Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5522/2020 10.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə xüsusi icraat qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi oğlu Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, onun xx xxxx 1974cü il tarixdə Ermənistan Respublikasının Dilican rayonunun Alacuxqaya kəndində anadan olması faktının müəyyən edilməsi və X1, anası X4 müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı Ərizəçi xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin dəyişdirilməsinə dair ərizə məhkəməyə təqdim edərək, onun xx xxxx 1974-cü il tarixdə Ermənistan Respublikasının Dilican rayonunun Alacuxqaya kəndində doğulmasının qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında bildirir ki, o, xx xxxx 1974-cü il tarixdə Ermənistan Respublikasının Dilican rayonunun Alacuxqaya kəndində anadan olmuşdur. X1, anası X5r. Əvvəllər onun Ermənistan Respublikasında verilmiş doğum haqqında şəadətnaməsi olmuşdur. Lakin, məlum hadisələrlə əlaqədar qaçqın düşən zaman müxtəlif yaşayış yerləri dəyişərkən ona məxsus doğum haqqında şəhadətnamə itmişdir. Arxivlər Ermənistan Respublikasının ərazisində qaldığından doğum haqqında qeydiyyatı bərpa etmək mümkün olmamışdır. Daha sonra o, maraqlı şəxs olan Maraqlı şəxsnə müraciət etmiş lakin, doğum haqqında şəhadətnaməsinin akt qeydlərinin olmasını müəyyən edən sənəd olmadığından doğum haqqında şəhadətnaməsinin bərpa edilməsindən imtina etmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Yasamal rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz izahatında qeyd edir ki, o, ərizəçinin anasıdır. Oğlu Ərizəçi xx xxxx 1974-cü il tarixdə anadan olmuşdur. Sonra müharibə vəziyyəti ilə əlaqədar sənədi itirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz izahatında bildirir ki, o, ərizəçinin atasıdır. Oğlu Ərizəçi xx xxxx 1974-cü il tarixdə anadan olmuşdur. Məcburi köçkünlük vəziyyəti ilə əlaqədar olaraq doğum haqqında şəhadətnamə itmiş, bərpa etmək mümkün olmamışdır. İş materiallarında olan AZE №0******* saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Ərizəçi xx xxxx 1974-cü il tarixdə Ermənistan Respublikasının Dilican rayonunda anadan olmuşdur. İş materiallarında Bakı şəhər Maraqlı şəxs Ərizəçi oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli, xx/xx-2061/15 nömrəli məktubuna əsasən onun ərizəsinə baxılmış və doğum haqqında akt qeydinin əvvəllər olmasını təsdiq edən sənədləri təqdim edə bilmədikləri üçün xahişinin təmin edilməsi imkanları xaricindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə iclasında təqdim edilmiş hüquq müəyyən edici sənədlərlə müəyyən edilmişdir ki, Ərizəçi xx xxxx 1974-cü il tarixdə Ermənistan Respublikasının Dilican rayonunun Alacuxqaya kəndində anadan olmuşdur. Lakin ərizəçi doğum haqqında şəhadətnaməsini itirmiş və doğum haqqında akt qeydinin bərpa edilməsi üçün Bakı şəhər Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan tərəfindən Ərizəçi oğlunun doğumu haqqında məlumatın müəyyən edilməsi üçün sənədləri təqdim edə bilmədiyi üçün müraciətin təmin olunmasının mümkün olunmadığı göstərilmişdir. Bu səbəbdən ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi oğlunun xx xxxx 1974-cü il tarixdə Ermənistan Respublikasının Dilican rayonunda anadan olması, atasının Atamov Fərmail və anasının Atamova Savad olması təsdiq olunduğundan və bu hal təqdim edilmiş sənədlərlə sübuta yetirildiyindən, eyni zamanda doğum haqqında akt qeydinin bərpası başqa yolla mümkün olmadığından, ərizə təmin edilməli və doğum haqqında akt qeydləri kitabında ərizəçinin doğum, doğum yeri və valideynləri haqqında məlumatlar göstərilməklə ona yeni doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxx 1974-cü ildə tarixdə Ermənistan Respublikasının Dilican rayonunda anadan olmuş Ərizəçi oğlunun doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi oğlunun doğum tarixi xx xxxx 1974cü il, doğulduğu yer Ermənistan Respublikasının Dilican rayonunu (Alacuxqaya kəndi), ata qrafasında – X6, ana qrafasında – X2 məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-5522/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5522/2020
10.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver