Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-556/2021 16.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “mənzilin təhvil verilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “mənzilin təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 50.2 kv.m olan 1 otaqlı mənzilin cavabdehdən alınıb ona ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1994-cü ildə X1 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. X1 xx.xx.2012-cil tarixdə vəfat etmişdir. Qeyd etmək istəyir ki, mərhum həyat yoldaşı ölümündən əvvəl xx.xx.2007-ci il tarixdə cavabdeh şirkətlə müqavilə bağlamış, müqaviləyə əsasən Bakı şəhəri, Yeni Yasamal ünvanında inşa edilən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 50.2 kv.m.-dən ibarət olan İ otaqlı mənzil həyat yoldaşının mülkiyyətinə verilməli idi. Bu məqsədlə mərhum həyat yoldaşı əvvəlcədən cavabdeh şirkətə 25.100 ABŞ dolları ödəniş etmişdir. Lakin cavabdeh binanın tikintisini uzadaraq tikintini vaxtında başa çatdırmamışdır. Şirkət rəhbərliyi xx.xx.2013-cü ildə Yeni Yasamal ünvanında inşa edilən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 50,2 kv.m.-dən ibarət olan 1 oiaqlı mənzilin onun mülkiyyətinə verilməsi ilə bağlı yeni müqavilə bağlamış, lakin hələ də müqavilədə göstərilən mənzil onun mülkiyyətinə verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 178.8ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 7ci mərtəbəsində ümumi sahəsi 50.2 kv.m olan 1 otaqlı mənzili “Payçı”-ya təhvil verməyi öhdəsinə götürmüşdür. Habelə, iş materiallarındakı maliyyə arayışından görünür ki, müvafiq mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmiş, sonuncunun MTK-ya borcu qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli qərarından görünür ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olub təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 50.2 kv.m olan 1 otaqlı mənzilin “payçı” İddiaçı təhvil verilməsinə dair müqavilə öhdəliyinin yerinə yetirilməsi vəzifəsi cavabdeh “xxxx” MMC-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-556/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-556/2021
16.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver