Məhkəmə qərarları › İş №2(004)-5535/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5535/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5535/2021 07.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı BOKT MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı BOKT MMC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə 23.08.2021ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 1880 manat əsas borc, 454,33 manat faiz borcu olmaqla, cəmi 2334,33 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun iddiaçı Aqrarkredit” BOKT QSC-nin xeyrinə tutulması, tutmanın bank qarşısında girov qoyulmuş, Cavabdeh məxsus, qızıl-zinət əşyasına: bir ədəd qadın üzüyü (Q/S-585), bir ədəd sırğa (750), bir ədəd torlu üzük (750), bir ədəd klon (750), cəmi dörd ədəd 39,18 qr qızıl, 861,96 manat dəyərində əlavə zinət əşyalarının dəyəri olmaqla, ümumi dəyəri 3285,62 (üç min iki yüz səksən beş manat altmış iki qəpik) manat olan zinət əşyalarına yönəldilməsi, qızıl-zinət əşyaları hərracda satılmaqla satışdan əldə olunan pul hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə yetərli olmadıqda qalıq borcun ümumi qaydada Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı BOKT MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirir ki, 05 sentyabr 2019-cu il tarixli 125/0919- 674 saylı Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə illik 38% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 1880(bir min səkkiz yüz səksən) manat məbləğində kredit verilmişdir. Kredit-təminatlı borc üzrə öhdəliklərin icrasının təmini kimi girov müqaviləsi ilə yüklü edilmişdir. Belə ki, Cavabdeh ilə 05 sentyabr 2019-cu il tarixli 125/0919-674ZG saylı girov müqaviləsi bağlanmış və o, xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan: üzük qadın (Q/S-585)-l ədəd, sırğa (750)-l ədəd, üzük setka (750)-l ədəd, klon (750)-l ədəd, cəmi 4 (dörd) sayda 39.18 qr.qızıl, 861.96 manat məbləğində əlavə zinət əşyalarının dəyəri, ümumi dəyəri 3285.62 manat məbləğində qiymətlilər. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 01.05.2020-ci il tarixə olan hesablamalara görə iddiaçıya 1880 manat əsas kredit borcu, 454,33 manat faiz borcu, cəmi 2334,33 manat borcu təşkil edir. Cavabdeh dəfələrlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş, BOKTa olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 05.09.2019-cu il tarixli, 125/0919-674 nömrəli kredit müqaviləsinə əsasən, bank borcalana 12 ay müddətinə ödəmək şərtilə illik 38% dərəcəsi ilə 1880 manat məbləğində pulu verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada “borcu qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 05.09.2019-cu il tarixli, 125/0919-674ZG nömrəli girov müqaviləsinə əsasən 05.09.2019cu il tarixli, 125/0919-674 nömrəli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi girov qoyan xüsusi mülkiyyət hüququ ilə özünə məxsus bir ədəd qadın üzüyü (Q/S-585), bir ədəd sırğa (750), bir ədəd torlu üzük (750), bir ədəd klon (750), cəmi dörd ədəd 39,18 qr qızıl, 861,96 manat dəyərində əlavə zinət əşyalarının dəyəri olmaqla, ümumi dəyəri 3285,62 manat dəyərində qiymətləndirilmiş qızıl-zinət əşyalarını girov saxlayanın qarşısında girov ilə yüklü edir. İş materiallarında olan maliyyə arayışına əsasən Cavabdeh 1880 manat əsas borc, 454,33 manat faiz borcu olmaqla, cəmi 2334,33 manat borcu vardır. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit və girov müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.3-cü maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 05.09.2019-cu il tarixli, 125/0919-674 nömrəli kredit müqaviləsi üzrə 1880 manat əsas borc, 454,33 manat faiz borcu olmaqla, cəmi 2334,33 manat və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı BOKT MMC-nin xeyrinə tutulmalı, tutma bank qarşısında girov qoyulmuş, Cavabdeh məxsus, qızıl-zinət əşyalarına: bir ədəd qadın üzüyü (Q/S-585), bir ədəd sırğa (750), bir ədəd torlu üzük (750), bir ədəd klon (750), cəmi dörd ədəd 39,18 qr qızıl, 861,96 manat dəyərində əlavə zinət əşyalarının dəyəri olmaqla, ümumi dəyəri 3285,62 (üç min iki yüz səksən beş manat altmış iki qəpik) manat olan zinət əşyalarına yönəldilməli, qızıl-zinət əşyaları hərracda satılmaqla satışdan əldə olunan pul hesabına borc ödənilməli, borc ödənildikdən sonra artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır. Satışdan əldə olunan vəsait borcun ödənilməsinə yetərli olmadıqda qalıq borc ümumi qaydada Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1880 manat əsas borc, 454,33 manat faiz borcu olmaqla, cəmi 2334,33 manat (iki min üç yüz otuz dörd manat otuz üç qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı Aqrarkredit” BOKT QSC-nin xeyrinə tutulsun. Tutma bank qarşısında girov qoyulmuş, Cavabdeh məxsus, qızıl-zinət əşyalarına: bir ədəd qadın üzüyü (Q/S-585), bir ədəd sırğa (750), bir ədəd torlu üzük (750), bir ədəd klon (750), cəmi dörd ədəd 39,18 qr qızıl, 861,96 manat dəyərində əlavə zinət əşyalarının dəyəri olmaqla, ümumi dəyəri 3285,62 (üç min iki yüz səksən beş manat altmış iki qəpik) manat olan zinət əşyalarına yönəldilsin, qızıl-zinət əşyaları hərracda satılmaqla satışdan əldə olunan pul hesabına borc ödənilsin, borc ödənildikdən sonra artıq qalan məbləğ cavabdehə qaytarılsın. Satışdan əldə olunan vəsait borcun ödənilməsinə yetərli olmadıqda qalıq borc ümumi qaydada Cavabdeh tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar