Məhkəmə qərarları › İş №2(103)-8357/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8357/2021

04.08.2021 · Sair mülki iş - Digər - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8357/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı "müqavilənin ləğvi, kompensasiyanın geri alınması, qanunsuz tikilidən çıxarılma və qanunsuz tikilinin sökülməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 227/2020 saylı 23 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı Azərbaycan Dəmir Yolları” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Atamalı qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "müqavilənin ləğvi, kompensasiyanın geri alınması, qanunsuz tikilidən çıxarılma və qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə “Azərbaycan Dəmir Yolları" QSC arasında imzalanmış və 31.08.2018-ci il tarixdə 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşmanın ləğv olunmasını, Cavabdeh1 ödənilmiş 175000 manat kompensasiyanın geri alınaraq "xxxx" QSC-yə ödənilməsini, cavabdehlərin ünvan 1 ünvanında dəmir yolunun mühafizə zonasında inşa edilmiş qanunsuz tikilidən çıxarılmasını, ünvan 1 ünvanında dəmir yolunun mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin cavabdehlərin hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılmasını, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 Atamalı qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 1 ünvanında dəmir yolunun mühafizə zolağında inşa edilmiş qanunsuz tikilidən çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli qərardadı ilə Məhkəmənin 16 fevral 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4483/2021 saylı 29.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Cavabdeh1 müddətin bərpasına dair ərizə verərək, buraxılmış prosessual müddəti üzrlü hesab edərək müddəti bərpa etməklə apellyasiya şikayətini qəbul edərək işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25.06.2021-ci il tarixli qərardadı ilə Məhkəmənin 23.10.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh1 tərəfindən verilmiş şikayət Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərardadı ilə təmin edilərək, Məhkəmənin 25.06.2021-ci il tarixli qərardadı ləğv edilmiş və qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmçinin, həmin qərardadın nəticə hissəsində 10 gün müddətində şikayət vermə hüququ izah olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırda apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər (267.2). Kollegiya iş materiallarına əsaslanaraq qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-227/2020 saylı 09 iyul 2021-ci il tarixli qərardadın (buraxılmış prosessual müddətin bərpa edilməsi barədə) tərəflərə göndərilməsi və onlar tərəfindən şikayət vermə müddətinin gözlənilməsi iş materialları ilə müəyyən olunmur. Belə ki, iş materiallarında qərardadın tərəflərə göndəriməsinə dair məktub, müvafiq poçt reyestri və buna dair qəbzlər mövcud deyil. Belə olan halda isə müəyyən olunur ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanlara və qanunvericiliyin tələblərinə riayət etməyərək qətnamədən verilmiş apellyasiya şikayətinə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmişdir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, hazırda qətnamədən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə riayət edilməsi üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-227/2020 saylı iş üzrə 23 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlara riayət edilməsi üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar