Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5865/2021 05.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 53 saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı nınızıq̇ cavabdeh 53 saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair ərizə ilə 03.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 28.01.2020-ci il tarixində vəfat etmiş mərhum atası X2 miras qalmış Qəbələ rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 26 may tarixli, 10 saylı qərarı ilə mərhum atası X4 (ailə tərkibi yoldaşı mərhum X5) Qəbələ rayonunda ayrılmış 0,61 ha Kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinə mirasın faktiki qəbul edilməsi üçün müəyyən olunmuş müddətin bərpa edilməsi və həmin mirasa dair onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 05.10.2021-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək 28.01.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26.05.1998-ci il tarixli, 10 saylı qərarı ilə Qəbələ rayonunda ayrılmış 0,61 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 26 may tarixli 10 saylı qərarı ilə iddiaçının mərhum atası X4 Qəbələ rayonunda 0,61 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və buna dair Torpağa Mülkiyyət Hüququna dair JN №-0029 dövlət aktı tərtib edilmişdir. Həmin dövlət aktı Qəbələ rayon torpaq şöbəsində qeydiyyat kitabında 6744 nömrə ilə qeydə alınmışdır. Qeyd edir ki, qeyd edilən torpaq sahəsi iddiaçının mərhum atası X3 istifadəsində olmuşdur. X8 27 oktyabr 1962-ci ildə mərhum anası X5 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Mərhum anası X5 24 aprel 2003-cü il tarixində, mərhum atası isə 28 yanvar 2020-ci il tarixində vəfat etmişdir. Mərhum atası ölən gününə kimi onunla Bakı şəhəri, Yasamal rayonu, Ağayev küçəsi, ev 62-də yaşamış, iddiaçı qulluq etmiş və bütün tələbatlarını ödəmişdir. Mərhum atası vəfat edəndən sonra Qəbələ rayon Aqrar İslahat Komissiyasının 1998- ci il 26 may tarixli 10 saylı qərarı ilə mərhum atası X4 Qəbələ rayonunda 0,61 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı ayrılmış torpaq sahəsini faktiki olaraq o qəbul etmiş və bütün torpaq vergisini ödəmişdir. Lakin mərhum atası vəfat edəndən sonra başları qarışıq olmuş və ölkədə baş verən pandemiya səbəbindən mirasın qəbulu müddətini üzrsüz səbəbdən ötürmüşdür. Bütün bunları sonradan bilmişdir ki, notariat orqanına müraciət etməliydi. Bunu bildikdən dərhal sonra yəni 24.08.2021-ci ildə yaşadığı və mərhum atasının son yaşayış yeri üzrə qeyd edilən torpaq sahəsinə mirasın qəbulu və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün iş üzrə cavabdeh Bakı şəhəri 53 saylı Notariat ofisinə ərizə ilə müraciət etmişdir. Lakin notariat ofisi ərizəsinə baxaraq mirasın qəbul edilməsi üçün müddətin buraxıldığını və bu səbəbdən də məhkəməyə müraciət etməyi bildirilmişdir. Qeyd edir ki, iddiaçı qeyd edilən torpaq sahəsini faktiki olaraq mərhum atası vəfat edəndən qəbul etmiş və onun istifadəsindədir. Bu barədə də Qəbələ rayon Zalam Bələdiyyəsi tərəfindən arayış verilmişdir ki, həmin arayış işə əlavə edilmişdir. Digər vərəsələr olsa da indiyədək yalnız o müraciət etmiş və sadəcə o, mirası faktiki qəbul etmişdir. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh Bakı şəhəri 53 saylı Notariat ofisi 01.10.2021-ci il tarixdə ərizə təqdim edərək işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan JN 0029 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26.05.1998-ci il tarixli, 10 saylı qərarı ilə Qəbələ rayonunda ayrılmış 0,61 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsi X8 və X1 mülkiyyətində olmuş və bu barədə akt qeydləri kitabında 6744 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsinin 12.02.2020-ci il tarixli, AZ-İİ № 073781 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X8 28.01.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Qəbələ rayon, Zalam kənd İƏN-in 23.08.2021-ci il tarixli, AZ-İİ № 178452 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X5 24.04.2003-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.10.2017-ci il tarixli, AZ-İV № 008519 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 və X1 birgə nikahdan xx.xx.1957-ci il təvəllüdlü X6 adlı övladı vardır. İş materiallarında olan Bakı şəhəri 53 saylı Notariat ofisinə tərəfindən İddiaçı ünvanlanmış 24.08.2021-ci il tarixli, 2708 saylı məktuba əsasən, 28.01.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakın qəbulunun müəyyən edilməsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qanunvericiliyin tələbində göstərilən 3 ay ərzində mirasın qəbulu müddəti ötürüldüyündən mümkün olmamışdır. İş materiallarında olan Qəbələ rayon, Zalam Bələdiyyəsi tərəfindən verilmiş 25.08.2021-ci il tarixli, 23 nömrəli arayışdan müəyyən olunur ki, Qəbələ rayonu, Zalam kəndində atası X4 məxsus JN-0029 dövlət aktına əsasən 0,61 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsini qızı İddiaçı istifadə etmiş və torpaq vergisini ödəmişdir. Beləliklə, işin mübahisəsiz halları odur ki, İddiaçı X8 və X1 övladıdır. Mübahisə predmeti olan torpaq sahəsi iddiaçının valideynlərinin mülkiyyətində olmuşdur. X5 2003-cü ildə vəfat etmişdir. X8 28.01.2020-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək atası X2 miras qalmış Qəbələ rayonunda ayrılmış 0,61 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin miras əmlak qismində qəbul edilməsi faktının müəyyən edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Qəbələ rayon Zalam Bələdiyyəsinin 25.08.2021-ci il tarixli arayışı ilə İddiaçı atasından miras qalmış torpaq sahəsini faktiki olaraq qəbul etməsi sübut olunduğundan iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 08 saylı “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Plenum Qərarına əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Qərarın 10.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2-ci maddəsinə əsasən nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. AR MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi brədə işlərə baxır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, 28.01.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26.05.1998-ci il tarixli,10 saylı qərarı ilə Qəbələ rayonunda ayrılmış 0,61 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 119.1-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 28.01.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26.05.1998-ci il tarixli,10 saylı qərarı ilə Qəbələ rayonunda ayrılmış 0,61 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-5865/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5865/2021
05.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver