Məhkəmə qərarları › İş №2(004)-5538/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5538/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5538/2021 30.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9000 manat pulun və 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X1 bildirmişdir ki, o iddiaçını ilk dəfə yaşadığı binanın həyətindəki zibil qutusuna tullantı atarkən görmüşdür. O zaman Gülnazın Cavabdeh baxdığını və əvəzində pul almadığını öyrənmişdir. Bir gün Gülnaz ondan notariat ofisinə şahid kimi getməyini xahiş etmiş, o da razılaşmışdır. Notariusda o da iştirak etmiş və Cavabdeh öz evini Gülnaza vəsiyyət etmişir. Benina hətta Gülnaz haqqında onu mənə Allah yetirib deyirmiş. X1 onu da qeyd etmişdir ki, əgər o Gülnazla tanış olmasaymış Gülnazı Cavabdeh çox yaxın qohum hesab edərmiş, çünki Gülnaz Dinanın qayğısına qalıb ona yaxşı baxırmış. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X2 bildirmişdir ki, o Nizami metrosu yaxınlığındakı klinikada işləyir. Bir gün Gülnaz xanım ona yaxınlaşmış və evə gəlməyini, xəstəyə baxmağını xahiş etmişdir. Ümumilikdə həkim kimi evə getməsə də, Gülnaz xanımın çoxsaylı xahişindən sonra onunla evə getmiş və Cavabdeh dişinə dərman qoymuşdur. Əvvəlcə Gülnaz xanımın Cavabdeh yaxın qohumu olduğunu düşünmüş, sonradan ona məlum olmuşdur ki, Gülnaz xannım Cavabdeh baxır, ona qulluq edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan 27.01.2020-ci il tarixli vəsiyyətnamədən görünür ki, Cavabdeh ölən günədək ona məxsus olan, harada yerləşməsindən asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını Bakı şəhəri, Təbriz küçəsi ev 83, mənzil 39-da qeydiyyatda olan İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrindən RX1263973 seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzil 11 Cavabdeh xüsusi mülkiyyətindədir və 28.03.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehdən aylıq xidmət haqqı almadan ona qulluq etdiyini və cavabdehin isə bunun əvəzində ona mülkiyyətində olan mənzili vəsiyyət etdiyini, daha sonra isə vəsiyyətnaməni ləğv etdiyi bildirmişdir. İddiaçı cavabdehə haqq müqabilində xidmət etdiyini, onlar arasında hər hansı xidmət müqaviləsinin olduğunu sübuta yetirə bilməmiş, məhkəmə tərəfindən isə cavabdehin iddiaçıya pul ödəmə öhdəliyi müəyyən edilə bilməmişdir. Yəni cavabdehin vəsiyyətnaməni iddiaçının ziyanına ləğv etməsi onun vəsiyyət azadlığı prinsipindən irəli gələn hüququdur və belə bir əqd cavabdehə hər hansı öhdəçilik yaratmır. Hal hazırda iddiaçı cavabdehlə onun araında olan xidmət münasibətlərini sübut etməlidir ki, bu hal da iş materialları ilə öz təsdiqini tapmır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. AR Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh 9000 manat pulun, 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar