Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5704/2023 21.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 500 manat məbləğində əsassız varlanma nəticəsində əldə edilmiş pulun və 30 manat dövlət rüsumunun - cəmi 530 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsalandırılmışdır ki, cari ilin avqust ayında iddiaçı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən "Çinar-AN” MTK-ya məxsus 16 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində 3 otaqlı 79 nömrəli mənzilin satılması haqqında bir elana rast gəlmiş, həmin mənzil ilə maraqlanaraq elanda nömrəsi qeyd olunan şəxsə - Cavabdeh zəng etmiş və mənizlə baxmaq istədiyini bildirmişdir. O, xx.xx.2023-cü il tarixində mənzilə baxmaq üçün qeyd olunan ünvana getmiş və mənzilə ilkin baxış keçirmiş, həmin gün cavabdehlə hər hansı müqavilə olmadan Məsud Davudoğlu küçəsində yerləşən bir ödəmə terminalından onun 4169 7388 52023 8301 nömrəli bank kartına 500 manat məbləğində pul göndərmiş, növbəti gün, xx.xx.2023-cü il tarixində "My dom” daşınmaz əmlak agentliyində cavabdehlə yazılı beh müqaviləsi bağlayaraq ona 100 manat məbləğində pul ödəmişdir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında imzalanmış beh müqaviləsindən əlavə, ona 500 manat məbləğində pul ödəmişdir. Mənzilin alğı-satqısı baş tutmamış, bu səbəbdən o, beh müqaviləsində nəzərdə tutulan 100 manat pulu cavabdehdən tələb etməmiş, lakin ona beh müqaviləsindən əlavə ödədiyi 500 manat pulu ondan tələb etmişdir. Dələlərlə tələb etməyinə baxmayaraq, cavabdeh borcunu qaytarmaqdan yayınmışdır. Cavabdeh öz borcunu yalnız mənzili satdıqdan sonra ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək, izahatında göstərmişdir ki, iddiaçı tərəfindən həqiqətən də ona behdən əlavə olaraq mənzilin alınması üçün 500 manat məbləğində pul verilmişdir. Cavabdeh həmin vəsaiti iddiaçıya mənzil satıldıqdan sonra ödəyəcəkdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Tətbiq edilən hüquq : Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə tədqiq olunmuş sübutlarla iddiaçı tərəfindən cavabdehə beh müqaviləsində nəzərdə tutulan 100 manat puldan əlavə 500 manat pul ödənildiyi, həmin pulun cavabdeh tərəfindən geri qaytarılmaması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdehdən 500 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-5704/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5704/2023
21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver