Məhkəmə qərarları › İş №2(004)-5562/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5562/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5562/2023 26.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və X2 qarşı “cavabdehlər arasında bağlanmış daxili müqavilənin ləğv edilməsi və mənzilin başqasının qeyri-qanuni sahibliyindən geri qaytarılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və X2 qarşı “cavabdehlər arasında bağlanmış daxili müqavilənin ləğv edilməsi və mənzilin başqasının qeyri-qanuni sahibliyindən geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, qazi adından sui-istifadə edərək onu aldadaraq, Cavabdeh MMC ilə İddiaçı arasında Bakı şəhəri 38 saylı notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli 3M-184 reyestr nömrəli müqaviləyə əsasən İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu X1 küçəsi 28 ünvanda yerləşən binanın sökülərək yerində Cavabdeh MMC tərəfindən inşa olunan binanın 2-ci giriş, 3-cü mərtəbəsində, tam təmirli 1 otaqlı ümumi sahəsi 50,4 kv.m olan 100 nömrəli mənzilinə dair Cavabdeh MMC ilə X3 arasında bağlanmış daxili müqavilənin qüvvədən düşməsi və mənzilin ona qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilmədən verilmişdir. Belə ki, İddiaçı iddia tələbi daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi ilə bağlı olduğu üçün bu işə müstəsna aidiyyat qaydasında daşınmaz əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Daşınmaz əmlak Bakı şəhəri Nəsimi rayonu X1 küçəsi ev 28 mənzil 100 ünvanda yerləşir. Həmçinin, İddiaçı iddia ərizəsində ləğv edilməsini tələb etdiyi Cavabdeh MMC ilə X3 arasında ona məxsus olan mənzilə dair bağlanmış daxili müqaviləni iddia ərizəsinə əlavə etməmişdir. Odur ki, İddiaçı hazırkı iddia ərizəsi aiddiyyət qaydalarının pozulması ilə verildiyinə görə, ərazi aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatına qəbul edilə və baxıla bilməz. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, iddiaçı qeyd olunan nöqsanları aradan qaldırmaqla, hazırkı iddia ərizəsi ilə aidiyyatı üzrə daşınmaz əmlakın yerləşdiyi yer üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 31, 35, 114, 151, 152, 152.1.3, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və X2 qarşı “cavabdehlər arasında bağlanmış daxili müqavilənin ləğv edilməsi və mənzilin başqasının qeyri-qanuni sahibliyindən geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar