Məhkəmə qərarları › İş №2(004)-5608/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5608/2023

07.12.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5608/2023 07.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC "xxxx" MMC-yə və "xxxx" ASC "xxxx" MMC-nin X3rşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-yə və "xxxx" ASC-nin "xxxx" MMC-nin X3rşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin "xxxx" MMC-nin 07 iyun 2023-cü il tarixli 16-k saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və "xxxx" ASC-nin "xxxx" MMC-nin X5 onun barəsində "xxxx" ASC-nin "xxxx" MMC-yə verməsi qeyd olunan təqdimatın qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC işin ərazi aidiyyatı üzrə göndərilməsi barədə vəsatətlə xx.xx.2023-cü il tarixdə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-yə və "xxxx" ASC-nin "xxxx" MMC-nin X3rşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işi ərazi aidiyyatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-1791/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-yə və "xxxx" ASC-nin "xxxx" MMC-nin X3rşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə iddia ərizəsi üzrə mülki iş aidiyyatı üzrə baxılması üçün cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nin hüquqi ünvanı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmçinin həmin qərardaddan İddiaçı şikayət vermiş, şikayəti təmin edilməyək iş şikayətə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1129/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilməyərək, Göyçay Rayon Məhkəməsinin 2(046)-1791/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və izahatında bildirmişdir ki, xx xxxx 1992-ci il tarixdə Göyçay rayonu Bığır kəndində doğulmuş, 1998-ci ildə Göyçay rayonu Bığır kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə qəbul olmuş və 2009-cu ildə həmin məktəbin 11-ci sinifi bitirmişdir. 200-cu ildə Azərbaycan texniki Universitetinin mexanika mühəndisliyi fakültəsinə qəbul olmuş və 2013-cü ildə həmin fakültəni bitirmişdir. 2013-2014-cü illərdə FHN-nin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə xx.xx.2014-cü il tarixdə "xxxx" MMC-də mühəndis kimi başlamış və xx.xx.2015-ci il tarixdə öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2015-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə əsasən “Göyçay Sukanal” TSC-nin müştəri xidmətləri şöbəsinə 7-ci dərəcəli mühəndis vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-nin "xxxx" MMC-nin “Göyçay Sukanal” sahəsində işləmişdir.İşlədiyi dövrdə üzərinə düşən vəzifələri layiqincə icra etmiş, onunla bağlı heç bir şikayət və neqativ xarakterli müraciət daxil olmamışdır. Zərurət yarandıqda müfəssəl şəkildə xidməti məlumat yazaraq rəhbərliyi məlumatlandırmışdır. Cari ilin iyun ayının 6-da ona sahənin kargüzarlığından məlumat verilərək bildirilmişdir ki, Bakıya "xxxx" MMC-yə dəvət olunmağı ilə bağlı telefonoqram daxil olmuşdur. Həmin telefonoqramda onun istehsalat zərurəti ilə bağlı dəvət olunduğu qeyd olunmuşdur. Ona Bakıya getməyi üçün həmin telefonoqramla bağlı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ezamiyyət vərəqəsi verilmişdir. Bakı şəhərinə gedərək, "xxxx" MMC-də olmuş, orada ona 2022-ci il ərzində satış və ödəniş göstəriciləri, çatışmamazlıqların araşdırılması ilə bağlı izahat yazmağı tələb olunmuşdur. O üzərinə düşən vəzifəni icra edərək ətraflı izahat yazmış, satış və ödəniş göstəriciləri, çatışmazlıqların səbəbi və digər zəruri məlumatları ətraflı şəkildə göstərmişdir. "xxxx" MMC-də olan zaman orada olan şəxslərin davranışlarından ona izahat yazdırmalarının əsl səbəbinin onu ƏMək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilməyinin olduğunu anlamışdır. İzahat yazdıqdan sonra məcburiyyət qarşısında qalıb xx.xx.2023-cü il tarixdə işdən çıxmağı barədə ərizə vermişdir. Belə ki, izahat alınmamışdan əvvə və sonra istər Göyçay şəhərində istər Bakı şəhərində vəzifə şəxslər ona öz ərizəsi ilə işdən çıxmağını məsləhət bilmişlər. "xxxx" ASC-nin "xxxx" MMC-nin 07 iyun 2023-cü il tarixli 16-k saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Hesab edir ki, həmin əmrin ləğv edilməli, işə bərpa olunmalı və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməlidir. Belə ki, onunla bağlanmış əmək müqaviləsinə o ezamiyyətdə olduğu dövrdə xitam verilmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.Həmçiinn işəgötürən ona ərizə verdiyi gün əmək müqaviləsinə xitam verməklə onun ərizəsini geri götürmək, həmin ərizəni etibarsız hesab etmək barədə işə götürənə yeni ərizə vermək hüququndan məhrum etmişdir. Onu da qeyd edir ki, X9ndə hər hansı vəzifəli şəxs tərəfindən ona bəlli olmayan səbəbdən onun barəsində "xxxx" MMC-yə həqiqətə uyğun olmayan məlumatlar barədə təqdimat verilmişdir. Bunu ona "xxxx" MMC-də bildirmişlər. Həmçinin, ərizəsində işdən çıxmaq tarixini, yəni xx.xx.2023-cü il tarixi öz qeyd etdiyini bildirmişdir. Hesab edir ki, işdən çıxarılması əsassız olub. Bu səbəbdən iddiasının təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddianı qəbul etmir. "xxxx" ASC "xxxx" MMC-nin müvafiq əmrinin ləğv edilməsi üçün heç bir əsas yoxdur. X9 "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərir. X5 idarəetmə səlahiyyətləri "xxxx" MMC-yə məxsusdur. "xxxx" MMC də iddiaçının iş yeri hesab olunur. O, həmin gün öz iş yerində olmuş, Bakıya gəlmiş və öz xahişi ilə 07 iyun 2023-cü il tarixini işdən çıxma günü göstərməklə işdən azad edilməsi barədə ərizə yazmışdır. Həmin ərizə də, nəzərə alınaraq iddiaçının işdən azad edilməsi barədə əmr verilmişdir. Əmr həmin gün portala işlənmiş, iddiaçıya son haqq-hesab verilmişdir. İddiaçı öz təşəbbüsü ilə, öz ərizəsi əsasında işdən azad edilmişdir. "xxxx" MMC iddiaçının iş yeri hesab olunduğundan iddiaçıya ezam verilməmiş, ezam pulu köçürülməmişdir. Hesab edir ki, iddiaçı işdən azad edilərkən qanunvericiliyin tələbinə əməl edilmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəməyə izahatında cavabdeh "xxxx" ASCnin "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə verdiyi izahatla razı olduğunu bildirmiş və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı tərəfindən "xxxx" ASC-nin "xxxx" MMC-nin direktoru Tural Abbasova ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, onun xx.xx.2019-cu il tarixdən X5 iş əmrlərinin yoxlanması, qanunsuz istifadə və debitor borclarla iş qrupunun 12-ci dərəcə ilə qrup rəhbəri vəzifəsinə işə qəbul edilməsini xahiş edir. - İddiaçı ilə "xxxx" ASC-nin "xxxx" MMC-nin direktoru Tural Abbasov arasında bağlanmış xx.xx.2019-cu il tarixli 947 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı X5 iş əmrlərinin yoxlanması, qanunsuz istifadə və debitor borclarla iş qrupunun 12-ci dərəcə ilə qrup rəhbəri vəzifəsinə işə qəbul edilmişdir.Həmçinin əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə,xx.xx.2022-ci il tarixdə dəyişikliklər edilmişdir. -"xxxx" ASC-nin "xxxx" MMC-nin 25 oktyabr 2019-cu il tarixli 251-k saylı əmrindən görünür ki, İddiaçı- X5 iş əmrlərinin yoxlanması, qanunsuz istifadə və debitor borclarla iş qrupunun 12-ci dərəcə ilə qrup rəhbəri vəzifəsinə təyin edilmişdir. -əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasın dair məlumatdan görünür ki, İddiaçı ilə "xxxx" ASC-nin "xxxx" MMC-nin direktoru Tural Abbasov arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi xx.xx.2019-cu il tarixli xxxxxxx000600 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır.Həmçinin xx.xx.2020-ci il tarixli və xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə edilmiş dəyişikliklər də müvafiq olaraq xx.xx.2020-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmışdır -"xxxx" ASC-nin "xxxx" MMC-nin 17 dekabr 2019-cu il tarixli 256 saylı əmrindən görünür ki, İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə funksiyalarını tam yerinə yetirmədiyinə görə dekabr ayı üçün nəzərdə tutulmuş əmək haqqının 20% məbləğində cərimə edilmişdir. Həmçinin İddiaçı izahatı da alınmışdır. - İddiaçı tərəfindən "xxxx" ASC-nin "xxxx" MMC-nin direktoru Tural Abbasova ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, onun xx.xx.2020-ci il tarixdən X5 Abonentlərlə iş qrupunun mühəndis-qrup rəhbəri vəzifəsinə işə qəbul edilməsini xahiş edir. -"xxxx" ASC-nin "xxxx" MMC-nin 01 iyul 2020-ci il tarixli 34-k saylı əmrindən görünür ki, İddiaçı- X5 Abonentlərlə iş qrupunun mühəndis-qrup rəhbəri vəzifəsinə təyin edilmişdir. -"xxxx" ASC-nin "xxxx" MMC-nin 14 aprel 2022-ci il tarixli 45 saylı əmrindən görünür ki, İddiaçı öz vəzfiə borcunu laiqincə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Həmçinin İddiaçı izahatı da alınmışdır. -"xxxx" ASC-nin "xxxx" MMC-nin 28 sentyabr 2022-ci il tarixli 105 saylı əmrindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Həmçinin İddiaçı izahatı da alınmışdır. -"xxxx" ASC-nin "xxxx" MMC-nin 12 fevral 2023-cü il tarixli 18 saylı əmrindən görünür ki, İddiaçı işinə yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. Həmçinin İddiaçı izahatı da alınmışdır. -İddiaçı tərəfindən "xxxx" ASC-nin "xxxx" MMC-nin direktoru Tural Abbasova ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsini xahiş edir. -"xxxx" ASC-nin "xxxx" MMC-nin 07 iyun 2023-cü il tarixli 16-k saylı əmrindən görünür ki, İddiaçı- "xxxx" ASC-nin "xxxx" MMC-nin X5 Abonentlərlə iş qrupunun mühəndis-qrup rəhbəri ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçinin təşəbbüsü ilə xx.xx.2023-cü il tarixdən xitam verilməsi, xx.xx.2019-cu il tarixdən-xx.xx.2023-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 109 təqvim günü pul əvəzinin ona ödənilməsi əmr edilmişdir. - İddiaçı məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, - xx.xx.2019-cu il tarixdən "xxxx" ASC-nin "xxxx" MMC-nin X5 Abonentlərlə iş qrupunun mühəndis-qrup rəhbəri vəzifəsinə təyin edilmiş və 07 iyun 2023-cü il tarixdə onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçinin təşəbbüsü ilə xitam verilmişdir. -xx.xx.2023-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə "xxxx" ASC-nin "xxxx" MMC arsında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Bildiriş xx.xx.2023-cü il tarixdə imzalanmışdır. -Bakı 3 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-00728 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə saat 12.00-13.00-a təyin edilmiş mediasiya sessiyasında "xxxx" ASC-nin "xxxx" MMCnin nümayəndəsi iştirak etmədiyindən mediasiya sessiyası baş tutmamışdır. -xx.xx.2023-cü il tarixli ezamiyyə vərəqəsindən görünür ki, İddiaçı "xxxx" ASC-nin "xxxx" MMC-nin X9ndən xx.xx.2023-cü il tarixdə istehsalat zərurəti ilə əlaqədar "xxxx" ASC-nin "xxxx" MMC-yə ezam edilmiş və xx.xx.2023-cü il tarixdə işdə olmuşdur, lakin onun "xxxx" ASC-nin "xxxx" MMC-də ezamda olması barədə həmin MMC tərəfindən hər hansı qeydiyyat və ya möhürlə təsdiqlənməmişdir. -"xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 21 iyul 2023-cü il tarixli 13-16-01\1\01-1/1/2- A-56xx-xx/8697/2023 nömrəli məktubdan görünür ki, İddiaçı işə bərpa barədə xx.xx.2023-cü il tarixli 13-16/1-A-55xx-xx/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 13-16/1-A-56xx-xx/2023 saylı müraciətlərinə baxılmış və müraciətlərində qeyd olunan xüsusatlar araşdırıldığı və öz təqdiqini tapmadığı, həmçinin onun xx.xx.2023-cü il tarixdə öz yazılı ərizəsi əsasında işşdən azad olunduğu bildirilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, İddiaçı ilə "xxxx" ASC-nin "xxxx" MMCnin direktoru Tural Abbasov arasında bağlanmış xx.xx.2019-cu il tarixli 947 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı X5 iş əmrlərinin yoxlanması, qanunsuz istifadə və debitor borclarla iş qrupunun 12-ci dərəcə ilə qrup rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra, əmək müqaviləsinə dəyişiklik edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixdən X5 Abonentlərlə iş qrupunun mühəndis-qrup rəhbəri vəzifəsinə təyin edilmişdir. İddiaçı əmək fəaliyyəti zamanı kobud səhvlərə yol vermiş, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmiş, işlədiyi dövrdə dəfələrlə töhmət və şiddətli töhmət almışdır. İddiaçı öz ərizəsi əsasənda xx.xx.2023-cü il tarixdə işdən çıxmışdır. Belə ki, iddiaçı işdən çıxmaq barədə ərizəsində hansı tarixdən, yəni xx.xx.2023-cü il tarixdən işdən çıxmaq istədiyini belə qeyd etmişdir. Belə ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsiişəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 42-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu halla bağlı ilk öncə məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə ezamda olması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməməsi barədə sübutuna qiymət verərək hesab edir ki, həmin sübut mötəbər, əsaslı, qanuni deyildir. Belə ki, “X2”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının xx.xx.2012-ci il tarixli Q-01 saylı qərarından görünür ki, Respublika ərazisi daxilində ezamiyyələr zamanı ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir. Əgər işçi müxtəlif yaşayış məntəqələrinə ezam olunmuşsa, gəlmə günü və getmə günü haqqında hər məntəqədə, ayrıca qeyd edilir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ezamiyyə vərəqəsində ididaçının ezam olunduğu yer tərəfindən ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində hər hansı qeydiyyat aparılmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-yə xidməti araşdırma zamanı müəyyən edilmiş nöqsanlarla bağlı izahat alınması üçün dəvət edilmişdir və həmin tarixdə ondan bu barədə izahat alınmışdır. Məhkəmə bu hala qiymət verərək hesab edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-də olması onun ezamiyyətdə olması kimi qiymətləndirilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilmiş hər hansı əsasla xitam verilməmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi həmin Məcəllənin 70-ci maddəsini nəzərdə tutulmuşdur. Göründüyü kimi həmin maddədə həmçinin Əmək Məcəlləsində işçinin ezamiyyətdə olduğu vaxtda 68-ci maddənin 2-ci hissəsinin a bəndi ilə işdən azad olunması ilə bağlı hər hansı qayda, norma nəzərdə tutulmamışdır. İddiaçı məhkəməyə bununla bağlı kifayət qədər mötəbər sübutlar təqdim edə bilməmişdir. Bu istiqamətdə gətirdikləri dəlillər isə kifayət etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə qeyd edir ki, cavabdehin əmrinin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə qanuni əsaslar mövcud deyildir. İşin qeyd olunan halları tərəflərin məhkəməyə təqdim etdikləri rəsmi sənədlərlə sübuta yetirilir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı öz təşəbbüsü ilə işdən çıxmış, hətta işdən çıxmaq barədə ərizəsində hansı tarixdən işdən çıxmaq istədiyini göstərmişdir. Belə olan halda, işçi ilə əmək müqaviləsinə həmin tarixdən xitam verilməlidir və işçinin əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri çıxdıqdan sonra işçinin işdən çıxmaq barədə ərizəsinin geri götürülməsi qanunda göstərilməmişdir və qanunamüvafiq deyildir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin tələblərinə əməl edilmişdir. Burada əsas rolu işəgötürən tərəfindən verilən əmrin məzmunu oynayır. Əmrin məzmunundan isə aydın olur ki, işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-yə və "xxxx" ASC-nin "xxxx" MMC-nin X3rşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” dair iddiası rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC "xxxx" MMC-yə və "xxxx" ASC "xxxx" MMC-nin X3rşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar