Məhkəmə qərarları › İş №2(004)-5782/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5782/2022

02.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5782/2022 02.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsi üzrə pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 642 manat məbləğındə pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 may 2021-ci il tarixli MAS-3809 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Lizinq obyekti olan “Khazar LX” minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürüxü AR X3 və Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən inzibati qaydada cərmələnmişdir. Bu faktı DYPİ-nin və BNA-nın elektron portaldan alınmış çıxarış təsdiq edir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 642 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 26 may 2021-ci il tarixli MAS-3809 saylı “Daxili lizinq müqaviləsi”nin surətindən müəyyən olunur ki, Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Həmin müqavilənin 4.4.2ci bəndinə əsasən, lizinq alan lizinq obyektini saz və işlək vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, lizinq təhvil-təslim aktı imzalandığı vaxtdan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. İş materiallarında olan 26 may 2021-ci il tarixli Cavabdeh, və İddiaçı MMC arasında bağlanılmış MAS-3809 saylı daxili lizinq müqaviləsinə 1 saylı Əlavənin surətindən müəyyən olunur ki, 26 may 2021-ci il tarixli MAS-3809saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Əmlakın ümumi dəyəri 13.900 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili X1 təhvil almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2927 saylı pretenziya məktubunun surətindən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ödənilmiş AR X2 cərimələrinə görə 162 manat və Bakı Nəqliyyat Agentliyinin cərimələrinə görə 480 manat, ümumilikdə 642 manat məbləğində pulun məhkəmə qaydasında tələb ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, EQ8851092 saylı protokola görə 36 manat, EQ8851095 saylı protokola görə 36 manat, EQ8851068 saylı protokola görə 18 manat, EQ8871445 saylı protokola görə 36 manat, EQ8851108 saylı protokola görə 36 manat, BNA2147210 saylı protokola görə 32 manat, BNA1941646 saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA1924537 saylı protokola görə 32 manat, BNA1918430 saylı protokola görə 32 manat, BNA1849876 sayh protokola görə 32 manat, BNA1829919 sayh protokola görə 64 manat, BNA1820693 sayh protokola görə 32 manat, BNA1804031 sayh protokola görə 32 manat, BNA1774650 sayh protokola görə 32 manat, BNA1762649 sayh protokola görə 32 manat, BNA1941640 sayh protokola görə 32 manat, BNA1813441 sayh protokola görə 32 manat cərimə məbləğləri İddiaçı MMC tərəfindən Bakı Nəqliyyat Agentliyinə və Daxili İşlər Nazirliyi BDYPİ-nə ödənilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2 (0040-1904/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğvi və borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi təmin edilmiş və İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3809 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-3809 saylı daxili lizinq müqaviləsi üzrə 459,78 manat əsas məbləğ, 371,74 manat mükafat, 276,01 manat dəbbə pulu, 115 manat dəymiş zərər olmaqla cəmi 1222,53 (min iki yüz iyirmi iki manat 53 qəpik) manat pul vəsaiti və 32,63 (otuz iki manat 63 qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktda qeyd olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış bildiriş qeyd edilən ünvanda bina sökülməsi səbəbindən cavabdehə çatdırılmamışdır. Beləliklə müəyyən edilmişdir ki, olan İddiaçı MMC ilə Cavabdeh arasında 26 may 2021-ci il tarixli MAS-3809 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. İnzibati xəta haqqında protokollara əsasən AR X2 cərimələrinə görə 162 manat və Bakı Nəqliyyat Agentliyinin cərimələrinə görə 480 manat, ümumilikdə 642 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1- ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququn malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsio nəzərdə tutulmasın.” Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozlmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçn çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir)”. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən “hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərəin əvəzini ödəməlidir”. Həmin məcəllənin 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s. nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsini yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi çəxsin öhdəsinə qoyulur”. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 642 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMCnin xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 642 (altı yüz qırx iki) manat məbləğində pul və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar