Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5762/2021 28.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçıya məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, bina 4, 133 saylı mənzildən istifadə hüquqlarına xitam verilməklə, onların həmin mənzildən pasport, şəxsiyyət vəsiqəsi qeydiyyatından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 22.04.2021-ci il tarixli İBF/353 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 də yerləşən yaşayış evini ona satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 23.04.2021-ci il tarixli, **********61-05301-093173 nömrəli dövlət reyestrindən çıxarışa əsasən mənzil onun tam mülkiyyətindədir. Mənzildə qeydiyyatda olan cavabdehlər ev alqı-satqısından sonra 30 gün müddətində qeydiyyatdan çıxacaqlarını ərizə ilə bildirsələr də, bu günə kimi çıxmamışdırlar. Bu da mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına (həmin şəxlər görə əlavə kommunal haqqı ödəmə, onlara ünvanlanan poçt göndərişlərinin mənzilə gəlməsi və s.) gətirib çıxarmışdır. Hazırda cavabdehlərin harada yaşamaları da ona məlum deyil. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək onun iştirakı olmadan baxıb iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29.1,152.1,152.5, 385.1, 386.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş AR DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23.04.2021-ci il tarixli, **********61-05301-093173 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, bina 4, 133 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 22.04.2021-ci il tarixli İBF/353 saylı notariat qaydasında təsdiq edilmiş alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, bina 4, 133 saylı mənzil satıcı Cavabdeh1 tərəfindən alıcı İddiaçı satılmışdır. Mənzildə qeydiyyatda olan şəxslər mənzil satıldıqdan sonra 1 ay ərzində qeydiyyatdan çıxmaları barədə öhdəlik götürmüş və bu barədə ərizələri notariat qaydasında təsdiqlənərək, notariat işinə əlavə olunmuşdur. Buna baxmayaraq, iş materiallarına əlavə edilmiş 13.08.2021-ci il, “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan göründüyü kimi, cavabdehlər hazırda ünvan 1 ünvanında qeydiyyatdadırlar. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi, cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi başa düşülməlidir. Müvafiq müqavilə üzrə icra natamamdır. Cavabdehlərin mənzilə olan istifadə hüquqları formal xarakter daşıyır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda qalmaları sonuncunun mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi təmin edilməli, cavabdehlərin mübahisəli mənzilə dair istifadə hüquqlarına xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, bina 4, 133 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-5762/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5762/2021
28.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver