Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5841/2021 20.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 117/K saylı 24 may 2021-ci il tarixli əmrinin ləğv edilməsi və onun Cavabdeh MMC-də tutduğu müəssisənin restoran meneceri vəzifəsinə bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MMC-də 08 fevral 2016-cı il tarixdə əmək fəaliyyətinə başlamışdır. Fəaliyyət müddətində işinə daim vicdanla yanaşmış və vəzifə səlahiyyətlərinin icrasında məsuliyyətli olmuşdur. 24 may 2021-ci il tarixdə Cavabdeh MMC-nin 117/K saylı 24 may 2021-ci il tarixli əmrinə əsasən o, müəssisənin restoran meneceri vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Onun tutduğu vəzifədən azad edilməyinin əsası barədə məlumat alınması üçün Cavabdeh MMC-yə müraciət etmişdir. Müraciətinə cavab ala bilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, Cavabdeh MMC tərəfindən onun tutduğu vəzifədən azad edilməyi üçün əsas olmuş hər hansı bir maliyyə yoxlanış aktı olmadığı təqdirdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi əsassızdır. Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsini əsaslandırmadan əmək müqaviləsinə xitam verməsi qanunvericiliyin tələblərinin pozulmasıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, o, Cavabdeh MMCdə 08 fevral 2016-cı il tarixdə əmək fəaliyyətinə başlamışdır, fəaliyyət müddətində işinə daim vicdanla yanaşmış və vəzifə səlahiyyətlərində məsuliyyətli olmuşdur. 24 may 2021-ci il tarixdə Cavabdeh MMC-nin 117/K saylı 24 may 2021-ci il tarixli əmrinə əsasən cavabdeh müəssisənin restoran meneceri vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən əsassız olaraq azad edilmişdir. Buna dair hər-hansı bir sübutlar yoxdur. İşlədiyi filialda və digər filiallarda “Andromeda” proqramından istifadə edilirdi və bu proqram düzgün işləmirdi. Əgər düzgün işləyirdisə niyə bu proqramı digər proqramla dəyişdirdilər. “Andromeda” sisteminin düzgün işləniİməməsinə görə onun tərəfindən direktor Kamran Əliyevə 23 və 30 dekabr 2020-ci il tarixlərdə, həmçinin maliyyə meneceri Azər Aşurova, proqramist Zemskoy Kiril və əməliyyat meneceri Natiq Kozexaqa rəsmi olaraq email vasitəsi ilə məktub göndərilmişdir. Lakin, dəfələrlə müraciət etməyinə baxmayaraq “Andromeda” sistemi cəmiyyət tərəfindən düzəldilməmiş və bu qaydada işləməyə davam etmişdir. Koronovirusla əlaqədar olaraq 4 ədəd restoran müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır. Əhmədli filialında yaranmış POS terminal üzrə mədaxil və məxaricində yaranmış fərq “Andromeda" sisteminin düzgün işlənilməməsi səbəbindən olmuşdur. Belə ki, “Operations Report" (ops-1) gündəlik “Andromeda" sistemindən günün sonunda satışların yekunu kimi, sistemdən çıxarılır, sonra isə “Andromeda" sistemində sifarişlərin tarixçəsi bölməsi var. Həmin, bölmədə gün ərzində bütün satışların miqdarı, ödənişin növü, satışın nömrəsi, tarixi, saatı, satışı “Andromeda" sisteminə işləyən əməkdaş, müştərinin məlumatları və digər məlumatlar əks etdirilir. Sistem dəyişiləndən sonra may ayında bildirirlir ki, əskikgəlmə mövcuddur, daha bir sual isə yaranır ki, cəmiyyətin mühasibləri var və mühasiblər həmin əskikgəlməni niyə vaxtında aşkar edərək bu barədə hesabatları vermirlər. Əvvəlki mühasib işlədiyi dövrdə hesabatlar daha dəqiq aparılmaqla bildirişlər vaxtında verilirdi. Baxmayaraq ki, o, vaxtında proqramın işləməməsi barədə məlumat verirdi, bəs cavabdeh tərəf niyə bu problemləri vaxtında aşkar etməyib, barəsində əsassız olaraq əmr imzalayıb. Odur ki, o, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, iddiaçı Cavabdeh MMC-də 08 fevral 2016-cı il tarixdə əmək fəaliyyətinə başlamış, fəaliyyət müddətində işinə daim vicdanla yanaşmış və vəzifə səlahiyyətlərində məsuliyyətli olmuşdur. 24 may 2021-ci il tarixdə Cavabdeh MMCnin 117/K saylı 24 may 2021-ci il tarixli əmrinə əsasən cavabdeh müəssisənin restoran meneceri vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh tutduğu vəzifədən azad edilməyinin əsası barədə məlumat alınması üçün Cavabdeh MMC-yə müraciət etmiş, müraciətinə cavab ala bilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, Cavabdeh MMC tərəfindən cavabdehin tutduğu vəzifədən azad edilməyi üçün əsas olmuş hər hansı bir maliyyə yoxlanış aktı olmadığı təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edirəm. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, baxmayaraq ki, Cavabdeh MMC-nin rəhbərliyilə bu məsələni müzakirə edərkən müəyyən etdi ki, rəhbərlik işçilərini itirmək niyyətində deyil, köhnə işçiləri yeni kadrlarla əvəz etmək cəmiyyətə o qədərdə xeyir gətirmir. Lakin, hazırkı işlə bağlı vəziyyət ondan ibarətdir ki, təkcə cəmiyyətin Əhmədli filialı deyil, başqa bir neçə filialında pos terminallarla MMC-yə təqdim edilmiş hesabatlrda kəskin fərqlər aşkarlanmışdır. Filialda gün ərzində satılmış məhsullara görə əldə edilmiş hesabatlar toplanaraq nəticədə iddiaçı tərəfindən Mərkəzə göndərilmişdir. İddiaçıdan məsələ ilə bağlı soruşulanda isə iddiaçı özü izahat vermiş və yazılı izahatını məhkəməyə təqdim edilib. İddiaçı izahatında kassada kəsir olduğunu etiraf etmiş, lakin buna dair müxtəlif səbəblər gətirmişdir. Hətta izahatında Andromeda sisteminin düzgün işləməməsinə görə hesablarda fərqin olmasını bildirmişdir. İlk öncə iddiaçıya əskikgəlmə 11955,27 manat pulun Cəmiyyətin hesabına köçürməsi təklif olunsa da, ididaçı bununla razılaşmamışdır. Bu səbəbdən restoranın komissiya sədri və üzvlərinin yığıncağında iddiaçının çalışdığı restoranda 01-28 fevral 2021-ci il dövrü ərzində "PJA MMC-nin Əhmədli filialı üzrə satılan məhsulların hazırlanması üçün istifadə olunan malların normativ üzrə miqdarı ilə, faktiki istifadə olunan madarın miqdarı arasında fərq aşkar olunması halı müzakirə olunmuşdur. Bu çatışmazlığın müəyyən olunması üçün satış üzrə hesabatlar, ayın əvvəlinə və sonuna mal qalığı, restorana qəbul olunan mallar, yerdəyişmələr və silinmələr nəzərə alınmışdır. Həmçinin, hesablamada fərqlərin 5 %-ə qədər olan kəsirləri nəzərə alınmamışdır. Aparılan hesablama nəticəsində müəyyən olunmuş fərq məhsulların maya dəyəri ƏDV xaric 4092 manat təşkil etmişdir. Həmçinin 01 sentyabr - 31 dekabr 2020-ci il dövrü ərzində "PJA” MMC-nin Əhmədli filialında satışın kredit kartlar ilə ödənilməsi üzrə fərq aşkar olunmuşdur. Bu fərqin müəyyən olunması üçün satış üzrə hesabatlar, müəssisənin bank hesabından çıxarışı, pos terminallar üzrə gün sonu hesabatları nəzərə alınmışdır. Yığıncağın qərarına əsasən protokol tərtib edilmiş və qərara alınmışdır ki, İddiaçı özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə tutduğu vəzifədən azad olunması qərara alınmışdır. Daha sonra 24 may 2021-ci il tarixli 117/K nömrəli əmr qəbul edilmişdir. Bu barədə sənədləri məhkəməyə təqdim etmişdir. Həmçinin hesablarda yaranmış fərqlərlə əlaqədar Əhmədli və digər filiallarda audit yoxlamalar aparılmış, bu barədə 24 avqust 2021-ci il tarixli audit aktı tərtib edilmişdir. Nəticə olaraq cəmiyyətdə 01.08.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək olan dövrə restoran menecerləri vəzifəsində işlədikləri dövrdə X7, X2 və İddiaçı hesabında müəyyən məbləğdə pulların müştərilərdən pos terminal vasitəsi ilə qəbul etdiyi ödənişdən banka ödənilmiş pul arasında çatışmazlıq yaranması aşkarlanmışdır. Belə olduğu halda iddianın təmin olunması əsassız olar. Odur ki, o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində bildirmişdir ki, iddiaçını Cavabdeh MMC-dən tanıyır, hətta onunla bərabər futbol oyunları oynamışlar. O, Cavabdeh MMC-də maliyyə meneceri vəzifəsində işləyir. 2020-ci il tarixdə maliyyə şöbəsində köhnə işçilər dəyişilmişdi, cəmiyyətin hesabatları araşdırılarkən əskikgəlmələr müşahidə edilirdi. Satılmış məhsul üzrə müxtəlif ödənişlər həyata keçirilir. Satışlar isə nağd, “wolt” çatdırılma üsulu ilə həyata keçirilirdi. Bankda əskikgəlmələri müəyyən etsələr də konkret olaraq hansı filialda olmasını aşkarlamaq çətin idi. Cavabdeh cəmiyyətin isə 7 filialı fəaliyyət göstərirdi, aparılmış araşdırmalar nəticəsində 3 filialda ödəmələrdə əskikgəlmə faktı aşkarlandı. Daha sonra audit yoxlamaları aparıldı və növbəti addımlar rəhbərlik tərəfindən olub. Faktın aşkarlanması üçün ilkin mənbə bankda ödəmələrin əskikgəlməsi idi. Bu faktı aşkarlamaq üçün ona digər Xəyal adlı maliyyəçi kömək etdi və onunla birlikdə 6-7 sənəd toplusu olan qovluqlar yaradılıb, bu qovluqlarda bütün hesabatlar, izahatlar digər sənədlər mövcuddur. “Andromeda" sistemi bütün filiallarda olub, lakin onun işləməməsi yalnız donması ola bilərdi, ödənişlərlə bağlı isə insan faktorudur, bunu sistem edə bilməz. Necə ki, müxtəlif çeşidli məhsulların seçimi məhz insan faktoru ilə olursa ödəniş də həmçinin insan seçimi ilə olur. “Andromeda” sisteminin dəyişilməsinə səbəb yaradılmış “call center”lə bağlı idi, belə ki, həmin sistem bu əməliyyatı qəbul etmirdi. O, bir maliyyəçi kimi əskikgəlməni görürdü, lakin bunu qətiləşdirmədiyi üçün məlumatı verə bilmirdi. 2020-ci ilin noyabrdekabr aylarında köməkçi ilə birgə araşdırma apardıqdan sonra onlara bəlli oldu ki, sentyabr ayında da əskikgəlmə var və hər aydan əvvəlki ayın hesabatlarını araşdırmağa məcbur qalırdılar. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadəsini dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 117/K sayll, 24.05.2021-ci il tarixli əmrdən görünür ki, 24.05.2021-ci il tarixdə Cavabdeh müəssisəsinin restoran meneceri İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan 24.05.2021-ci il tarixli 006 saylı protokoldan görünür ki, İddiaçı çalışdığı restoranda 01-28 Fevral 2021-ci il dövrü ərzində Cavabdeh MMC-nin Əhmədli filialı üzrə satılan məhsulların hazırlanması üçün istifadə olunan malların normativ üzrə miqdarı ilə, faktiki istifadə olunan malların miqdarı arasında fərq aşkar olunmuşdur. Bu çatışmazlığın müəyyən olunması üçün satış üzrə hesabatlar, ayın əvvəlinə və sonuna mal qalığı, restorana qəbul olunan mallar, yerdəyişmələr və silinmələr nəzərə alınmışdır. Həmçinin, hesablamada fərqlərin 5 %-ə qədər olan kəsirləri nəzərə alınmamışdır. Aparılan hesablama nəticəsində müəyyən olunmuş fərq məhsulların maya dəyəri ƏDV xaric 4092 manat təşkil etmişdir. Həmçinin 01 sentyabr 31 Dekabr 2020-ci il dövrü ərzində Cavabdeh MMC-nin Əhmədli filialında satışın kredit kartlar ilə ödənilməsi üzrə fərq aşkar olunmuşdur. Bu fərqin müəyyən olunması üçün satış üzrə hesabatlar, müəssisənin bank hesabından çıxarışı, POS-terminallar üzrə günün sonu hesabatları nəzərə alınmışdır. Aparılan hesablama nəticəsində müəyyən olunmuşdur ki, kredit kartlar ilə ödənilən satışların aşağıda qeyd olunan məbləği müəssisənin bank hesabına daxil olmamışdır: 01-30 sentyabr ayı üzrə 2592.78 manat, 01-31 oktyabr ayı üzrə 2804.14 manat, 01-30 noyabr ayı üzrə 2027,56 manat, 01-31 dekabr ayı üzrə 1645,90 manat, cəmi 9070,38 manat. Bununla bağlı İddiaçı aktlar təqdim olundu və həmin aktlara əsasən İddiaçı izahatların yazılmasındandan imtina etdi. Qərara alındı: İddiaçı özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) tutduğu vəzifədən azad edilsin. İş materiallarında olan 24.08.2021-ci il tarixli Auditor aktından görünür ki, cəmiyyətdə 01.08.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək olan dövrə restoran menecerləri vəzifəsində işlədikləri dövrdə X6 hesabında 2867,50 manat, X2 hesabında 5785,54 manat və X1 hesabında isə 11935,27 manat ümumilikdə 20588,31 manat məbləğində müştərilərdən POS-terminal vasitəsilə qəbul etdiyi ödənişdən, banka ödənilmiş pul arasında çatışmazlıq yaranmışdır. Həmin Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, İddiaçı Cavabdeh MMC-də 08 fevral 2016-cı il tarixdə əmək fəaliyyətinə başlamışdır. 24 may 2021-ci il tarixdə Cavabdeh MMC-nin 117/K saylı 24 may 2021-ci il tarixli əmrinə əsasən o, müəssisənin restoran meneceri vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Hazırda İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCnin 117/K saylı 24 may 2021-ci il tarixli əmrinin ləğv edilməsi və onun Cavabdeh MMC-də tutduğu müəssisənin restoran meneceri vəzifəsinə bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 01.08.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək olan dövrə Cavabdeh MMC-nin Sahil, Əhmədli və Şüvəlan filiallarında cəmiyyətin mütəxəssisləri tərəfindən aparılan yoxlamalar zamanı satışın kredit kartları ilə bağlanan hissəsində kənarlaşmalar baş vermişdir. Yaranan kənarlaşmaların aşkar edilməsi üçün satışın günün sonunda hesabatları, bank çıxarışları, POS-terminallardan əldə edilən günün sonunun hesabatları, POS-terminal ilə qəbul edilən ödənişlərin çekləri, satış proqramından günlük satışların yekun sənədləri və kassa mədaxil orderləri birgə təhlil edilmişdir. Yekunda Cavabdeh MMC-nin bank hesabına POSterminallardan daxil olan məbləğlərdə çatışmazlıq olduğu aşkarlanmışdır. Cəmiyyətin Əhmədli filialında olan Məhəmməd Hadi küçəsi 106 ünvanında yerləşən icarəyə götürülmüş ictimai iaşə obyektinin 01.08.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək olan dövrə satışn həcmi 305188,67 manat, o cümlədən nağd 208898,75 manat, WOLT 5666,20 manat, POS terminal üzrə satışlar 90623,72 manat, faktiki banka köçürülüb 78688,45 manat, əskikgəlmə 11935,27 manat, pos terminal üzrə satışlar 90623,72 manat olduğu halda, faktiki banka köçürülüb 78688,45 manat, fərq isə 11935,27 (90623,72-78688,45) manat məbləğində olmuşdur. Yəni, Pos terminala daxil olan vəsaitlə, banka köçürülən vəsait arasında fərq yaranmışdır. Halbuki, Pos terminala daxil olan vəsaitlə banka köçürülən vəsait arasında fərq olmamalıdır. Məsul şəxs İddiaçı auditor yoxlamasına dəvət olunmuş və onun 03.08.2021-ci il tarixdə izahatı alınmış və auditor aktına əlavə edilmişdir. Beləliklə aparılmış auditor yoxlaması zamanı 01.08.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək olan dövrə restoran menecerləri vəzifəsində işlədikləri dövrdə X1 hesabında isə 11935,27 manat məbləğində müştərilərdən POS-terminal vastəsilə qəbul etdiyi ödənişdən, banka ödənilmiş pul arasında çatışmazlıq yaranmışdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsi əsaslı olduğu üçün məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-5841/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5841/2021
20.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver