Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-562/2021 31.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi və mənzil üzərində istifadə və sahiblik hüququnun tanınması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi və mənzil üzərində istifadə və sahiblik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi T küçəsində inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 (üç) otaqlı mənzilinin Cavabdeh MMC ilə aralarında bağlanmış xx xxx 2013-cü il tarixli müqavilənin 2.1.1-ci bəndində razılaşdırılmış şərtlərlə ona təhvil verilməsi, mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxx 2013-cü il tarixində Cavabdeh MMC ilə aralarında daşınmaz əmlakın alqı-satqısı müqaviləsini bağlayaraq cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəində inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 (üç) otaqlı mənzilini satın almışdır. Aralarında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən mənzilinə ümumilikdə 32000 manat pul vəsaitini tam şəkildə cavabdehə ödəmişdir. Mənzilin dəyərini tam ödədiyi barədə ona xx.xx.2013-cü il tarixli, 143 saylı maliyyə arayış verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, tərəflər arasında xx.xx.2013-cü ildə daşınmaz əmlakın alqısatqı ilə bağlı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndində mənzilin hansı şərtlərlə alıcıya verilməsi ilə bağlı satıcı tərəfindən öhdəliklər götürülmüşdür. Binanın əvvəl iki Aqil və Fariz adında təsisçisi olmuşdur. Müqavilə bağlandıqdan sonra onların arasında pul üzərində sonradan münaqişələr olmuşdur. İki bina tikilmişdir. Aralarındakı razılığa əsasən bir binanın satışı, idarə olunması və tikilib vətəndaşlara təhvil verilməsi Aqil Məmmədova, digər binanın isə Farizə həvalə olunmuşdur. Sonra isə Aqil vətəndaşlardan aldığı pulu başqa məqsədlər üçün istifadə edir və binanı tikib başa çatdıra bilmir. Bu səbəbdən Zeynalov Maqsim adlı təsisçini dəvət edir, əmlaka pul qoymasını və mənzilin satışından əldə olunmuş gəlirlərin bölünməsini təklif edir. 2015-ci ildən sonra isə dələduzluq əməlləri başlanır. Bir mənzili iki və daha çox adama satılması kimi. Təsisçilərdən biri Aqil Məmmədov və baş direktor Elnur Məmmədov cinayət məsuliyyətinə cəlb olunurlar, barələrində məhkəmə qərarı var. Aqil və Elnur tərəfindən kassasiya şikayəti verilmişdir, Ali Məhkəmə hazırda işlərinə baxılır. Hazırda digər təsisçilər Fariz və Maqsim barəsində də ittiham aktı Bakı Ağır Cinayətlər Məhməməsindı icraatdadır. Həmin dələduzluq əməlləri Farizin tikdiyi binaların mənzillərini almış aldadılmış vətəndaşların şikayətləri ilə bağlıdır. Mənzilin hazırda açarı iddiaçıdadır. Lakin iddiaçı mənzilə daxil ola bilmir. X1 iddiaçının mənzilə daxil olmasına maneəçilik törədir. O, bildirir ki, binanı o tikib başa çatdırıb lakin pul ona verilməyib. Müqaviləni 2.1-ci bəndində göstərilir ki, qapı pəncərə qoyulmalıdır, divarlar tam suvanmalıdır, daxili elektrik xətləri çəkilməlidir. Bu satıcının öz üzərinə tam olaraq götürdüyü öhdəliklərdir. İddiaçı da bu şərtlərə uyğun ödəniş etmişdir. Bu mənzillə bağlı bu vaxta qədər heç bir məhkəmə mübahisə olmamışdır. Həmçinin ofisdə mövcud olan bütün sənədlər ibtidai istintaq zamanı götürülərək araşdırılmışdır, lakin İddiaçı satılmış Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzil digər bir vətəndaşa satılması faktı aşkar edilməmişdir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx xxx 2013-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqının vaxtında cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən müqavilənin ümumi məbləği 32000 manat müəyyən edilmişdir. Həmin müqvilənin 3.2-ci bəndinə əsasən satıcı müqavilənin 2.1-ci bəndində göstərilən tikinti-quraşdırma işlərinin 24 (iyirmi dörd) ay ərzində tamamlamağı və alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru E.A.Məmmədov tərəfindən verilmiş xx xxx 2013-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzil üçün şirkətə borcu yoxdur. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzil tikintisi ilə bağlı xx xxx 2013-cü il tarixdə müqavilə imzalanmış, müqaviləyə əsasən mənzillərin ümumi dəyəri 32000 manat məbləğində dəyərləndirilmişdir. İddiaçı, payçı tərəfindən MTK-ya mənzilin dəyəri 32000 manat məbləğində tam ödənilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə belə hesab edir ki, tərəflər arasında mənzil tikintisi haqqında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qanunvericiliyin mənasına görə icra müddəti təyin edilməmiş, habelə bu müddəti təyin etmək mümkün olmayan öhdəliyi borclu ağlabatan müddətdə icra etməlidir. Burada ağlabatan müddət öhdəliyin mahiyyətindən, həcmindən, mürəkkəbliyindən asılı olaraq müəyyən edilir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2013cu il tarixli müqavillənin bağlandığı andan cavabdeh üzərinə düşən öhdəliyi 7 ildən artıq müddət ərzində icra etməməsi müqavilənin ağlabatan müddətdə icra edilməməsi kimi hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» xx xxxxxxx 2010-cu il tarixli qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının pay haqqını tam verdiyi mənzilə sahiblik və istifadə etmək hüququ yarandığından, cavabdehin mənzili iddiaçıya təhvil verməkdən yayınması qanusuz olmuşdur. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzil xx xxx 2013-cü il tarixli müqaviləyə əsasən İddiaçı təhvil verilməli və həmin mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququ tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzil xx xxx 2013-cü il tarixli müqaviləyə əsasən İddiaçı təhvil verilsin. Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,4 kv.mdən ibarət olan 3 otaqlı mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququ tanınsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-562/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-562/2021
31.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver