Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-58/2023 16.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli 31 k nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək "Azərsu” ASC-nin X11 İdarəsində işləmişdir. İşlədiyi müddətdə öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, rəhbərlik tərəfindən həmişə yaxşı işçi kimi qeyd olunmuş, bir neçə rəis dəyişilsə de, o, öz yerində qalaraq işini davam etdirmişdir. xx.xx.2022-ci il tarixində səhər idarənin hüquqşünası onu xidməti kabinetinə çağırıb işdən öz ərizəsi ilə getməsi barədə ərizə yazıb ona verməyi tələb etmiş, bunu onunla əlaqələndirmişdir ki, yoxsa onu əmək vəzifələrini kobud pozduğuna görə işdən uzaqlaşdıracaqlar. Tutduğu vəzifədən getmək istəmədiyini bildirmiş və ona izah etməyə çalışmışdır ki. 2 övladı vardır, oğlu müharibə iştirakçısı- veterandır, həyat yoldaşı onkoloji xəstəliklə əlaqədar ciddi müalicələr alır, maddi vəziyyəti acınacaqlıdır, öhdəsində xəstə yaşlı anası, xəstə yoldaşı vardır, subay uşaqları vardır, artıq iki ildən çoxdur bu təşkilatda qüsursuz əmək fəaliyyəti ilə məşğuldur, hal-hazırda yaşamağa yeri yoxdur, ona görə də kirayədə qalır, evin yeganə çörək qazananıdır. Bütün bunları rəhbərliyə bildirsə də, işdən çıxarmanın səbəbini izah etməmiş və ən nəhayət, heç olmasa, haradasa iş tapmaq üçün müəyyən müddət vaxt vermədən elə həmin günü xx.xx.2022-ci il tarixli, 31 k nömrəli əmri verib onu işdən azad etmişdir. İşlədiyi müddətdə intizamlı olmuş, işinə məsuliyyətlə və vicdanla yanaşmış, barəsində hər hansı bir intizam tənbehi tədbirləri verilməmişdir. xx.xx.2022-ci il tarixdə səhər işə gedərkən onunla telefon vasitəsilə əlaqə saxlanılaraq, əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin "ç" maddəsinə əsasən xitam verildiyi bildirilmişdir. xx.xx.2022-ci il tarixində əmək kitabçasını, işdən çıxma əmrini və xx.xx.2022ci ii tarixli 02 nömrəli protokolu X11 İdarəsindən götürmüşdür. Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 31 k nömrəli əmri aşağıdakılara görə qanunsuz və əsassızdır:
1. Əmrin məzmunu sadə formada qanunvericiliyin tələbinə zidd olaraq tərtib edilmişdir. Belə ki, əmrin məzmununda əmək müqaviləsinin xitam verilməsinə səbəb olan hal (intizam xətası) göstərilməmiş, əmr əsaslandırılmamış, xx.xx.2022-ci il tarixi sonuncu iş günü olmasına və əmrin surətini dəfələrlə tələb etməsinə baxmayaraq əmrin surəti xx.xx.2022-ci il tarixində ona verilmişdir.
2. Əmək müqaviləsinə xitam verilməsinə əsas olan AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndində qeyd edilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmrin məzmununda göründüyü kimi, konkret hansı intizam pozuntusu qeyd edilməmişdir.
3. AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç" bəndinə qeyd edildiyi kimi, işçinin əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi özlüyündə intizam tənbehidir. Bu intizam tənbehinə səbəb olmuş intizam pozuntusu əmrdə qeyd edilməlidir, (həqiqətdə belə bir pozuntu yoxdur). Lakin ondan hər hansı bir izahat alınmamış, ümumiyyətlə hansı intizam xətasına yol verdiyi barədə ona məlumat verilməmişdir.
4. AR ƏM-nin 80-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində gösterilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Lakin əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar həmkarlar ittifaqı təşkilatı tərəfindən çağırılmamışdır. Beləliklə, emək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur və bu səbəbdən hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilməli, işə bərpa edilməli və məcburi iş buraxmaya görə ona emək haqqı ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək, məhkəmədən onun rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq, müəyyən etmişdir ki, İddiaçı adına açılmış İT-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2017ci il tarixli, 45-k nömrəli əmrlə Cavabdeh ASC "xxxx" MMC-nin Şamaxı Sukanal idarəsinə Müştəri xidmətləri qrupuna Metrologiya üzrə mühəndis vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli, 208-k nömrəli əmrlə onunla bağlanmış yeni əmək müqaviləsinə əsasən Cavabdeh ASC-nin X11 İdarəsinin 2 nömrəli Regional Sukanal idarəsi üzrə Şamaxı sükanal sahəsi üzrə metrologiya uzrə muhəndis vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan X11 idarəsinin hüquq məsləhətçisi Samir Səfərov tərəfindən idarənin rəisi Eyvaz Hüseynova ünvanlanmış xx.xx.2022-ci il tarixli xidməti məlumatın surətindən görünür ki, 2 nömrəli Regional Sukanal İdarəsi üzrə SCQT və İN qrupunun Şamaxı sukanal sahəsi üzrə metrologiya üzrə mühəndisi İddiaçı və NÖC və avtomatika üzrə çilingəri X4 tərəfindən ciddi intizam xətalarına yol verilməsi faktı aşkar edilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı və İmran Qəniyev tərəfindən 2021-ci ilin sentyabr ayında yeni inşa edilmiş və "Azərsu” ASC-nin abonenti olmayan Şamaxı yaradıcılıq mərkəzinə qeyri-qanuni çəkilmiş D=32 mm su xəttinin üzərinə qeydiyyatda olmayan Abşeron ÇSS-20 mexaniki tipli su sayğacı quraşdırılmışdır. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı və İmran Qəniyev tərəfindən 2021-ci ilin sentyabr ayında yeni inşa edilmiş və "xxxx" ASC-nin abonenti olmayan Şamaxı şəhər 7saylı uşaq baxçasına da qeyri-qanuni çəkilmiş D=32 mm su xəttinin üzərinə qeydiyyatda olmayan Abşeron ÇSS-32 mexaniki tipli su sayğacı quraşdırılmışdır. Həmçinin qeyd edilmiş su sayğaclarının üzərinə Şovqi Atakişiyev və imran Qəniyev tərəfindən “Azərsu" ASC loqolu plomblar vurulmuşdur. İddiaçı və İmran Qəniyev yuxarıda qeyd edilmiş faktlarla bağlı X11 idarəsinin 2 №-lı Regional Sukanal İdarəsi üzrə SCQT və İN qrupunun mühəndis qruup rəhbəri Aqşin Əliyevə məlumat verməmişdirlər. İddiaçı izahatında barəsində yuxarıda qeyd edilmiş faktları təsdiq etmişdir. Səbəb olaraq ona 2 №-lı Regional Sukanal İdarəsinin rəisi Fərhad Heydərovun və Şamaxı sukanal sahəsinin rəisi Eldənız Şeydayev tərəfindən tapşırıq verilməsini bildirmişdir. X7 izahatında qeyd etdikləri öz təsdiqini tapmamışdır. Belə ki, aparılmış araşdırma zamanı İddiaçı ona bu tapşırığı 2 №-li Regional Sukanal idarəsinin rəisi Fərhad Heydərovun və Şamaxı sukanal sahəsinin rəisi Eldəniz Şeydayevın verməsinə dair heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin belə bır tapşırıq olsa belə, İddiaçı onu yerinə yetirməməlidir. Çünki həmin qeyri-əhali obyektlərinə abonent olmadıqları halda sayğac quraşdırılması çox ciddi intizam xətasıdır. Həmçinin İddiaçı yuxarıda qeyd edilmiş vəzifəli şəxslərə tabe deyildir, idarənin əməkdaşıdır. İmran Qəniyev izahatında Şövqi Atakişıyevın ona qeyd edilmiş qeyri-əhali obyektində sayğacların quraşdırılması tapşırığını verdiyini və bır daha belə halların təkrar olmayacağını bildirmişdir. Beləliklə, araşdırmanın nəticəsi olaraq muəyyərı olunmuşdur ki. Şovqı Atakışiyevin yol verdiyi nöqsanların nəticəsi olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "c” (təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) və “e” (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;) bəndlərinin tələbləri kobud şəkildə pozulmuşdur. Yuxarıda qeyd olunanları, belə neqativ halların təkrar olunmaması, işçilərin məsuliyyətinin artırılması və gələcəkdə baş verə biləcək nöqsanların qarşısının alınmasının vacibliyim də nəzərə alaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq ləğv edilməsi təklif edilmişdir. İş materiallarında olan Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinə ünvanlanmış “əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi haqqında” xx.xx.2022ci il tarixli, 01/01-01/01-16/ nömrəli məktubun surətindən görünür ki, Azərsu" ASC X13 İdarəsinin Avtomatika və metrologiya şöbəsinin 2 nömrəli Regional Sukanal İdarəsi uzrə Şamaxı sukanal sahəsinin Metrologiya üzrə mühəndisi X5 tutduğu vəzifə (peşə) uzrə əmək funksiyasını yerinə yetirərkən səlahiyyətlərini aşmış, işinə məsuliyyətsiz yanaşmış, əmək müqaviləsi uzrə öhdəliklərini icra etməmiş, əmək və icra intizamının normal ahəngini pozmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq ləğv edilməsinə razılıq verilməsi xahiş edilmişdir. İş materiallarında olan “Azərsu" ASC X15 İdarəsinin Həmkarlar komitəsinin xx.xx.2022-ci il tanxdə keçirilən iclasının 02 nömrəli protokoluna əsasən, aparılmış araşdırma zamanı müəyyən edilmişdir kı Şovqi Atakişiyev tərəfindən 2021-ci ilin sentyabr ayında yeni inşa edilmiş və “Azərsu ASC-nin abonenti olmayan Şamaxı yaradıcılıq mərkəzinə qeyri-qanuni çəkilmiş D=32 mm su xəttinin üzərinə qeydiyyatda olmayan Abşeron ÇSS-20 mexaniki tipli su sayğacı quraşdırılmışdır. Həmçinin müəyyən edilmişdir ki, Şovqi Atakişiyev 2021-cı ilin sentyabr ayında yeni inşa edilmiş və "Azərsu ASC-nın abonenti olmayan Şamaxı şəhər 7 saylı uşaq bağçasına da qeyri-qanuni çəkilmiş D=32 mm su xəttinin üzərinə qeydiyyatda olmayan Abşeron ÇSS-32 mexaniki tipli su sayğacı quraşdırılmış, su sayğaclarının üzərinə Şovqi Atakişiyev tərəfindən əvvəlcədən istifadə edilmiş “Azərsu' ASC loqolu plomblar vurulmuşdur. Araşdırma zamanı izahat alınması məqsədi ilə xx.xx.2021-cı ıl tarixində X8 Ölçu Cihazları İdarəsinə dəvət olunmuş, izahatında barəsində yuxarıda qeyd edilmiş faktları təsdiq etmişdir. Səbəb olaraq ona 2 nömrəli Regional Sukanal İdarəsinin rəisi Fərhad Heydərovun və Şamaxı sukanal sahəsinin rəisi Eldəniz Şeydayev tərəfindən tapşırıq verilməsini bildirmişdir. X9 izahatında qeyd etdiklərii öz təsdiqini tapmamışdır. Araşdırmanın nəticəsi olaraq müəyyən olunmuşdur ki. İddiaçı yol verdiyi nöqsanların nəticəsi olaraq, Azerbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "ç" (təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) və “e” (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə cıddı xələl gətirməsi) bəndlərinin tələblərini kobud şəkildə pozulmuşdur. "Azərsu” ASC-nın X15 İdarəsinin Avtomatika və Metrologiya şöbəsinin 2 nömrəli Regional Sukanal İdarəsi uzrə SCQT və İN qrupunun Şamaxı sukanal sahəsi üzrə metrologiya üzrə mühəndisi X2 Əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç bəndi ilə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. X6 iclasda iştirak etmiş və protokolu imzalamışdır. Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 31 k nömrəli əmrinin surətindən görünür ki, "Azərsu” ASC-nın X15 İdarəsinin Avtomatika və Metrologiya şöbəsinin 2 nömrəli Regional Sukanal İdarəsi uzrə SCQT və İN qrupunun Şamaxı sukanal sahəsi üzrə metrologiya üzrə mühəndisi X2 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç bəndi ilə xitam verilmişdir. Hazırda iddiaçı qeyd edilən əmri mübahisənləndirərək ləğv edilməsi və işə bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, ə) bəndinə görə isə bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci hissəsinə görə isə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Qanunvericiliyinə əsasən, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər.Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Beləliklə, iş materiallarından aydın olur ki, iddiaçı X6 xidməti vəzifələrinin icrası zamanı intizam xətalarına yol vermiş, aparılmış araşdırma zamanı verdiyi izahatında bunu 2 nömrəli Regional Sukanal İdarəsinin rəisi Fərhad Heydərov və Şamaxı sukanal sahəsinin rəisi Eldəniz Şeydayev tərəfindən verilmiş tapşırıq əsasında etməsini bildirsə də, bu halı təsiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İşçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqının razılığı alınmışdır. Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə, işə götürən Cavabdeh ASC tərəfindən əmək müqaviləsinə xitam verilərkən müvafiq qanunvericiliyin tələblərinə tam riayət edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı X2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa tələbinə dair” iddiası əsassız və qanunsuz olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı X2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər.
Sədrlik edən:Ayaz Məmmədov