Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5565/2022 29.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X1 oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, doğum akt qeydinin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi ərizənin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxsnə lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, ərizəçiyə doğum haqqında qeydinin əvvəllər olmasını təsdiq edən sənədin əslini təqdim etmədiyi üçün xahişinin təmin edilməsinin mümkün olmadığı bildirilmiş və aidiyyatı üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. İş materiallarında olan AZE № ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqədə Ərizəçi doğulduğu yer və tarix olaraq Ermənistan, Masis, xx.xx.1963 qeyd olunmuşdur. İş materiallarında olan AZ İ № 167934 seriya nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamədə Ərizəçi doğulduğu tarix xx xxxx 1963 cü il, yer kimi Ermənistan, Masis qeyd olunmuşdur. İş materiallarında olan НЗ № ******* seriya nömrəli hərbi biletin surətindən görünür ki, Ərizəçi doğulduğu tarix xx.xx.1963, yer olaraq Masis rayonu, Ermənistan SSR qeyd olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını dinləyərək hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulması faktı müəyyən edilməlidir. Belə ki, şəxsə məxsus şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin və hərbi biletin surətinə əsasən Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulması faktı müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-5565/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5565/2022
29.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver