Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5757/2023 15.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızıın katibliyi, İddiaçı, Cavabdeh “Bakı şəhəri Baş Səhiyyə Mərkəzi” X5 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Bakı şəhəri Baş Səhiyyə Mərkəzi” X4rşı “istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh “Bakı şəhəri Baş Səhiyyə Mərkəzi” X4rşı “istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi” tələbinə iddia ərizəsi illə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, “Bakı şəhəri Baş Səhiyyə Mərkəzi” X3 21 gün ərzində istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi barədə xx.xx.2023cü il tarixli qərarının qanunsuz hesab edilməsi, işlədiyi 2022-2023-cü il üzrə 30 gün gün ərzində istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ona ödənilməsi və mediasiya təşkilatına ödədiyi 60 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, 1988ci ilin noyabr ayından 2023-cü ilin iyun ayına qədər Bakı şəhəri Səbail rayonu 15 saylı uşaq poliknikasının 1-ci şöbəsində həkim-pediatr vəzifəsində çalışmışdır. 2022-ci ilin iyun ayında təqaüd yaşına, yəni 65 yaşına çatdıqdan sonra onun əmək müqaviləsinə Bakı şəhər Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli 179 nömrəli əmrinə əsasən dəyişiklik edilib. Həmin əmrdə qeyd olunur ki, sahə-həkim pediatr İddiaçı çalışma müddəti Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən 12 ay uzadılsın və əmək müqaviləsində müvafiq dəyişikliklər qeyd edilsin. Beləliklə, əvvəllər bağlanmış müddətsiz müqavilə bu əmrə əsasən 2022-ci ilin iyun ayından 2023-cü ilin iyun ayları arasında etibarlılıq müddəti olan müddətli müqavilə status almışdır. Müqavilənin müddətinin başa çatması ilə əlaqdəar olaraq ona Əmək Məcəlləsinə əsasən istifadə olunmamış məzuniyyətinə görə kompensasiya ödənilməlidir. Lakin ona istifadə edilməmiş məzuniyyətinə görə kompensasiya Əmək Məcəlləsinin 114-cü maddəsinin e bəndində nəzərədə tutulan 30 təqvim günündən cəmi 19 günə hesablanmışdır. O, sonuncu dəfə 2022-ci ilin iyun ayında məzuniyyətə çıxmış və həmin məzuniyyətin sonundan bəri 12 ay işləmişdir. Belə ki, onunla bağlanmış müddətli əmək müqviləsi yeni müddətli əmək müqaviləsidir və həmin əmək müqaviləsi bağlandğı tarixdən 12 ay ərzində işləmişdir. Ona görə də, onun istifadə edilməmiş əmək məzuniyyəti 30 gün hesablanması və ona uyğun olaraq da ona kompensasiya ödənilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “Bakı şəhəri Baş Səhiyyə Mərkəzi” X5 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı X1 11 noyabr 1988-ci il tarixli 201/2 nömrəli əmrə əsasən 13 nömrəli uşaq poliknikasından köçürmə yolu ilə 15 nömrəli uşaq poliknikasına sahə həkimi pediatr vəzifəsində işə qəbul edilmişdir. 15 nömrəli poliknikada işlədiyi müddət ərzində əmək məzuniyyətlərini istifadə etmişdir. Bakı şəhər Səhiyyə Mərkəzinin 06 iyun 2022-ci il tarixli PHŞ/1.1.1-2-2022-1535 nömrəli məktubuna əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq xx.xx.2022ci il tarixli 179-k nömrəli əmrə əsasən xx.xx.2022-ci il tarixindən 1 il müddətinə uzadılmışdır. İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 243-k nömrəli əmrə əsasən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. İşdən azad olunduqda İddiaçı istifadə etmədiyi məzuniyyət günlərinə görə 21 təqvim günü son haqq hesab ödənilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: -11 noyabr 1988-ci il tarixli 201/2 nömrəli əmrdən müəyyən edilir ki, 13 nömrəli uşaq poliknikasından köçürmə yolu ilə 15 nömrəli uşaq poliknikasına sahə həkimi pediatr vəzifəsində işə qəbul edilmişdir. - İddiaçı məxsus xx.xx.1981-ci il tarixli əmək kitabçasının surətindən müəyyən edilir ki, 11 noyabr 1988-ci il tarixli 201/2 nömrəli əmrə əsasən 13 nömrəli uşaq poliknikasından köçürmə yolu ilə 15 nömrəli uşaq poliknikasına sahə həkimi pediatr vəzifəsində işə qəbul edilmiş və xx.xx.2023-cü il tarixli 243-k nömrəli əmrə əsasən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. -Bakı Baş Səhiyyə İdarəsi 15 nömrəli uşaq poliknikasının xx.xx.2006-cı il tarixli 211-k nömrəli əmrindən müəyyən edilir ki, İddiaçı 2005-2006-cı təqvim ili üçün xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək 42 gün növbəti məzuniyyət verilmişdir. -Bakı Baş Səhiyyə İdarəsi 15 nömrəli uşaq poliknikasının xx.xx.2007-ci il tarixli 171-k nömrəli əmrindən müəyyən edilir ki, İddiaçı 2006-2007-ci təqvim ili üçün xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək 42 gün növbəti məzuniyyət verilmişdir. -Bakı Baş Səhiyyə İdarəsi 15 nömrəli uşaq poliknikasının xx.xx.2008-ci il tarixli 340-k nömrəli əmrindən müəyyən edilir ki, İddiaçı 2007-2008-ci təqvim ili üçün xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək 42 gün növbəti məzuniyyət verilmişdir. -Bakı Baş Səhiyyə İdarəsi 15 nömrəli uşaq poliknikasının xx.xx.2009-cu il tarixli 173-k nömrəli əmrindən müəyyən edilir ki, İddiaçı 2008-2009-cu təqvim ili üçün xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək 42 gün növbəti məzuniyyət verilmişdir. -Bakı Baş Səhiyyə İdarəsi 15 nömrəli uşaq poliknikasının xx.xx.2010-cu il tarixli 320-k nömrəli əmrindən müəyyən edilir ki, İddiaçı 2009-2010-cu təqvim ili üçün xx.xx.2010-cu il tarixdən xx.xx.2011-cii il tarixədək 42 gün növbəti məzuniyyət verilmişdir. -Bakı Baş Səhiyyə İdarəsi 15 nömrəli uşaq poliknikasının xx.xx.2011-ci il tarixli 162-k nömrəli əmrindən müəyyən edilir ki, İddiaçı 2010-2011-ci təqvim ili üçün xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək 42 gün növbəti məzuniyyət verilmişdir. -Bakı Baş Səhiyyə İdarəsi 15 nömrəli uşaq poliknikasının xx.xx.2012-ci il tarixli 194-k nömrəli əmrindən müəyyən edilir ki, İddiaçı 2011-2012-ci təqvim ili üçün xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək 42 gün növbəti məzuniyyət verilmişdir. -Bakı Baş Səhiyyə İdarəsi 15 nömrəli uşaq poliknikasının xx.xx.2013-cü il tarixli 159-k nömrəli əmrindən müəyyən edilir ki, İddiaçı 2012-2013-cü təqvim ili üçün xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək 42 gün növbəti məzuniyyət verilmişdir. -Bakı Baş Səhiyyə İdarəsi 15 nömrəli uşaq poliknikasının xx.xx.2014-cü il tarixli 173-k nömrəli əmrindən müəyyən edilir ki, İddiaçı 2013-2014-cü təqvim ili üçün xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 42 gün növbəti məzuniyyət verilmişdir. -Bakı Baş Səhiyyə İdarəsi 15 nömrəli uşaq poliknikasının xx.xx.2015-ci il tarixli 109-k nömrəli əmrindən müəyyən edilir ki, İddiaçı 2014-2015-ci təqvim ili üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 42 gün növbəti məzuniyyət verilmişdir. -Bakı Baş Səhiyyə İdarəsi 15 nömrəli uşaq poliknikasının xx.xx.2016-ci il tarixli 178-k nömrəli əmrindən müəyyən edilir ki, İddiaçı 2015-2016-ci təqvim ili üçün xx.xx.2016-ci il tarixdən xx.xx.2016-ci il tarixədək 42 gün növbəti məzuniyyət verilmişdir. -Bakı Baş Səhiyyə İdarəsi 15 nömrəli uşaq poliknikasının xx.xx.2017-ci il tarixli 165-k nömrəli əmrindən müəyyən edilir ki, İddiaçı 2016-2017-ci təqvim ili üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 42 gün növbəti məzuniyyət verilmişdir. -Bakı Baş Səhiyyə İdarəsi 15 nömrəli uşaq poliknikasının xx.xx.2018-ci il tarixli 173-k nömrəli əmrindən müəyyən edilir ki, İddiaçı 2017-2018-ci təqvim ili üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 21 gün növbəti məzuniyyət verilmişdir. -Bakı Baş Səhiyyə İdarəsi 15 nömrəli uşaq poliknikasının xx.xx.2018-ci il tarixli 261-k nömrəli əmrindən müəyyən edilir ki, İddiaçı 2017-2018-ci təqvim ili üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 21 gün növbəti məzuniyyət verilmişdir. -Bakı Baş Səhiyyə İdarəsi 15 nömrəli uşaq poliknikasının xx.xx.2019-cuil tarixli 172-k nömrəli əmrindən müəyyən edilir ki, İddiaçı 2018-2019-cu təqvim ili üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 42 gün növbəti məzuniyyət verilmişdir. -Bakı Baş Səhiyyə İdarəsi 15 nömrəli uşaq poliknikasının xx.xx.2020-ci il tarixli 250-k nömrəli əmrindən müəyyən edilir ki, İddiaçı 2019-2020-ci təqvim ili üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 42 gün növbəti məzuniyyət verilmişdir. -Bakı Baş Səhiyyə İdarəsi 15 nömrəli uşaq poliknikasının xx.xx.2021-ci il tarixli 241-k nömrəli əmrindən müəyyən edilir ki, İddiaçı 2020-2021-ci təqvim ili üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 42 gün növbəti məzuniyyət verilmişdir. -Bakı Baş Səhiyyə İdarəsi 15 nömrəli uşaq poliknikasının xx.xx.2022-ci il tarixli 180-k nömrəli əmrindən müəyyən edilir ki, İddiaçı 2021-2022-ci təqvim ili üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 42 gün növbəti məzuniyyət verilmişdir. - İddiaçı xx.xx.2022-ci il tarixli 15 nömrəli uşaq poliknikasının baş həkimi Mahmudov R.Hya ünvanlanmış ərizəsindən müəyyən edilir ki, o, 65 yaşının tamam olması ilə əlaqədar olaraq əmək müqaviləsinin müddətinin bir il müddətinə uzanmağına sərəncam verilməsini xahiş etmişdir. -Bakı Baş Səhiyyə İdarəsi 15 nömrəli uşaq poliknikasının xx.xx.2022-ci il tarixli 179-k nömrəli əmrindən müəyyən edilir ki, 15 nömrəli uşaq poliknikasının 1-ci Pediatriya şöbəsinin sahə həkimi-pediatr İddiaçı çalışma müddəti Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən 12 ay uzadılması və əmək müqaviləsində müvafiq dəyişikliklər qeyd edilməsi əmr edilmişdir. -“Bakı şəhəri Baş Səhiyyə Mərkəzi” X7 15 nömrəli uşaq poliknikasının xx.xx.2023-cü il tarixli 243-k nömrəli əmrindən müəyyən edilir ki, 15 nömrəli uşaq poliknikasının 1-ci Pediatriya şöbəsinin sahə həkimi-pediatr vəzifəsində işləyən İddiaçı bağlanmış 3YVTM7000100 nömrəli əmək müqavilsəin ə ƏM-nin 68.2-ci maddəsinin b bəndinə -əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xx.xx.2023-cü il tarixindən xitam verilməsi və işçinin xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixədək istifadə edilməmiş 19 məzuniyyət gününün son haqqhesabının qanunverciliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasının lazımi qeydlər aparılaraq özünə verilməsi gəmr edilmişdir. -“Bakı şəhəri Baş Səhiyyə Mərkəzi” X7 15 nömrəli uşaq poliknikasının xx.xx.2023-cü il tarixli 50 nömrəli əmrindən müəyyən edilir ki,“Bakı şəhəri Baş Səhiyyə Mərkəzi” X7 15 nömrəli uşaq poliknikasının xx.xx.2023-cü il tarixli 243-k nömrəli əmrinə əlavə olaraq İddiaçı ƏM-nin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyəti günlərinə görə 19 təqvim günü deyil 21 təqvim günü hesablanması və 2 gün fərqinin təmin edilməsi əmr edilmişdir. -N-271 nömrəli nəzarət jaqq-hesabından müəyyən edilir ki, İddiaçı istifadə etmədiyi əmək məzuniyyəti günlərinə görə 21 təqvim günü üçün 836,43 manat ödənilmişdir. -Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/2-03750 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, cavabdeh “Bakı şəhəri Baş Səhiyyə Mərkəzi” X5 nümayəndəsi xx.xx.2023-cü il saat 11:00 tarixli medisasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X1 15 nömrəli uşaq poliknikasına sahə həkimi pediatr vəzifəsində işə qəbul edilmişdir. 15 nömrəli poliknikada işlədiyi müddət ərzində əmək məzuniyyətlərini istifadə etmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixindən 1 il müddətinə uzadılmışdır. İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. İşdən azad olunduqda İddiaçı istifadə etmədiyi məzuniyyət günlərinə görə 21 təqvim günü son haqq hesab ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsin əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır.İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 113-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər. Həmin Məcəllənin 114-cü maddəsinin 3-cü hissəsinə əsasən həkimlərə, orta tibb işçilərinə və əczaçılara ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 116-cı maddəsinə əsasən əmək stajından asılı olaraq on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Beləliklə, iddiaçı ilə əmək müqaviləsi xx.xx.1988-ci il tarixdə bağlanmış və həmin tarixdən xx.xx.2023-cü il tarixədək 15 nömrəli uşaq poliknikasında sahə həkimi-pediatr işləmişdir. xx.xx.20222-ci il tarixdə təqaüd yaşına, yəni 65 yaşına çatdığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilməmiş, həmin əmək müqaviləsinin müddəti 12 ay müddətinə uzadılmışdır. Odur ki, göründüyü kimi iddiaçı ilə yeni müqavilə bağlanmamış onun əmək məzuniyyəti də 11 noyabr 2022-ci il tarixindən 11 noyabr 2023-cü il tarixə qədər hesablanmalıdır. ( Belə ki, Əmək Məcəlləsinin 113-cü maddəsinə əsasən iş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır) Lakin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verildiyi üçün iddiaçının istifadə etmədiyi əmək məzuniyyəti həmin tarixədək olan dövr üçün hesablanmalıdır və həmin tarixə olan dövr üçün də düzgün olaraq 21 gün hesablanmış və bununla bağlı son haqq hesab edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən onun qanunsuz və əsassız olaraq 30 təqvim günü istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, İddiaçı cavabdeh “Bakı şəhəri Baş Səhiyyə Mərkəzi” X4rşı “istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi” tələbi barədə iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdeh “Bakı şəhəri Baş Səhiyyə Mərkəzi” X4rşı “istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-5757/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5757/2023
15.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver