Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5864/2025 26.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə qarşı “əmrin ləğvi, işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi̇ İddiaçı cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə qarşı “əmrin ləğvi, işə bərpa” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Tərəflər arasinda bağlanmiş xx.xx.2025-ci il tarixli barişiq sazişi məhkəməyə təqdim edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı ilə cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsi arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin şərtləri aşağıdaki kimidir:
1. Bu barışıq sazişi imzalanmaqla tərəflər aralarında yaranmış məhkəmə mübahisəsinə son qoyur. Cavabdeh iddiaçı ilə yeni, sınaq müddəti olmadan əvvəlki iş yerinə işə qəbul etməklə və əvvəlki maaşı ilə əmək müqaviləsi bağlandığına və 19 dekabr 2025-ci il tarixli K-622 nömrəli əmrlə işə götürdüyünə görə iddiaçı iddia tələblərindən imtina edir. (Əmək müqaviləsinin və əmrin surəti əlavə olunur).
2. Barışıq Sazişinin imzalanması ilə Tərəflər əvvəllər mübahisəli və ya qeyrimüəyyən hüquqlara və iddialara istinad etmək hüququnu itirirlər.
3. Bu arışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.
4. Bu barışıq sazişi 3 (üç) eyni hüquqlu nüsxədə tərtib olunub imzalanır. Tərəflərin hər birində 1 (bir) nüsxə saxlanılır, 1 (bir) nüsxə isə məhkəməyə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 52.3 və 52.5-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunan Məcəllənin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materiallarını ilə müqayisəli şəkildə araşdırıb dinləyib hesab edir ki, İddiaçı ilə cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsi arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldi:
İddiaçı cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə qarşı “əmrin ləğvi, işə bərpa” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli aşağıdakı şərtlərdən ibarət barışıq sazişi təsdiq edilsin.
1. Bu barışıq sazişi imzalanmaqla tərəflər aralarında yaranmış məhkəmə mübahisəsinə son qoyur. Cavabdeh iddiaçı ilə yeni, sınaq müddəti olmadan əvvəlki iş yerinə işə qəbul etməklə və əvvəlki maaşı ilə əmək müqaviləsi bağlandığına və 19 dekabr 2025-ci il tarixli K-622 nömrəli əmrlə işə götürdüyünə görə iddiaçı iddia tələblərindən imtina edir. (Əmək müqaviləsinin və əmrin surəti əlavə olunur).
2. Barışıq Sazişinin imzalanması ilə Tərəflər əvvəllər mübahisəli və ya qeyri-müəyyən hüquqlara və iddialara istinad etmək hüququnu itirirlər.
3. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.
4. Bu barışıq sazişi 3 (üç) eyni hüquqlu nüsxədə tərtib olunub imzalanır. Tərəflərin hər birində 1 (bir) nüsxə saxlanılır, 1 (bir) nüsxə isə məhkəməyə təqdim edilir. İddiaçı cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə qarşı “əmrin ləğvi, işə bərpa” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Fariz Əlizadə