Məhkəmə qərarları › İş №2(004)-5594/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5594/2021

13.10.2021 · Sair mülki iş - Digər - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5594/2021 13.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və vəkili Vəkil oğlunun, Cavabdehlər Pı̇ rverdı̇ yeva Leyla Ərşad qızının və Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Pı̇ rverdı̇ yeva Leyla Ərşad qızına, Cavabdeh2 İ̇mran qızına, Cavabdeh3, Haqverdı̇ yev Bəxtı̇ yar Adı̇ l oğluna və üçüncü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinənə və Yasamal rayon İcra Hakimiyyətinə qarşı "zəbt olunmuş ərazinin boşaldılması, qeyri-qanuni tikililərin və əşyaların sökülməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və qeyrilərinə, üçüncü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə və qeyrilərinə qarşı "zəbt olunmuş ərazinin boşaldılması, qeyri-qanuni tikililərin və əşyaların sökülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanmasını, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin əslinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Pı̇ rverdı̇ yeva Leyla Ərşad qızının və Cavabdeh1 ərizə verərək mülki işin baxılmamış saxlanılmasına etiraz etmədilərini bildirmişdirlər. Digər cavabdehlərə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri baradə məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq,digər cavabdehlərin və üçüncü şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Pı̇ rverdı̇ yeva Leyla Ərşad qızına, Cavabdeh2 İ̇mran qızına, Cavabdeh3, Haqverdı̇ yev Bəxtı̇ yar Adı̇ l oğluna və üçüncü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinənə və Yasamal rayon İcra Hakimiyyətinə qarşı "zəbt olunmuş ərazinin boşaldılması, qeyri-qanuni tikililərin və əşyaların sökülməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar