Məhkəmə qərarları › İş №2(004)-5784/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5784/2022

02.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5784/2022 02.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 430 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bir müddət öncə icarədarı olduğu “Qədim Bakı" kafesində daimi müştəri kimi tanıdığı cavabdeh-Cavabdeh ilə arasında mübahisə yaranmışdır. Mübahisənin yaranmasına səbəb iddiaçının cavabdehdən ona borclu olduğu 430 manat məbləğində pul vəsaitini tələb etməyi olmuşdur. Kafedə göstərilən xidmətlərdən istifadə edərək pul ödəməyən, aralarında mübahisənin yaranmasına səbəb olan, sonda da onu təhqir edən cavabdeh barəsində tərəfndən aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Polis idarəsinin 19-cu Polis Şöbəsinə şikayət edilmişdir. Şikayəti əsasında araşdırılma aparılmış və xx.xx.2022-ci il tarixli məktubla ona bildirilmişdir ki, müraciəti mülki xarakter daşıdığından aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Hal-hazırda hesab edir ki, cavabdehdən həmin pul vəsaiti tutularaq ona ödənilməlidir. Cavabdehin törətdiyi qanunsuz əməl nəticəsində ona maddi zərər dəymişdir. Çünki bu gün kiçik maliyyə dövriyyəsi olan kafeyə zəruri alınmalı olan məhsulları ala bilmir, satıcılıq və xidmət keyfiyyəti aşağı düşür. Hesab edir ki, məhkəmə tərəfindən bu hallar aydınlaşdırılacaq və hüquqi qiymət veriləcəkdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, Cavabdeh icarədarı olduğu Qədim Bakı kafesində dəfələrlə kafenin göstərdiyi xidmətlərdən istifadə etmiş, lakin hesabı ödəməmişdir. Nəticədə cavabdehin ona 430 manat borcu yaranmışdır. Bununla bağlı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şöbədə şikayəti əsasında araşdırma aparılaraq müraciətinin mülki xarakter daşıdığından aidiyyatı üzrə məhkəməyə müraciət etməli olduğum bildirilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, həmçinin “AZEMİS” vasitəsilə SMS xəbərdarlığı göndərilməklə məlumat verilmişdir. (cavabdeh məhkəmə bildirişini poçt xəbərnaməsinə imza etməklə rəsmi qaydada almışdır.) Lakin cavabdeh məhkəməyə gəlməmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə arasında olan mübahisəli pul məsələsi ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsinə müraciət etmiş və mülki məsələnin həlllinin məhkəmə orqanlarının səlahiyyətinə aid olduğundan dəymiş ziyanın ödənilməsi məqsədilə ona qanuna müvafiq qaydada məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsi 19cu Polis Bölməsində verdiyi izahatında qeyd etmişdir ki, Bakı şəhərində “Şamaxinka” deyilən ərazidə “Qədim Şəki” kafesində asudə vaxt keçirmişdir. Hər dəfə də hesabını ödəmişdir. Lakin sonuncu dəfə 3 ay qabaq təxminən 386 manat hesabı olmuş, kafenin sahibi İlham adlı şəxsə üzərində pulunun az olduğunu və tezliklə borcunu qaytaracağını bildrimişdir. Hər dəfə hesabını ödəmiş, lakin sonuncu dəfə maddi imkanı olmadığı üçün obyektin sahibi İlhamla razılaşmış və tezliklə borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmə ilk növbədə iddia ərizəsinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı icarədəri olduğu kafenin xidmətlərindən istifadə edərək, orada vaxt keçirməklə yemək ehtiyaclarını ödəmiş, lakin maddi imkanı olmadığından aldığı yeməklərin pulunu ödəyə bilməmişdir. Tərəflər yaranmış borcun tezliklə ödəniləcəyi barədə razılığa gəlmişlər. Lakin, cavabdeh kafedə aldığı yeməklərin və kafenin digər xidmətlərindən istifadənin dəyəri olan 386 manat pulu yaxın vaxtlarda qaytaracağını bildirsə də, hazırki vaxtadək pulu kafenin sahibi olan hazırki mülki iş üzrə iddiaçıya ödəməmiş və müqavilə öhdəliyini yerinə yetirməmişdir. Bu hal cavabdehin polis bölməsində veriyi izahatı ilə də təsdiq edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, müqavilə üzrə verilmiş əşyanın və göstərilmiş xidmətlərin dəyərindən ödənilməmiş qalan pulu iddiaçıya ödəməlidir. Bununla belə məhkəmə hesab edir ki, iddiaçı verilmiş əşyanın və göstərilmiş xidmətlərin dəyərinin 430 manat təşkil etdiyini iddia edərək, həmin məbləğin tutulmasını tələb etsə də, ödənilməli olan məbləğin 430 manat təşkil etməsinə dair məhkəməyə hər hansı mötəbər subut təqdim etməmişdir. Ona görə də, iddia qismən təmin edilməli, Cavabdeh 386 (üç yüz səksən altı) manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 386 (üç yüz səksən altı) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar