Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5642/2022 08.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Maraqlı şəxs nümayəndəsi X11, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Maraqlı şəxs və Cavabdeh MTK-ya qarşı “mənzilin boş vəziyyətdə təhvil verilməsi tələbinə dair” mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin boş vəziyyətdə təhvil verilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh MTK-nin tikilməkdə olan binasının 2-ci girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 130,5 kv.m. olan 3 otaqlı, 207 saylı mənzilin boş vəziyyətdə ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci il tarixində Cavabdeh MTK ilə aralarında baglanmış yasayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində, Cavabdeh MTK-nin tikilməkdə olan binasının 2-ci girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 130,5 kv.m. olan 3 otaqlı, 207 saylı cavabdeh mənzili ona verməyi, o isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyanləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin ümumi dəyəri 47698 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə bağlandığı gündən 5 gün ərzində alıcı tərəfindən mənzilin ümumi qiymətinin 30% məbləğindən az olmayaraq ilk haqqın ödənilməsi nəzərdə tutulmuşdur. Aldığı mənzilin dəyərini bir dəfəyə ödəmək niyyətində olduğundan, müqavilə bağlandığı gün mənzilin ümumi dəyərini yəni, 47698 manatı ödəmiş və xx.xx.2007-ci il tarixli maliyyə arayışı verilmişdir. Çox zaman respublikadan kənarda olduğundan və daimi yaşayış yeri olduğundan, binada tikinti işlərinin aparılması ilə maraqlanmamışdır. Bu yaxınlarda aldığı mənzilə baxış keçirmək üçün binanın yerlaşdiyi əraziyə getmiş, lakin cavabdehin nümayəndələri onu ora buraxmamış va elə həmin vaxt ona məlum olmuşdur ki, bu binada bir mənzil bir neçə nəfərə satıldığından, binanı inşa edən şəxsləri həbs ediblər. Bundan sonra, mənzilə dair sənədləri götürərək cavabdehin əməkdaşlarına yaxınlaşmış, aldığı mənzili təhvil vermələrini xahiş etmişdir. Lakin, mənzili göstərməkdən və təhvil verməkdən imtina edərək, onun burada belə bir mənzilinin olmadığını qeyd etmişlər. Artıq 11 ildir ki, öz üzərinə götürdüyü öhdəliklərini icra etməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etmir və icra etməkdən boyun qaçırır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7864/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5642/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs ərizəsi təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7864/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və mülki işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmə özünün qəbul etdiyi xx.xx.2018-ci il tarixli 2(004)- 7864/2018 saylı qiyabi qətnaməni ləğv edərək, işə yenidən baxılmasını qərara almışdır. "xxxx" MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2014-cii il tarixli müqaviləyə gəldikdə, həmin müqavilə bir sıra şəxslərin etdiyi dələduzluq əməli nəticəsində tərtib edilmiş miiqavilədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)- 61/2021 saylı hökmü ilə X8 və X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 20,178.3.2. 308.2-ci maddələri ilə məhkum edilmişlər. Bakı Apellyasiya Məhkəməsinin CK-nın 1(103)-133/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-61/2021 saylı hökmü məhkumlar X8 və X6 barəsində dövlət ittihamçısı Rauf Malışov tərəfindən verilmiş apellyasiya protesti, məhkumlar X8, X14, zərərçəkmiş şəxslər X31 və X15 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilməsi və məhkumların cəzalarının artırılması qərara alınmışdır. Adı çəkilən qərarda da göstərilmişdir ki, 3 otaqlı, 130.5 m2 sahəli 207 nömrəli mənzil xx.xx.2007-ci il tarixli müqavilə ilə İddiaçı satıldığı və sonuncu tərəfindən həmin tarixdə mənzilin dəyəri tam ödənildiyi halda, X14 2014-cü ilin sentyabr ayında Maraqlı şəxs tanışı X20 (X28 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1 (101)- 110/2018 saylı hökmü ilə həmin əmələ görə məhkum edilmişdir) yalandan guya həmin mənzilin sahibi olan, istintaqla kimliyi dəqiq müəyyən olunmamış "Asil" adlı şəxsin nümayəndəsi kimi təqdim etməklə, sonuncuların məsləhətləri və məlumatları ilə, maneələri aradan qaldırmaqla etdiyi köməkçiliyi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, Cahangir Alışovla birlikdə həmin mənzilin tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək sonuncunun öz imzası və kooperativin möhürü ilə təsdiq etdiy xx.xx.2014-cü il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında MTK-nın adından Maraqlı şəxs satılması adı ilə ondan ilkin ödəniş olaraq xx.xx.2014-cü ildə binanın həyətində yerləşən ofis otağında qeyrilərinin iştirakı ilə 10.000 manat və 784.40 manat ekvivalentində 1.000 ABŞ dollarını, xx.xx.2014-cü ildə isə əlavə olaraq 55.000 manat vahid niyyətlə cəmi 65.784.40 manat məbləğində pulu alıb, əlbir olduğu şəxslərlə birlikdə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Maraqlı şəxs qeyd olunan pul vəsaitini - özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq və qabaqcadan əlbir olan bir qrup şəxs qismində qeyrisinin köməkçiliyi ilə təkrarən vəzifə saxtakarlığı etmiş, cinayət əməlini gizlətmək üçün sonuncunun mənzilə köçməsini təmin edib, bununla İddiaçı öz əmlakından istifadə ilə bağlı hüquqlarından məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla vəzifə saxtakarlığı elmişdir. Həmin cinayət işi üzrə ifadə vermiş "xxxx" MTK-dan mənzil satışlarına dair Cahangir Alışova elan edilmiş ittihamın əlli səkkizinci epizodu. Habil Fətəliyevə elan edilmiş ittihamın qırx beşinci epizodu olan "xxxx" MTK-nın inşa etdiyi binanın 12-ci mərtəbəsindəki 3 otaqlı, 130.5 kvadrat metr sahəli, 207 saylı mənzillə bağlı bildirmişlər ki, mənzil ilkin olaraq İddiaçı satılıb. Həmin mənzil özünü mənzil sahibi kimi təqdim etmiş Sərvər Şeyxov adlı makler vasitəsi ilə 2014-cli ildə 65000 manata Maraqlı şəxs Niisrət oğluna satılmışdır. Məhkəmə mübahisəsi olmuş və mənzilin boşaldılaraq təhvil verilməsi haqqında Yasamal Rayon Məhkəməsində qanuni qüvvəsini almış qətnamə çıxarılmışdır. Hal-hazırda mənzildə Maraqlı şəxs Niisrət oğlu yaşayır. Mənzilin pulunu Sərvər Şeyxov almışdır. MTK-ya mənzillə bağlı heç bir ödəniş olunmamışdır. Buna baxmayaraq Maraqlı şəxs Niisrət oğlu zərərçəkmiş şəxs kimi tanınmış və zərərin əvəzi ödənilməsi üçün "Abşeron Kristal” tikinti şirkətinə göndərilmişdir. Qəbul edilmiş qərardadan da bəlli olduğu kimi, adı çəkilən mənzil ona satılmış və sonradan bu mənzilin Maraqlı şəxs satılması sənədlərin saxtalaşdırılması nəticəsində baş vermiş və bu hərəkətlər qanunsuz olmuşdur. Keçirilən son məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəməyə eyni zamanda maliyyə arayışını sa təqdim elmişdir. xx.xx.2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair tələb irəli sürüldüyündən, həmin mənzillə bağlı xx.xx.2014-cü il tarixli maliyyə arayışının da etibarsızlığına dair tələb irəli sürmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində "xxxx" MTK-nın inşa etdiyi binanın 2-ci giriş, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 130,5 kv.m. olan 3 otaqlı, 207 saylı mənzilə dair "xxxx" MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2014-ci il tarixli müqavilənin və xx.xx.2014-cii il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, mənzilin boşaldılması və boş vəziyyətdə ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəsatəti ilə Maraqlı şəxsiş üzrə cavabdeh qismində cəlb edilmişdir. Cavabdeh Maraqlı şəxs iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh MTK-nın Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa etdiyi yaşayış binasının bir neçə şəxslərə satılması ilə əlaqədar KQMBİ tərəfindən cinayət işi istintaq olunmuş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli ittiham hökmü çıxarılmışdır. Həmin hökmlə İddiaçı və o zərərçəkmiş şəxs qismində tanınmışlar. Həmin dövrdə İddiaçı ona məxsus mənzilin eyni zamanda ona da satılmasını və eyni zamanda tərəfindən təmir edilərək həmin mənzildə yaşadığını bilmişdir. Həmin vaxt Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli M/H-70 saylı sorğuya cavabdan da qüvvədə olan hökmündən də görünür ki, o, həmin mənzildə yaşayır. İddiaçı eyni mübahisəli mənzilə dair onun adına müqavilə olduğunu, eyni zamanda həmin mənzildə yaşadığını və həmin mənzilin Cavabdeh MTK-nın sərəncamında olmadığını bilmişdir. Hətta onunla bir neçə dəfə görüşərək bu barədə söhbətlər etmişdir. Eyni zamanda ağır cinayətlər məhkəməsində məhkəmə baxışı zamanı da zərərçəkmiş şəxs kimi iştirak etmişlər. İddiaçının 2017-ci ildən bu günə qədər ona qarşı hər hansı bir iddia tələbi olmamışdır. İddia ərizəsinə əlavədə də həmin məlumatlı olduğu məhkəmə hökmünə istinad etmişdir. İddiaçı hələ istintaq dövründə "xxxx" MTK-dan mənzil təklif edilmiş və o təklif edilən mənzildən imtina etmişdir. Əsas kimi isə göstərmişdir ki, Maraqlı şəxs qarsı mənzildən çıxarılma və mənzilin ona qaytarılmasını tələb etmişdir. Lakin iddiaçının Maraqlı şəxs qarşı belə bir iddiası olmamış və o, Yasamal rayon məhkəməsinin qiyabi qətnaməsini nəzərdə tutmuşdur. Qiyabi qətnamə isə Maraqlı şəxs deyil, Cavabdeh MTK-ya qarşı irəli sürülmüşdür. Bütün bu xüsusatlar təsdiq edir ki, iddiaçı 2017-ci ildən həmin mənzildə onun yaşadığını bilmiş, cinayət işi materialları ilə tanış olan zaman Cavabdeh MTK-nın sorğuya cavab məktubunu, onun adına verilmiş müqaviləni görmüş və bilmiş, lakin ona qarşı hər hansı bir iddia tələbi irəli sürməmişdir. Bakı Ağır Cinayətlər məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, “o təqsirləndirilən şəxslərdən Cahangir Alışovu tanıyır. 2007-ci ildə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh MTK-nın binasında sərfəli qiymətə mənzillərin satılmasını eşitmiş, binaya getmiş və binanın həyətində olan ofis otağında MTK-nın sədri Cahangir Alışova yaxınlaşıb danışdıqdan sonra binanın 12-ci mərtəbəsində 3 otaqlı bir mənzil bəyənmiş və 105.000 ABŞ dollarına razılaşmışlar. Bundan sonra o həmin məbləği Cahangir Alışova vermiş və ona mənzilə dair sənədlər verilmişdir. Sonradan həmin mənzildə yaşamasa da, mənzilə baxan zaman mənzildə başqa adamların yaşadığını görmüşdür. Həmin evdə yaşayan .şəxslərlə danışdıqda Fatma adlı qadın həmin evi almış olduğunu demiş, bu məsələ ilə bağlı mülki məhkəməyə müraciət etmişdir və məhkəmə oun xeyrinə qətnamə çıxarmışdır. Lakin buna baxmayaraq hal-hazırda həmin mənzildə Fatma adlı qadın ailəsi ilə yaşayır. Ona hazırda vurulmuş ziyanın əvəzi olaraq təklif olunan mənzil ziyanın əvəzini ödəmək üçün kifayət etməmişdir, mənzilə görə o əlavə pul ödəməlidir ki, hazırki maddi durumu buna yol vermir. Bundan əlavə Bakı Ağır cinayətlər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Yasamal rayon məhkəməsinin 2(004)-7864/2018 saylı, xx.xx.2018 tarixli qiyabi qətnaməsi nəzərə alınmaqla, İddiaçı mübahisəli Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən həmin MTK-nın tikilməkdə olan binasının 3 otaqlı, 130,5 m 2sahəli 207 nömrəli mənzilə dair “Yeni Yasamal’' MTK-dan tələb hüquqları tanınmışdır. İndi təkrar olaraq eyni mübahisəli mənzilə dair ona qarşı müqavilənin etibarsızlığı barədə qaldırdığı iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi V.Kiçibəyovun şikayəti üzrə xx.xx.2018-ci il tarixli qərarında göstərmişdir: Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. Qərarlar). Həmin qərarlarda iddia müddətinin əhəmiyyətinin aşağıdakılardan ibarət olması göstərilmişdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandınr, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasım xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılmas çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməs orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə, məhkəmələr iddia müddətinin keçməsi barədə tərəfin verdiyi ərizələrə münasibət bildirməli olduqları halda bunu etməmişlər. Göstərilənlərə istinadən iddia müddətinin ötürülməsi ilə əlaqəd iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı cavabdeh Maraqlı şəxs iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə etiraz edərək göstərmişdir ki, cavabdeh qismində cəlb edilmiş Maraqlı şəxs mənzilin xx.xx.2014-cü il tarixli müqavilə əsasında ona satılmasını göstərmiş və buna dair müqaviləni məhkəməyə təqdim etmişdir. Sonradan məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəməyə eyni zamanda maliyyə arayışını da təqdim etmişdir. Ona görə də, həmin mənzillə bağlı xx.xx.2014-cü il tarixli maliyyə arayışının da etibarsızlığına dair tələb irəli sürmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia müddətinin ötürüldüyünü bildirməklə, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin ərizəsini qəbul etmir və həmin ərizəni əsassız hesab edir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-61/2021 saylı hökmünün 120-ci səhifəsində X4 ifadəsi olaraq göstərilmişdir ki, “3 otaqlı, 130,5 kv. metr sahəli 207 №-li mənzilin Maraqlı şəxs və İddiaçı satılması barədə müqavilə, maliyyə arayışını MTK-nin sədri kimi o, imzalamış və möhürləmişdir. Həmin mənzili 25 yanvar 2007-ci il tarixdə 47698 manat pul ödəmiş İddiaçı satmışdır. Lakin Habil onun imzaladığı müqavilə və arayış blanklarmdan istifadə edərək həmin mənzili ondan xəbərsiz 2014-cü ildə Maraqlı şəxs satıb pulunu almış, həmin puldan ona heç nə verilməmişdir.” Həmin iş üzrə 2006-cı ildə Cavabdeh MTK tərəfindən ünvan 2 ünvanında çoxmərtəbəli yaşayış binasında tikinti işləri başlanandan orada qeyri-rəsmi olaraq satış üzrə menecer kimi işləmiş şahid qismində dindirilmiş hökmün 412-ci səhifəsində qeyd edilən X9 ifadəsində göstərmişdir ki, Cavabdeh MTK-nin inşa etdiyi binadan 2010-cu ilədək olan müddətdə satılmış bəzi mənzillər haqqında deyə bilər ki, onun qeydlərinə əsasən, 86 saylı mənzil Tahir Axundova, 221 saylı mənzil X21, 173 saylı mənzil X7, 127 №-li mənzil X16, 207 №-li mənzil İddiaçı, 121 №-li mənzil X5, 151 №-li mənzil X2.” Hökmün 499-cu səhifəsində də, 207 №-li mənzilə dair İddiaçı qanuni əsaslarla vicdanlı alıcı kimi almış olduğu və həmin mənzilin ona məxsus olması müəyyən edildiyi, həmçinin həmin halların məhkəmə baxışı zamanı da təsdiq olunduğu nəzərə alınması göstərilmişdir. Hökmdən də göründüyü kimi, cavabdeh Maraqlı şəxs adına olan müqavilə saxta olmaqla tərtib olunduğu andan əhəmiyyətsiz əqddir. Bakı Apellyasiya Məhkəməsinin CK-nın 1(103)-133/2022 saylı xx.xx.2022-ci il qərarında da cavabdeh Maraqlı şəxs adına tərtib edilmiş müqavilənin saxta olması X6 ifadəsi ilə bir daha öz təsdiqini tapmışdır. Belə ki, onun ifadəsində (83-84 səhifələr) göstərilmişdir ki, “2 oktyabr 2014-cu il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında MTK-nın adından Maraqlı şəxs satılması adı ilə ondan ilkin ödəniş olaraq 25 sentyabr 2014-cü ildə binanın həyətində yerləşən ofis otağında qeyrilərinin iştirakı ilə 10.000 (on min) manat və 784,4 manat (yeddi yüz səksən dörd manat qırx qəpik) ekvivalentində 1.000 ABŞ dollarını, 2 oktyabr 2014-cü ildə isə əlavə olaraq 55.000 (əlli beş min) manat - vahid niyyətlə cəmi 65.784,4 manat (altmış beş min yeddi yüz səksən dörd manat qırx qəpik) məbləğində pulu alıb, əlbir olduğu şəxslərlə birlikdə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Maraqlı şəxs qeyd olunan pul vəsaitini özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq və qabaqcadan əlbir olan bir qrup şəxs qismində qeyrisinin köməkçiliyi ilə təkrarən vəzifə saxtakarlığı etmiş, cinayət əməlini gizlətmək üçün sonuncunun mənzilə köçməsini təmin edib, bununla İddiaçı öz əmlakından istifadə ilə bağlı hüquqlarından məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir”. Qəbul edilmiş hökm və qərardan da bəlli olduğu kimi, adı çəkilən mənzil ona satılmış və sonradan bu mənzilin Maraqlı şəxs satılması sənədlərin saxtalaşdırılması nəticəsində baş vermiş, yəni Maraqlı şəxs adına bağlanmış müqavilə tətrib olunduğu andan əhəmiyyətsiz əqd olduğundan, onun əmlakı ilə bağlı edilmiş hərəkətlər qanunsuz olmuşdur. Yeni Yasamal" MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə saxta olduğundan, əhəmiyyətsizdir və heç bır huquqı nəticə doğurmur. Əqd əhəmiyyətsiz olduqda isə onun nəticələrinin tətbiqi həyata keçirilir. Əhəmiyyətsiz əqdlərdə tələb hüququ üçün əsas əhəmiyyətsiz əqdin özü yox, onunla bağlı tərəflərin və üçüncü şəxslərin hüquqi vəziyyətində yaranmış qeyri-müəyyənlik hesab olunur. Bu qeyri-müəyyənliyin həll edilməsi isə əhəmiyyətsiz əqdin nəticələrinin tətbiq edilməsi, yəni icra edilənlərin geri qaytarılması ilə mümkündür. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddətlə bağlı isə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci ıl tarixlı Oərarında ətraflı şərh verilmişdir. Həmin şərhdən də aydın olur ki, Mülki Məcəllənin 354.1cı maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması uçun müəyyən edilmiş müddətdir (iddia müddətidir). Lakin əhəmiyyətsiz əqd üzrə əldə edilənlərin geri qaytarılması ilə bağlı müddətin tətbiqi həmin əqdin predmetindən, yəni əqdin predmetinin əvəz edilən (pul, qələm, sement və s.) və ya əvəz edilməyən (daşınmaz əmlak, qeydə alınmalı olan daşınar əşya və digər fərdi xüsusiyyətlərə malik olan əmlak) əşya olmasından asılıdır. Əvəz edilən əşyanın geri tələb edilməsinin qanuni əsasını əsassız varlanma ləşkil edir və məhz həmin tələb üzrə Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti tətbiq oluna bilər. Əvəz edilməsi mümkün olmayan (o cümlədən mənzil) əşvalarda isə məhrum olan həmin əşyaya mülkiyyət hüququnu itirmir və onun tələbi də məhz mülkiyyətin müdafiəsi ilə bağlı olduğundan, bu tələbə müddət tətbiq oluna bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə əlavə olaraq izahatında göstərdi ki, Gürcüstandan ölkəyə qayıdanda binaya getmiş və mənzillərə qapı qoymuşdur. Həmin binada on bir və on ikinci mərtəbədə alt-üst mənzilləri almışdır. Bir müddət sonra binanın problemi olduğunu və bır mənzilin bır neçə adama satılması hallarının olmasını eşitmiş, buna görə də 2018-ci ildə MTK-nı məhkəməyə vermişdir. İcraçılarla mənzilə gedəndə cavabdehin orada təmir işlərinin apardığını görmüş, cavabdehə mənzilin özünə məxsus olduğunu, buna görə də təmir işlərinin dayandırmasını xahiş etmişdir. Buna cavab olaraq cavabdeh onu itələyərək qovmuşdur. 2018-ci ildə istinaq zamanı Cahangir Alışovla üzləşmə zamanı da o mənzili ona satdığını təsdiqləmişdir. Ona digər mənzil təflık olunsa da, mənzilin sahəsi daha az olduğundan imtina etmişdir. Həmçinin birinci alan şəxs olduğuna görə hesab edir ki, mənzil ona verilməlidir. Cavabdeh ona işin barışıq yolu ilə həll edilməsini və əlavə vəsait təklif etmişdir. Odur ki, iddia tələbini müdafiə edib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində göstərilənlərə əlavə olaraq izahatında göstərdi ki, İddiaçı mənzil alınandan bir neçə il sonra həmin bina ilə bağlı bəzi problemlərin olduğunu, eyni mənzilin bir neçə şəxsə satıldığını bilmiş və öz mənzilinə baxış keçirərkən burada kənar şəxslər görməmişdir. Ancaq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa dəvət olunduqdan sonra mənzilinin bir neçə şəxsə satıldığını bilmişdir. İddiaçı istintaqa ilk dəfə çağırılan zaman ona mənzilin başqa kimə satılması barədə məlumat verilməmişdir. Sonradan yenidən istintaqa dəvət olunub Cahangir Alışovla üzləşmə zamanı sonuncu mənzilin məhz İddiaçı satıldığını təsdiq etmişdir Bu prosesdən sonra iddiçıya istintaq hərəkətlərinin aparılmasına görə mənzilə daxil olmağına maneələr yaradılmış, bu səbəbdən iddiaçı Cavabdeh MTK-ya qarşı məhkəməyə müraciət etmiş və 2018-cı ildə qiyabi qətnamə ilə iddiası təmin edilmişdir. Qətnamənin icrası zamanı məlum olmuşdur ki, həmin mənzildə başqa şəxs tərəfindən təmir işləri aparılır və mənzil Maraqlı şəxs da satılmışdır Sonuncu iddiaçıya mənzilin əldə edilməsi barədə müqaviləni təqdim etməkdən imtina etmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə mənzilin boşaldılması tələbi ilə bağlı müraciət etmiş, tələbi təmin edilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə qarşı tərəfin şikayəti təmin edilmişdir. Hesab edir ki, iş üzrə kifayət qədər sübutlar (Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü, Bakı Apellyasiya Məhkəməsinin qərarı) təqdim olunub. Həmçinin hökmdən göründüyü kimi, Cahangir Alışov öz ifadəsində mənzili İddiaçı satdığını bildirmiş, mənzilin başqa kiməsə satılmağından xəbəri olmamış, Habil adlı şəxsdə onun imzası ilə boş kağızlar olduğundan digər saxta müqavilələr bağlanmışdır. Hazırda iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulur, belə ki, cavabdeh Maraqlı şəxs Nusrət oğlu mənzili tərk etməkdən imtina edir. Mənzil iddiaçıya 2016-cı ildə təhvil verilib və iddiaçı tərəfindən qapı qoyulub. Cinayət işi üzrə iddiaçı zərərçəkmiş şəxs kimi tanınıb. Təzminat olaraq iddiaçıya Xəzər TV-nin yanında digər ev təklif olunub. Satın alınan mənzil 130 kv.m., təklif olunan mənzil isə 70 kv.m. olduğundan iddiaçı mənzildən imtina etmişdir. Maraqlı şəxs ilə bağlanmış müqavilə iddiaçıya təqdim edilmədiyindən müqaviləni mübahisələndirə bilməyib. Göstərilənlərə əsasən iddia tələbini müdafiə edib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Maraqlı şəxs nümayəndəsi X24 izahatında göstərdi ki, iddiaçı tərəfə qərəzli mövqedə deyil. Sadəcə olaraq hər ikisi də aldadılmışdır. İddiaçı tərəfə digər mənzil təklif olunmasaydı o da, onun tərəfində olardı, müvafiq orqanlara şikayət edərdi ki, ona ev verilsin. İddiaçı tərəf ona təklif olunan evdən daha az sahəsi olduğuna görə imtina etsə də, qiymət baxımından mübahisəli binadakı mənzilin qiyməti qədərdi. Belə ki, ona təklif olunan evi 80000 manata sata bilər, amma mübahisəli mənzilə 47000 manat pul ödəyib. Özü isə həmin mənzili 65000 manata almışdır. Həmçinin, iddiaçı bu binadan 4 mənzil alıb və yalnız bu mənzil mübahisəli olub, o isə 3 mənzil almış və iki mənzilini artıq itirmişdir. Mənzili 2014-cü ildə alanda 12-ci mərtəbə hələ tikilməmişdi. 2016cı ildə mənzilə qapı qoymuşdur. Təmiri 2018-ci ilin may ayında başlamış və noyabr ayında bitirmişdir. Mənzilə gəlib artıq bura başqa qapının qoyulduğunu görəndə mənzilin mübahisəli olduğunu başa düşmüşdür. İddiaçı tərəfindən qoyulan qapı MTK tərəfindən sökülüb. İddiaçı mənzilə gələndə isə o, artıq orda yaşayırdı. Korrupsiyaya şikayətə gedəndə ona deyilmişdir ki, “Yaşamayanlara ev veriləcək, artıq yaşayanlar isə çıxarılmayacaq.” Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 izahatında göstərdi ki, mübahisəli mənzil 2 şəxsə satılsa da, hazırda həmin mənzildə cavabdeh yaşayır. Hər ikisi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı istintaq zamanı zərərçəkmiş şəxs kimi tanınıb. Tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim olunub. Ərizə əsaslıdır, çünki iddiaçı 2018-cı ildən cavabdehin orada yaşadığını bilirdi. Həmçinin hesab edir ki, iddia ərizəsinin hüquqi əsaslandırılması düzgün deyil. Belə ki, AR Mülki Məcəlləsinin fərdı-muəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri barədə 452.1-ci maddəsinə istinadən ev faktiki o evdə yaşayana, yəni cavabdehə məxsusdur. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materillarından olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh MTK-nın direktoru X8 ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh MTK-mn tikilməkdə olan binasının İİ girişinin 12-ci mərtəbəsində ümumi sahəsi 130,5 kv.m olan 3 otaqdan ibarət 207 saylı ümumi dəyəri 47698 manat məbləğində müəyyən olunmuş mənzili son variantda daxili sanitariya avadanlığı və daxili tamamlanma işləri görülmədən, bilavasitə alıcının özünə vermişdir. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Bu binanın 2-ci girişi, 12-ci mərtəbəsində ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilin pay dəyərindən 47698 manat alıcı İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh MTK-nin sədri X8 ilə Maraqlı şəxs arasında xx.xx.2014-cü il tarixdə bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş “Yeni Yasamal’' MTK-nın tikilməkdə olan binasının İİ girişinin 12-ci mərtəbəsində ümumi sahəsi 130,5 kv.m olan 3 otaqdan ibarət 207 saylı ümumi dəyəri 52000 manat məbləğində müəyyən olunmuş mənzili son variantda daxili sanitariya avadanlığı və daxili tamamlanma işləri görülmədən, bilavasitə alıcının özünə vermişdir. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Bu binanın 2-ci girişi, 12-ci mərtəbəsində ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilin pay dəyərindən 52000 manat alıcı Maraqlı şəxs tərəfindən ödənilmişdir. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanda Yeni ünvan 4 mənzildə Maraqlı şəxs, həyat yoldaşı X23 və ikiazyaşlı uşaqları ilə birlikdə qeydiyyatsız olaraq yaşayır. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X24 ünvan 5 ünvanda Yeni ünvan 4 mənzilində qeydiyyatsız olaraq yaşayır (övladları X17, X29). Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh MTK-da olan 3 otaqlı, 130,5 kv.m sahəli 207 nömrəli mənzil ilə əlaqədar Maraqlı şəxs və İddiaçı adları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təşəbbüsü ilə "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, Əhmədli şossesi ünvanında inşa edilən binada yerləşən 75 kv.m mənzilin ayrılması ilə əlaqədar tərtib edilmiş siyahıya daxil edilmişdir. İddiaçı xeyrinə qəbul edilmiş müvafiq məhkəmə qətnaməsi ilə Maraqlı şəxs qeyd edilən mənzildən çıxarılmasını və mənzilin ona qaytarılmasını tələb etdiyindən "xxxx" MTK tərəfindən inşa edilən mənzili qəbul etməkdən imtina etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(004)- 6844/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Maraqlı şəxs və X12 qarşı “mənzildən çıxarılma və mənzilin boş vəziyyətdə təhvil verilməsi tələbinə dair” iddiası təmin edilmiş, cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə ünvan 7 ünvanında, 2-ci girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 130,5 kv.m. ibarət olan 3 otaqlı, 207 saylı mənzildən çıxarılması və həmin mənzilin boş vəziyyətdə iddiaçıya təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 7020/2022 saylı qətnaməsi ilə təmin edilərək, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Maraqlı şəxs və X18 qarşı “mənzildən çıxarılma və mənzilin boş vəziyyətdə təhvil verilməsi tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-61/2021 saylı hökmü ilə X8 və X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 20,178.3.2. və 308.2-ci maddələri ilə məhkum edilmişlər. Hökmlə müəyyən edilmişdir ki, X1 Habil Məmməd oğlu ilə öz qulluq mövqelərindən istifadə etməklə, qeyriləri ilə qabaqcadan əlbir olan bır qrup şəxs qismində etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı etmiş, həmçinin, xidməti vəzıfələrın icrası ilə əlaqədar özü və uçuncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qabaqcadan əlbir olmuş bır qrup şəxs qismində 3 otaqlı, 130.5 m2 sahəli 207 nömrəli mənzil xx.xx.2007-ci il tarixli müqavilə ilə İddiaçı satıldığı və sonuncu tərəfindən həmin tarixdə mənzilin dəyəri tam ödənildiyi halda, X14 2014-cü ilin sentyabr ayında Maraqlı şəxs tanışı X20 (X28 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(101)-110/2018 saylı hökmü ilə həmin əmələ görə məhkum edilmişdir) yalandan guya həmin mənzilin sahibi olan, istintaqla kimliyi dəqiq müəyyən olunmamış "Asil" adlı şəxsin nümayəndəsi kimi təqdim etməklə, sonuncuların məsləhətləri və məlumatları ilə, maneələri aradan qaldırmaqla etdiyi köməkçiliyi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, Cahangir Alışovla birlikdə həmin mənzilin tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək sonuncunun öz imzası və kooperativin möhürü ilə təsdiq etdiy xx.xx.2014-cü il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında MTK-nın adından Maraqlı şəxs satılması adı ilə ondan ilkin ödəniş olaraq xx.xx.2014-cü ildə binanın həyətində yerləşən ofis otağında qeyrilərinin iştirakı ilə 10.000 manat və 784.40 manat ekvivalentində 1.000 ABŞ dollarını, xx.xx.2014-cü ildə isə əlavə olaraq 55.000 manat - vahid niyyətlə cəmi 65.784.40 manat məbləğində pulu alıb, əlbir olduğu şəxslərlə birlikdə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Maraqlı şəxs qeyd olunan pul vəsaitini - özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq və qabaqcadan əlbir olan bir qrup şəxs qismində qeyrisinin köməkçiliyi ilə təkrarən vəzifə saxtakarlığı etmiş, cinayət əməlini gizlətmək üçün sonuncunun mənzilə köçməsini təmin edib, bununla İddiaçı öz əmlakından istifadə ilə bağlı hüquqlarından məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla vəzifə saxtakarlığı elmişdir. Cavabdeh MTK-dan mənzil satışlarına dar Cahangir Alışova elan edilmiş ittihamın əlli səkkizinci epizodu, Habil Fətəliyevə elan edilmiş ittihamın qırx beşinci epizodu olan Cavabdeh MTK-nın inşa etdiyi binanın12-ci mərtəbəsindəki 3 otaql 130.5 kvadrat metr sahəli 207 saylı mənzillə bağlı bildirmişlər ki, mənzıl ilkin olaraq İddiaçı satılıb. Həmin mənzil özünü mənzil sahibi kimi təqdim etmiş Sərvər Şeyxov adlı makler vasitəsi ilə 2014cü ildə 65000 manata Maraqlı şəxs satılmışdır. Məhkəmə mübahisəsi olmuş və mənzilin boşaldılaraq təhvil verilməsi haqqında Yasamal Rayon Məhkəməsində qanuni qüvvəsini almış qətnamə çıxarılmışdır. Hal-hazırda mənzildə Maraqlı şəxs yaşayır. Mənzilin pulunu Sərvər Şeyxov almışdır. MTK-ya mənzillə bağlı heç bir ödəniş olunmamışdır. Buna baxmayaraq, Maraqlı şəxs Nusrət oğlu zərərçəkmiş şəxs kimi tanınmış və zərərin əvəzi ödənilməsi üçün “Abşeron Kristal” tikinti şirkətinə göndərilmişdir. Qeyd olunan mənzil ilə əlaqədar epizodla bağlı təqsirləndirilən şəxs Cahangir Alışov məhkəmə iclasında dövlət ittihamçısının suallarına cavab olaraq göstərmişdir ki, zərərçəkmiş şəxs İddiaçı 2007-ci ildə 105.000 ABŞ dolları verməsini təsdiq edir. 2014- 2017-ci illərdə Akif Çovdarovun göstərişi ilə Maraqlı şəxs adlı şəxsə həmin evin verilməsini bilmişlər. Həmin şəxslərdən pulu Akif Çovdarov almaqla mənzili onlara satıb. 3 otaqlı, 130,5 kv.metr sahəli 207 nömrəli mənzilin Maraqlı şəxs və İddiaçı satılması barədə müqavilə, maliyyə arayışını MTK-nin sədri kimi o, imzalamış və möhürləmişdir. Həmin mənzili xx.xx.2007-cı il tarixdə 47698 manat pul ödəmiş İddiaçı satmışdır. Lakin Habil onun imzaladığı müqavilə və arayış blanklarından istifadə edərək həmin mənzili ondan xəbərsiz 2014-cü ildə Maraqlı şəxs satıb pulunu almış, həmin puldan ona heç nə verilməmişdir. İş üzrə zərərçəkmiş şəxs İddiaçı mülki mühakimə icraat qaydasında “Yeni Yasamal" MTK-ya qarşı vermiş olduğu iddia tələbi təmin olunaraq, yuxarıda qeyd edilməklə "xxxx" MTK- nın Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən həmin MTK-nın tikilməkdə olan binasının 3 otaqlı, 130,5 m2 sahəli, 207 nömrəli mənzilin İddiaçı tərəfindən qanuni əsaslarla vicdanlı alıcı kimi almış olduğu və həmin mənzilin ona məxsus olması müəyyən edildiyi, həmçinin həmin halların məhkəmə baxışı zamanı da təsdiq olunduğu nəzərə alınaraq qeyd edilən mənzillərlə bağlı Azərbaycan Respublikası Alı Mənkəməsi Mülki Kollegiyasının, həmçinin Bakı Apellyasiya Məhkəməsi və müvafiq birinci instansiya məhkəmələrinin yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş aktlarının (qətnamə və qərarların) qəbul edildiyi nəzərə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin CK-nın 1(103)-133/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-cı il tarixli, 1(101)-61/2021 saylı hökmü məhkumlar X4 və X6 barəsində dövlət ittihamçısı Rauf Malışov tərəfindən verilmiş apellyasiya protesti, məhkumlar X8, X14, zərərçəkmiş şəxslər X31 və X19 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən X13 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, müraciətdə qeyd edilmiş Cavabdeh MTK-da olan 3 otaqlı, 130,5 m2 sahəli 207 №-li mənzillə əlaqədar, Maraqlı şəxs və İddiaçı adları Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təşəbbüsü ilə "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli şossesi ünvanında inşa edilən binada yerləşən 75 m2 mənzilin ayrılması ilə əlaqədar tərtib edilmiş siyahıya daxil edilmişdir. İddiaçı xeyrinə qəbul edilmiş müvafiq məhkəmə qətnaməsi ilə Maraqlı şəxs qeyd edilən mənzildən çıxarılmasını və mənzilin ona qaytarılmasını tələb etdiyindən "xxxx" MTK tərəfindən inşa edilən mənzili qəbul etməkdən imtina etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hazırkı mülki mübahisə üzrə işin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021 -cı il tarixli, 1(101)-61/2021 saylı hökmü və Bakı Apellyasiya Məhkəməsinin CK-nın 1(103)- 133/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən olunan mübahisəsiz halları ondan ibarətdir ki, “Yeni Yasamal" MTK-nin sədri, “Yuksəliş-C" MMC-nin və "xxxx" MMC-nin direktoru vəzifələrində işləyən X8 və “Yeni Yasamal" MTK-nın və “Yuksəliş-C" MMC-nin direktorunun nümayəndəsi-hüquqşünas kimi müvafiq səlahiyyətləri faktiki olaraq icra edən X14 öz qulluq mövqeylərindən istifadə etməklə, qeyriləri ilə qabaqcadan əlbir olan bır qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli və kull miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı etmiş, həmçinin, xidməti vəzıfələrın icrası ilə əlaqədar özü və uçuncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qabaqcadan əlbir olmuş bır qrup şəxs qismində 3 otaqlı, 130.5 m2 sahəli 207 nömrəli mənzil xx.xx.2007-ci il tarixli müqavilə ilə İddiaçı satıldığı və sonuncu tərəfindən həmin tarixdə mənzilin dəyəri tam ödənildiyi halda, X14 2014-cü ilin sentyabr ayında Maraqlı şəxs tanışı X20 (X28 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(101)-110/2018 saylı hökmü ilə həmin əmələ görə məhkum edilmişdir) yalandan guya həmin mənzilin sahibi olan, istintaqla kimliyi dəqiq müəyyən olunmamış “Asif” adlı şəxsin nümayəndəsi kimi təqdim olunmaqla, sonuncuların məsləhətləri və məlumatları ilə, maneələri aradan qaldırmaqla etdiyi köməkçiliyi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, Cahangir Alışovla birlikdə həmin mənzilin tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək sonuncunun öz imzası və kooperativin möhürü ilə təsdiq etdiy xx.xx.2014-cü il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında MTK-nın adından Maraqlı şəxs satılması adı ilə ondan ilkin ödəniş olaraq xx.xx.2014-cü ildə binanın həyətində yerləşən ofis otağında qeyrilərinin iştirakı ilə 10.000 manat və 784.40 manat ekvivalentində 1.000 ABŞ dollarını, xx.xx.2014-cü ildə isə əlavə olaraq 55.000 manat - vahid niyyətlə cəmi 65.784.40 manat məbləğində pulu alıb, əlbir olduğu şəxslərlə birlikdə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Maraqlı şəxs qeyd olunan pul vəsaitini özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq və qabaqcadan əlbir olan bir qrup şəxs qismində qeyrisinin köməkçiliyi ilə təkrarən vəzifə saxtakarlığı etmiş, cinayət əməlini gizlətmək üçün sonuncunun mənzilə köçməsini təmin edib, bununla İddiaçı öz əmlakından istifadə ilə bağlı hüquqlarından məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla vəzifə saxtakarlığı elmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mübahisəli mənzilin tərəflərə satıldığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarından görünür ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Təsadüfi deyildir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 15 dekabr 2017-ci il tarixli Qanunda da tikilməkdə olan binada mənzili əldə etmək üçün ilk müqavilə bağlayan şəxsin xeyrinə təminat qeydinin aparılmalı olduğu müəyyən edilmişdir. Bu isə artıq onu təsdiq edir ki, dövlətin qanunvericilik siyasəti mənzil əldə etmək üçün ilk müqavilə bağlayan şəxsin müdafiəsinə yönəlib. Mülki-Prosessul Məcəllənin 2.2-ci maddəsinə görə mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Odur ki, təminat qeydinin tətbiqinə qədər eyni mənzilə dair 2 və daha çox şəxslə müqavilə bağlanmasının qarşısının alınması üçün məhkəmələr belə mübahisələri 1-ci müqaviləni bağlayan şəxsin xeyrinə həll etməlidir. Əks yanaşma ona səbəb olacaq ki, mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə deyil, sui-istifadələrə rəvac verəcək, mənzil tikintisi ilə məşğul olan podratçılar daha çox qazanc əldə etmək üçün 1-ci şəxsin sifarişi və maliyyəsi ilə inşa edilən mənzili 2ci şəxsə satacaqlar. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (Mülki Məcəllənin 567-ci maddəsi). Alqı-satqı müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Belə müqavilə üzrə satıcı müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməlidir. Satıcının üzərinə müqavilədən irəli gələn borcunu real olaraq icra etmək vəzifəsi qoyulur. Bunun nəticəsində həmin əşya üzərində satıcının mülkiyyət hüququna xitam verilir və onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır... Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir.” X10 Məhkəməsi qeyd etmişdir ki, “..Mülki Məcəllənin 354.1-cı maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması uçun müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır... Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər.” Beləliklə məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, işin faktiki hallarına əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbə, ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilin ilkin olaraq Cavabdeh MTK ilə bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə əsasında İddiaçı satılmasını, sonuncu tərəfindən həmin tarixdə mənzilin dəyərinin tam ödənildiyini, mənzilin ona təhvil verilməsini və tərəfindən mənzilə qapı qoyulmasını, MTK-nın qanuni qüvvəsini almış məhkəmə aktları ilə məhkum edilmiş vəzifəli şəxsləri tərəfindən mübahisəli mənzilin tamah niyyətilə məzmununa biləbilə yalan məlumatlar daxil edərək xx.xx.2014-cü il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında MTK-nın adından cavabdeh Maraqlı şəxs satılmasını, cinayət əməlini gizlətmək üçün mənzilə iddiaçı tərəfindən qoyulmuş qapını sındıraraq cavabdehin mənzilə köçürülməsini, bununla iddiaçını öz əmlakına sahiblik və ondan istifadə ilə bağlı hüquqlarından məhrum etməsini nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mübahisəli məsələ ilə bağlı Qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, iddia tələbləri əsaslı olduğundan təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbə, ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilə dair Cavabdeh MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə və 02.102014-cü il tarixli maliyyə arayışı etibarsız hesab edilməli, həmin mənzilin boşaldılaraq, boş vəziyyətdə İddiaçı təhvil verilməsi Cavabdeh MTK-ya həvalə edilməlidir. Həmçinin, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, cavabdeh Maraqlı şəxs iddia tələbinə iddia müddətinin tətbiqi barədə ərizəsi əsassız hesab edilməli və təmin edilməməlidir. Bununla yanaşı iş materialları ilə müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə və maliyyə arayışına əsasən Cavabdeh MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbəsində ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilin pay dəyərindən 52000 manat alıcı Maraqlı şəxs tərəfindən ödənilmişdir. Mülki qanunvercilıyə görə, bağlandığı andan tərəflər üçün hüquq və vəzifələr yaradan, lakin etiraz nəticəsində məhkəmə qaydasında etibarsız hesab edilən əqdlər mübahisə edilən əqdlər adlanır. Bu əqdlər məhkəmədə mübahisələndirilməmişsə və onun tərəfindən etibarsız sayılmamışsa qüvvədə qalır. Əgər mübahisəli əqdi məhkəmə etibarsız sayırsa o, bağlandığı andan belə hesab edilir ki, məhkəmənin qətnaməsi geriyə qüvvəyə malik olur. Əqdin etibarsız sayılmasının birinci nəticəsi onun icrasının yolverilməzliyidir. Belə əqd tərəflərdən biri və yaxud hər ikisi tərəfindən icra edilmişsə, belə olan halda restitusiya tətbiq olunur. Restitusiya- mülki hüquqda əqd etibarsız sayıldıqda, əqd bağlamış tərəflərin əvvəlki vəziyyətə qaytarılmasını nəzərdə tutur. Əqdin etibarsız sayılması aşağıdakı nəticələrə səbəb olur: 1) ikitərəfli restitusiyanın tətbiq edilməsi; 2) birtərəfli restitusiyanın tətbiq edilməsi; 3) restitusiyanın rədd edilməsi. Başqa sözlə, tərəflər müqavilə bağlayanadək olduqları əvvəlki vəziyyətə qaytarılır. Belə nəticələr ikitərəfli restitusiya adlanır. Eyni zamanda, mülki qanunvericilikdə əqdin etibarsız sayılmasının xüsusi bir nəticəsini restitusiyanın rədd edilməsi və yaxud restitusiyaya yol verilməməsi təşkil edir. Restitsiyanın rədd edilməsi dedikdə- tərəflərdən heç birinin əvvəlki vəziyyətə qaytarlmaması başa düşülür. Bu qayda əsasən, tərəflərin hər ikisinin hərəkətlərində mülki hüquq pozuntusu olduğu halda tətbiq olunur. Hazırki halda ikitərəfli restitusiyanın tətbiq edilməsini istisna edən hallar yoxdur, yəni Maraqlı şəxs hərəkətlərində hər hansı mülki hüquq pozuntusunun olması mülki iş materialları ilə təsdiq edilmir. Əksinə, işin mübahisə olunmayan hallarına görə Maraqlı şəxs mənzili müqavilə əsasında əldə edib, müqaviləyə, maliyyə arayışına əsasən mənzili satın almaq üçün qabaqcadan 52000 manat pay haqqı ödəyib. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olrnadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər. Eyni hüquqi mövqe “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2010-cu il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında da təsbit edilib göstərilib. Həmin Qərarda daha sonra göstərilir ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh MTK-dan 52000 manat məbləğində pul vəsaiti tutularaq cavabdeh Maraqlı şəxs xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbə, ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilə dair Cavabdeh MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə və 02.102014-cü il tarixli maliyyə arayışı etibarsız hesab edilsin. Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbə, ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilin boşaldılaraq, boş vəziyyətdə İddiaçı təhvil verilməsi Cavabdeh MTK-ya həvalə edilsin. Cavabdeh MTK-dan 52000 (əlli iki min) manat məbləğində pul vəsaiti tutularaq cavabdeh Maraqlı şəxs xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5642/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5642/2022
08.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver