Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-574/2024 14.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Ərizəçi, Üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs Laçın rayon Minkənd tam orta məktəbinə və üçüncü şəxs Maraqlı şəxsna qarşı “əmək staj faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Laçın rayon Minkənd tam orta məktəbinə və üçüncü şəxs Maraqlı şəxsna qarşı “əmək staj faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi Laçın rayon Minkənd 2 saylı orta məktəbində xx.xx.1978-xx.xx.1992-ci illərdə kimya-biologiya müəllimi vəzifəsində işləməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o Gəray Əsədov adına Kolxozda 1974-1975-ci illərdə kolxozçu, Laçın rayon Minkənd 2 saylı orta məktəbində xx.xx.1978-xx.xx.1999-cu illərdə müəllim, Laçın rayon 39 saylı X1 1999-2005-ci illərdə nəzarətçi kimi işləmişdir. Lakin əmək stajını təsdiq edən arxiv sənədləri 1992-ci ildə Laçın rayonu Ermənistan tərəfindən işğal ediləndə məhv edilmişdir. Onun həmin məktəbdə kimya-biologiya müəllimi kimi işlədiyini iş yoldaşları da təsdiq edə bilər. Həmin şəxslərin şəxsiyyət vəsiqəsi iş materiallarına əlavə edilmişdir. Həmin şəxslər şahid kimi məhkəmə iclasına dəvət edilməlidir. Həmin şahidlər X7, X6r. İş materiallarına əlavə edilmiş arayış onun Bakı şəhər Yasamal rayonunda məcburi köçkün kimi müvəqqəti məskunlaşdığını təsdiq edir. İş materiallarına əlavə edilmiş arxiv arayışı onun iş stajını təsdiq edir. Hesab edir ki, onun Laçın rayon Minkənd tam orta məktəbində kimya-biologiya müəllimi kimi işləmə faktının müəyyən edilməsinə və xx.xx.1978-xx.xx.1992-ci illəri əhatə edən iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında təsbit edilməsinə zərurət meydana gəlmişdir. Üçüncü şəxs Maraqlı şəxs Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı etirazla məhkəməyə müraciət edərək ərizənin təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, belə ki, xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi ərizəsində qeyd etdiyi xx.xx.1978-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon Minkənd 2 saylı orta məktəbində kimya-biologiya müəllimi işləməsi faktının təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 03 oktyabr 2022-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə ARƏƏSMN tabeliyində Dayanıqlı və X4 6 saylı Bakı DOST Mərkəzinə müraciət etmişdir. İddiaçının təqdim etdiyi Laçın rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 33 saylı arxiv arayışına əsasən Laçın rayon Minkənd orta məktəbində xx.xx.1978-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan arxiv sənədləri işğal zonasında qalmışdır. Eyni zamanda Laçın rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 32 saylı arxiv arayışına əsasən Laçın rayon Təhsil Şöbəsinin xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan arxiv sənədləri Laçın rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəblə iddiaçının həmin müəssisələrdən əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmadığı üçün sözügedən dövlətin sığorta stajına daxil edilməsi qanunla nəzərdə tutulmadığından Ə.Hzəiyevə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, Ərizəçi onunla bir məktəbdə çalışmışdır. Onunla müəllim yoldaşı olmuşdur. Onun işlədiyi məktəbin direktoru vəzifəsində çalışmışdır. Ərizəçi həmin məktəbdə kimya və biologiya müəllimi olmuşdur. Sonra qaçqınlıq dövründə onlar Bakıya gəlmişlər. Ərizəçi isə məktəbin Ağcabədi rayonunda məskunlaşması səbəbilə orada işləməyə davam etmişdir. X5 əmək kitabçasından görünür ki, həqiqətən Ərizəçi ilə eyni məktəbdə işləmişlər. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, Ərizəçi ilə eyni məktəbdə işləmişlər. O, həmin məktəbdə riyaziyyat müəllimi kimi çalışmışdır. Ərizəçi isə biologiya müəllimi omuşdur. O, qiyabi formada təhsil almışdır. 1978-ci ildən də məktəbdə işləməyə başlamış və 1993-cü ilədək orada işləmişdir. O, həmin məktəbdə 1980-ci ildən işləməyə başlamışdır. Həmin kənddə yaşadığından, ərizəçinin də 1978-ci il tarixdən Minkənd kəndində yerləşən məktəbdə çalışdığı barədə məlumatı var idi. O, 1976-cı ildən müəllim vəzifəsində işləmişdir. Minkənd kəndində yerləşən məktəbdən əvvəl, rayonun digər kəndi olan Əhmədli kəndində işləmişdir. 1980-ci ildə Minkənd kəndinə gələndə Ərizəçi orada işləyirdi. X2 əmək kitabçasından görünür ki, həqiqətən Ərizəçi ilə eyni məktəbdə işləmişlər. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, Ərizəçi ilə eyni məktəbdə işləmişlər. Əvvəllər Laçın rayonu, Quşçu kəndində çalışmışdır. Minkənd kəndindəki məktəbə 1990-cı ildə çalışmışmağa başlamış və 1992-ci ilədək orada çalışmışdır. Bütün müəllimlərin əmək kitabçaları işğal altında qalan rayonunda qalmışdır. Qaçqınlıq dövrü başladıqdan sonra müxtəlif ərazilərdə məktəblər təşkil edildilər. Onlara əmr kitabı əsasında əmək kitabçaları verilmişdir. Həmin kitabça təhsil şöbəsi tərəfindən verilmişdir. Ərizəçi məktəbin kimya müəllimi işləmişdir. O, 1978-ci il tarixdən 1992-ci ilədək həmin məktəbdə işləmişdir. X3 əmək kitabçasından görünür ki, həqiqətən Ərizəçi ilə eyni məktəbdə işləmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi Nümayəndə oğlu etirazla eyni məzmunlu izahat verərək ərizənin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arixv İdarəsinin Laçın rayon İcra Hakimiyyəti Laçı rayon Dövlət Arxivinin 02 sentyabr 2022-ci il tarixli 33 nömrəli arxiv arayışından görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon Minkənd orta məktəbində kimya-biologiya müəllimi işləməyi barədə arxiv sənədləri rayonun 18 may 1992-ci il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə əlaqədar işğalda qalmışdır. X14 filialında saxlanılan arxiv arayışından görünür ki, Ərizəçi 1993-cü ildə Laçın rayonunun 2 saylı Minkənd orta məktəbində dərs hissə müdiri vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Milli Arixv İdarəsinin Laçın rayon İcra Hakimiyyəti Laçı rayon Dövlət Arxivinin 02 sentyabr 2022-ci il tarixli 32 nömrəli arxiv arayışından görünür ki, Laçın rayon Dövlət Arxivində saxlanılan Laçın rayon Təhsil şöbəsinin arayış xarakterli arxiv sənədlərinə əsasən Həziyev X9 2 saylı orta məktəbində kimya-biologiya müəllimi işləmiş və aylıq əmək haqqı almışdır. Beləliklə iş materiallarına əlavə olunan sənədlərdən, həmçinin məhkəmə iclasından şahid qismində dindirilmiş şahidlərin ifadələrindən görünür ki, Ərizəçi Laçın rayon Minkənd 2 saylı orta məktəbində xx.xx.1978-xx.xx.1992-ci illərdə kimya-biologiya müəllimi vəzifəsində çalışmışdır və bununla da məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olduğundan təmin edilməli, Ərizəçi Laçın rayon Minkənd 2 saylı orta məktəbində xx.xx.1978-xx.xx.1992-ci illərdə kimya-biologiya müəllimi vəzifəsində işləməyi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 305-341-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Laçın rayon Minkənd 2 saylı orta məktəbində xx.xx.1978-xx.xx.1992-ci illərdə kimya-biologiya müəllimi vəzifəsində işləməyi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-574/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-574/2024
14.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver