Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5831/2021 25.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X9 oğlunun katibliyi ilə İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh3 Cavabdeh Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 istifadə hüququnun itirilməsinə və əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsinı xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 10.000 (on min) manat kompensasiya verilməklə ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı ona qarşı iddia ərizəsilə Bakı şəh.Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 806 saylı mənzildən onun və ailə üzvlərinin istifadə hüquqlarının itirilməsinə və mənzildən çıxarılmalarına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Qeyd edir ki, onun iddia tələbi ilə razı deyil və bununla əlaqədar etirazını bildirir. Belə ki, o, X5 ilə rəsmi nikah bağlamış və nikah bağlandıqdan sonra ünvan 4 ünvanına gəlin kimi köçmüş və 1991-ci ildən həmin ünvana ailə üzvü qismində qeydiyyata düşərək yaşayır. İki övladları: qızı Təhminə və oğlu Mirzə bu ünvanda doğulub, boya-başa çatmışdır. Həyat yoldaşı Cavid 30 noyabr 2020-ci il tarixdə vəfat etmişdir, lakin Bakı şəh. Yasamal Rayon Məhkəməsinin 07.06.2019-cu il tarixli 2(004)-691/ 2019 №-li qətnaməsilə əri X1 həmin ünvandakı mənzilə istifadə hüququ tanınmışdır. Cavabdeh3 da onun 30 il bu ünvanda yaşayan ailə üzvü kimi, yaşayış sahəsinə istifadə hüququ əldə etmişdir. Belə olduğu halda o və ailə üzvləri (qızı və oğlu) müvafiq kompensasiya olmadan yaşadıqları yaşayış sahəsindən çıxa bilməzlər və eyni zamanda xahiş etmişdir ki, başa yaşayış sahəsinin olmadığı nəzərə alınsın. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 05.10.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə verdiyi izahatında bildirmişdir ki, etiraz ərizəsində yazılanları qəbul etmir, o, cavabdehlərə vərəsə payı vermişdir. 50 manat kompensasiya verməyə imkanım yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 11.11.2021-ci il tarixdə keçirilən məhkəm iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında bildirmişdir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2, X3 iddiaçının mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi üçün onlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada kompensasiya verilməlidir. Əlavə olaraq bildirir ki, cavabdehlərdən Cavabdeh2 ailə həyatı qurmuş və uzun müddətdir ki, ünvan 5 ünvanında yerləşən mənzildə yaşamır. Bu səbəbdən də, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək məhkəmədən cavabdehlər Cavabdeh3, Cavabdeh2, X6 10.000 (on min) manat kompensasiya verilməklə ünvan 5 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlər Cavabdeh3, Cavabdeh2, X3 həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etmədiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, onun uşaqları var və həmin məbləğlə o və uşaqları başqa yerdən ev ala bilməyəcəklər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.11.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında bildirmişdir ki, 10.000 (on min) manat kompensasiya verilməklə ünvan 5 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsinə razı deyillər. İş materiallarında olan V-ЖГ 398193 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X7 13 oktyabr 1990-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07.06.2019-cu il tarixli, 2(004)-691/2019 saylı qətnaməsinə əsasən müəyyən olunur ki, həmin qətnamə ilə X1 Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi ev 70B ünvanda yerləşən 806 saylı mənzilə istifadə hüququ tanınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.10.2019-cu il tarixli, 2(004)-5898/2019 saylı qətnaməsinə əsasən müəyyən olunur ki, həmin qətnamə ilə Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi ev 70B ünvanda yerləşən 806 saylı mənzilin açıq hərracda satılması, mənzilin satışından əldə olunacaq vəsaitin paylara mütənasib olaraq mülkiyyətçilər arasında bölünməsi, X2 (1/8 hissə), İddiaçı (6/8 hissə) və İsgəndərova Vəzifə Mİrzəcan qızına (1/8 hissə) miqdarında satışdan əldə edilən pul vəsaitinin ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14.01.2020-ci il tarixli 2(103)-1084/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.10.2019-cu il tarixli, 2(004)-5898/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mlüki Kollegiyasının 20.07.2020-ci il tarixli 2(102)-4029/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 14.01.2020-ci il tarixli 2(103)-1084/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 03.05.2021-ci il tarixli 35/01 №-li Hərracın yekunları barədə protokola əsasən müəyyə olunur ki, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi ev 70B ünvanınd yerləşən 806 saylı mənzil İddiaçı tərəfindən 110.000 manata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, məhəllə 577, ev 70B, mənzil 806 İddiaçı xüsusi mülkiyyətindədir. 25.06.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İş materiallarında olan ******* nömrəli, 23.08.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən müəyyən edilir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 6 ünvanda qeydiyyatdadırlar. İş materiallarında olan 157 saylı MKİS tərəfindən verilmiş 04.10.2021-ci il tarixli arayışa əsasən müəyyən olunur ki, Cavabdeh3 S.Dadaşov küçəsi, 577 məhəllə, ev 70b, mənzil 806-da 02.04.1991-ci ildən bu günə kimi, qızı Cavabdeh2 xx.xx.1991-ci ildən bu günə kimi, oğlu Cavabdeh1 28.03.1995-ci ildən bu günə kimi qeydiyyatdadır. Həyat yoldaşı X5 02.06.1987-ci ildən 30.11.2020-ci ilə kimi qeydiyyatda olmuşdur. İş materiallarında olan X4 tərəfindən verilmiş 05.11.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanda yerləşən mənzilin yerləşdiyi ərazidə oxşar mənzillərin aylıq kirayə haqqı 180-200 manat təşkil edir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, ünvan 1 ünvanda yerləşən mənzilin tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər mübahisələndirilən mənzildə uzun müddət yaşadıqlarından onların istifadə hüququna müvafiq kompensasiya verilməklə xitam verilə bilər. Hazırkı iş üzrə cavabdehlərin ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüququ 2000-ci il sentyabrın 1-dən əvvəl yarandığından və bu hal iş materialları ilə təsdiq edildiyindən və məhkəmə iclasında mübahisələndirilmədiyindən, məhkəmə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinə istinad etməyi zəruri hesab edir. Məhkəmə işdə olan mənzilin hərracda satış qiymətini və orta kirayə haqqını, mübahisəli mənzildə yaşayan şəxslərin sayını, istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilməsini, mülkiyyətçinin hüququnun üstün xarakterini, Mülki Məcəllənin 228.2-ci maddəsinin dispozisiyasını və həmin maddənin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin qərarını nəzərə alaraq, cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsinə görə kompensasiyanın məbləğini iddiaçının iddia ərizəsində göstərdiyi kimi 10.000 manat məbləğində müəyyən etməyi məqsədəuyğun sayır. İş materiallarında olan arayışa əsasən, cavabdehlərin hal-hazırda yaşadığı mənzilin kirayə haqqının ortalama 200 manat olduğunu nəzərə alsaq, 10.000 manat məbləğində pul müqabilində cavabdehlər aylıq kirayə haqqı 200 manat olan mənzildə 4 ildən artıq müddətdə yaşaya bilər. Nəticə etibarilə, məhkəmə hesab edir ki, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 10.000 (on min) manat kompensasiya verilməklə ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 həmin mənzildən çıxarılması barədə iddiaçının tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “AR.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və təmin edilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 10.000 (on min) manat kompensasiya verilməklə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilsin və Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 həmin mənzildən çıxarılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-5831/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5831/2021
25.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver