Məhkəmə qərarları › İş №e-2(057)-60/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-60/2025

17.03.2025 · Sair mülki iş - Digər - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-60/2025 17.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə Tahir oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin qadağan edilməsi, torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin və hasarın sökülməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı nümayəndəsi vəkil Nümayəndə Cavabdeh qarşı “maneələrin qadağan edilməsi, torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin və hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan **********91-06301 reyestr nömrəli ünvan 1 ünvanda 334.50 kvm tikili və istifadəsində 0.01504 ha torpaq sahəsindən istifadəsinə maneçilik hərəkətlərinə son qoyulması, 17x20 metr hissədə zəbt edilmiş həmin torpaq sahəsindən çıxarılması, onun tərəfindən torpaq sahəmdə tikilmiş 2x4 metr ölçüdə çiy kərpicdən tikilmiş yardımçı tikili və 1.5x1.5 ölçüdə dəmirdən tikilmiş yardımçı tikilidən və 20 metr uzunluqda dəmir hasar öz vəsaitləri hesabına sökülməsi, Cavabdeh maddi və bu hərəkətlərinə görə dəymiş 300 (üç yüz) manat vəkilə ödənilmiş xərc və 100 (bir yüz) manat dövlət rüsumu olaraq pul tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Salyan rayonu, Seyidsadıqlı kənd sakini İddiaçı xüsusi mülkiyyətində **********91-06301 reyestr nömrəli ünvan 2 ünvanda 334.50 kv.m tikili və istifadəsində 0.01504 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin üzərində qonşuluqda yaşayan Cavabdeh (AZE 0*******, FİN: xxxxxxx) tərəfindən maneəçilik hərəkətləri törədilmiş və mülkiyyət hüququ müxtəlif vasitələrlə məhdudlaşdırılmışdır. Məhdudlaşma 17x20 metr hissədə zəbt edilmədən və 2x4 metr ölçüdə çiy kərpicdən tikilmiş yardımçı tikili və 1.5x1.5 ölçüdə dəmirdən tikilmiş yardımçı tikilidən və 20 metr uzunluqda dəmir hasardan ibarətdir. Həmin maneəçilik hərəkətlərin və tikililərin dəqiqləşdirilməsi üçün aşağıda göstərilən suallara ətraflı cavab verilməsini və müvafiq olaraq fotoşəkillərdəki hasarların faktiki yerində olan vəziyyəti ilə eynilik təşkil edib etməməsi məqsədilə təsdiq edilməklə Salyan RİHB Salyan şəhəri üzrə nümayəndəliyə sorğu göndərilmişdir. Salyan rayonu, Seyidsadıqlı kənd sakini İddiaçı xüsusi mülkiyyətində **********91- 06301 reyestr nömrəli ünvan 2 ünvanda 334.50 kv.m tikili və istifadəsində 0.01504 ha torpaq sahəsi Cavabdeh (AZE 0*******, FİN: xxxxxxx) tərəfindən tərəfindən zəbt edilmişdirmi? Zəbt edilmişdirsə nə qədər ərazi zəbt edilmişdir? Zəbt edilən sahədə hansı ölçüdə tikili işləri və hasarlanma aparılmışdır? ünvan 3 ünvanda yaşayan Cavabdeh (AZE 0*******, FİN: xxxxxxx) həmin tikilinin yerləşdiyi yerin qonşuluğunda yaşayırmı? Təqdim edilmiş fotoşəkillərdə göstərilən tikililər və hasar konkret olaraq kim tərəfindən inşa olunmuşdur? Qeyd edir ki, Cavabdeh ayrıca təsərrüfatda yaşayır. Onu bu şəxs yerində rahat fəaliyyət göstərməyə imkan vermir. Halbuki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən açıq-aydın görünür ki, torpaq sahəsi Əsgərlə qonşuluqda yerləşir və torpaq sahəsinin koordinatlarına əsasən həyətdə yerləşən torpaq sahəsi ona məxsusdur. Hazırda bu cavabdeh onun həyətini hasarlayaraq zəbt etmişdir və çıxmaq istəmir. Cavabdeh özbaşına olaraq öz qanunsuz olaraq onun həyətinə qapı qoyub və onun mülkiyyətinə qanunsuz müdaxilə edir. Hazırda bu müdaxilə hərəkətləri davam etdirilir. Bütün cəhdlərə baxmayaraq bu günə kimi cavabdeh törətdiyi maneələri aradan qaldırmaq mümkün olmamışdır. Hazırda mülkiyyətində olan tikilidən və torpaq sahəsindən sərbəst istifadə etmək istəyir. Lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh torpaq sahəsindən onun sərbəst istifadə etməsinə maneçilik törədir, hasarı sökmür, torpağını zəbt edib çıxmır, normal yaşayışını pozur, indi də onun mülkiyyətində olan torpaqdan Cavabdeh çıxmaq istəməyərək həyətindən öz mülkiyyəti kimi davranır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia tələbini müdəfiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Salyan rayonu, Seyidsadıqlı kənd sakini İddiaçı xüsusi mülkiyyətində **********91-06301 reyestr nömrəli ünvan 2 ünvanda 334.50 kv.m tikili və istifadəsində 0.01504 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin üzərində qonşuluqda yaşayan Cavabdeh tərəfindən maneəçilik hərəkətləri törədilmiş və mülkiyyət hüququ müxtəlif vasitələrlə məhdudlaşdırılmışdır. Məhdudlaşma 17x20 metr hissədə zəbt edilmədən və 2x4 metr ölçüdə çiy kərpicdən tikilmiş yardımçı tikili və 1.5x1.5 ölçüdə dəmirdən tikilmiş yardımçı tikilidən və 20 metr uzunluqda dəmir hasardan ibarətdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, Salyan şəhər Bələdiyyəsi ona həmin torpaq sahəsini icarəyə vermişdir. Həmin torpaq sahəsinə görə torpaq vergisini bələdiyyəyə vermişdir. Torpaq sahəsini zəbt etməmişdir. Həmin sahə vaxtı ilə boş sahə olmuşdur. O, həmin ərazidə meyvə ağacları əkərək abadlaşdırmışdır. İddiaçının babası 2020-ci ildə notarial qaydada razılıq ərizəsi vermişdir ki, həmin torpaq sahəsi Salyan şəhər Bələdiyyəsi tərəfindən onun adına rəsmiləşdirilsin. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əgər həmin ağaclar kəsilərsə, aidiyyəti qurumlara müraciət edəcəkdir. Məhkəmə iddiaçının nümayəndəsi vəkil və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş **********91-06301 reyestr nömrəli Texniki Pasportun ksero surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Çıxarışdan görünür ki, **********91-06301 reyestr nömrəli ünvan 2 ünvanında yerləşən 334.50 kv.m qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə xx.xx.20222-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Salyan rayon 2 saylı notariat ofisisinin xüsusi notariusu tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilərək İddiaçı Gəncəli oğlu tərəfindən verilmiş ərizənin ksero surətindən görünür ki, istifadəsində olan Salyan şəhəri, B.Talıblı küçəsində yerləşən 150 kv/m torpaq sahəsinin, Salyan rayon Bələdiyyəsinə geri qaytarılmasına və həmin torpaq sahəsinin Cavabdeh adına rəsmiləşdirilməsinə razıdır. Cavabdeh tərəfindən Salyan rayonu Salyan Bələdiyyəsinə ünvanlanmış ərizədən görünür ki, Salyan şəhərin, B.Talıblı küçəsində bələdiyyə mülkiyyəti torpağından fərdi yaşayış evi tikmək məqsədilə 150 kv.m ölçüdə torpaq sahəsini onun mülkiyyətinə verilməsini xahiş etmişdir. Salyan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1090 saylı arayışdan görünür ki, Əliyev X2 şəhəri, B.Talıblı küçəsi, ev 10, mənzil 7 ünvanında yaşayır və 1974cü ildən qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-4707/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh istifadəsində olan Salyan şəhəri, B.Talıblı küçəsində yerləşən mübahisəli dəmir hasar və yardımçı tikililərin yerləşdiyi faktiki 144.0 kv.m olan torpaq sahəsinə aid heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Hüquqmüəyyənedici sənədlər olmadığı halda torpaq sahəsi üzərində tikilmiş tikililər sənədsiz tikililər hesab oluna bilər. Elektron kadastr baza məlumatlarına əsasən Cavabdeh Müxtar oğlunun istifadə etdiyi və tikinti apardığı 144.0 kv.m torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Elektron kadastr baza məlumatlarına əsasən Cavabdeh Müxtar oğlunun istifadə etdiyi və tikinti apardığı 144.0 kv.m torpaq sahəsi reyestr nömrəsi **********91-06301 olan çıxarışa əsasən İddiaçı istifadəsində olan qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyətinə aid 1504.0 kv.m torpaq sahəsində yerləşir. Cavabdeh Müxtar oğlunun istifadəsində olan Salyan şəhəri, B.Talıblı küçəsində yerləşən mübahisəli torpaq sahəsində 2x4 metr ölçüdə çiy kərpicdən tikilmiş yardımçı tikili, 1.5x1.5 ölçüdə dəmirdən tikilmiş yardımçı tikili və 20 metr uzunluqda dəmir hasar mövcuddur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/29 nömrəli, 21 yanvar 2025-ci il ekspert rəyindən görünür ki, Cavabdeh istifadəsində olan Salyan şəhəri, B.Talıblı küçəsində yerləşən mübahisəli dəmir hasar və yardımçı tikililərin yerləşdiyi faktiki 144.0 kv.m olan torpaq sahəsinə aid heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Hüquqmüəyyənedici sənədlər olmadığı halda torpaq sahəsi üzərində tikilmiş tikililər sənədsiz tikililər hesab oluna biləcəyi müəyyən edilir. Elektron kadastr baza məlumatlarına əsasən Cavabdeh Müxtar oğlunun istifadə etdiyi və tikinti apardığı 144.0 kv.m torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Elektron kadastr baza məlumatlarına əsasən Cavabdeh istifadə etdiyi və tikinti apardığı 144.0 kv.m torpaq sahəsi reyestr nömrəsi **********91-06301 olan çıxarışa əsasən İddiaçı istifadəsində olan qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyətinə aid 1504.0 kv.m torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh istifadəsində olan Salyan şəhəri, B.Talıblı küçəsində yerləşən mübahisəli torpaq sahəsində 2x4 metr ölçüdə çiy kərpicdən tikilmiş yardımçı tikili, 1.5x1.5 ölçüdə dəmirdən tikilmiş yardımçı tikili və 20 metr uzunluqda dəmir hasarın mövcud olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 7 ünvanda 334.50 kv.m tikili və istifadəsində 0.01504 ha torpaq sahəsindən istifadəsinə maneçilik hərəkətlərinə son qoyulmaqla, 17x20 metr hissədə zəbt edilmiş həmin torpaq sahəsindən çıxarılmalı, Cavabdeh tərəfindən 2x4 metr ölçüdə çiy kərpicdən tikilmiş yardımçı tikili və 1.5x1.5 ölçüdə dəmirdən tikilmiş yardmçı tikili və 20 metr uzunluqda dəmir hasar öz vəsaitləri hesabına sökülməlidir. Buna görə də, məhkəmə iddianın qismən təmin olunmasını əsaslı və qanuni hesab edir. Göründüyü kimi məhkəmə araşdırması zamanı Cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadılqlarının pozulması faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X1 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin “İnsan Hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddəüzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Göründüyü kimi mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir, həm də, qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə maraqlarına uyğun hərəkət etmək sahiyyətidir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticəçıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 76.1.-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu əvəzində 100 manat və hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Həmçinin mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilməlidir. Bundan başqa, məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul Cavabdeh alınaraq keçirilməlidir: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 7 ünvanda 334.50 kv.m tikili və istifadəsində 0.01504 ha torpaq sahəsindən istifadəsinə maneçilik hərəkətlərinə son qoyulmaqla, 17x20 metr hissədə zəbt edilmiş həmin torpaq sahəsindən çıxarılsın. Cavabdeh tərəfindən İddiaçı torpaq sahəsində 2x4 metr ölçüdə çiy kərpicdən tikilmiş yardımçı tikili və 1.5x1.5 ölçüdə dəmirdən tikilmiş yardmçı tikili və 20 metr uzunluqda dəmir hasar öz vəsaitləri hesabına sökülsün. Cavabdeh 300 (üç yüz) manat vəkilə ödənilmiş xərc və 100 (bir yüz) manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilsin. Mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. İş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul Cavabdeh alınaraq keçirilsin: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar