Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5626/2021 30.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X2 qarşı "mənzilə məcburi köçürülmə tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X2 qarşı "mənzilə məcburi köçürülmə tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, 5-ci Yasamal küçəsində yerləşən 121 nömrəli fərdi yaşayış evinə məcburi köçürülməsi və həmin mənzildən istifadə etməsinə maneələrin yaradılmasının cavabdehlərə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 5-ci Yasamal küçəsində yerləşən 121 nömrəli fərdi yaşayış evinin 1/2 hissəsini mərhum atası X8 qanuni alqı-satqı yolu ilə almışdır. Həmin ev, Tbilisi şəhərində yerləşən, onlara məxsus olan evin satışından əldə olunmuş vəsait hesabına alınmışdır. Müəyyən səbəblərdən mübahisəli e böyük qardaşı X4 adına rəsmiləşdirmişdir. Həmin vaxt 4 yaşı olmuş, elə həmin andan da qeyd olunan evə valideynlərinin üstünə qeydiyyata alınmışdır. Evləndiyi vaxta qədər olan müddət ərzində fasiləsiz olaraq həmin evdə yaşamışdır. Sonralar həyat yoldaşı və uşaqlarından ibarət ailə üzvləri ilə birlikdə orada yaşamaq çətinlik yaratdığı üçün cavabdehlərlə aralarında tez-tez mübahisə baş vermiş və məcburiyyət qarşısında qalaraq, evi tərk etmişdir. Göründüyü kimi ailə üzvləri ilə birlikdə mübahisəli məıızildən fasiləsiz olaraq, maneəsiz istifadə etmişdir. Lakin cavabdehlər tərəfindən qəsdən yaradılan mütəmadi mübahisələr nəticəsində evdən qovulmuş, müxtəlif evlərdə kirayədə yaşamışdır. Lakin həmin müddətdə mütəmadi olaraq, mübahisəli evə getmişdir. Sonradan geri qayıtmaq istədikdə cavabdehlər onu evə buraxmadılar. Cavabdeh1 evin qapısını bağlayaraq onu evə buraxmır, səbəbini isə onunla izah edir ki. ev mərhum atası X5 mülkiyyətindədir. Bununla da o, hüquqdan sui-istifadə edir ki, bu da qanunla yolverilməzdir. Belə ki. həmin ev alınan vaxtdan oraya qeydıyyata alınmış və yaşamışdır. Hesab edir ki. cavabdehlər tərəfindən göstərilən hallar əsassız bəhanələrdir, sadəcə nikahın pozulması səbəbindən 2018-cı ilin aprel-may aylarından başlayaraq, onu mübahisəli mənzilə buraxmadılar. Cavabdeh X6 iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçının məcburi köçürülməsini istədiyi fərdi ev, paylı mülkiyyətdədir və həmin evin 1/2 hissəsi mülkiyyət hüququ üzrə 21.05.2021-ci il tarixdə vəfat etmiş atası X1 adındadır və bu barədə dövlət reyestrindən Seriya FM, 031552 №-li qeydiyyat vəsiqəsi verilib. Hazırda 3 saylı ASAN xidmət mərkəzində vərəsəlik işi açılıb. Atası özünün sağlığında özünün adına olan, yerləşdiyi yerindən asılı olmayaraq bütün əmlaklarını ona vəsit edib. Miras əmlakda məcburi pay sahibləri olanlar da öz paylarından onun xeyrinə imtina ediblər. iddiaçı iddiasını belə əsaslandırır ki, guya o, köçürülməsini istədiyi fərdi evdən qovulub. İddiaçının köçürülməsini istədiyi fərdi evdə 2000-ci ildən qabaq yaşadığı, həmin evə pasport qeydiyyatına alındığı nəzərə alınaqaq tələbə 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123, 60, 87-ci maddələrinin tələbləri baxımından yanaşılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsində də bildirilir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İddiaçı isə 30 ildən artıqdır ki, köçürülməsini istədiyi fərdi evi könüllü olaraq tərk edib gedib və kirayədə deyil, ailə qurduğu şəxsə məxsus evdə, iddia ərizəsində yaşayış yeri olaraq göstərdiyi həmin ünvanda yaşayıb. Belə ki, iddiaçı Ə.X15 Həsənovna ilə rəsmi nikahda olub və onun 13.05.1992-ci il tarixdə vəfatından sonra, 22.01.2009-cu ildə X9 ilə rəsmi nikaha daixl olaraq evlənib və İradə Səlimovanın vəfat etdiyi 25.09.2019-cu il tarixə kimi onunla ər-arvad qismində birlikdə yuxarıda qeyd olunan, ünvan 1 ünvanında yaşayıb və bu gün də həmin ünvanda özünün də bildirdiyi kimi yaşayır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehlərin iştirakı olmadan baxıımasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iş üzrə iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2, 158.4, 228, 385.1 və 386.1-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3cü maddəsin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarında olan FM seriyalı, 031552 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 5-ci Yasamal küçəsində yerləşən 121 nömrəli fərdi yaşayış evi 1/2 hissədə X5, 1/2 hissədə isə X3 adlarına 13.12.1968-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 03.05.2021-ci il tarixdə vəfat etmişdir. 08.06.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı 18.08.2005-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, 5-ci Yasamal küçəsində yerləşən 121 nömrəli fərdi yaşayış evində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2007-ci ildə yaranmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd olunan hüquq münasibətlərinə hazırda qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, iddiaçının mübahisəli evə dair heç bir subyektiv hüququ yoxdur. İddiaçı başqa yaşayış yeri var. Buna baxmayaraq, o, cavabdehlərin mübahisəli evdə onun üçün süni maneələr yaratmasını, onu fərdi yaşayış evinə buraxmadıqlarını iddia edir. Məhkəmə iddiaçının mübahisəli evə dair subyektiv hüququnun olmamasını, iddiaçının başqa yaşayış yerinin olmasını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırki tələb əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X2 qarşı "mənzilə məcburi köçürülmə tələbinə dair" iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyinə görə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-5626/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5626/2021
30.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver