Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5674/2021 27.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi X10 Cavabdehin nümayəndəsi X8 qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərsu ASC-nin "xxxx" MMC-yə qarşı işə bərpa, əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərsu ASC-nin "xxxx" MMC-yə qarşı işə bərpa, əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin Birləşmiş Sukanal MMCnin baş direktorunun 28.07.2021-ci il tarixli 136 K №-li əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X14 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 23.09.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə verdiyi izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh ASC-nin "xxxx" MMC-nin rəhbəri ilə müvafiq əmək müqaviləsi bağlamaqla 25.10.2019-cu il tarixli 962 saylı əmr əsasında Cəmiyyətin Göyçay Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupuna 12-ci dərəcə ilə mühəndis-qrup rəhbəri vəzifəsinə götürülmüşdür. Cavabdeh "Azərsu” ASC-nin "xxxx" MMC-nin baş direktorunun 28.07.2021-ci il tarixli 136 K №-li əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının işdən azad olunmasına səbəb kimi Göyçay rayon Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun təmirçi-çilingərləri tərəfindən MMC-nin rəhbərinə ünvanlanmış 14.07.2021-ci il tarixli ərizənin olduğu göstərilir. Həmin ərizənin məzmununa əsasən iddiaçı barəsində yazılanlar tam əsassızdır və həqiqəti əks etdirmir. Həmin ərizə tam əsassız olmaqla iddiaçıya münasibətdə rəhbərlik tərəfindən qərəzli olaraq təşkil olunmuşdur. İddiaçı çalışdığı müəssisənin rəhbəri tərəfindən onun işdən çıxardılması üçün Göyçay rayon Sukanal sahəsinin istismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun təmirçi-çilingərlərinə müxtəlif vədlər verərək, iş saatının azaldılması və s. kimi, onları aldadaraq iddiaçı barəsində həqiqətə uyğun olmayan, dezinformasiya xarakteri daşıyan ittihamlarla səciyyələnən ərizə yazdırılmışdır. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin tələbləri pozulmuşdur, belə ki, həmin Məcəllənin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılan zaman ziyan və işin ahəngini pozan əlamətlər olmamışdır. İşdən çixarılma barədə əmr əsaslandırılmamış, işəgötürənin mənafeyinə xələl gətirməsi, hüquqpzountusu olması öz əksini tapmamışdır. Hesab edir ki, bu əsasla İddiaçı işdən çıxarılması onun əmək hüquqlarının kobud şəkildə pozulmasıdır, tam qanunsuz və əsasızdır və işəgötürən tərəfindən heç bir obyektiv araşdırma aparılmadan qərəzli şəkildə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı bu günə kimi daxili intizam qaydalarını heç vaxt pozmamış və heç bir intizam tənbeh tədbiri almamışdır. Məhkəmədən "Azərsu” ASC-nin “Birləşmiş Sukanal’ MMC-nin baş direktorunun 28.07.2021-ci il tarixli, 136 K №-li əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əmr əsaslandırılmayıb, əmrdə işəgötürənin mənafeyinə xələl gətirməsi, hüquqpzountusu olması öz əksini tapmayıb Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında Cavabdeh ASC-nin "xxxx" MMC-nin rəhbəri ilə müvafiq əmək müqaviləsi bağlamaqla 25.10.2019-cu il tarixli 962 saylı əmr əsasında Cəmiyyətin Göyçay Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupuna 12-ci dərəcə ilə mühəndis-qrup rəhbəri vəzifəsinə götürüldüyünü, cavabdeh "Azərsu” ASC-nin "xxxx" MMC-nin baş direktorunun 28.07.2021-ci il tarixli 136 K №-li əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləmə xitam verildiyini, onun işdən azad olunmağına səbəb kimi Göyçay rayon Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun təmirçiçilingərləri tərəfindən MMC-nin rəhbərinə ünvanlanmış 14.07.2021-ci il tarixli ərizənin olmasının göstərildiyin bildirmişdir. Qeyd etmişdir ki, həmin ərizənin məzmununa əsasən haqqında yazılanlar tam əsassızdır və həqiqəti əks etdirmir. Həmin ərizə tam əsassız olmaqla ona münasibətdə rəhbərlik tərəfindən qərəzli olaraq təşkil. olunmuşdur. Çalışdığı müəssisənin rəhbəri tərəfindən onun işdən çıxarılmağı üçün Göyçay rayon Sukanal sahəsinin istismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun təmirçi-çilingərlərinə müxtəlif vədlər verərək, iş saatının azaldılması və s. kimi, onları aldadaraq haqqında həqiqətə uyğun olmayan, dezinformasiya xarakteri daşıyan ittihamlarla səciyyələnən ərizə yazdırılmışdır. İddiaçı bildirmişdir ki, bu əsasla onun işdən çıxarılmağı əmək hüquqlarının kobud şəkildə pozulmasıdır, tam qanunsuz və əsasızdır və işəgötürən tərəfindən heç bir obyektiv araşdırma aparılmadan qərəzli şəkildə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı bu günə kimi daxili intizam qaydalarını heç vaxt pozmadığını və heç bir intizam tənbeh tədbiri almadığını qeyd etmiş və məhkəmədən "Azərsu” ASC-nin “Birləşmiş Sukanal’ MMC-nin baş direktorunun 28.07.2021-ci il tarixli, 136 K №-li əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq rəhbərliklə və Ramidə xanımla münasibətlərinin yaxşı olduğunu, izahatı özünün yazdığını, yazanda cavabdeh tərəfindən iddiaçıya onun xeyrinə olacağının deyilməsini, 10 dəqiqə sonra iddiaçıya Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 qızı məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçının əmək müqaviləsinin şərtlərini pozması, həmçinin işçilərin ərizədə göstərdikləri halların öz əksini tapması faktlarla sübuta yetirilmişdir. Bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.09.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə verdiyi izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh ASC-nin "xxxx" MMC-nin Göyçay Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun rəhbəri olub və işlədiyi müddətdə öz tabeçiliyində olan işçilərdən müxtəlif bəhanələrlə pul tələb edib.Tabeçiliyində olan çilingərlər özləri ərizə yazıb Cavabdeh ASC-yə göndəriblər. Ərizə ordan onların idarəsinə daxil olmuşdur. X17 İdarəsinin yerində araşdırma aparılması üçün direktor onu və direktor müavinini Göyçaya ezam etmiş, onlar da Göyçaya getmişlər. Göyçayda işçilər ərizələrində yazdıqlarını yenə təsdiq etmiş, bununla bağlı çəkmiş olduqları videogörüntüləri, səsyazılarını onlara təqdim etmişlər. Hansı ki, həmin videogörüntülər və səs yazıları Fazil müəllimin işçilərdən pul tələb etdiyini və aldığını təsdiq edirdi. Sonra onlar Fazil müəllimi həmkarlar iclasına dəvət etmişlər və orda deyilənləri təsdiq etmişdir. Cavabdehin nümayəndəsi əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsinə etirazılarının əsasları-iddiaçının özünün izahatı, işçilərin şikayət ərizəsi, yerində xidməti araşdırma və həmkarlar ittifaqının iclasında verilən suallara verdiyi cavablardır. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, bu faktla bağlı Korrupsiyaya müraciət etmək istəməyiblər, çünki Fazil müəllim uzun müddət onların işçisi olub və münasibətləri yaxşı olub. İddiaçının nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, işdən çıxarılma barədə verilən əmr Əmək Məcəlləsinə uyğun tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X13 məhkəməyə verdiyi ifadəsində Göyçay rayon Sukanal sahəsinin təmirçi-çilingəri kimi işlədiyini, Fazil müəllimin isə onların nəzarət qrupunun rəhbəri olmasını, Fazil müəllimin öz otağı üçün onlara Tefal çaynik aldırdığını, kondisioneri düzətdirmək üçün də onlardan pul yığdığını, tez-tez onlardan pomidor xiyar, qoz gətirmələrini istədiyini, hər maaş aldıqlarında da 5-10 manat pul yığdığını, həftədə bir dəfə iş günü olduğunu, rəhbərliyin adından onlara hər gün gəlməli olduqlarını dediyini, istədiklərini almadıqda hər həftə işə gəlmələrini tələb etdiyini bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, ərizəni bir nəfər yazmış, o da tam mətnini oxuyaraq imzalamışdır. Kondisioner üçün pulu isə Fazil müəllimin şəxsən ondan isədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 məhkəməyə verdiyi ifadəsində Göyçay rayon Sukanal sahəsinin təmirçi-çilingəri kimi işlədiyini, Fazil müəllimin isə onların nəzarət qrupunun rəhbəri olmasını, Fazil müəllimin hər maaş aldıqlarında kağız almaq adına 10-15 manat pul yığdığını, dəfələrlə onlardan meyvə-tərəvəz istədiyni, bir dəfə onlara çaynik aldırdığını, dəfələrlə meyvə aldırdığını bildirmişdir. Qeyd etmişdir ki, o İlham müəllimdən uzaq yoldan gəldiyi üçün həftədə bir dəfə gəlməsini xahiş etmiş, Fazil müəllim isə həftədə 2-3 dəfə gəlməli olduğunu bildirmişdir. Əlavə olaraq kondisionerin təmiri üçün pulu iddiaçının özünün istədiyini, həmin vaxt məzuniyyətdə olduğunu, vatsap qrupunda iş yoldaşlarının Fazil müəllimim kondisoner üçün pul yığmağı tələb etməsi barədə səs atdıqlarını, onun da gedib pulu verdiyini, bütün olanlardan bezdikləri üçün iş yoldaşları ilə ərizə yazmaq barədə razılaşdıqlarını, ərizəni özünü yazdığını, hər kəsin də imzaladığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən X9 məhkəməyə verdiyi ifadəsində Göyçay rayon Sukanal sahəsinin təmirçi-çilingəri kimi işlədiyini, Fazil müəllimin isə onların nəzarət qrupunun rəhbəri olmasını, onu çox incitdiyini, meyvə, tərəvəz, lobya tələb etdiyini, kağız üçün də pul yığdığını, ayda 130 manat maaş aldığını, bir dəfə Fazil müəllimin ondan 7-8 kq qoz istədiyini, 60 manat verib onun üçün 7 kilo qoz aldığını, onlardan hər həftə həftədə 2-3 dəfə işə gəlmələrini tələb etidiyini, İlham müəllimin işçiləri incitmə tapşırığından sonra onun arxasınca onu söydüyünu bildirmiş və bu səbəbdən də işçilərrin ondan qorxduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X12 məhkəməyə verdiyi ifadəsində Göyçay rayon Sukanal sahəsinin təmirçi-çilingəri kimi işlədiyini, Fazil müəllimin isə onların nəzarət qrupunun rəhbəri olmasını, işə başladığı ilk iki həftə onlarla münasibətinin yaxşı olduğunu, sonradan hər birindən meyvə-nar, armud, xiyar pomidor, qoz, fındıq istədiyini, maaş aldıqları zaman iddiaçının kağız almaq üçün, tefal çaynik almaq üçün hər birindən hər dəfəsində 5-10-15 manat məbləğində pul yığdığını, hətta otağındakı kondisioneri düzəltdirmək üçün də onlardan pul yığdığını bildirmişdir. İş materiallarında olan Azərsu ASC-nin Birləşmiş Sukanal MMC ilə İddiaçı arasında bağlanmış 962 saylı 25.10.2019-cu il tarixli əmək müqaviləsinə əsasən müəyyən olunur ki, Azərsu ASC Birləşmiş Sukanal MMC ilə İddiaçı arasında 25.10.2019-cu il tarixdən 25.01.2020ci il tarixədək 3(üç) ay müddətinə əmək müqaviləsi bağlanmışdır, işçi Azərsu ASC-nin Birləşmiş Sukanal MMC-nin Göyçay Sukanal sahəsinin İstismarının təşkili və idarə edilməsinə nəzarət qrupuna 12-ci dərəcə ilə mühəndis qrup rəhbəri peşəsinə işə qəbul edilmişdir, aylıq əmək haqqı 895 manatdır. İş materiallarında olan Əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki, İddiaçı 25.10.2019-cu il tarixdə Azərsu ASC-nin Birləşmiş Sukanal MMC-nin Göyçay Sukanal sahəsinin İstismarının təşkili və idarə edilməsinə nəzarət qrupuna 12-ci dərəcə ilə mühəndis qrup rəhbəri peşəsinə işə qəbul edilmiş və 28.07.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmk Məcəlləsinin 70-ci maddəsinin ç-bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan Azərsu ASC-nin Birləşmiş Sukanal MMC-nin Göyçay Sukanal sahəsinin İstismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun çilingərləri tərəfindən təqdim olunmuş ərizdən görünür ki, Ü.Rəhimov, İ.Kərimov, N.Əhmədov, M.Məmmədov, N.Abbasov, S.Eyyubov, A.Cəlilov, H.İsmayılov, R.Mehdiyev ərizə yazaraq bildimişlər ki, havaların isti keçməsi ilə əlaqədar olaraq onlar hər gün verilən qrafikə əsasən əhalinin içməli suya olan tələbatını ödəmək məqsədilə öhdələrinə düşən vəzifəni yerinə yetirmək və əhalinin narazı qalmaması üçün xidməti ərazilərindən çıxmırlar. X20 Kanal İdarəsinin istismarın təşkili və nəzarət qrup rəhbəri İddiaçı onlara israrla bildirir ki, onlar hər gün saat 9:00-da idarəyə gəlməlidirlər. Ancaq onlar Fazil müəllimə bildirmişlər ki, hər gün kənddən 30-35 km məsafəni gəlib-getmək çətinlik törədirvə 0,5 ştatla aldıqları maaş yola sərf olunur. Onları işə götürərkən məlumatlandırılıblar ki, onlar həftənin 5 iş gününün sonuncu gnüdə idarəyə gəlib, gördükləri işlə barədə məlumat verməli tabelə qol çəkməlidirlər. Bu şəxsin məqsədi işin normal təşkili deyil öz şəxsi maraqlarının təmin edillməsidir. İddiaçı onlardan tələb edir ki: “Ya siz gündəlik idarəyə gəlməli, ya da yola xərclənəcək pulu mənə verməlisiniz. Əhalinin su ilə təminatı məni maraqlandırmır.Mənim aylığım və gündəlik tələbatım sizlər tərəfindən ödənilməlidir.” Onlar da kənddə yaşadıqları üçün bildirmişlər ki, ona kənd payı gətirə bilərlər. İddiaçı bununla da razılaşmamış, bildirmişdir ki, əhalidən pul toplayıb ona gətirsinlər. Bu işi bacarmayan işçilər ona lazım deyil. Aldıqları məvacibin bir hissəsini rüşvət kimi onlardan tələb edir. Bu faktın sübutu kimi əllərində fotoşəkillər və videoyazılar var. Fazil müəllim açıq bəyan edir ki, şəhid və qazi ailələri onun üçün maraqlı deyil. Onun ailəsinin bütün tələbatını onlar təmin etməlidirlər. Fazil müəllim açıq-açığa bildirir ki, Ağdaş rayonunda işləyəndə maşınının təkərindən belə işçilərə aldırmışdır. İndi də onlardan tələb edir ki, otağındakı kondisionerin təmiri üçün 280 manat pula ehtiyac var. Onlar isə bildirmişlər ki, onların kondisioner təmir etməyə gücü çatmır. O isə yenə həmişəki kimi onlardan təkidlə pulun iyun ayının əmək haqqını aldıqdan sonra yığılıb onun otağındakı seyfə qoyulmasını tələb etmişdir. Onlar da topladıqları pulu apararaq syfə qoymuşlar. Qeyd edilənlər hamısı onlarda video və səsyazısı şəklində mövcuddur. Bu şəxs bir dəfə də olsun xidməti ərazilərdə olmayıb, kəndlərdə baş verən qəzalardan xəbərsizdir. İş materiallarında olan direktor müavini Vəfa Qəyyumov tərəfindən təqdim olunmuş xidməti məlumatdan görünür ki, Vəfa Qəyyumov bildirmişdir ki, o, MMC-yə daxil olan 15.07.2021 -d ii tarixli, kol-130 saylı müraciətin, 24.06.2021-ci il tarixli, 285 saylı, 30.06.2021-ci il tarixli, 299 saylı xidməti yazıların araşdırılması məqsədilə 15-16 iyul tarixlərində energetik Adil Nesibov, hüquq məsləhətçisi Ramidə Məhərrəmova ilə birlikdə Göyçay sukanal sahəsində ezamiyyətdə oldular. 15.07.2021-ci il tarixli, kol-130 saylı müraciətin araşdırılması ilə əlaqədar istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis-qrup rəhbəri İddiaçı və istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun təmirçi çilingərləri sahəyə dəvət olundular. Xidməti araşdırma sahə rəisi İ.Kərimov, energetik A.Nəsibov, hüquq məsləhətçisi R.Məhərrəmovanın iştirakı ilə aparıldı. Müraciətin məzmunu tərəflərin nəzərinə çatdırılaraq gəlişilərini səbəbi bildirilib və müraciətə uyğun şifahi izahat vermələri xahiş olundu. Təmirçi çilingərlər müraciətdə yazdığı faktları F Əbdürəhimovun iştirakı ilə bir daha təsdiq ediblər və daha aqressiv fikir bildirərək bu hallara son qoyulmasını xahiş ediblər. İddiaçı onun barəsində səslənən faktlara aydınlıq gətirərək tabeçiliyində olan təmirçi çilingərlər tərəfindən 50 manat dəyərində bır ədəd tefal alındığını, 12 manat dəyərində istifadə üçün kağız alındığını və xidməti otağında olan kondinsonerin təmiri üçün miqdarını qeyd etmədiyi məbləğdə pulun yığıldığını lakin, işçilərdən idarəyə gəlmədikləri üçün pul almadığını bildirdi. Təmirçi çilingərlər isə bütün bu məqsədlər üçün İddiaçı tərəfindən hər ay maaşlarının yarısının tələb olunduğunu iddia etdilər. Bundan əlavə telefon danışıqlarının, video görüntülərin olduğunu bildirdilər. İddiaçı iştirakı ilə səs yazıları dinlənildi və video görüntülərə baxıidı. Bunun qarşılığında İddiaçı izahat istənildi. İddiaçı faktları təsdiq etdi lakin, bütün bunların çilingərlər tərəfindən könüllü edildiyini bildirdi. Hüquq məsləhətçisi R.Məhərrəmova İddiaçı məsələyə hər hansı fikir bildirməyindən asılı olmayaraq fakt təsdiqini tapdığını və onun əməllərində cinayət tərkibinin olduğuna izah verdi hətta Prokurorluq orqanları tərəfindən araşdırmalı olduğunu da bir daha diqqətinə çatdırdı. 24.06.2021-ci il tarixli, 285 saylı xidməti məlumatın araşdırılması ilə əlaqədar energetik A.Nəsibov şifahi izahat verdi. İddiaçı isə faktı təsdiq etmədi. Faktı təsdiq etməməyinə baxmayaraq enegetik A.Nəsibov fakt üzrə əsaslandırıcı fikirlər səsləndirdi və İddiaçı təkzibinə baxmayaraq fakt təsdiqini tapdı. 30.06.2021-ci il tarixli 299 saylı xidməti yazının araşdırılması ilə əlaqədar sahə rəisi İ.Kərimovdan məlumat istənildi. İ.Kərimov isə 3 aydır yanacağın hesabatının verilməməsinə müxtəlif bəhanələr gətirərək əsaslı bir səbəb göstərə bilmədi. Bunun çox ciddi nöqsan olduğu sahə rəisi İ.Kərimovun diqqətinə çatdırıldı və 2 (iki) iş günü müddətində hesabatın verilməsi tələb olundu.Sahə rəisinin vəzifə təlimatlarına düzgün əməl etməsini, rəhbərin tapşırığını yerinə yetirməyərək hesabatı 2 iş günü müddətində verməyəcəkləri təqdirdə məsui şəxiər barəsində ciddi intizam tənbehi tətbiq olunacağı bildirildi. Bütün bu məsələlərlə bağlı İddiaçı yazılı izahatları alındı. Yazılı izahatlarını şifahi verdiyi izahatlara uyğun yazdı. Yazılı izahatiar əlavə olunur. Bunlardan əlavə sahənin idarəçiliyində böyük problemlərin olduğunun şahidi olduq. Belə ki, araşdırma zamanı işçilərin yanında sahə rəisi İ.Kərimov İddiaçı intizam qaydalarını kobud şəkildə pozaraq qeyri etik ifadələrdən istifadə edirdilər. Digər işçilər isə onların bu hərəkətlərindən narazılıqlar etdilər. Araşdırmanın sonunda rəhbər işçilərə işlərində dönüş yaratmaqla nöqsanların tez bir zamanda aradan qaldırılmasına, vəzifə təlimatlarına uyğun əmək funksiyalarının yerinə yetirməsinə dair ciddi tapşırıqlar verildi. Təmirçi çilingərlərə vəzifə təlimatlarına uyğun işlərinin düzgün yerinə yetirilməsinə dair tövsiyyələr verildi və belə bır halın aşkar oluncağı təqdirdə onların özləri barədə tədbir görüləcəyini bildirildi. Təmirçi çilingərlərə bu gündən sonra heç bir rəhbər işçiyə pul və digər formada hər hansı bir məbləğin verilməməs qəti tapşırıldı. Hər hansı problemlə qarşılağdıqları halda isə yuxan rəhbərliyə müraciət etmək hüquqlarının olduqları barədə maarifləndirildilər. Göstərilənlərə əsasən istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis-qrup rəhbəri İddiaçı barəsində müvafiq tədbirin görülməsinə dair göstəriş verməyinizi Sizdən xahiş edilmişdir. İş materiallarında olan Birləşmiş Sukanal MMC-nin direktoru Azərsu ASC-nin X6 Komitəsinin sədri Cabir Rüstəmova ünvanladığı 26.07.2021-ci il tarixli işçinin əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi haqqında sorğuda qeyd edilmişdir ki, Birləşmiş Sukanal MMC-nin direktor müavini Vəfa Qəyyumovun 22.07.2021-ci il tarixli 356 nömrəli xidməti yazısına əsasən Göyçay Sukanal sahəsinin İstismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis qrup rəhbəri İddiaçı işində bir sıra nöqsanlara yol vermişdir. Bununla bağlı Göyçay sukanal sahəsində iclas keçirilmiş, İddiaçı izahatları alınmışdır. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç-bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə ləğv edilməsinə dair qərar qəbul edilməsinə münasibət bildirilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Su X2 İttifaqı X6 Komitəsinin sədri Cabir Rüstəmov tərəfindən Birləşmiş Sukanal MMC-nin direktoru Tural Abbasova ünvanladığı 27.07.2021-ci il tarixli məktuba əsasən müəyyən olunur ki, Tural Abbasov tərəfindən ünvanlanmış 26.07.2021-ci il tarixli məktub X6 Komitəsinə daxil olmuş və araşdırılaraq rəyasət heyətinin müzakirəsinə çıxarılmışdır. Araşdırma zamanı məktuba əlavə olunmuş xidməti məlumatlarda göstərilən nöqsanlar öz təsdiqini tapmışdır. Bununla əlaqədar olaraq aidiyyatı üzrə işçi RHİK-ə dəvət olunmuş və bu məsələlərə aydınlıq gətirilmişdir. Belə ki, Göyçay sukanal sahəsinin İstismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis qrup rəhbəri İddiaçı xidməti məlumatlarda göstərilən faktları təsdiqlənmişdir. İş materiallarında olan 27.07.2021-ci il tarixli X3 65 saylı protokola əsasən müəyyən olunur ki, Göyçay sukanal sahəsinin İstismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis qrup rəhbəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç-bəndinə əsasən işdən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan “Əmək müqaviləsinin ləğv edilməsi haqında” 28.07.2021-ci il tarixli 136-K nömrəli əmrə əsasən müəyyən olunur ki , İddiaçı- Birləşmiş Sukanal MMC-nin Göyçay sukanal sahəsinin İstismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis qrup rəhbəri ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç-bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) 28.07.2021-ci il tarixdən ləğv edilməsi, 25.10.2020-ci il tarixdən 28.07.2021-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 23 təqvim gününün pul əvəzi ilə ödənilməsi barədə əmr verilmişdir. İş materiallarında olan Azərsu ASC-nin Birləşmiş Sukanal MMC-nin Göyçay sukanal sahəsinin İstismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun təmirçi çilingərləri Ü.Rəhimova və digərlərinə ünvanladığı 29.07.2021-ci il tarilxi məktuba əsasən müəyyən olunur ki, onların Azərsu ASC-nin Birləşmiş Sukanal MMC-yə ünvanladığı 15.07.2021-ci il tarixli müraciətləri MMC-nin aidiyyəti şöbəsi tərəfindən araşdırılmış, araşdırılmanın nəticəsi olaraq qanunsuz hərəkətlərlə bağlı adı çəkilən İddiaçı MMC-nin 28.07.2021-ci il tarixli, 136-K saylı əmrinə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç-bəndi ilə işdən azad edilmişdir. İş materiallarında olan 16.07.2021-ci il tarixdə Fazil Əbdurəhimov tərəfindən verilmiş izahatda İddiaçı bildirmişdir ki, “Yazılan ərizədə təlimata uyğun səhər saat 9-da idarəyə gəlməlidirlər, ancaq işçilər uzaq kəndlərdə yaşadıqları üçün 1-ci və 5-ci günlər gəlirlər. Yazdıqlarına görə işçilər deyirlər ki, onları işə götürəndə deyiblər ki, həftənin sonunda 1 dəfə gəlib qol çəkərsiniz, belə bir təlimat məndə yoxdur və rəhbərlərindən soruşmuşam. Qeyd ediblər ki, mən onlara demişəm ki, yola çəkdiyiniz xərcləri mənə verməlisiniz, mən onlara heç nə deməmişəm və o haqda əgər desəydim o zaman onlar həftədə bir dəfə gələrdilər, mən ona görə onları həftədə 2-3 dəfə idarəyə çağırır ki, həm kənddəki problemləri bir yerdə müzakirə edək. Heç bir işçiyə əhalidən pul yığıb mənə gətirmələrini deməmişəm, özü də necə ola bilər ki, onlar kimdən pul almalıdırlar, bizim bulaqlar ödnişsiz bulaqlardır. Mən onlardan hər hansı rüşvət tələb etməmişəm Guya mən demişəm ki, Ağdaşda işləyəndə maşınımın təkərlərini işçilər alırdı, bu yalan və böhtandır. Yay aylarında xidməti otağımız var isti, qışda isə soyuq olur. İşçilərlə işləri otaqda müzakirə edəndə dedilər ki, çox istidi, dedim ki, Allah qoysa kondisioneri usta ilə danışmışam düzəltdirəcəm. Onlar onda dedilər ki, bizdə ustaya köməklik göstərərik. Sonra mənə dedilər ki, biz ustaya 35 manat köməklik göstərmək istəyirik. Məndə onda onlara dedim ki, bir nəfər saxlasın. Onlar da pulun xərclənməsini bildirib, özlərində qalmasına narazı oldular, pulu gətirib seyfə qoydular. Qeyd etmək istəyirəm ki, yazılanlar qərəzli şəkildə idarə rəhbəri tərəfindən planlaşdırılıbonun işdən çıxarılması üçündür. Mən özüm üçün heç bir şey istəməmişəm ki, sadəcə xidməti otağımda olan kondisionrin təmiri üçün köməkləşiblər, birgə təmir olunmasına görə. Qeyd edilən halın nə qədər özümçün istəməsəm də, düzgün olmadığını anlayıram, bir daha belə bir halın baş verməyəcəyinə söz verirəm. Xahiş edirəm nəzərə alasınız.” Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İddiaçı ilə cavabdeh Azərsu ASC-nin Birləşmiş Sukanal MMC arasında 25.10.2019-cu il tarixdə əmək müqaviləsinin bağlanılması, lakin iddiaçı əmək müqaviləsinin, qanunvericiliyin tələblərini kobud şəkildə pozması və bu səbəbdən işdən azad edilməsi iş materialları, şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materilları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetrilmədiyindən iddia tələbi əsassız hesab edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 47-ci maddəsinin f) bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a) tərəflərdən birinin təşəbüüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək mqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-nin Birləşmiş Sukanal MMC-nin baş direktorunun 28.07.2021-ci il tarixli 136 K №-li əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqı ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-5674/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5674/2021
27.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver