Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-581/2021 18.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 13 nömrəli evin 1 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 13 nömrəli evin 1 nömrəli mənzilini ona 86.000 manata satmışlar. Mənzil satılarkən orada qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzilin satılmasına yazılı razılıqlarını vermişlər. Mənzili satdıqdan sonra satıcı ona təhvil vermiş və ailə üzvləri ilə birlikdə köçüb getmişdir. xx.xx.2015-ci il tarixli çıxarışa əsasən mənzil hazırda onun xüsusi mülkiyyətindədir. Mülkiyyətindəki mənzildə o, öz ailəsi ilə birlikdə yaşayır. Cavabdehlərin qeydiyyatda qalması onun mülkiyyət hüququnu məhdudlaşdırır. Odur ki, iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məlum olan sonuncu yaşayış yeri üzrə ünvan 1 ünvana bildiriş göndərmişdir. Lakin cavabdehlər orada yaşamadığına görə bildirişi onlara təqdim etmək mümkün olmamışdır. Bu barədə 19 saylı MKİS tərəfindən müvafiq qeyd yazılmaqla, bildiriş məhkəməyə qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş həqiqi halları və rəsmi sənədlərlə təsdiq edilir ki, Bakı şəhəri 43 saylı notariat kontorunda xx.xx.2015-ci il tarixdə 4Ə-257 reyestr nömrəsi ilə bağlanmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 13 nömrəli evin 1 nömrəli mənzilini 86.000 manata İddiaçı satmışdır. Mənzil satılarkən orada qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzilin satılmasına yazılı razılıqlarını vermişlər. Satıcı mənzili satdığı vaxtdan alıcıya təhvil vermiş və köçüb getmişdir. Lakin cavabdehlər hazırkı vaxta kimi iddiaçının mülkiyyətindəki mənzildən qeydiyyatdan çıxmamışdır. Cavabdehlərin qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır və onları sərbəst şəkildə həyata keçirməsinə mane olur. Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 13 nömrəli evin 1 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2378 nömrəli reyestr kitabının 221402 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən мülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə qeyd edir ki, mənzil mülkiyyət hüququ hazırda iddiaçıya keçdiyinə, cavabdehlər mənzili satdığına, cavabdehlərin qeydiyyatda qalması iddiaçının həmin mənzil üzərində mülkiyyət hüququnu pozduğuna görə cavabdehlərin iddiaçının mülkiyyətindəki mənzilə olan istifadə hüququna xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 13 nömrəli evin 1 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Bu qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 13 nömrəli evin 1 nömrəli mənzilindən qeydiyyatdan çıxarılmalar üçün əsasdır. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-581/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-581/2021
18.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver