Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5672/2020 01.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, Qobu-Güzdək-Puta yolu, 3-cü km, 9 ünvanda yerləşən qeyri yaşayış sahəsi onun mülkiyyətində olmuş, sonradan həmin qeyri-yaşayış sahəsinin 22/100 hissəsini X1, 33/100 hissəsini X6 oglıına alqı-satqı əsasında satmış, qeyri-yaşayış sahəsinin 30/100 hissəsini qardaşı X5 ogluna bağışlama müqaviləsi əsasında vermişdir. Mülkiyyətində qalan 15/100 hissə ilə bağlı xx.xx.2018-ci il tarixdə X4 oglu ilə aralarında notariat qaydasında alqı-satqı bağlanmışdır. Qeyri-yaşayış sahəsində tərəfindən tikinti materialı olan katinka istehsalı həyala keçirilmişdir. Qeyri-yaşayış sahəsində fəaliyyətini dayandırandan sonra orada yerləşən özünə məxsus armatur, məftil və ya katintka istehsal edən avadanlıqların satışını həyata keçirmək məqsədi ilə alıcı elanı vermiş, alıcı qismində Cavabdeh iştirak etmişdir. Cavabdeh ilə arasında olan razılaşmaya əsasən avadanlıqların qiyməti 25000 manata dəyərləndirilmişdir. Bu münasibətlə aralarında xx xxx 2019-cu il tarixdə şahidlərin iştirakı ilə müqavilə bağlanmış, avadanlıqlar Cavabdeh tərəfindən təhvil verilmiş, cavabdeh razılaşdıqları 25000 manat məbləğin 13000 manatını hissə-hissə ona ödəmiş, qalan 12000 manat (on iki min) məbləğ isə bu günə kimi ona ödənilməmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bu məsələ ilə bağlı dələlərlə cavabdehin işlədiyi Biləcəri qəsəbəsindəki sexində olmuş, cavabdeh öhdəliyini yerinə yetirmədiyindən məcbur qalıb Binəqədi rayon Polis İdarəsini 6-cı Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayəti üzrə müvafiq qaydada araşdırma aparılaraq işin baxılması Binəqədi rayon X2 Şöbəsinə həvalə edilmişdir. Binəqədi rayon X2 Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, iş mülki xarakterli olduğundan onun müvafiq qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Polis İdarəsində aparılan araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki. o, həqiqətən aralarında olan razılaşmaya əsasən ondan xx xxx 2019-cu il tarixdə Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən zavoddan məftil yayma dəzgahları almış, ona hissə-hissə olmaqla 13000 manat pul məbləği vermiş. 12000 manat pul məbləğini isə bu günə kimi vermədən, borclu qalmışdır. Hesab edir ki, Cavabdeh üzərinə götürdüyü müqavilə öhdəliyini lazımınza yerinə yetirmədiyindən ondan 12000 manat pul məbləği alınaraq onun xeyrinə ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, vətəndaş İddiaçı müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla Cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixdə 25000 manata avadanlıq alması, həmin avdanlığın pulundan ümumilikdən 13000 manat ödəniş etməsi, hal-hazırda isə 12000 manat məbləğində borcu qaldığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçıya məxsus olan məftil və ya katintka istehsal edən avadanlıqların cavabdehə 25000 manata satılmasına dair razılaşmış, cavabdeh həmin məbləğdən ümumilikdə 13000 manatını iddiaçıya qaytarmış və halhazırda sonuncunun iddiaçıya 12000 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Sözü gedən bu hal iş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarla da, öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 12000 (on iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12000 (on iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi alındıqdan sonra 10 (on) gün müddətində onun ləğvi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verilə bilər və ya qətnamədən 1 (bir) ay müddətində həmin məhkəmə vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5672/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-5672/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver