Məhkəmə qərarları › İş №2(004)-5520/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5520/2025

12.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5520/2025 12.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçi X8, Ərizəçi3 iştirakları ilə, Ərizəçilər X13 və Ərizəçi3 maraqlı şəxs qismində Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “doğum faktlarının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, X13 və Ərizəçi3 maraqlı şəxs qismində Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “doğum faktlarının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi1 xx.xx.1948-ci il tarixdə, X8 xx.xx.1959-cu il tarixdə və Ərizəçi3 xx.xx.1951-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərində anadan olması faktının və analarının X6, atalarının isə X14ması faktının müəyyən edilməsi və onlara doğum haqqında şəhadətnamə verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilərin atası X10 ilə anası X2 İslam Respublikasının Tehran şəhərində ailə qurmuşlar. Onların birgə nikahından 1948- ci ildə hazırki iddiaçı Rza adlı, 1951-ci ildə iddiaçının qardaşı Pərviz adlı və 1959-cu ildə isə iddiaçının digər qardaşı Huşəng adlı övladları dünyaya gəlmişdir. Onlar 1962-ci ildə Fars zülmündən qaçaraq daimi yaşamaq üçün Azərbaycan SSR-yə gəlmişlər. Bu zaman onlar sənədlərini özləri ilə götürə bilməmişlər. 2009-cu ildə ərizəçi, İran İslam Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edərək özünün və qardaşlarının doğum haqqında şəhadətnamələrinin surətini tələb etmişdir. Həmin qurumun arxivində ərizəçiyə aid sənədlər tapılmış, lakin onun qardaşları Huşəng və Pərvizin doğum haqqında sənədləri tapılmamışdır. Dəfələrlə müfaviq dövlət orqanlarına, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə, konsulluğuna müraciət etmələrinə baxmayaraq, ərizəçinin qardaşları həmin sənədləri ala bilməmişlər. Nəticədə, ərizəçi və qardaşları dövlət orqanlarında bəzi hüquqlarını yerinə yetirməkdən məhrum olmuşlar. Bu məhrumiyyətlərdən biri odur ki, ərizəçi və qardaşları mərhum analarının vərəsələri olaraq şəhadətnamə ala bilmirlər. Digər tərəfdən qardaşlar bir-birlərinə bağışlama edə bilmir. Notariat ofisləri bağışlama müqaviləsini rəsmiləşdirmək üçün vətəndaşdan qardaş olmasını təsdiq edən doğum haqqında şəhadətnamələri tələb edir. Ərizəçi1 doğum faktını təsdiq edəcək sənəd tərəflərindən iş materialına əlavə edilmişdir. Lakin, digər ərizəçilərin doğum faktını təsdiq edəcək sənədləri əldə edə bilməmişlər. Amma, bu faktı təsdiq edəcək kifayət qədər şahidlər var. Bu şəxslər ərizəçilərin yoldaşları, övladları, övladlarının yoldaşları, zərurət olarsa digər qohumları və dostlarıdır. Həmin şəxslərin şahid qismində dindirilməsi üçün tərəflərindən vəsatət əlavə olunur. Əlavə olaraq, iddiaçının soyadı əvvəllər Rayi olmuşdur, lakin sonradan özünün müraciəti əsasında soyadı Ray olaraq dəyişdirilmişdir. Daha sonra Ərizəçi1 nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, Ərizəçi1 doğum haqqında şəhadətnamə verildiyi üçün hazırki iş üzrə ona aid hissədə məhkəmə qərarına zərurət qalmadığını, bu səbəbdən Ərizəçi1 ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(004)-5520/2025 nömrəli qərardadına əsasən ərizəçilər Ərizəçi1, X13 və Ərizəçi3 maraqlı şəxs qismində Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “doğum faktlarının müəyyən edilməsi” barədə mülki iş üzrə Ərizəçi1 ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçilər X13 və Ərizəçi3 ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3165/8-15-3347/25 nömrəli müraciətə cavab məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itirilmiş qeydlərinin bərpası yalnız bu cür qeydlərin əvvəllər mövcud olduğunu təsdiq edən rəsmi sənədlər əsasında və ya məhkəmənin müvafiq qətnaməsinə əsasən həyata keçirilə bilər. Təqdim olunmuş sənədlər əsasında doğum haqqında akt qeydinin əvvəl mövcud olmasını təsdiq edən kifayət qədər məlumat müəyyən edilmədiyindən həmin akt qeydinin qeydiyyat şöbəsi tərəfindən inzibati qaydada bərpa edilməsi mümkün olmamışdır. Bu səbəbdən ərizəçiyə doğum haqqında akt qeydinin mövcudluğunun və ya doğum faktının müəyyən edilməsi məqsədilə aidiyyəti üzrə məhkəməyə müraciət etməsinin məqsədəuyğun olduğu tövsiyə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3165/8-15-3348/25 nömrəli müraciətə cavab məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itirilmiş qeydlərinin bərpası yalnız bu cür qeydlərin əvvəllər mövcud olduğunu təsdiq edən rəsmi sənədlər əsasında və ya məhkəmənin müvafiq qətnaməsinə əsasən həyata keçirilə bilər. Təqdim olunmuş sənədlər əsasında doğum haqqında akt qeydinin əvvəl mövcud olmasını təsdiq edən kifayət qədər məlumat müəyyən edilmədiyindən həmin akt qeydinin qeydiyyat şöbəsi tərəfindən inzibati qaydada bərpa edilməsi mümkün olmamışdır. Bu səbəbdən ərizəçiyə doğum haqqında akt qeydinin mövcudluğunun və ya doğum faktının müəyyən edilməsi məqsədilə aidiyyəti üzrə məhkəməyə müraciət etməsinin məqsədəuyğun olduğu tövsiyə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-1477-15/24 nömrəli arayışına əsasən xx.xx.1959-cu ildə Tehran şəhərində anadan olmuş X8 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Qeyd: Arxiv məlumatları 1956-1962-ci illər Yasamal rayon qeydiyyat şöbəsi üzrə ilkin və 1960-1966-cı illər üzrə bərpa akt qeydləri yoxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-1476-15/24 nömrəli arayışına əsasən xx xxxxxx 1959-cu ildə Tehran şəhərində anadan olmuş Ərizəçi3 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Qeyd: Arxiv məlumatları 1956-1962-ci illər Yasamal rayon qeydiyyat şöbəsi üzrə ilkin və 1960-1966-cı illər üzrə bərpa akt qeydləri yoxlanılmışdır. İş materiallarında olan Azərbaycan SSR Maarif Nazirliyinin orta təhsil haqqında attestatının notariat qaydasında təsdiq olunmuş surətinə əsasən Ərizəçi3 1953-cü ildə İran, Tehran şəhərində anadan olmuş, 1972-ci ildə Bakı şəhəri Nəsimi rayonu 105 nömrəli fəhla Gənclər orta məktəbin tam kursunu “nümunəvi” davranış və qiymətlərlə bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surətinə əsasən Ərizəçi3 xx.xx.1951-ci il tarixdə İran, Tehran şəhərində doğulmuşdur. İş materiallarında olan Nəsimi rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixində verilmiş İİİ-ЖГ 480283 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında tərcümə edilmiş surətinə əsasən X9 xx.xx.1989-cu il tarixində Bakı şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 585 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş AZ-İİ 375146 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətinə əsasən X6 xx.xx.2023-cü il tarixində Bakı şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 446 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Sovet Sosialist Respublikaları İttifaqının A 045237 nömrəli vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin notariat qaydasında tərcümə edilmiş surətinə əsasən X13 1959-cu il tarixdə İran, Tehran şəhərində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.1993-cü il tarixli, 22/4-120096 nömrəli arayışın notariat qaydasında tərcümə edilmiş surətinə əsasən Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində mövcud olan məlumatlara əsasən, Tehran şəhərində (İran) doğulmuş, vətəndaşlığı olmayan şəxs, 1959-cu il təvəllüdlü X13, 1962-ci ildə İrandan Azərbaycan Respublikasına valideynləri, 1927-ci il təvəllüdlü, X11 və 1934-cü il təvəllüdlü X6 ilə birlikdə daimi yaşayış üçün gəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri “Leyla” Nikah evi tərəfindən xx.xx.1992-ci il tarixində verilmiş, Vİ-JQ 255143 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında tərcümə edilmiş surətinə əsasən X13 və X15 xx.xx.1992-ci il tarixində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 185 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Rayi, arvada Rayi soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.1992-ci il tarixində verilmiş, İİİ-JQ 401760 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında tərcümə edilmiş surətinə əsasən Ərizəçi3 və X3 xx.xx.1984-cü il tarixində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 536 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Rayi, arvada Rayi soyadı verilmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçilər X13 və Ərizəçi3 valideynləri - 1927-ci il təvəllüdlü X11 və 1934-cü il təvəllüdlü X6 ilə birlikdə 1962-ci ildə İrandan Azərbaycan Respublikasına daimi yaşayış üçün gəlmişlər. Bu zaman onlar sənədlərini özləri ilə götürə bilməmişlər. Daha sonra müfaviq dövlət orqanlarına, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə, konsulluğuna müraciət etmələrinə baxmayaraq, ərizəçilərin doğum faktlarını təsdiqləyəcək sənədləri ala bilməmişlər. Hazırda ərizəçilər X8 xx.xx.1959-cu il tarixdə və Ərizəçi3 xx.xx.1951-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərində anadan olması faktının və analarının X6, atalarının isə X14ması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçilərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunur ki, X13 xx.xx.1959-cu il tarixində İran İslam Respublikasının Tehran şəhərində doğulmuş, atası X10, anası X4r. Ərizəçi3 xx.xx.1951-ci il tarixində İran İslam Respublikasının Tehran şəhərində doğulmuş, atası X10, anası X4r. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, X8 xx.xx.1959-cu il tarixdə İran İslam Respublikasının Tehran şəhərində doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X8 doğum tarixi xx.xx.1959-cu il, doğulduğu yer İran İslam Respublikasının Tehran şəhəri, ata qrafasında – X10, ana qrafasında – X1 məlumatlar göstərilməklə ona yeni doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməli, Ərizəçi3 xx.xx.1951-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərində doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında Ərizəçi3 doğum tarixi xx.xx.1951-ci il, doğulduğu yer İran İslam Respublikasının Tehran şəhəri, ata qrafasında – X10, ana qrafasında – X1 məlumatlar göstərilməklə ona yeni doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər X13 və Ərizəçi3 maraqlı şəxs qismində Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “doğum faktlarının müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. X8 xx.xx.1959-cu il tarixdə İran İslam Respublikasının Tehran şəhərində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X8 doğum tarixi xx.xx.1959-cu il, doğulduğu yer İran İslam Respublikasının Tehran şəhəri, ata qrafasında – X10, ana qrafasında – X6 yazılsın. Ərizəçi3 xx.xx.1951-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi3 doğum tarixi xx.xx.1951-ci il, doğulduğu yer İran İslam Respublikasının Tehran şəhəri, ata qrafasında – X10, ana qrafasında – X6 yazılsın. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X8 və Ərizəçi3 adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar