Məhkəmə qərarları › İş №2(004)-5726/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5726/2025

14.01.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5726/2025 14.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Elm Və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbi və Azərbaycan Respublikasının Elm Və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil X6rşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60 yaş və yuxarı olan şəxslərin sertifikatlaşdırma imtahanında iştirakının könüllü olması əsas götürülərək, məcburi sertifikatlaşdırma imtahanında iştirak etməməyi barədə qərarı nəzərə alaraq xx.xx.2025-ci il tarixli işdən azad etmə əmrinin ləğv edilməsini, işə bərpa edilməsi barədə qərar qəbul edilməsini və mediasiya ilə bağlı ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə qərar verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 Bakı şəhəri, Yasamal rayonu Aslan Ağaverdiyev adına 31 saylı orta məktəbində ingilis dili üzrə müəllim vəzifəsində çalışırdı. İşlədiyi müddətdə heç bir əmək intizam qaydalarını pozmamış, həmişə yaxşı işçilər sırasında olmuş, öhdəsinə düşən işi vaxtında və layiqincə yerinə yetirmiş, kollektiv arasında özünə görə hörməti olmuşdur. 2024-cü ilin iyun ayında səhhətində ciddi problemlər yaranmışdır. Nəfəs ala bilmir, gecələr ürək döyüntüsü və boğulmalar olurdu. Belə ki, 2024-cü ilin iyun ayında səhhəti ilə əlaqədar həkimə müraciət etmiş və həkim onu müayinə edəndən sonra bildirdi ki, belə vəziyyətdə işə gedə bilməz. Həkim ona xəstəlik vərəqəsi açdırdı (Əmək qabiliyyətinin olmaması vərəqəsi qoşmaya əlavə olunur). Ürəyində aritmiya aşkarlanmışdır. Ciddi müalicə olunması barədə müalicə yazıldı. Onu da qeyd edir ki, o, zob xəstəliyindən əziyyət çəkir və bundan əlavə səhhətində problemləri var (Müayinə protokolu qoşmaya əlavə olunur). Səhhətində ciddi problemlər olduğuna görə 2024-cü ilin iyun aynın 24-də sertifikatlaşdırması imtahanında iştirak edə bilməmişdir. Bu barədə məktəbin direktoru Rəsulova Zülfiyə xanıma bildirmiş və eləcə də xəstəlik sənədlərini də təqdim etmişdir. 2025-ci ilin fevral ayında məktəbin direktoru Rəsulova Zülfiyə ona bildirmişdir ki, peşəkarlıq və peşə yararlılıqlarının yoxlanılması məqsədilə sertifikatlaşdırmadan keçməlidir. O, məktəbin direktoruna bildirmişdir ki, 2024-cü ilin noyabr ayının 4-də 60 yaşı tamam olub. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarının 1.5 bəndinə əsasən 60 və daha yuxan yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Lakin, məktəbin direktoru Rəsulova Zülfiyə mənə qarşı açıq şəkildə qərəzli münasibət nümayiş etdirərək bildirdi ki, “Mən artıq Təhsil Nazirliyinə sizin barədə məlumat vermişəm ki, siz imtahana gedəsiniz. Əgər Siz imtahan getməsəniz Sizi işdən azad edəcəyəm” - deyə bildirmişdir. Bu ifadə həm sağlamlıq vəziyyətinə, həm də qanuni hüquqlarına qarşı təzyiq xarakteri daşıyır və ona psixoloji zərbə vurmuşdur. Bu isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16 və 17-ci maddələrində təsbit olunmuş bərabərlik, ayrı-seçkiliyin yolverilməzliyi və psixoloji təzyiqin qadağan olunması tələblərinin pozuntusu hesab olunur. Sağlamlıq səbəbi ilə imtahana qatılmamaq hüququ tibbi arayış əsasında qorunur. Lakin direktor Zülfiyə Rəsulova tərəfindən ona qarşı qanunsuz və qərəzli yanaşma nümayiş etdirilmiş, bu isə əmək hüquqlarının pozulması ilə nəticələnmişdir. Bununla bağlı o, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə rəsmi ərizə ilə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarının 1.5-ci bəndinə əsasən, 60 və daha yuxarı yaşda olan şəxslər üçün sertifikatlaşdırmada iştirak könüllü xarakter daşıyır. Qeyd olunan qərara əsaslanaraq, 4 noyabr 2024-cü il tarixində 61 yaşının tamam olduğunu nəzərə alınmasını xahiş etmişdir. Lakin ərizəsinə cavab olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadənin xx.xx.2025-ci il tarixli, 3-29-69/2-F-1245-4/2025 nömrəli məktubunda bildirilmişdir ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydalarının 1.2 bəndinə əsasən təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) İldə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2. maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərlə münasibətdə digər dövlət təhsil müəissisələrində) İşləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasıı məqsədi ilə hamin işçilər "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. Həmin maddənin 4-cü bəndinə əsasən "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikarlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu məcəllənin 70-ci maddəsinin "c" bəndinə müvafiq olaraq İşəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. O müşahidə etmişdir ki, təqdim etdiyi ərizədə göstərilən Nazirlər Kabinetinin 155 nömrəli Qərarının 1.5ci bəndi Təhsil Nazirliyinin cavab məktubunda nəzərə alınmamışdır. Həmçinin, müraciətində göstərilən hüquqi arqumentlərə aydın və əsaslı cavab verilmir. Bunun əvəzinə, mövzu ilə birbaşa əlaqəsi olmayan, ərizənin mahiyyətini nəzərə almayan ümumi xarakterli və məzmunca natamam izahat təqdim edilmişdir. Daha sonra məktəbin direktoru tərəfindən dəfələrlə qeyri-qanuni tələblərə məruz qalaraq əmək hüquqlarının pozulduğunu müşahidə etmişdir. Həmçinin, Təhsil Nazirliyinə etdiyi müraciətin cavabında hüquqlarının müdafiəsi ilə bağlı arqumentlərinin nəzərə alınmadığını əsas gətirərək, bu məsələ ilə bağlı şikayət ərizəsini qeydiyyatda olduğu ünvan üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə rəsmi poçt vasitəsilə təqdim etmişdir (məktubun konverti qoşmada təqdim olunur). Lakin Nəsimi Rayon Məhkəməsinin hüquqşünası ərizəsinə baxaraq ona bildirmişdir ki, bu məsələ üzrə baxış Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Bu səbəbdən də, şikayət ərizəsini inzibati Məhkəməsinə ünvanlamışdır. Bu zaman onun şəxsi kabinetinə Azərbaycan Respublikası Təhsil Nazirliyindən bildiriş daxil olmuşdur. Bildirişdə qeyd olunmuşdur ki, o, 2025-ci ilin iyun ayının 20-də sertifikatlaşdırma imtahanında iştirak etməlidir. O, dərhal bir daha rəsmi qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə məktub göndərmişdir. Yazdığı məktubda qeyd edərək, xx.xx.2025-ci il tarixində Yasamal rayon 153 nömrəli tam orta məktəbdə keçiriləcək təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı ilə bağlı göndərilən bildirişə cavab olaraq bildirmişdir ki, 2024-cü ildə 60 yaşını tamamlamış və hazırda 61 yaşdadır. Təkrar sertifikatlaşdırma ilə bağlı yaş məhdudiyyətləri və bu prosesdə iştirakın qanunvericilik əsasında müəyyən olunmuş tələbləri ilə bağlı əvvəlcə Azərbaycan Respublikası Təhsil Nazirliyinə rəsmi qaydada müraciət etmişdir. Təəssüf ki, müraciətinə müvafiq diqqət yetirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarının 1.5 bəndinə əsasən, 60 yaş və daha yuxarı yaşda olan təhsilverənlərin təkrar sertifikatlaşdırma prosesində iştirakı könüllüdür. Bu müddəa açıq şəkildə göstərir ki, yaş həddi səbəbi ilə 60 yaşdan yuxarı olan şəxslərin imtahana qatılması məcburi deyil və onlar sertifikatlaşdırma prosesində iştirakı könüllüdür. Beləliklə, 61 yaşda olan onun üçün bu prosesdə iştirak qanunla məcburi hesab edilə bilməz. Bu hüququnun təmin olunması məqsədilə müvafiq hüquqi prosedurları həyata keçirərək məhkəməyə müraciət etmişdir və hazırda məsələ məhkəmə baxışındadır. Məhkəmə işi baxılana qədər isə onun imtahana çağırılmamağı xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi onun məktubuna heç bir cavab verilməmiş və nəzərə alınmamışdır. Eyni zamanda məktəbin direktoru Rəsulova Zülfiyəyə bildirmişdir ki, qanunvericiliyə əsasən, imtahanda iştirakı məcburi deyil və bu könüllüdür. Buna baxmayaraq, onun hüquqlarının pozulması qəbuledilməzdir. 11 iyun 2025-ci il tarixində Bakı inzibati Məhkəməsinin hakimi Aygün Əhədova məhkəmə iclas zalında işə baxarkən cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Lakin hakim məhkəmə iclasında şifahi şəkildə bildirmişdir ki, cavabdeh doğru qərar verməmişdir və bu işin mülki məsələ olması səbəbindən Bakı İnzibati Məhkəməsi tərəfindən baxıla bilməz. Məktəbin direktoru X7 onun təqdim etdiyi sübutları — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarının 1.5-ci bəndinə əsasən (60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür) — nəzərə almadan davranmışdır və nəticədə xx.xx.2025-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi ilə (c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) onu qanunsuz olaraq işdən azad etmişdir. Beləliklə, 2024-cü ilin iyun ayında səhhətində ciddi sağlamlıq problemləri yarandığı halda, təqdim etdiyi xəstəlik sənədlərinə baxmayaraq və həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarının 1.5-ci bəndinə əsasən (60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür), onun 2024-cü ilin noyabr ayının 4-də 61 yaşının tamam olduğu nəzərə alınaraq, dəfələrlə məktəbin direktoru X4 və eləcədə Təhsil Nazirliyinə ünvanladığı müraciətləri və məktubları nəzərə alınmadan qanun pozuntusuna yol verərək, 2025-ci ildə onu məcburi sertifikatlaşdırma imtahanına çağırmaq hüquqi norma və qaydaların kobud şəkildə pozulmasıdır. Belə ki, müvafiq Qərarın tələblərinə əsasən, 60 yaş və yuxarı şəxslərin sertifikatlaşdırma imtahanında iştirakı könüllü olmalı, heç bir məcburiyyət və təzyiqə yol verilməməlidir. Lakin işəgötürən tərəfindən ona qarşı bu qərarın tələbləri pozularaq, qanunsuz olaraq məcburi imtahan tələb olunmuş və nəticədə xx.xx.2025-ci il tarixli işdən azad etmə əmri verilmişdir. Cavabdeh Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbinin direktoru Nümayəndə1 iddiaya etirazını məhkəməyə təqdim edərək, məktəb direktorunun müəllimlərin sertifikasiya prosesinə cəlb olunması, azad edilməsi və yaxud əmək müqviləsinə xitam verilməsində heç bir səlahiyyəti olmadığını, ona qarşı olan bu iddiaları qəbul etmədiyini bildirərək, ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X1 iddiasına cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən ingilis dili müəllimləri üçün 2024-cü mart - aprel aylarından sertifikasiya imtahanlarına hazırlıq mərhələsi başlayıb və 2024-cü ilin iyun ayının ortalarında keçirilib. Hazırliq mərhələsində sertifikasiyada iştirak edəcək müəllimlər haqqında məlumat toplanır və müvafiq təlimatlar məktəblərə göndərilir. Bu təlimatlar həm votsap qrupları və məktəbin rəsmi Outlook ünvanlarına göndərilir. Bu hazırlıq prosesi Nazirlik tərəfindən çoxmərhələli yoxlanışdan keçir, bütün detallar incələnir. Çünki sonda Əmək münasibətlərinin tənzimlənmlənir və Nazirlik tərəfindən müvafiq qərar verilir. Hazırlıq mərhələsində məktəbə ünvanlanmış təlimat məktubda göstərilmişdir ki, yalnız sentyabr aynın 15-nə qədər 60 yaşı tamam olmuş müəllimlərin sertifikasiyada iştirakı könüllüdür. X2 xx.xx.1964-cü ildə anadan olmuşdur. Müəllimin 60 yaşı xx.xx.2024ci ildə tamam olduğuna görə bu kateqoriyaya aid deyil. Ona görə də həmin ildə müəllimin iştirakı icbaridir. 60 yaş və üzəri olan müəllimlərin setifikasiyada iştirakını könüllülük prinsipi qaydası ilk dəfə sertifikasiyada iştirak edənlərə aiddir, iddiada göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli 155 nömrəli qərarında göstərilir: 5.1. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır. 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən təhsilverənlər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. 5.3. Təkrar sertifikatlaşdırmada iştirak etməyən və ya bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi 1 (bir) ay müddətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Bu məsələ ilə bağlı X3 ilə bir neçə dəfə məlumat xarakterli söhbətlər aparmış, müəllimin iştirakının məcburi olduğu nəzərinə çatdırılmışdır. Müəllimin ona qarşı olan bütün mənfi fikirləri tamamilə və kökündən yanlışdır və qərəzli xarakter daşıyır, və heç bir əsası yoxdur. O, heç vaxt məktəb kollektivinə və xüsusilə İddiaçı qərəzli yanaşmamışdır. Əksinə müəllimə hazırlaşıb imtahanda iştirak etməyi tövsiyyə etmişdir. Bu faktı bütün məktəb kollektivi təsdiq edə bilər. Amma bu iddia məktubunda təəsüf ki, hər şey tamamilə əksinə qeyd edilib..Bu da müəllim adına yaraşmayan bir haldır. Əlavə olaraq, iddiada göstərilən 11 iyun 2025 -ci il tarixli məhkəmə iclası ilə bağlı ona heç bir bildiriş və məlumat gəlməmişdir. Təsadüfü deyil ki, X1 Nazirliyə üvanladığı məktubun cavabı da onun qeyd etdiyi məsələlər ilə üst-üstə düşür. Müəllimin Əmək müqaviləsinin ləvğ olunması ilə bağlı əmr məktəbin Outlook ünvanına Bakı Şəhəri üzrə Təhsil idarəsinin insan Resursları Sektoru tərəfindən tarixdə göndərilmişdir. Məktəb direktoru bu prosesdə yalnız icraçı funksiyası daşıyır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmrin ləğvi, əvvəlki vəzifəsinə işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Elm Və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi iddiaya etirazını məhkəməyə təqdim edərək, iddiaçı X1 “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-69/3-2-29F/2025 nömrəli 25 iyun 2025-ci il tarixli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, əvvəlki işinə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanıb ödənilməsi barədə” iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X6rşı “əmrin ona aid hissədə ləğv edilməsi, işə bərpa və məcburi işburaxma üçün əmək haqqının hesablanıb ödənilməsi tələbi” ilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi aşağıda qeyd olunanlara əsasən iddiaçı X1 iddia ərizəsinə etiraz edir: 1. İddiaçı X2 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifıkatlaşdırmanın test mərhələsində iştirak etsə də, müsahibə mərhələsində iştirak etməmişdir. Onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-69/3-2-29F/2025 nömrəli 25 iyun 2025-ci il tarixli əmrinə əsaslanmaqla məktəbin əmri ilə ləğv edilmişdir. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndində qeyd olunub: “Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar”. İddiaçı 2024-cü ildə keçirilmiş sertifikatlaşdırmada üzrlü səbəbdən iştirak etməmişdir. Buna görə də onun iş yeri 1 il müddətində saxlanılıb və təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilmişdir. Qaydaya görə, hər hansı səbəbdən sertifikatlaşdırmada iştirak etməyən şəxs sertifikatlaşdırmada iştirak edib, lakin ondan keçə bilməyən şəxsə bərabər tutulur. Odur ki, sertifikatlaşdırmada üzrlü səbəbdən iştirak etməyən şəxs üçün növbəti sertifikatlaşdırma təkrar sayılır. 2. İddiaçı 2024-cü il tarixdə sertifikatlaşdırma imtahanının test mərhələsində üzrlü səbəbdən iştirak etmədiyi üçün təkrar sertifikatlaşdırılma prosesində iştirakı məcburi xarakter daşımışdır, lakin iddiaçı təkrar sertifikatlaşdırma imtahanında da iştirak etməmiş nəticə etibarı ilə sertifikatlaşdırmadan keçməmiş hesab edilmişdir. İddiaçının təkrar sertifikatlaşdırma prosesində də iştirak etməməsi sertifikatlaşdırma prosesinə qarşı qeyriciddi yanaşmanı əks etdirir və hüquqdan sui-istifadə halları üçün zəmin yaradır. 3. İddiaçı qeyd olunan sertifikatlaşdırma prosesinin keçirildiyi tarixdə 59 yaşında olmuşdur. Lakin “könüllülük prinsipi” yalnız təkrar sertifikatlaşdırmaya tətbiq olunur. Bu anlayış hüquqi baxımdan ilk sertifikatlaşdırmadan tamamilə fərqli hüquqi rejimdir və onları eyniləşdirmək yolverilməzdir. İddiaçı ilk sertifikatlaşdırmada ümumiyyətlə iştirak etməmişdir. Deməli, iddiaçının 60 yaşının tamam olmasına baxmayaraq ilk sertifikatlaşdırmada iştirak etmədiyi üçün (59 yaş) sertifikatlaşdırmadan keçmək öhdəliyi qüvvədə qalırdı və o, sertifikatlaşdırmada iştirak etməli idi. Sertifikatlaşdırma ilə bağlı qaydalardan da göründüyü kimi sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydanın 5.3-cü bəndinə əsasən isə təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Göründüyü kimi, qanunvericilik təkrar sertifikatlaşdırmada bu qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən və iştirak edə bilməyən təhsilverənlər tərəfindən əmək müqaviləsinə xitam verilməsini konkret olaraq nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndinə əsasən, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunduqlarından və həmin qərarın 5.4-cü maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi nəzərdə tutulduğundan, iddiaçının təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edilməklə, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi qanuna uyğundur. Həmçinin, cavabdeh Azərbaycan Respublikasının Elm Və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iş üzrə iddia müddətinin tətbiq olunmasını və iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X6rşı “əmrin ona aid hissədə ləğv edilməsi, işə bərpa və məcburi işburaxma üçün əmək haqqının hesablanıb ödənilməsi tələbi” ilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı əmək müqaviləsi xx.xx.2025- ci il tarixdə ləğv edilmişdir. “Əmək və məşğulluq” alt sistemində (ƏMAS) əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş qeydiyyata alınmış və işçiyə bu barədə məlumat göndərilmişdir. Bundan sonra iddiaçı mediasiya qaydasında mübahisənin həlli üçün müraciət etmiş və xx.xx.2025-ci il tarixdə mediasiya arayışını əldə etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi tələbi ilə bağlı xx.xx.2025-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə, iddiaçı məhkəməyə müraciət üçün nəzərdə tutulmuş müddəti 2 ay 5 gün ötürmüşdür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, həmin maddənin birinci hissəsində göstərilən hallar istisna olmaqla, digər bütün hallarda fərdi əmək mübahisəsinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı müddətində məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı hüququnun pozulduğunu xx.xx.2025-ci il tarixdə aşkar etməsinə baxmayaraq yalnız xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir ki, bu da iddia müddətinin ötürülməsini açıq şəkildə təsdiq edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Elm Və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizənin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbinin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək, İddiaçı imtahanda iştirak etməsi ilə bağlı məlumat verildiyini, lakin iddiaçının imtahana getmədiyini, bu səbəbdən də Nazirliyin qərarı əsasında əmək müqaviləsinə xitam verildiyini bildirdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan İddiaçı (X5) məxsus ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1993-cü il tarixli, 158 nömrəli əmrə əsasən xx.xx.1993-cü il tarixində Yasmaal rayonu 31 saylı məktəbə ingilis dili müəllimi vəzifəsinə təyin edilmiş, xx.xx.2025-ci il tarixli, OU250380081/e nömrəli əmrə əsasən xx.xx.2025-ci il il tarixdə AR Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilib, əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 3 saylı Poliklinikanın xx.xx.2024-cü il tarixli, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il daxil olmaqla işdən azad edilməklə əmək qabiliyyəti olmayan hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Elmi Tədqiqat X10 xx.xx.2024-cü il tarixli abdominal ultrasəs müayinə protokoluna əsasən 1964-cü il təvəllüdlü İddiaçı qaraciyərin İİ-İİİ dərəcəli hepatozu, kəskin xolesistit diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Elmi Tədqiqat X10 xx.xx.2024-cü il tarixli qalxanabənzər vəzin ultrasəs müayinə protokoluna əsasən 1964-cü il təvəllüdlü İddiaçı düyünlü zob və AİT diaqnozu qoyulmuşdur. İş materiallarında olan İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin rəhbəri Emin Əmrullayevə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəyə əsasən İddiaçı Bakı şəhəri Yasamal rayonu Aslan Ağaveriyev adına 31 saylı orta məktəbində ingilis dili üzrə müəllim vəzifəsində çalışdığını, işlədiyi müddətdə heç bir intizam qaydalarını pozmadığını, həmişə yaxşı işçilər sırasında olduğunu, öhdəsinə düşən işi vaxtında və layiqincə yerinə yetirdiyini, 2024-cü ilin iyun ayında səhhətində ciddi problemlər yarandığını, 2024-cü ilin iyun ayında həkimə müraciət etdiyini, ürəyində aritmiya aşkarlandığından həkimin ona xəstəlik vərəqəsi açdığını, əlavə olaraq da zob xəstəliyindən əziyyət çəkdiyini, səhhətində ciddi problem olduğundan və eləcə də müalicə aldığından xx.xx.2024-cü il tarixli sertifikatlaşdırma imtahanında iştirak edə bilmədiyini, bu barədə məktəbin direktoruna bildirdiyini, xəstəlik sənədini təqdim etdiyini, hazırda yenə də səhhəti ilə əlaqədar müalicə aldığını bildirmişdir. Son günlərdə məktəbin direktoru tərəfindən ona peşəkarlıq səviyyələrinin və peşə yararlığının yoxlanılması məqsədilə sertifikatlaşdırmadan keçməli olduğu bildirilmiş, lakin artıq 60 yaşı tamam olduğunu, belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarına əsasən 60 və daah yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olduğunu bildirdiyini, lakin məktəbin direktoru tərəfindən ona qərəzli olaraq sertifikatlaşdırmadan imtina etdiyi təqdirdə onu işdən azad edəcəyi bildirildiyini, 60 yaşı olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarının 1.5 bəndinə (60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür) uyğun olaraq məcburi imtahanda iştirak etməməyi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-29-69/2-F-1245-4/2025 nömrəli İddiaçı ünvanladığı müraciətə cavab məktubuna əsasən Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılma qaydalarının 1.2 bəndinə əsasən təhsil müəssisələrində pedoqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırılmadan keçməlidir. Azərbaycan Respublikasının 67-2. Maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərlə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yaralığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. Həmin maddənin 4-cü bəndinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Vətəndaş müraciətlərinin daha operativ cavablandırılması məqsədilə “portal.edu.az” platformasında “Vətəndaş müraciətləri” xidmətinin istifadəyə verildiyini, növbəti müraciətləri portalda qeydiyyatdan keçərək şəxsi kabinet vasitəsilə Elm və Təhsil Nazirliyi və tabe qurumlara elektron qaydada göndərilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin rəhbəri Emin Əmrullayevə ünvanladığı xx.xx.2025-ci il tarixli müraciətinə əsasən İddiaçı 2024-cü il tarixdə 60 yaşını tamamladığını və hazırda 61 yaşda olduğunu, təkrar sertifikatlaşdırma ilə bağlı yaş məhdudiyyətləri və bu prosesdə iştirakın qanunvericilik əsasında müəyyən olunmuş tələbləri ilə bağlı əvvəlcə Azərbaycan Respublikası Təhsil Nazirliyinə rəsmi qaydada müraciət etdiyini, təəssüf ki, müraciətinə müvafiq diqqət yetirilmədiyini bildirmiş, belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarının 1.5 bəndinə əsasən 60 yaş və daha yuxarı yaşda olan təhsilverənlərin təkrar sertifikatlaşdırma prosesində iştirakı könüllü olduğunu, 61 yaşda olan onun üçün bu prosesdə iştirak qanunla məcburi olmadığını, bu hüququnun təmin olunması məqsədilə müvafiq hüquqi prosedurları həyata keçirərək məhkəməyə müraciət etdiyini və hazırda məsələ məhkəmə baxışında olduğunu nəzərə alaraq, məhkəmə işi baxılana qədər onun imtahana çağırılmamağını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-29-69/2-F-1245/2-4/2025 nömrəli İddiaçı ünvanladığı müraciətə cavab məktubuna əsasən Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılma qaydalarının 1.2 bəndinə əsasən təhsil müəssisələrində pedoqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırılmadan keçməlidir. Azərbaycan Respublikasının 67-2. Maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərlə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yaralığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. Həmin maddənin 4-cü bəndinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Vətəndaş müraciətlərinin daha operativ cavablandırılması məqsədilə “portal.edu.az” platformasında “Vətəndaş müraciətləri” xidmətinin istifadəyə verildiyini, növbəti müraciətləri portalda qeydiyyatdan keçərək şəxsi kabinet vasitəsilə Elm və Təhsil Nazirliyi və tabe qurumlara elektron qaydada göndərilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Yasamal rayonu Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta ümumtəhsil məktəbinin xx.xx.2025-ci il tarixli, 81 nömrəli “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrinə əsasən 1. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilən Bakı şəhəri Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 30 iyun 2025-ci il tarixdən ləğv edilməsi; 2. İddiaçı ilə qanunvericilikdə müəyyən edilmiş müddətdə son haqq-hesab aparılması əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-29-69/3- 2-29F/2025 nömrəli “Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlər barədə” əmrinə əsasən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil idarəsinə, regional təhsil idarələrinə və Agentliyin Aparatının tabeliyində olan ümumi təhsil müəssisələrinə tapşırılsın ki, 20 iyun 2025-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələrinin 2025-ci ilin 30 iyun tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etsinlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 67-ci maddəsinin 1-ci hissəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67-ci maddəsinin 6-cı hissəsinə əsasən attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. 67-2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 67-2-ci maddəsinin 3-1-ci hissəsinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. 67-2-ci maddəsinin 4-cü hissəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 70-ci maddənin Qeydinə əsasən bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. 83-cü maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "Mediasiya" haqqında Azərbaycan Respublikasının Qanununun: 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 32.4.2-ci maddəsinə əsasən Bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın: 1.2-ci bəndinə əsasən Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. 1.5-ci bəndinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslər sertifikatlaşdırmada iştirakı könüllüdür. 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanm keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. “Ümumi Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-1-ci maddəsinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında 30 aprel 2020-ci il tarixli, 155 nömrəli Qərarının 3.4-cü maddəsinə əsasən qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il Qərarında qeyd olunmuşdur ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.1993-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu 31 nömrəli tam orta ümumtəhsil məktəbinə ingilis dili müəllimi vəzifəsinə təyin edilmişdir. xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdə təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının qiymətləndirilməsi məqsədilə keçirilən sertifikatlaşdırmanın test mərhələsində üzrlü səbəbdən iştirak etməmiş, bu səbəbdən “Təkrar imtahan dəvət 60+” kateqoriyası üzrə təkrar sertifikatlaşdırmaya dəvət olunmuş, xx.xx.2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın test mərhələsində iştirak etməmiş, nəticə etibarı ilə sertifikatlaşdırmadan keçməmiş hesab edilmiş, sertifikatlaşdırmadan keçmədiyinə görə cavabdeh Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta ümumtəhsil məktəbininin xx.xx.2025-ci il tarixli “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrinə əsasən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) xitam verilmişdir. Hazırda İddiaçı Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbinin direktoru tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində səlahiyyətli orqana müraciət edərək 60 yaşının tamam olmasını əsas gətirməklə sertifikatlaşdırmada könüllü iştirakdan imtina etdiyini bildirmiş, bu müraciətlərinə müsbət cavab verilməmişdir. İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olması və təkrar sertifikatlaşdırma zamanı artıq 60 yaşının tamam olması onu göstərir ki, onun sertifikatlaşdırmada iştirakı könüllü xarakter daşımışdır və iddiaçı bu iştirakdan imtina etmək hüququna malik olmuşdur. Belə olan halda, iddiaçının sertifikatlaşdırmadan keçməməsi onun əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, AR Əmək Məcəlləsinin 70-ci maddəsi imperativ deyil, dispozitiv normadır. İmperativ norma məcburi xarakter daşıyan hüquqi göstərişdir. Bu tip normalar subyektlərə müəyyən davranış modelini istisnasız və dəyişdirilməz formada diktə edir. Dispozitiv norma isə tərəflərə müəyyən sərbəstlik tanıyan hüquqi göstərişdir. Bu cür normalar əsas davranış qaydasını müəyyən etsə də, subyektlərə öz iradələri əsasında həmin qaydaları dəyişmək və ya fərqli formada tətbiq etmək imkanı verir. Məhkəmə xx.xx.1964-cü il təvəllüdlü İddiaçı yaşını, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü xarakter daşımasını, iddiaçının 60 yaşının tamam olması ilə əlaqədar sertifikatlaşdırmada könüllü iştirakdan imtina etməsi barədə səlahiyyətli orqana məlumat verməsini, təkrar sertifikatlaşdırmanın test mərhələsində iştirak etmədiyinə görə sertifikatlaşdırmadan keçməmiş hesab edilməsini, qanunvericiliyin tələbinə əsasən iddiaçının 60 yaşdan yuxarı yaşda olduğuna görə təkrar sertifikatlaşdırmada iştirakının məcburi olmamasını nəzərə alaraq hesab edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin dispozitiv norma olmasına baxmayaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) xitam verilməsi əsassız hesab edilməli və işçinin əmək hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-29-69/3- 2-29F/2025 nömrəli “Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlər barədə” əmrinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin predmeti sertifikatlaşdırma ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş aktların qanuniliyi deyil, işəgötürən – Bakı şəhəri 286 nömrəli tam orta ümumtəhsil məktəbi tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə verilmiş əmrin əmək qanunvericiliyinə uyğunluğudur. İddiaçının əmək hüquqlarına bilavasitə müdaxilə edən və onun əmək fəaliyyətinə faktiki olaraq son qoyan hüquqi nəticə məhz işəgötürənin əmri ilə yaranmışdır. Sertifikatlaşdırma ilə bağlı inzibati aktlar işəgötürən tərəfindən xitam üçün əsas kimi göstərilsə də, əmək münasibətlərinə xitam verilməsi barədə qərar qəbul etmək səlahiyyəti inzibati orqana deyil, birbaşa işəgötürənə məxsusdur və bu qərar müstəqil hüquqi qiymətləndirmə tələb edir. Bu baxımdan, inzibati aktın ayrıca mübahisələndirilməməsi işəgötürənin verdiyi əmrin qanuniliyinin mülki məhkəmə icraatı qaydasında yoxlanılmasına mane olmur. Məhkəmə cavabdeh Azərbaycan Respublikasının Elm Və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə ilk öncə qeyd edir ki, qanunvericiliyin tələbinə görə, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi təklifin göndərildiyi andan başlanmış sayılır, mediasiya arayışın təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. İş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2025ci il tarixdə xitam verilmişdir. İddiaçı ilk dəfə xx.xx.2025-ci il tarixdə “əmrin ləğvi və işə bərpa” tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-4269/2025 nömrəli qərardadına əsasən iddia ərizəsinə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak edilməsini təsdiq edən sənəd əlavə olunmadığından ərizə baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı mediasiya sessiyasına müraciət etmiş və xx.xx.2025-ci il tarixdə “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsinin mümkün olmaması barədə” arayış əldə etmişdir. Ardınca iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdeh Nümayəndə1 qarşı eyni tələblə yenidən məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-5009/2025 nömrəli qərardadına əsasən cavabdeh Nümayəndə1 rəsmi qeydiyyat ünvanının Bakı şəhəri, Xətai rayonu olması əsas götürülərək ərazi aidiyyəti qaydalarına riayət edilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qeyd olunan qərardad iddiaçının ünvanına göndərilsə də, iddiaçı onu faktiki olaraq əldə edə bilməmiş, xx.xx.2025-ci il tarixdə məhkəməyə şəxsən yaxınlaşmaqla qərardadla tanış olmuş və surətini almışdır. Bundan sonra iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdeh Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına 31 nömrəli orta məktəbinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunvericiliklə müəyyən edilmiş 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməklə iddia müddətini ötürməmişdir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbinin xx.xx.2025-ci il tarixli, OU250380081/e nömrəli “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmri ləğv edilməli, İddiaçı əvvəlki vəzifəsinə, yəni Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbində ingilis dili müəllimi vəzifəsinə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbinin xx.xx.2025-ci il tarixli, OU250380081/e nömrəli “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmri ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə, yəni Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbində ingilis dili müəllimi vəzifəsinə bərpa edilsin. Məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar