Məhkəmə qərarları › İş №2(004)-5654/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5654/2025

20.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5654/2025 20.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh “Respublika Təcili və X1 Mərkəzi” X2rşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Respublika Təcili və X1 Mərkəzi” X2rşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi və əmək stajının bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun vəzifədən azad edilməyi üçün 11 İyul 2025-ci il tarixli, 18-1-88/3-1-11368/2025 nömrəli əmrin ləğv edilməsi, əvvəlki iş yerinə və əvvəlki vəzifəsinə natamam iş vaxtı ilə (həftədə 18 saat) bərpa olunmağının və ona işdən azad olunduğu tarixdən işə bərpa olunacağı günə qədər olan məcburi iş buraxmaya görə orta əmək haqqının ödənilməsi və əmək stajının bərpa olunması öhdəliyinin “Respublika Təcili və X1 Mərkəzi” X6 üzərinə qoyulması barədə qərar xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 avqust 1996-cı il tarixində Ağcabədi rayonu, "Taxta körpü" qəsəbəsində anadan olmuşdur. 2019-cu ildə Azərbaycan Tibb Universitetini "Müalicə İşi" ixtisası üzrə bitirmişdir. İxtisasca həkimdir. 08 iyul 2024-cü il tarixdə “Respublika Təcili və X1 Mərkəzi” X7-də (bundan sonra Mərkəz) Təcili və X1 üzrə həkim vəzifəsinə (həftədə 36 saat iş vaxtl ilə) qəbul edilmişdir. Mərkəzin tabeliyində olan Sumqayıt Təcili və X1 Stansiyasında yuxarıda qeyd etdiyi həkim vəzifəsində çalışmışdır. Daha sonra o, bir neçə dəfə Mərkəzin rəhbərliyinə onun iş vaxtının natamam iş vaxtına (həftədə 18 saat) dəyişdirilməsini xahiş etmişdir. Sonuncu xahişi zamanı, rəhbərlik onun bu xahişinə etirazı olmadığını və İnsan Resursları şöbəsinə müraciət etməyini bildirdi. İnsan Resursları şöbəsinə müraciət etmiş, ancaq bu şöbədə ona iş vaxtının natamam iş vaxtına dəyişdirilməsinin mümkün olmayacağı bildirilmiş və qanunda belə bir şeyin olmadığı vurğulanmışdır. Daha sonra onun iş vaxtının natamam iş vaxtına dəyişdirilə bilməsi üçün onun qarşısına əlavə qanunsuz tələb qoyulmuşdur. Nəticədə o, məcbur qalaraq işdən azad olunmaq üçün ərizə ilə müraciət etmişdir. 11 iyul 2025-ci il tarixli əmrlə həmin tarixdə işdən azad olunmuşdur. Qeyd edir ki, o, 8 may 2025-ci il tarixdə ərizə ilə müraciət edərək, 2 iyun 2025-ci il tarixindən əmək məzuniyyətinə çıxmağı xahiş etmişdir. Ona ümumilikdə 40 gün (30 gün əsas, 6 gün əmək şəraitinə görə əlavə və 4 gün Bayram günlərinə (ödənişsiz) görə) əmək məzuniyyəti hesablanmışdır. 2 iyun 2025-ci il tarixindən verilmiş 40 günlük əmək məzuniyyətini təqvimlə hesabladıqda onun sonuncu məzuniyyət günü 11 iyul 2025-ci il tarixinə düşür. Yəni, o 11 iyul 2025-ci il tarixindən yox, 12 iyul 2025ci il tarixindən işdə hesab edilməli idi. Beləliklə, ona münasibətdə 11 iyul 2025-ci il tarixli “vəzifədən azad olunma” əmri qanuni deyildir. Çünki, Azərbaycan Resbuplikasının Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işçi məzuniyyətdə olarkən işdən azad olunmasına yol verilmir. Ona münasibətdə Mərkəz tərəfindən qəbul edilmiş “vəzifədən azad etmə” əmrinin surəti ona 20 avqust 2025-ci il tarixdə Mərkəzdə təqdim edilmişdir (bu barədə Mərkəzdə sözügedən əmrin digər surətinə əmri aldığına dair təsdiqedici qeyd aparmış və imza çəkmişdir). Bundan sonra 09 sentyabr 2025-ci il tarixdə Mediasiyaya müraciət etmiş, Mediasiya arayışı 23 sentyabr 2025-ci il tarixdə ona təqdim olunmuşdur. Onun iş vaxtının natamam iş vaxtına keçirilməsi barədə haqlı tələbi təmin olunmadığı üçün o, könüllü deyil, məcburiyyət qarşısında qalaraq işdən çıxmaq barədə ərizə yazmalı olmuşdur. Bu səbəbdən işdən azad edilməyi qanunsuzdur və məcburi xarakter daşıyır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Təcili və X1 Mərkəzi X7i ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin xitam edilməsinə dair 11 iyul 2025-ci il tarixli, 18-188/3-1-11368/2025 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunmağına və qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə ona ödənilməmiş əmək haqqının cavabdeh Təcili və X1 Mərkəzi X3 tutularaq mənə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.2024-cü il tarixli, 18-1-88/3-1-5644 nömrəli əmrə əsasən xx.xx.2024-cü il tarixində “RTTTYM” X5 təcili və X1 üzrə həkim vəzifəsinə təyin edilmiş, xx.xx.2025-ci il tarixli, 18-1- 88/3-1-11368/2025 nömrəli əmrə əsasən xx.xx.2025-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilib, əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X7 "Respublika Təcili Və X1 Mərkəzi" X4 direktoru cənab Mirələm Calalova ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəyə əsasən xx.xx.2024-xx.xx.2025-ci iş ili üçün xx.xx.2025-ci il tarixdöən 36 gün müddətinə əmək məzuniyyətindən istifadə etməyinə icazə verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X7 "Respublika Təcili Və X1 Mərkəzi" X4 xx.xx.2025-ci il tarixli, 18-1-88/3-1- 7665/2025 nömrəli “İddiaçı əmək məzuniyyəti verilməsi haqqında” əmrinə əsasən “Respublika Təcili və X1 Mərkəzi" publik hüquqi şəxşin Sumqayıt TTTY Stansiyasının təcili və X1 üzrə həkimi İddiaçı xx.xx.2024-xx.xx.2025-ci iş ili üzrə istifadə etmədiyi 36 (30 gün əsas, 6 gün əmək şəraitinə görə əlavə) təqvim günü müddətinə 02 iyun 2025-ci il tarixdən 10 iyul 2025-ci il tarixi daxil olmaqla əmək məzuniyyəti verilməsi və 11 iyul 2025-ci il tarixdə işdə hesab edilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X7 "Respublika Təcili Və X1 Mərkəzi" X4 xx.xx.2025-ci il tarixli, 18-1-88/3-1- 11368/2025 nömrəli “İddiaçı vəzifədən azad etmə” əmrinə əsasən “Respublika Təcili və X1 Mərkəzi” X6 Sumqayıt TTTY Stansiyasının təcili və X1 üzrə həkimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilməsi, İddiaçı son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surəti ƏM-nin 83 maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi əmr edilmişdir. Məhkəmə iddiaçı və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. 83-cü maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2024-cü il tarixdə "Respublika Təcili Və X1 Mərkəzi" X5 təcili və X1 üzrə həkim vəzifəsinə təyin olunmuş, xx.xx.2025-ci il tarixdə isə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən tutduğu vəzifədən azad edilərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda İddiaçı məcbur qalaraq işdən azad olunmaq üçün ərizə yazdığını bildirərək, əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə işə bərpa olunması və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının cavabdeh "Respublika Təcili Və X1 Mərkəzi" X3 tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı öz istəyi ilə tutduğu vəzifədən azad edilməsi haqqında ərizəni könüllü şəkildə yazdığı, iddiaçının həqiqi və azad iradəsini ifadə etdiyi müəyyən olunmuş, həmçinin cavabdeh tərəfindən iddiaçıya zor işlədilməsi və ya hədəqorxu gəlinməsi yaxud işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməsi halları aşkar olunmamışdır. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh “Respublika Təcili və X1 Mərkəzi” X2rşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar