Məhkəmə qərarları › İş №2(004)-5761/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5761/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5761/2021 25.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “əmlakın açıq hərracdan satılması və pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “əmlakın açıq hərracdan satılması və pul” tələbinə dair iddia ərizəsi ilə 31.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, C.Qaryağdıoğlu küçəsi, 4 saylı fərdi yaşayış evinin açıq hərracdan satılaraq satışdan əldə edilmiş pul vəsaitinin 1/3 hissəsinin İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 izahat verərək bildirir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh2 payı İ mərtəbə 2 otaq, İddiaçı payı İİ mərtəbə 1 otaqdan 1/3 hissə, Cavabdeh3 payı qalan hissə 3 otaq və İİ mərtəbə 1 otaqdan 1/3 hissə, Cavabdeh1 payı İİ mərtəbə 1 otaqdan 1/3 hissə olmaqla iddiaçının və cavabdehlərin ümumi paylı mülkiyyətindədir. Məhkəmənin nəzərinə çatdırır ki, fərdi yaşayış evinin İİ mərtəbədə yerləşən, ümumi sahəsi 43,9 m2 - yaşayış sahəsi 28,4 m2, köməkçi sahə 15,5 m2 olan 1 otağı iddiaçının mərhum əri X2 mülkiyyətində olmuşdur. X4 27 sentyabr 2019-cu il tarixdə vəfat etmişdir, onun vəfatından sonra, Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 01 iyun 2020-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçının həmin əmlaka 1/3 hissədə vərəsəlik hüququ tanınmış və bundan sonra onun həmin əmlaka mülkiyyət hüququ tanınmaqla bu barədə **********52-1031 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bildirir ki, cavabdehlər, qeyd edilən mübahisəli mənzildə yaşayırlar, lakin cavabdehlər iddiaçının mülkiyyətində olan evdən istifadə etməyinə, həmin əmlakın onun tərəfindən satılmasına maneələr yaradırlar. Bu səbəbdən də iddiaçı məcburiyyət qarşısında qalaraq, mənzilin açıq hərracdan satılaraq, dəyərinin 1/3 hissəsinin ona verilməsi tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirir ki, iddiaçının hazırda yaşayış yeri yoxdur və mübahisə predmeti olan evin satılmasından əldə olunan vəsait hesabına iddiaçı özünə yeni ev ala bilər. Cavabdehin kompensasiya tələbi ilə razı deyil. Nəsimi rayonu ərazisində yerləşən mənzillə bağlı da Nəsimi rayon Məhkəməsində eyni tələblə iddia qaldırılmışdır. Lakin hər iki evin satılmasından əldə olunan vəsait yenə də iddiaçının normal şəraitdə yeni ev alması üçün kifayət etmir. Əlavə olaraq bildirir ki, cavabdehə qarşı mübahisə predmeti olan mənzilin naturada ayrılması, o cümlədən payının əvəzinin ödənilməsi tələbi olmamışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahat verərək bildirir ki, iddiaçı onun oğlu ilə rəsmi nikahda olmuş, oğlu rəhmətə gedəndə iddiaçı ona məxsus “Vertu” markalı telefonu və başqa əşyaları evdən oğurlamışdır. Oğlunun ölümündə də günahkar hazırki iddiaçıdır. İddiaçı oğlunun əmlaklarına sahib olmaq üçün ölümünü tezləşdirmişdir. O, həmin əmlakı oğluna bağışlamışdır. İddiaçı məhkəməyəqədər problemin həlli ilə bağlı ona müraciət etməmişdir. Lakin iddiaçı istəsə gəlib evdə yaşaya bilər və ya ona payına uyğun olaraq kompensasiya ödəməyə razıdır. Digər cavabdehlərdən Cavabdeh2 oğlu, Antonina isə həyat yoldaşıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmədə nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, Cavabdeh3 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 167,9 m2 olan fərdi yaşayış evinin 1-ci mərtəbə, iki otaq olmaqla ümumi sahəsi 37,5 m2 hissəsi Cavabdeh2 06.08.2011-ci il, 2-ci mərtəbə, iki otaq olmaqla ümumi sahəsi 43,9 m2 olan 1/3 hissə İddiaçı adına 12.06.2020ci il, qalan hissə 3 otaq və 2-ci mərtəbə 1 otaqdan 1/3 hissə Cavabdeh3 05.06.2020-ci il, 2-ci mərtəbə 1 otaqdan 1/3 hissə Cavabdeh1 adına 05.06.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhər 29 saylı Notariat ofisi tərəfindən verilmiş 01.06.2020-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı 27.09.2019-cu il tarixdə vəfat etmiş X2 miras əmlakının 1/3 hissəsinə vərəsə elan olunmuşdur. Miras əmlak Bakı şəhəri, Yasamal rayonu, C.Qaryağdıoğlu küçəsi, 4 saylı fərdi yaşayış evindən ibarətdir. İşin halları ondan ibarətdir ki, iddiaçının mübahisə predmeti olan əmlak üzərində 1/3 hissədə payı müəyyən edilmişdir. İddiaçı isə həmin əmlakın açıq hərracdan satılaraq mənzilin dəyirindən payına uyğun hissənin ona verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddia təmin edilməməlidir. Belə ki, qanunvericinin tələbinə uyğun olaraq ilk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməli, əmlakın naturada bölünməsi mümkün olmadığı halda iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququndan istifadə etməli, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi məsələsini mübahisələndirə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04.04.2014-cü il tarixli qərarına əsasən əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda ayrılan mülkiyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.4-cü və 220.6-cı maddələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər, həmin Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı Bakı şəhəri, Yasamal rayonu, C.Qaryağdıoğlu küçəsi, 4 saylı fərdi yaşayış evinin açıq hərracdan satılaraq satışdan əldə edilmiş pul vəsaitinin 1/3 hissəsinin İddiaçı ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı Bakı şəhəri, Yasamal rayonu, C.Qaryağdıoğlu küçəsi, 4 saylı fərdi yaşayış evinin açıq hərracdan satılaraq satışdan əldə edilmiş pul vəsaitinin 1/3 hissəsinin İddiaçı ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar