Məhkəmə qərarları › İş №2(004)-5633/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5633/2025

06.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5633/2025 06.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs cəlb edilməklə “doğum haqqında şəhadətnamənin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 21 may 1959-cu il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi, doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx.xx.1959-cu il, doğulduğu yer – Bakı şəhəri, milliyəti – azərbaycanlı, ata qrafasında – “X4”, ana qrafasında – “X3” qeyd edilməsini xahiş etmişdir. Ərizəçi tərəf məhkəmə baxış iclasında iştirak etməmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin əslinə əsasən müəyyən edilir ki, Ərizəçi 21 may 1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası X4, anası X1r. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 16 may 2019-cu il tarixli ******* nömrəli qərarına əsasən müəyyən edilir ki, 21 may 1959-cu il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Məhkəmə iclasında ərizəçinin dostu X5 və bioloji bacısı X2 şahid qismində dindirilmişlər. İş materiallarına Bakı şəhəri Maraqlı şəxs doğum haqqında şəhadətnamənin verilməsindən imtina məktubu əlavə edilmişdir. Məhkəmə, hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin doğum faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Ərizəçi 21 may 1959-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, Almaniya Respublikasına getmiş və uzun illər orada yaşamışdır. Daha sonra o, Azərbaycan Respublikasına qayıtmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 16 may 2019-cu il tarixli ******* nömrəli qərarına əsasən, 21 may 1959-cu il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Hazırda ərizəçinin şəxsiyyət vəsiqəsi mövcud deyildir. O, pensiya yaşına çatmışdır, müvafiq sosial təminat hüquqlarından istifadə etmək üçün DSMF publik hüquqi şəxsə şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Lakin, şəxsiyyət vəsiqəsi əldə edə bilmədiyindən sosial təminat hüquqlarından istifadə edə bilmir. Şəxsiyyət vəsiqəsi əldə etmək üçün qeydiyyat orqanında ərizəçinin doğum akt qeydləri barədə məlumatlar mövcud olmalıdır. Lakin, ərizəçinin doğum akt qeydinin bərpa edilməsi müvafiq qeydiyyat orqanı tərəfindən mümkün hesab edilməmiş, müvafiq imtina qərarı qəbul edilmişdir. Doğum akt qeydi barədə məlumatların mövcud olmaması əsas verir ki, hazırki mübahisəyə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki icraat qaydasında, məhz doğum faktının müəyyən edilməsi kimi baxılmalıdır. Ərizəçin doğum faktı şahid qismində dindirilmiş bioloji bacısı X2 və dostu X5 tərəfindən də təsdiq edilir. Hazırki ərizə ilə məhkəməyə müraciət edilməsində ərizəçinin müvafiq sənədlərin bərpa edilməsi nöqteyi-nəzərdən hüquqi marağı vardır və ərizənin təmin edilməsi hüquqi nəticələrə səbəb olacaqdır. Deməli, hazırki ərizəyə xüsusi icraat qaydasında baxılması yolveriləndir. Məhkəmə ərizəyə tələb həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi 21 may 1959-cu il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməli, Doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi - xx.xx.1959-cu il, doğulduğu yer – Bakı şəhəri, milliyəti – azərbaycanlı, ata qrafasında – “X4”, ana qrafasında – “X3” qeyd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi 21 may 1959-cu il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi - xx.xx.1959-cu il, doğulduğu yer – Bakı şəhəri, milliyəti – azərbaycanlı, ata qrafasında – “X4”, ana qrafasında – “X3” qeyd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elekton məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar