Məhkəmə qərarları › İş №2(004)-57/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-57/2022

07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-57/2022 07.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə İddiaçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutlaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X1 ondan borc pul istəyərək, məşğul olduğu biznes fəaliyyətində şəriklik təklif etsə də də, bu təkliflə razılaşmamışdır. Lakin cavabdeh ondan, 2018-ci ilin oktyabr ayından 2019-cu ilin avqust ayına qədər olan vaxt ərzində 89.000 ABŞ dolları məbləğində borc pul almış və həmin borcdan hissə-hissə olaraq 69.000 ABŞ dolları məbləğində pulu qaytarmış, 20.000 ABŞ dollarını isə 2019-cu ilin oktyabr ayına qədər ödəməyi üzərinə öhdəlik götürmüşdür. Borcun təminatı olaraq mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 577-ci məhəllə, 85 ünvanında yerləşən 5 mərtəbəli binanın zirzəmisindəki 68.7 kv.m qeyri-yaşayış sahəsinin şəhadətnaməsini ona təqdim etmişdir. Lakin həmin tarixdən sonra müxtəlif bəhanələr ilə borcunu ödəməkdən yayınmışdır. Uzun müddət keçməsinə baxmayaraq o, hələ də borcunu qaytarmamışdır. Cavabdeh X1 ilə aralarında yazılı formada bağlanmış borc müqaviləsi olmasa da, cavabdehin 20.000 ABŞ dolları borcunun olmasını etiraf etdiyi videogörüntülər mövcuddur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iş materiallarına əlavə edilmiş fləş kartda da cavabdeh ondan 20.000 ABŞ dolları pul aldığını bildirmiş və əgər borcunu ödəməzsə daşınmaz əmlakını sataraq borcunu ödəyəcəyini demişdir. Bu işlə bağlı qiyabi qətnamə qəbul edilmiş, icraya yönəldilmiş, cavabdeh icra qurumunda da borcunun olduğunu qəbul etmişdir. Daha sonra qiyabi qətnamənin ləğv edilməsi ilə bağlı müraciət etmiş, lakin məhkəmə iclaslarına gəlməmişdir. İş materiallarına əlavə edilmiş fləşkartda olan video görüntüyə baxış keçirilərkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh X1 İddiaçı 20.000 ABŞ dolları borc aldığını, bir ay ərzində həmin borcu qaytarcağını, qaytarmayacağı halda isə ona məxsus daşınmaz əmlakı sataraq borcunu ödəyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş, cavabdeh tərəfindən Yasamal Rayon İcra Şöbəsində verilmiş izahatdan görünür ki, X2 icra sənədi üzrə tələbi bu günədək yerinə yetirməməsinin səbəbi kimi maddi imkanının olmamasını göstərmiş, əmlakını satışa qoyduğunu və borcunu qısa müddət ərzində ödəməyə çalışacağını bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib,iş materillarını və icra işini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında şifahi razılaşmaya əsasən cavabdeh X1 İddiaçı 20000 ABŞ dollarını 1 ay ərzində qaytarmağı öhdəsinə götürsə də, üzərinə düşən öhdəliyi pozmuş, bu günə kimi borc məbləğini qaytarmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh iş üzrə qəbul edilmiş qiyabi qətnamənin ləğvi barədə ərizə vermiş, qiyabi qətnamə ləğv edilmiş, lakin cavabdeh yenə də məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsində qeyd olunmuş,həmçinin məhkəmə baxışında tədqiq olunmuş halları təkzib edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa icra işindən də görünür ki, Cavabdeh icra qurumunda izahat verərək maddi vəziyyəti çıətin olduğu üçün borcunu pdəyə bilmədiyini, ona məxsus daşınmaz əmlakını satışa çıxardığını və borcunu qısa müddət ərzində ödəməyə çalışacağını bildirmişdir. Məhkəmə hesab edir ki, pul məbləği ödənilmədiyindən iddia tələbi təmin edilməli, cavabdehdən 20000 ABŞ dolları məbləğində pul tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 20000 (iyirmi min) ABŞ dolları (ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla) məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar