmaz əmlakların onun deyil qardaşı Cavabdeh1 məxsus olduğunu göstərir. Sual oluna bilər: Niyə Cavabdeh1 Sultan oğlu qətnaməsindən şikayət verməmişdir? Mübahisəli əmlakların Cavabdeh1 məxsus olmasına dair hansı möhtəbər subutlara əsaslanır? Şikayətçi ərizəsində daha sonra qeyd edir. Mübahisəli ünvan 14 ünvanında yerləşən mənzil birgə nikah dövründə ailə büdcəsi hesabına almamışlar. Daha sonra göstərir həmin dövrdə polis işcisi işləmiş və əmək haqqısı 600 manat olan cavabdehin öz əmək haqqı almaqla “həmin əmlakları” ala bilməzdi göstərməsini” uydurmasından başqa bir şey deyil. Onun yəni Cavabdeh4 xaricə gedənə qədər Bakı şəhərində yerləşən “Moskva” univermağında qızıl alqı-satqısı şöbəsi olmuş və oradan qazanc əldə etmişdir. Həmin faktı təsdiq edən onunla qonşu şöbədə işləyən şahid kimi dindirilən X7 bir daha məhkəmədə təsdiq etdi. Bunlardan əlavə olaraq qeyd edir ki, Cavabdeh4 birgə mülkiyyətində olan torpaq sahəsini ayrı-ayrı insanlara qeyri rəsmi satmış və həmçinin qeyri yaşayış sahəsini icarəyə verərək hər ay 3 min manat qazanc əldə etmiş və edir. Cavabdeh apellyasiya şikayətində daha sonra qeyd edir ki, iddiaçı həmin əmlakları Cavabdeh1 məxsus olduğunu nəzərə alaraq ona etibarnamə vermişdir ki, sözügedən əmlakları öz adına kecirsin. Sözügedən etibarnaməni Cavabdeh4 İddiaçı aldadaraq ondan almışdır. Lakin həmin etibarnaməni aldadılaraq verdiyini bilmiş verdiyi etibarnaməni ləğv etmişdir. Daha sonra qeyd edilir: Əmlakların S. Bayramova məxsus olmasını şahid ifadələri ilə təsdiq olunur. Göstərdiyi şahidlər cavabdein əmisi oğlu Bayramov Oktay, dayısı oğlunun arvadı Niftəliyeva Sevinc olan şəxslər məhkəmədə şahid kimi yaxın qohumu olan cavabdehin xeyrinə ifadə vermişlər. Buna baxmayaraq Niftəliyeva Sevinc məhkəmədə göstərmişdir ki, Elşənə məxsus olan tək mağazadır. (qeyri-yaşayış sahəsi) Cavabdeh daha sonra qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən xarici dövlətin tərtib etdiyi “saxta sertifikat” onun həqiqiliyi heç kimə məlum deyil Bununla əlaqədar həmin sənədin həqiqiliyini təsdiq edən sənəd hal-hazırda İsveç Krallığından alınmış və həmin sənədin əsli təqdim olunacaq. Ümumiyyətlə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki qanunvericiliyin normaları ilə təsdiqini tapmadığından şikayət təmin edilməməlidir.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 aprel 2025-ci il tarixli, 2(105)-546/2025 nömrəli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə, (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilmmiş, Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, 2(060)-4475/2024 nömrəli qətnaməsi Cavabdeh4 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 225.1- 225.3, 225.6, 377.1, 337.1, 337.4, 337.5-ci, Ailə Məcəlləsinin 32.1, 32.2.1, 32.2.2, 33.1, 33.4, 34.1, 34.2, 36.1, 36.2, 36.3, 36.9, 37.1, 37.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci, maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019- cu il tarixli və Azərbaycan respublikası Ali məhkəməsinin “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat
27. Cavabdeh4 (vəkil X22) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2025-ci il tarixli, 2(102)-2412/2025 nömrəli Qərarı ilə (hakimlər Aqil Abbasov, (sədrlik edən və məruzəçi), Əhməd Nurməmmədov və Rəşad Həsənov) Cavabdeh4 kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-546/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Apellyasiya icraatı iştirakçılarının izahatları
29. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
30. Cavabdeh2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
31. İddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
32. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Bakı şəhəri 11 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab edir.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh4 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahsələndirərək ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
35. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.1. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) daxildir. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Maddə 33.1.Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Maddə 37.1 Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli qərarı: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.
37. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarı: Ailə qanunvericiliyi pozulmuş hüquqların müdafiəsi üçün Ailə Məcəlləsində müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddətinin şamil edilmədiyi barədə qayda nəzərdə tutur (8.1-ci maddə). Məcəllə ailə münasibətlərindən irəli gələn yalnız ər-arvadın ümumi əmlakının bölünməsi tələblərinə iddia müddətinin tətbiqini mümkün sayır və Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən bu müddət 3 il təşkil edir. İddia müddətini müəyyən edən bu norma Mülki Məcəllədə nəzərdə tutulmuş qaydalara əsasən tətbiq edilir (Ailə Məcəlləsinin 8.2-ci maddəsi). Məhkəmə təcrübəsində ər-arvadın ümumi əmlakının bölünməsi zamanı yaranan əsas sual iddia müddətinin axımının başlanması anı (tarixi) ilə bağlıdır. Ər-arvadın əmlak bölgüsünə dair mübahisələrə baxarkən məhkəmələr nəzərə almalıdır ki, belə mübahisələr üzrə hər bir halda nikahın pozulması ilə iddia müddətinin axımı başlanmır. Məsələn, nikah pozulduqdan sonra keçmiş ər-arvad ümumi əmlakdan birlikdə istifadə etməyə davam edirlərsə, yaxud ər (arvad) ümumi əmlakın mövcudluğu barədə məlumatsızdırsa, iddia müddəti ər-arvaddan biri tərəfindən digərinə mübahisəli əmlaka münasibətdə öz hüquqlarını həyata keçirməyə maneə yaratdığı gündən hesablanmalıdır.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1., 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, e-2(060)-4475/2024 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd olunmalıdır.
40. Araşdırılan mübahisədən göründüyü kimi iddia tələbi ər-arvadın əmlakının bölünməsi barədədir.
41. İddiaçı mübahisə predmeti olan əmlakların birgə nikah dövründə əldə edildiyini iddia edərək ½ hissədə payının müəyyən edilməsini və bağışlama müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişdir.
42. Cavabdeh tərəf iddiaya etiraz edərək həmin əmlakların tərəflərin ümumi gəlirləri hesabına əldə edilmədiyini bildirmiş, eləcə də iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
43. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmişdir /bax bənd 20/.
44. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinə mahiyyəti üzrə hüquqi qiymət verilməzdən öncə ilk növbədə iddia müddətinin tətbiqi məsələsinə qiymət verilməlidir.
45. Birinci instansiya məhkəməsi bu xüsusda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli qərarına istinadən diqqətə çatdırmışdır ki, Konstitusiya Məhkəməsinin mövqeyinə görə qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Eyni mövqe “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsihaqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024cü il tarixli, 1/2024 nömrəli qərarında da sərgilənmişdir.
46. Birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan nikah 2018-ci il tarixdə məhkəmə qərarına əsasən pozulmuş, lakin daha sonra tərəflər barışmış və 2021-ci ilin iyun ayına kimi birlikdə yaşamışlar. İşin bu halları tərəflərin izahatları və iş materiallarında olan digər sənədlərlə öz təsdiqini tapır. Belə ki, iddiaçı bu halları təsdiq etmək üçün məhkəməyə tərəflərin birlikdə çəkdirdikləri foto və video görüntüləri, birlikdə Azərbaycana gəlib-getmələrinə dair təyyarə biletlərinin surətlərini və Sundsvall Kvinnojouren qadın sığınacaq evindən verilmiş sertifikatı təqdim etmişdir. Məhkəməyə elektron daşıyıcıda təqdim edilmiş foto və video görüntülərdə tərəflərin (İddiaçı və Cavabdeh4) bir ailə kimi birlikdə vaxt keçirdiyini əks etdirən görüntülər yer alımışdır. Bu foto və video görüntülərdən birinin xx.xx.2020-ci ilə aid olduğu görünür. Məhkəməyə təqdim edilən iddiaçı və Cavabdeh4 adına rəsmiləşdirilən təyyarə biletlərinin tarixi isə xx.xx.2019-cu ilə aiddir.
47. Sundsvall Kvinnojouren qadın sığınacaq evindən verilmiş xx.xx.2024-cü il tarixli sertifikatın məzmunundan isə görünür ki, iddiaçı X13 və Sosial Xidmətlər Sundsvall tərəfindən xx.xx.2021-ci il tarixdə Kvinnojourenə yerləşdirmiş, xx.xx.2021-ci il tarixədək orada qalmışdır. İddiaçı izahatında 2018-ci ildə boşanmaq üçün ərizə verdiyini, sonradan əri qohumlarının köməyi ilə onu əri və uşaqlarının yanına qayıtması üçün razılığa gətirdiyini, həmin tarixdən əri tərəfindən fiziki zorakılığa məruz qaldığını, xx.xx.2021-ci il tarixədək əri və uşaqları ilə birlikdə eyni ünvanda yaşadığını bildirmişdir.
48. Birinci instansiya məhkəməsi qeyd edilən sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, həmin sübutlar tərəflərin ailə münasibətlərinin xx.xx.2021-ci il tarixədək davam etdiyini təsdiq edir. Digər tərəfdən Cavabdeh4 şəxsən iştirak etdiyi məhkəmə iclaslarında izahatını nisbətən dəyişsə də, elektron vasitələrlə məhkəmə iclasına qoşulduğu birinci iclasda boşandıqdan sonra iddiaçının onların yaşadığı mənzilə gəlib-getdiyini, lakin 2021-ci ilin iyun ayında aralarında baş verən mübahisədən sonra onu bir daha mənzilə buraxmadığını bildirmişdir. Cavabdeh iddiaçının yalnız uşaqlara görə 2021-ci ilin iyun ayına kimi onların yaşadığı mənzilə gəlib-getdiyini bildirsə də, onun bu izahatı inandırıcı deyil və özünümüdafiə xarakteri daşıyan izhat kimi qiymətləndirilməlidir.
49. Birinci instansiya məhkəməsi şahid ifadələri kimi məhkəməyə təqdim edilmiş tərəflərin övladları Soltan Bayramov və Cavabdeh3 valideynlərinin 2018-ci ildən ayrı-ayrı ünvanlarda yaşaması barədə ifadələrini də əsaslı şübhədənkənar mötəbər sübut kimi qəbul etməyərək göstərmişdir ki, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarından görünür ki, uşaqların hər ikisinin ataları Cavabdeh4la bir valideyn kimi daha sıx münasibəti olmaqla, onların 2021-ci ilin iyun ayından sonra anaları olan iddiaçı ilə münasibətləri yoxdur.
50. Birinci instansiya məhkəməsi “Mediasiya haqqında” Qanunun 35.1 və 35.2-ci maddələrinə istinadfən göstərmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu ünvanlamış, bundan sonra Mediasiya Təşkilatına müraciət etmiş və ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayış təqdim edilmişdir. Beləliklə tərəflərin ailə münasibətlərinin xx.xx.2021-ci il tarixə kimi davam etdiyi nəzərə alınarsa, iddiaçı birgə nikah dövründə əldə olunmuş əmlak bölgüsü tələbinə dair iddia ərizəsi üzrə 3 illik iddia müddətini ötürməmişdir.
51. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən mübahisəli mənzilin bağışlanmasının 2024-cü ildə baş verdiyini və iddiaçının yalnız həmin vaxtdan sonra bu barədə məlumatlı olmasını da nəzərə almışdır.
52. Birinci instansiya məhkəməsi cavabdehin vəkilinin iddiaçı tərəfindən təqdim edilən sənədlərin hamısının saxta olması barədə dəlilinə münasibətədə göstərmişdir ki, cavabdeh tərəf bu sübutların əksinə dair məhkəməyə hər hansı sübut (tərəflərin birlikdə bir ölkədən digərinə uçmadığını təsdiq edən müvafiq hava yollarının məlumatı, iddiaçının müvafiq qadın sığınacaq evinə yerləşdirilərkən verdiyi izahatı təkzib edən həmin təşkilata verilmiş sorğuya cavab məktubu və s.) təqdim etməmiş, o cümlədən məhkəmə hazırlıq iclaslarında həmin sübutların araşdırılması ilə bağlı hər hansı yazılı vəsatətlə məhkəməyə müraciət etməmişdir.
53. İddia tələbinin mahiyyətinə gəldikdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi 2 əsas hissədən ibarətdir: 1) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128.7 kvm. olan mənzilə dair Bakı şəhəri 11 saylı notariat ofisinin 25 aprel 2024-cü il tarixli 4-Ə-313 nömrəli bağışlama müqaviləsinin və Cavabdeh1 adına daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyat aparılmasına dair çıxarışın etibarsız hesab edilməsi; 2) tərəflərin birgə nikah dövründə əldə etdikləri ümumi birgə mülkiyyətləri olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128.7 kvm. olan mənzil, Abşeron rayon Saray qəsəbəsi 24 kv.m-köməkçi sahəsi 18 kvm 1(bir) otaqlı yaşayış evi, Abşeron rayonu Hökməli qəsəbəsində 0.05 ha həyətyanı torpaq sahəsi və Sumqayıt şəhəri, N. Nərimanov küç. 3cü məhəllə ev 10/7-də yerləşən 12 kv.m-lik qeyri yaşayış sahəsi üzərində iddiaçının payının ½ hissədə müəyyən edilməsi.
54. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddia tələbinin birinci hissəsinə hüquqi qiymət verilməsi üçün ilk növbədə mübahisəli əmlakların birgə nikah dövründə əldə edilib-edilmədiyi məsələsi araşdırılmalıdır. Bu baxımdan, tərəflər mübahisəli əmlakların birgə nikah dövründə alınmasını mübahisələndirmirlər. Lakin cavabdeh tərəf mübahisəli əmlakların tərəflərin birgə vəsaiti hesabına deyil, qardaşı – digər Cavabdeh1 maddi vəsaiti hesabına alındığını iddia edir.
55. Birinci instansiya məhkəməsi göstərmişdir ki, ər-arvad ailə şəkilində ümumi təsərrüfat apardıqları üçün onların hər birinin qazandıqları əmlak ayrıca sübutetməyə ehtiyac olmadan onların ümumi birgə əmlakı sayılır. Hətta, Ailə Məcəlləsinin 32.3-cü maddəsinə görə nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) də ümumi əmlak üzərində hüquqa malikdir. Buna görə də Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri əmlakın ər-arvadın ümumi birgə mülkiyyət sayılması üçün iki şərt nəzərdə tutmaqla yanaşı, nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair prezumpsiyanı nəzərdə tutmuşdur.
56. Hazırki iş üzrə iddiaçı tərəf mübahisəli mənzilin birgə nikah dövründə alınmaqla birgə gəlirlər hesabına alındığını sübuta yetirə bilmiş, cavabdeh isə mübahisəli mənzilin qardaşı tərəfindən onun maddi vəsaiti hesabına alınmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, cavabdeh tərəf bu halı təkzib etmək üçün məhkəməyə şahid ifadələri təqdim etmişdir. Həmin şahidlər isə cavabdehlərin qohumlarıdır. Ər (arvad) arasındakı nikah pozulduqdan sonra onlardan birinin yaxın qohumlarının onun mənafeyi baxımından çıxış etməsi, yəni hazırki halda mübahisəli evin Cavabdeh4 deyil, qardaşı Cavabdeh1 vəsaiti hesabına alınmasını bildirməsi normal haldır.
57. Beləliklə, qeyd olanlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəf mübahisələndirilən əmlakların iddiaçı ilə birgə nikah dövründə birgə gəlirlər hesabına alınmadığını sübuta yetirə bilməmişdir. 35. Bağışlanma müqaviləsinin etibarsızlığı ilə bağlı iddia tələbinə münasibətdə birinci isntansiya məhkəməsi diqqətə çatdırmışdır ki, cavabdeh tərəfindən birgə nikah dövründə əldə edilən mənzil (ünvan 1) iddiaçının razılığı alınmadan bağışlanmaqla Mülki və Ailə Məcəlləsinin 222.3, 337.1, 33.3cü maddələrinin tələbləri pozulmuşdur.
58. Birinci isntansiya məhkəməsi işin digər halları ilə yanaşı, mənzilin bağışlandığı şəxsin–Cavabdeh1 cavabdehin qardaşı olmasını nəzərə alaraq belə hesab etmişdir ki, mübahisələndirilən müqavilə həqiqəti əks etdirməməklə, formal, əsl həqiqi niyyəti gizlətmək, mənzilin tərəflər arasında bölgüsündən yayınmaq məqsədilə bağlanmışdır. 37. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128.7 kvm. olan mənzilə dair ünvan 124-cü il tarixli 4- Ə313 №- li bağışlanma müqaviləsinin və müqavilə əsasında Cavabdeh1 adına daşınmaz əmlakın Dövlət Reystrində qeydiyyat aparılmasına dair çıxarışın etibarsız hesab edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
59. İddia tələbinin payların müəyyən edilməsi hissəsinə gəldikdə isə birinci instansiya məhkəmə bildirmişdir ki, qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Hazırki iş üzrə birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128.7 kvm. olan mənzil, Abşeron rayon Saray qəsəbəsi 24 kv.m-köməkçi sahəsi 18 kvm 1(bir) otaqlı yaşayış evinin tərəflər arasında bərabər bölünməməsi üçün ailə qanunvericiliyində (Ailə Məcəlləsi, 37.2-ci maddə) nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud deyil. Bu səbəbdən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128.7 kvm. olan mənzil, Abşeron rayon Saray qəsəbəsi 24 kv.m-köməkçi sahəsi 18 kvm 1 (bir) otaqlı yaşayış evi üzərində iddiaçının və Cavabdeh4 payları bərabər (1/2 hissədə) müəyyən edilməlidir.
60. Abşeron rayonu, Hökməli qəsəbəsində 0.05 ha həyətyanı torpaq sahəsi və Sumqayıt şəhəri, N.Nərimanov küç. 3-cü məhəllə ev 10/7-də yerləşən 12 kv.m-lik qeyri yaşayış sahəsi üzərində iddiaçının payının ½ hissədə müəyyən edilməsi tələbi üzrə birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, qeyd edilən əmlaklar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
61. Bununla bağll, birinci instansiya məhkəməsi “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarına istinadən göstərmişdir ki, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır.
62. Buna görə də iddia tələbi həmin əmlaklara münasibətdə də təmin edilməli, Abşeron rayon Hökməli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə Cavabdeh4 satılmış Abşeron rayonu Hökməli qəsəbəsində 0.05 ha həyətyanı torpaq sahəsinə və Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə iddiaçının adına rəsmiləşdirilmiş Sumqayıt şəhəri, N.Nərimanov küç. 3-cü məhəllə, ev 10/7-də yerləşən 12 kv.m-lik qeyriyaşayış sahəsinə (o cümlədən torpaq sahəsinə) hüquqda iddiaçının və Cavabdeh4 payları bərabər (½ hissədə) müəyyən edilməlidir.
63. Birinci instansiya məhkəməsi sonucu iki əmlak barəsində izah etmişdir ki, özbaşına tikililər və tikintisi başa çatmayan binanın tərkib hissələrinə dair yuxarıda qeyd olunanlar Ailə Məcəlləsinin 7-ci fəslinin normalarının mənasına əsaslanır, sözügedən tikililər məhkəmə qərarı ilə əşya hüquqlarının tanınması hesab olunmur və dövlət orqanının üzərinə onlara dair qeydiyyat aparmaq vəzifəsi qoymur. Həmin predmetlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qanunla müəyyən olunmuş qaydada aparılmalıdır.
64. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin iddianın (qismən) təmin edildiyi hissədə ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
65. Apellyasiya şikayətinin dəlilləri və kassasiya məhkəməsinin göstərişləri üzrə araşdırma aparan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.
66. Belə ki, işdən görünür ki, iddia iki tələbdən – 1) tərəflərin birgə nikah dövründə əldə etdikləri ümumi birgə mülkiyyətləri olan əmlakların bölünməsi və 2) mənzilə dair bağışlama müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsindən ibarətdir.
67. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılan iddia üzrə əmlakların bölünməsi əsas, mənzilə dair bağışlama müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi isə törətə tələb qismində çıxış edir.
68. Məhkəmə araşdırması zamanı mübahisə predmeti olan əmlakların birgə nikah dövründə əldə edildiyi müəyyən edilmişdir.
69. Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir.
70. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür.
71. Əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır.
72. Cavabdeh tərəf buna etiraz etsə də məhkəmə kollegiyası hesab edir ki, etirazın istinad olunduğu hallar sübuta yetirilməmişdir.
73. Göründüyü kimi iddiaçı ilə Cavabdeh4 nikahı X5 şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə pozulmuş və həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 fevral 2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasında tanınmışdır. İddiaçı hazırkı iddia ilə məhkəməyə 13 iyun 2024-cü il tarixdə müraciət etmişdir.
74. Cavabdeh4 nümayəndəsi (vəkil) Vəkil2 iddia müddətini tətbiqi barədə ərizə vermişdir. (İ cild, iş v.95)
75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019cu il tarixli və qərarda mövqe belə olmuşdur ki, ər-arvadın əmlak tələbləri üzrə iddia müddətinin axımı ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.
76. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarında da əks edilib.
77. Plenum Qərarında sərgilənmiş mövqeyə əsasən ər-arvadın əmlak bölgüsünə dair mübahisələrə baxarkən iddia müddətinin axımı şəxsin hüququnun pozulduğunu bildiyi və bilməli olduğu gündən hesablanır ki, bu anda Plenumun mövqeyinə görə nikah pozulduqdan sonra keçmiş ər-arvad ümumi əmlakdan birlikdə istifadə etməyə davam edirlərsə, yaxud ər (arvad) ümumi əmlakın mövcudluğu barədə məlumatsızdırsa, iddia müddəti ər-arvaddan biri tərəfindən digərinə mübahisəli əmlaka münasibətdə öz hüquqlarını həyata keçirməyə maneə yaratdığı günlə məhdudlaşır.
78. Həmin konteksdən işin faktiki hallarına qiymət verən kollegiya qeyd edir ki, göründüyü kimi tərəflər arasında nikah 2018-ci il tarixdə pozulmuşdur. X11 yaşamışlar, mübahisə predmeti olan əmlaklar isə Azərbaycan Respublikasında yerləşir. Tərəflər artıq uzun müddətdir ki, o cumlədən nikah pozulduqdan sonra da ümumi əmlakdan birlikdə istifadə etməmişlər.
79. Ali Məhkəmənin Qərarının 72-76 bəndlərinin göstərişi üzrə aparılmış araşdırma zamanı iddiaçının nümayəndəsi bildirdi ki, iddiaçı və Cavabdeh4 nikah pozulduqdan sonra da birlikdə yaşamış, birgə təsərrüfat aparmışlar. Lakin iddiaçı tərəfindən cavabdehə daima təziq göstərilmiş, dava-dalaş və gərginlik olmuş, bunun nəticəsində isə iddiaçı sığınacağa sığınmışdır. İddiaçının bu müddət ərzində əmlak bölgüsü ilə bağlı mübahisə açmamasının səbəbi isə bu əmlaklar barəsində məlumatsız olması olmuşdur.
80. Göründüyü kimi tərəflər arasında gərgin münasibətlər olmaqla iddiaçı hüquqlarının pozulduğunu bildiyi halda əmlak hüququnun müdafiəsi, başqa sözlə desək əmak bölgüsü ilə bağlı heç bir hərəkət etməmişdir.
81. Kollegiya həmçinin vurğulayır ki, cavabdeh tərəfindən iddiaçıya hüquqlarını həyata keçirməyə maneə yaradıldığı müəyyən edilmir. Eyni zamanla qeyd olunmalıdır ki, 2018-ci ildə nikah pozulduqdan sonra 2024-cü ilədək, yəni iddia ilə məhkəməyə müraciət olunduğu müddətədək, 6 il ərzində belə bir maneənin olması və iddiaçının bu səbəbdən hüquqlarının məhdudlaşması inandırıcı və ağlabatan deyildir.
82. Məhkəmə kollegiyası həmçinin əmlaklar barəsində iddiaçının məlumatsız olması barədə göstərilənləri də inandırıcı hesab etmir.
83. Belə ki, mübahisə predmeti olan Sumqayıt şəhəri, N. Nərimanov küç. 3-cü məhəllə ev 10/7-də yerləşən 12 kvm-lik qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi iddiaçıya ayrılmışdır.
84. Məhkəmə kollegiyasının qənatincə iddiaçının adına ayrılmış torpaq sahəsindən və üzərində inşa edilmiş tikilidən iddiaçının özünün xəbərsiz olması ağlabatan deyildir.
85. Bundan başqa, məhkəmə araşdırması zamanı tərəflərin izahatı ilə müəyyən edildi ki, iddiaçı və cavabdeh E.X14 köçüb getdikləri 2014-cü il tarixədək uzun müddət mübahisə predmeti olan mənzillərdən birində yaşamışlar. Kollegiya qeyd edir ki, iddiaçının, yaşadığı mənzil barəsində məlumatsız olması inandırıcı deyildir.
86. Kasassasiya instansiya Məhkəməsi qeyd edir ki, Mülki Məcəllənin iddia müddətlərin başlanması və qurtarmasını müəyyən edən 368 və 369.1-ci maddələrinə uyğun olaraq müddətin təqvim tarixindən götürülməklə keçməsi qanuni prezumpsiyadır. İddiaçı hazırki iddia ərizəsi ilə 13 iyun 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni qanuni prezumpsiyaya görə təqvim tarixi baxımından müddətin keçməsi aşkar olduqda və cavabdehin bu barədə ərizə verməsi ilə onun müddətin ötürülməsi barədə sübut etmə vəzifələri burada bitir.
87. Bundan sonra isə sübut etmə vəzifəsi dəyişir, prezumpsiyanın əksini, yəni müddətin ötürülməməsini, hüquqlarının pozulduğuni bildiyi və bilməli olduğu vaxtın hansı tarixdən hesablanmalı olmasını, yəni müddətinin axımının nə vaxtdan başlamalı olmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
88. Həmçinin nəzərə alınmalıdır ki, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır, yəni təkzib edilə bilər. Bunun üçün ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər.
89. Məhkəmə kollegiyası bir daha izah edir ki, qanuni prezumpsiyaya söykənərək iddia müddətinin ötməsi barədə ərizə verilməsi cavabdehin üzərində düşdüyü halda, onun ötürülməməsini sübut etmək vəzifəsi də iddiaçının üzərində düşür.
90. Ali Məhkəmənin qeyd olunan göstərişləri üzrə araşdırma aparan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsini təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir.
91. İddiaçı tərəfin istinad etdiyi halları işin faktiki halları ilə məcmu halında qiymətləndirən məhkəmə kollegiyası heab edir ki, iddiaçının istinad etdiyi hallar işin faktiki halları ilə uzlaşmır və təkzib olunur.
92. Beləlikə, qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. İddia müddətinin ötürülməsi isə iddiaçının tələb hüququnun xitamına səbəb olmuşdur.
93. Məhkəmə kollegiyası hesab edir ki, əmlak bölgüsünə dair əsas tələb üzrə iddia müddəti ötürüldüyündən iddia rədd olunmalıdır. Kollegiya həmçinin hesab edir ki, əsas tələb təmin edilmədiyindən onunla bağlı olan törəmə tələb də (bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) təmin edilə bilməz. Bu baxımdan həmin tələb üzrə araşdırma aparılmasına zərurət görmür.
94. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.
95. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh4 tərəfidən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, e-2(060)-4475/2024 nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Bayramova (Bəyəliyeva) Vüsalə Nəzər qızının cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı "bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və ümumi əmlakların bölünməsi" tələbinə dair iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.