Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-582/2021 17.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçının, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə sonuncunun internetdə “Daewoo Nexia” minik markalı, **-XC-*** dövlət nömrə nişanlı maşının icarəyə verilməsi barədə elanından sonra telefon ilə danışıb görüşmüşdür. O, Elnur ilə danışıb maşını 24 aylıq kreditlə əvvəlcədən 850 manat ödəmək şərti ilə, ayda da 300-350 manat ödəmək şərti ilə almışdır. Masazır dairəsi adlanan yerdə bir dəfə də, görüşüb Cavabdeh 2500 manat ödəniş etmişdir ki, maşının texniki pasportunu ona versin. Aralarındakı danışığa əsasən 3-4 gündən bir ona 50-70 manat ödəniş etmişdir. Beləliklə, iddiaçı cavabdehə 4000 manat pul ödəmişdir. Lakin Cavabdeh xx.xx.2020-ci ildə onu dövlət yol polisinin yanına çağıraraq maşını əlindən almışdır. O, 102 xidmətinə məlumat verdikdən sonra 6-cı polis bölməsinin əməkdaşları maşını alıb onun özünə qaytarmışlar. Bu səbəbdən də, o, artıq avtomobildən imtina etmişdir və onun Cavabdeh ödədiyi 4000 manat pulu geri tələb etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, o, avtomobili iddiaçıya icarəyə vermişdir. Qabaqcadan depozit olaraq 850 manat, daha sonra isə hər gün üçün 20 manat olmaqla razılaşmışlar. Lakin iddiaçı ona icarə haqqını tam ödəməmişdir. İddiaçı ona ümumilikdə 1321 manat ödəmişdir. Hazırda onun iddiaçıya 96 manat borcu qalmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh 1350 manat pul ödədiyi öz təsdiqini tapmışdır. Lakin qalan məbləğin cavabdehə ödənilməsi ilə bağlı hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iş materialları ilə tərəflər arasında razılıq əsasında 1350 manatın iddiaçı tərəfindən cavabdehə ödənildiyi öz təsdiqini tapdığından həmin məbləğdə pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən onun özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1350 (min üç yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-582/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-582/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver