Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5825/2020 03.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi və eyni zamanda vəkili X1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs 5 saylı Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi faktının müyyən edilməsi, əmlaka vərəsəlik hüquqlarının tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs 5 saylı Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi faktının müyyən edilməsi, əmlaka vərəsəlik hüquqlarının tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə məhkəmə iclası xx.xx.2020-ci il tarixə, saat 12:40-a təyin edilmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanılmasını, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizəçilər ərizəni geri götürdüyünə görə məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs 5 saylı Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi faktının müyyən edilməsi, əmlaka vərəsəlik hüquqlarının tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair 2(004)-5825/2020 saylı mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5825/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5825/2020
03.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver