Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5706/2022 07.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Ərizəçi, maraq şəxs Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinin 1 saylı Dost Mərkəzinin nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinin 1 saylı Dost Mərkəzinə qarşı hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinin 1 saylı Dost Mərkəzinə qarşı hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1985-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Məişət Texnikası Təmiri İdarəsinində böyük əmtəəşünas vəzifəsindən azad olunması faktının təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 8 yanvar 1957-cı ildə Azərbaycan SSR Şəki şəhərində anadan olmuşdur. 1981-ci ildə 8 illik natamam təhsili bitirdikdən sonra həmin ildə Bakı Rabitə Elekto-texnikumuna qəbul olumuş və 1975-ci ildə həmin texnikumu bitirmişdir. Oxuduğu müddət ərzində 1972-ci ilin fevral ayında Bakı şəhər Radio-televizor atelyesinin 9 saylı filyalında şagird kimi çalışmışdır. 11 noyabr 1972-ci ildə əyani təhsil almağının səbəbindən çalışdığı yerdən ayrılmışdır. 2 avqust 1974-cü ildə Qarabağ Melarasiya Tikinti müəssəsinin 13 saylı Səyyar Mexanikiləşdırilmış dəstəsində (PMK-13) fəhlə kimi işə başlamışdır. 20 iyun 1975-ci ildə öz xahişi ilə işdən azad olmuşdur. 26 iyul 1975-ci ildə Şəki şəhər Suvarma Sistemləri İdarəsinə İİİ dərəcəli fəhlə kimi işə qəbul olmuş və 25 noyabr 1976-cı il tarixində təhsili ilə əlaqəli işdən azad olmuşdur. 8 dekabr 1976-cı ildə Dadaş Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnistutunun indiki Azərbaycan Dövlət İqtisad Universitetinin hazırlıq bölməsinin əyani şöbəsinə dinləyici qeydiyyatını alınmışdır. 14 iyul 1977-ci il tarixində həmin inistitun əyani şöbəsinin X1 və İqtisadiyyatı fakültəsinə qəbul olmuşdur. 19 fevral 1979-cu ildə ailə məsələləri ilə bağlı İİ kursdan axşam şöbəsinə keçmişdir. 15 mart 1979-cu ildə Azərbaycan Respublikası Məişət Texnikası Təmiri İdarəsinin mərkəzi buxalteriyasına buxalter vəzifəsinə qəbul olmuşdur. 30 mart 1975-cı ildə həmin müəssisənin Maddi X8 ekspeditor, 22 sentyabr 1980-ci ildə isə mütəxəssis çatışmamazlığı səbəbindən həmin müəssənin Səs Yazma studiyasının operator vəzifəsinə keçirilmişdir. 22 noyabr 1980-ci ildə Bakı şəhər X4 8 №-li K.P.P sifarişlərin qəbulu, 10 sentyabr tarixində isə X8 böyük əmtəəşünas vəzifəsinə keçmişdir. 25 oktyabr 1985-ci ildə X18 Xidməti Avadanlıqların Təmiri zavoduna böyük əmtəəşünas vəzifəsinə göndərilmiş, lakin yolun uzaq olması səbəbindən öz xahişi ilə işdən azad olmuşdur. Qeyd edir ki, işlədiyi müddət ərzində yaxşı işçi olduğuna görə Azərbaycan Respublikası Məişət Texnikası İdarəsinin təşəkkürnaməsini almışdır. 15 mart 1978-ci il tarixindən 25 oktyabr 1985-ci il tarixinədək olan bütün əmək fəaliyyəti əmək kitabçasında qeyd olunmuşdur Qeyd etmək istərdi ki, əmək kitabçasının dolması səbəbindən əmək kitabçasına əlavə içlik yazılmışdı. Həmin içlikdə Azərbaycan Respublikası Məişət Texnikası Təmiri İdarəsinin işdən azad olma əmri və növbəti illərdə olan əmək fəaliyyətimin məlumatları qeyd edilmişdir. Yaşayış yerinin dəyişdiyi müddətdə əmək kitabçasının əlavə içliyi itirmiş, Azərbaycan Respublikası Məişət Texnikası Təmiri İdarəsinin işdən azad olunma əmri içlikdə qeyd edildiyindən həmin müəssisə üzrə olan stajı nəzərə alınmır. Halhazırda Azərbaycan Respublikası Məişət Texnikası Təmiri İdarəsi fəaliyyət göstərmədiyindən işdən çıxmağı barədə əmrini əmək kitabçasına yenidən qeyd olunmasını təmin edə bilmir. İşlədiyi müddətdə sosial sığorta ödənişlərinin tutulmasını guman edərək müvafiq çıxarış almaq üçün Əmək və X11 Nazirliyinin 1 saylı DOST Mərkəzinə müraciət etsə də, müsbət cavab ala bilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət edərək işlədiyi müəssisə tərəfindən arxivə verilən şəxsi işində olan işdən çıxarılma əmrinin surətinin əldə olunmasına cəht etmiş, lakin onlar da işlədiyi Azərbaycan Respublikası Məişət Texnikası Təmiri İdarəsinin heç bir sənədinin arxivə təhvil verilmədiyini ona həm şifahi həm də yazılı şəkildə bildirmişlər. Azərbaycan Respublikası Məişət Texnikası Təmiri İdarəsinində böyük əmtəəşünas vəzifəsində işləməyi faktı əmtəəşünas kimi təcrübəli olduğunun təsdiq olunması və başqa bir müəssədə peşəkar təcrübəli əmtəəşünas kimi işə düzəlməyi üçün ona vacibdir. Qeyd etmək istəyir ki, onunla həmin müddətdə eyni müsəssisədə çalışan keçmiş iş yoldaşları şahid qismində iştirak edə bilərlər. Həmin şəxslər Azərbaycan Respublikası vətəndaşıdırlar və hal-hazırda Bakı şəhərində yaşayırlar. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraq şəxs Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinin 1 saylı Dost Mərkəzinin nümayəndəsi X10 ərizə ilə bağlı bildirdi ki, ərizəçinin tələbi Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinin 1 saylı Dost Mərkəzinin sələhiyyətləri çərçivəsində olmadığından iş üzrə maraqlı şəxs qismində Dövlət Sosial Müdafiə Fondu cəlb olunmalı, ərizəçinin razılığı ilə işə Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinin 1 saylı Dost Mərkəzinin aid olduğu hissədə xitam olunmalıdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, özü ali təhsilli, ailəlidir, hal-hazırda yəhudi icmasında işləyir. Ərizəçini də tanıyır. O, 1982-ci ildə Azərbaycan Respublikası Məişət Texnikası Təmiri İdarəsinə işləməyə gələndə ərizəçi artıq orada işləyirdi. Ərizəçi vəzifəsi böyük əmtəəşünas idi. O, həmin müəssisədən 1987-ci ildə işdən çıxanda ərizəçi də artıq orada işləmirdi. Ayı dəqiq yadında olmasa da ərizəçinin 1985-ci ildə işdən çıxması yadımdadır. Odur ki, Ərizəçi 1985-ci ildən Azərbaycan Respublikası Məişət Texnikası Təmiri İdarəsinində böyük əmtəəşünas vəzifəsindən azad olunması faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, o, halhazırda heç bir yerdə işləmir və təqaüdçüdür. Ərizəçini uzun müddətdir ki, tanıyır. Belə ki, o, Azərbaycan Respublikası Məişət Texnikası Təmiri İdarəsində xx.xx.1976-cı ildən işləməyə başlamışdır. Ərizəçi da, onunla həmin idarədə işləmiş və 1985-ci ilin axırlarında işdən çıxmışdı. O, isə 1992-ci ilədək həmin idarədə işləmişdir. Ərizəçi 1985-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Məişət Texnikası Təmiri İdarəsinində böyük əmtəəşünas vəzifəsindən azad olunması faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, o, ərizəçini şəxsən tanıyır. Belə ki, o, Azərbaycan Respublikası Məişət Texnikası Təmiri İdarəsinə 1980-ci ildə ixtisasçı kimi təyinatla işləməyə balamışdır. O dövrdə ictimai işlərlə aktiv məşğul olmuşdur. O, sözü gedən idarədə işləməyə gələndə ərizəçi artıq həmin idarədə işləyirdi. Səhv etmirsə 1983-cü ildə idarənin adı dəyişmiş və 1985-ci ildə zavod başqa ünvana köçmüşdür. Ele ərizəçi də, 1985-ci il tarixdən həmin idarədən işdən çıxmışdır. O, özü həmin iş yerindən 1990-ci il tarixində ayrılmışdır. Ərizəçi 1985-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Məişət Texnikası Təmiri İdarəsinində böyük əmtəəşünas vəzifəsindən azad olunması faktını təsdiq edir. İş materiallarında olan: 1 saylı Bakı DOST Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Alızade Chıngızın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, sorğuda qeyd olunan ləğv olunmuş Azərbaycan SSR Əhaliyə Məişət Xidməti Nazirliyinin (Azərməişəttəmirtexnika) Respublika İdarəsinin arxiv sənədləri mühafizə üçün Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X3 və Koordinasiya Mərkəzi” X16 müraciət etməyi məsləhət görülmüşdür. “X3 və Koordinasiya Mərkəzi” X14 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Radio-Televiziya atelyesinin və keçmiş Əhaliyə Məişət Xidməti Nazirliyinin “Azərməişəttexnikatəmiri” İdarəsinin radio- televiziya avadanlığının təmiri bölməsinin arxiv sənədləri Mərkəzin arxivində saxlanılmadığına görə, Ərizəçi əməkhaqqı və əmək fəaliyyəti barədə arxiv arayışlarının verilməsi mümkün deyildir. Əmək kitabçasının surətindən görünür ki, Ərizəçi 1985-ci ilin oktyabr ayının 25-də Məişət Texnikası Təmiri İdarəsində böyük əmtəəşünas vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi 1985-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Məişət Texnikası Təmiri İdarəsində böyük əmtəəşünas vəzifəsindən azad olunması faktı iş materialları və şahid ifadəsi ilə təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 1985-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Məişət Texnikası Təmiri İdarəsində böyük əmtəəşünas vəzifəsindən azad olunması (işdən çıxması) faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 1985-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Məişət Texnikası Təmiri İdarəsində böyük əmtəəşünas vəzifəsindən azad olunması (işdən çıxması) faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5706/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5706/2022
07.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver