Məhkəmə qərarları › İş №2(004)-564/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-564/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-564/2021 22.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X11, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı, Cavabdeh5 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “pul tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X11, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı, Cavabdeh5 qarşı “pul tutulması” tələbinə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, Cavabdeh3, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh5 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzili boşaldılaraq ona təhvil verilənədək hər ay üçün 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 manat kirayə haqqı və digər xərclərə görə bitrdəfəlik ödəmə qismində 30 manat dövlət rüsumunun və vurulmuş mənəvi zərərə görə 2.000 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)- 641/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, Cavabdeh3, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh5 İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzilindən çıxarılmalı, mənzilin boşaldılaraq və İddiaçı təhvil verilməlidir. Qətnamə icraya yönəldilsə də, cavabdehlər hazırkı vaxta kimi mənzili boşaldaraq iddiaçıya təhvil verməmişlər. Cavabdehlər Şuşa şəhərindən olan məcburi köçkün kimi uzun illərdir ki, iddiaçının mənzilində ona heç bir vəsait ödəmədən yaşayırlar. İddiaçı özü bu müddət ərzində kirayələrdə yaşamağa məcbur olmuşdur. Nəhayət kirayə haqlarını ödəyə bilmədiyinə görə məhkəmədə cavabdehlərin mənzildən çıxarılmasına dair iddia qaldırmış və məhkəmə xx.xx.2019cu il tarixli qətnamə ilə iddianı təmin etmişdir. Qətnamə xx.xx.2019-cu il tarixdə Yasamal rayon İcra Şöbəsinə daxil olsa da, hazırkı vaxta kimi icra edilməmişdir. Bu səbəbdən iddiaçı kirayədə yaşamağa davam etməyə məcbur olmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdə rəsmi şəkildə kirayə müqaviləsi bağlayaraq Bakı şəhəri Nərimanov rayonu T.Əliyev küçəsi 54 nömrəli evin 22 nömrəli mənzili X1 götürmüş və hər ay üçün 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 manat kirayə haqqı ödəməyə məcburdur. İddiaçının hazırda maddi imkanı buna imkan vermir. Cavabdehlər isə rəsmi şəkildə işləməklə əmək haqqı alırlar. Cavabdeh1 ayda 759 manat, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı ayda 557 manat, Cavabdeh3 ayda 300 manat, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı ayda 251 manat əmək haqqı almaqla, hər ay cəmi 1867 manat gəlir əldə edirlər. Cavabdeh1 adına “VAZ-21063” markalı ** BA *** dövlət nömrə nişanlı, “VAZ-2106” markalı ** BA *** dövlət nömrə nişanlı, X20 Prado markalı, 2005-ci il istehsalı olan ** BS *** dövlət qeydiyyat nişanlı üç avtomobil vardır. X20 Prado markalı avtomobilin qisməti 27.000-30.000 manat, avtomobilin “** BS ***” dövlət qeydiyyat nişanının qiyməti isə 17.000-18.000 manat arasında dəyişir. Təkcə bu hal onu sübut edir ki, cavabdehlərin kifayət qədər maddi imkanı var, özlərin ev ala bilər və ya kirayə mənzildə yaşaya bilərlər. Lakin cavabdehlər qərəzli şəkildə qətnaməni icra etmirlər. Nəticədə iddiaçıya maddi zərər vurmaqda davam edirlər. Bu səbəbdən iddiaçı kirayədə qaldığı mənzilin kirayə haqqını ödəmək üçün qətnamə icra olunduğu günə kimi cavabdehlərdən tutulmasını xahiş edir. Həmçinin mənzilin boşaldılmaması nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur. İddiaçı mənəvi zərərin əvəzi kimi 2.000 manat tələb edir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X11, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə və “AZEMİS” vasitəsilə mobil telefon nömrələrinə SMS bildirişi göndərilməklə məlumat verilsə də, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinə dair istiraz və mülahizəsini yazılı şəkildə təqdim edərək bildirdi ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-641/2019 nömrəli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, Cavabdeh3, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh5 İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzilindən çıxarılmalı, mənzilin boşaldılaraq və İddiaçı təhvil verilməlidir. Cavabdehlər Şuşa şəhərindən məcburi köçkün kimi həmin mənzildə məskunlaşmışlar. Cavabdehlərə dövlət proqramlarının icrası ilə bağlı başqa yerdə evlə təmin edilməyib və boş mənzil fondu olmadığına görə Komitə tərəfindən cavabdehlərinbaşqa yaşayış sahəsi ilə təmin edilməsi imkan xaricindədir. Şuşa şəhəri işğaldan azal edildiyinə görə cavabdehlər öz evlərinə qaytarılacaqlar. Hazırkı mübahisə vəitəndaşlar arasında yaranmış mübahisədir və iddia tələbi ilə bağlı müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, üçüncü şəxsin izahatlarını dinləyib, məhkəmə iclasında təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 nömrəli evin ümumi sahəsi 69,43 kv.m olan 3 otaqlı 72 nömrəli mənzili iddiaçı X2 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-641/2019 nömrəli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Cavabdeh1, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, Cavabdeh3, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh5 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, Cavabdeh3, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh5 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzilindən çıxarılmaları, mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi qət edilmişdir. Qətnamə qanun qüvvəyə minmiş və icra edilməsi üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Lakin hazırkı vaxta kimi qətnamə icra edilməmişdir. İddiaçı ilə X9 arasında Bakı şəhəri 23 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 3M-1079 reyestr nömrəli kirayə müqaviləsinə əsasən X9 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu T.Əliyev küçəsi 54 nömrəli evin 2 otaqlı 22 nömrəli mənzilini xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixə kimi İddiaçı kirayəyə vermişdir. Aylıq kirayə haqqı 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 (üç yüz doxsan doqquz) manat müəyyən edilmişdir. Bank bödəniş qəbzlərindən müəyyən edilir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə 401 manat, xx.xx.2020-ci il tarixdə 399 manat, xx.xx.2020-ci il tarixdə 399 manat, xx.xx.2020-ci il tarixdə 399 manat olmaqla, cəmi 1598 manat kirayə haqqını X7 ödəmişdir. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli MB13/995 nömrəli arayışından müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsində və yaxın ətrafında yerləşən 3 otaqlı mənzillərin 2020-ci ilin sentyabr ayına olan orta bazar kirayə qiyməti texniki və digər göstəricilərindən asılı olaraq 350-500 manat arasında təşkil edir. “AZEMİS” sistemindən çıxarışlardan müəyyən edilir ki, Cavabdeh1 Şuşa şəhər Kommunal Müəssisələr Kombinatında rəis müavini işləyir, aylıq əmək haqqı 759 manat təşkil edir; Cavabdeh2 X12 tarix müəllimi işləyir, aylıq əmək haqqı 557,42 manat təşkil edir; Cavabdeh3 fərdi sahibkar X8 yanında bufetçi işləyir, aylıq əmək haqqı 300 manat təşkil edir; Cavabdeh4 Şuşa şəhər Kommunal Müəssisələr Kombinatında məsləhətçi işləyir, aylıq əmək haqqı 251 manat təşkil edir. Ümumilikdə cavabdehlərin aylıq qazancı 1867 manat təşkil edir. Bkndan başqa Cavabdeh1 adına “VAZ-21063” markalı ** BA *** dövlət nömrə nişanlı, “VAZ-2106” markalı ** BA *** dövlət nömrə nişanlı, X20 Prado markalı üç avtomobil vardır. Göründüyü kimi, cavabdehlərin digər yerdə kirayədə yaşamağa və ya özlərinə başqa yaşayış sahəsi almağa maddi imkanları olduğu halda hazırkı vaxta kimi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-641/2019 nömrəli qətnaməsini icra etməyərək, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 nömrəli evin ümumi sahəsi 69,43 kv.m olan 3 otaqlı 72 nömrəli mənzilini boşaldaraq mülkiyyətçisi X5 təhvil vermədiklərinə görə, X5 hər ay 399 manat kirayə haqqı ödəməklə digər yerdə yaşamağa məcbur olur, cavabdehlərin qətnaməni icra etməmələri nəticəsində iddiaçı mülkiyyətindəki mənzilə köçüb istifadə edə bilmiş və hər ay ödədiyi 399 manat kirayə haqqı məbləğində iddiaçıya maddi zərər dəyir. Odur ki, iddiaçı ona vurulmuş real maddi zərərin əvəzinin ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır. Çünki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-in 15.3-ci maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, Cavabdeh3, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh5 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzilindən çıxarılmaları, həmin mənzilin boşaldılması və İddiaçı təhvil verilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-641/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi icra olunan günə kimi, İddiaçı xx.xx.2020-ci il tarixli kirayə müqaviləsinə əsasən Bakı şəhəri Nərimanov rayonu T.Əliyev küçəsi 54 nömrəli evin 22 nömrəli mənzilindən istifadəyə görə mənzilin sahibi X7 xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay üçün ödədiyi 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 manat kirayə haqqı və bir dəfəlik ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi vurulmuş mənəvi zərərin əvəzi kimi 2.000 manat pul tutulması hissəsində rədd edilməlidir. Çünki, iddiaçı ona mənəvi zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, Cavabdeh3, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh5 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzilindən çıxarılmaları, həmin mənzilin boşaldılması və İddiaçı təhvil verilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-641/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi icra olunan günə kimi, İddiaçı xx.xx.2020-ci il tarixli kirayə müqaviləsinə əsasən Bakı şəhəri Nərimanov rayonu T.Əliyev küçəsi 54 nömrəli evin 22 nömrəli mənzilindən istifadəyə görə mənzilin sahibi X7 xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay üçün ödədiyi 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 (üç yüz doxsan doqquz) manat kirayə haqqı və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, Cavabdeh3, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar